163
(Daryal) və 1920-ci ildə Azərbaycan Parlamenti tərəfindən
nisbətən sonra Paris Sülh Konfransına göndərilən (Məmməd
Məhərrəmovun yerinə) Abbas bəy Ataməlibəyov daxil edilmişdi.
Üçlükdə, F. Düdənqinski Alman Ordusundakı legionçuların, A.
Atəməlibəyov SD birliklərindəki legionçuların, F. Əmircan isə
Şərq Nazirliyindəki Azərbaycan idarələri: radio, təbliğat, nəşriy-
yatda çalışan azərbaycanlıların irəli sürdüyü nümayəndə kimi
təmsil olunurdu.
Legion mətbuatının yaradıcılarından olan Fuad Əmircan da,
A. Atəməlibəyov da hələ müharibədən əvvəl M. Ə. Rəsulzadəyə
qarşı müxalifət mövqeyində dayanırdılar. Qeyd edək ki,
almanların başqa “İrtibat Heyətlərinə” daxil etdikləri nümayəndə-
lər də əsas milli mühacirət təşkilatlarına müxalifət mövqeyində
dayananlar idi.
Təbii ki, belə vəziyyət
ilk növbədə milli müstəqil-
liklərin tanınmamasından sonra əsas mühacir təşkilatlarının
rəhbərliyinin Almaniyanı tərk etməsi ilə izah oluna bilər.
F. Əmircan və A. Ataməlibəyovdan fərqli olaraq F. Dü-
dənginskinin M. Ə. Rəsulzadəyə xüsusi rəğbəti var idi. O, 1942-
ci ildə cəbhədən Fon Mende vasitəsilə M. Ə. Rəsulzadəyə
göndərdiyi məktubunda yazırdı: “Əziz yurdumuz Azərbaycanın
yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgər-
lərimiz adına salamlaram.
Biz irəlidə də millətimizin hürriyyəti...uğrunda döyüşə-
cəyiz” [32, N-9, 1954]. Daha sonra müəllif 1942-ci ilin əvvəllə-
rində M. Ə. Rəsulzadənin rəhbərliyi ilə yaranan Milli Azərbaycan
Komitəsinin fəaliyyətini alqışlayır, bu təşkilatda Azərbaycan
legionunun qurucularından biri Beytulla Babayevi də görmək
istədiyini bildirirdi.
M. Ə. Rəsulzadə xatırlayırdı ki, B. Babayev legionçulardan
onu ilk dəfə görməyə gələnlərdən biri idi. Sonralar o, ikinci dəfə
F. Düdənginski ilə gəldi. M. Ə. Rəsulzadə Almaniyadan
getməmişdən əvvəl F. Düdənginskiyə uğurlar diləyərək, fəaliyyət
səhnəsindən çəkildiyini bildirmiş və “milli əsaslara sadiq qaldığı
164
müddətdə ona mənəvi dəstək olacağını vəd etmişdi” [32, N-9,
1954].
F. Düdənginski isə öz növbəsində “İrtibat Heyəti”ndə hansı
düşüncələrin təsiri altında çalışdığını belə açıqlayırdı: “Bizim
müstəqilliyimizin tanınıb-tanınmamasından asılı olmayaraq bu
ağır vaxtda həmvətənlərimizi milli rəhbərlikdən məhrum etməyə
bizim mənəvi haqqımız yoxdur. Bu vətən qarşısında cinayət
demək olardı” [169,13-30.05.92; 12-30.06.92]. Doğrudan da milli
legionlar artıq yaradılıb, döyüşlərə başlamışdı. Onların taleyi
barədə narahat olmaq, hüquqları uğrunda mübarizə aparmaq
dövrün başlıca tələblərindən idi. O da unudulmamalıdır ki, bütün
milli legionlarla alman rəsmi dairələrinin arasında rabitə heyəti
yaradılmamışdı.
Örnək cəhətlərdən biri də odur ki, müharibənin sonuna
qədər F. Düdənginski get-gedə artan həvəs və enerji ilə yurddaş-
larımızın hüquqlarının müdafiəsinə çalışmış, almanlarla iş birli-
yinin elə də asan olmadığı şəraitdə bir an da olsun müstəqillik
ideyasından üz döndərmişdir. Bu ideyanın legionçuların şüurunda
daha da möhkəmlənməsi üçün onun təşəbbüsü ilə Berlində ümumi
Azərbaycan qurultayı çağırmaq qərara alınmışdı. Qurultayın
çağırılmasına Şərq Nazirliyi və Vermaxtın təbliğat idarəsi mane
olmağa çalışırdı. Onlar tələb edirdilər ki, bu qurultayda İngiltərə,
ABŞ Azərbaycanın düşmənləri elan edilsin. Lakin bütün
maneələrə baxmayaraq 300 nəfərin iştirak etdiyi bu qurultay
1943-cü ilin 6-9 noyabrında Berlinin “Kaiserhof” otelində öz işinə
başladı. Rozenberq və Qüds müftisi Əl-Hüseyn də onun açılışına
gəlmişdilər. Geniş məruzə ilə çıxış edən F. Düdənginski,
eləcə də
başqa nümayəndələr hələ Azərbaycanın müstəqilliyini tanımayan
Almaniyanın siyasətini tənqid etməkdən belə çəkinmirdilər. Baş
alıb gedən tənqidlərə ara vermək və ortaya düşən soyuqluğu
dağıtmaq üçün Rozenberqin müşaviri Alfred Meyer söz alıb yadda
qalan, həm də incikliyə səbəb olan bir çıxış etdi. Onun,
“azərbaycanlıları ən gözəl qızların və rakının vətəni öz doğulduğu
əyalətə-Vestfalenə dəvət etməsi” [284, s.114] müsəlmanların