281
qanunvericilik aktı 1938-ci ildə qüvvəyə minmiş və 1942-ci ildə
“Əcnəbi agentlərin qeydiyyatı haqqında akt” kimi yenidən
nəzərdən keçirilib, xeyli təkmilləşdirilmişdir. Bu “qanun o zaman
ölkədə faşist və kommunist təbliğatının qarşısını almaq məqsədilə
qəbul edilsə də” [18] sonrakı dövrlərdə lobbiçilik fəaliyyətinin
hüquqi cəhətdən tənzimlənməsində əsas sənədə çevrilmişdir.
Mövcud aktların qəbul edilməsində başlıca məqsəd ABŞ milli
maraqlarının müdafiəsi və xarici dövlətlərin ölkə ərazisindəki
fəaliyyətinin aşkarlanması idi. ABŞ qanunlarının lobbiçi şirkətlər
qarşısında qoyduğu əsas tələblərdən biri – onların fəaliyyətinin
Amerikanın dövlət maraqları ilə ziddiyyət təşkil etməməsidir.
ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyən dövlətlər bir
qayda olaraq çalışırlar ki, öz maraq və mənafelərinin müdafiəsi
üçün lobbiçi şirkətlərlə əməkdaşlıq etsin. Hazırda ABŞ-da onlarla
lobbiçi şirkətlər əski Sovetlər Birliyindən olan dövlətlərin
maraqlarının müdafiəsi ilə məşğuldur. Azərbaycanın lobbiçi şir-
kəti uzun illər Türkiyənin mənafelərini müdafiə edən "Kapi-
talayn"dır. "Ermənistanın maraqlarını isə güclü və nüfuzlu
“Amerika Erməni Milli Komitəsi”, “Devid Kin ənd Assoşieyts”
şirkəti təmsil edir” [19].
Birinci şirkət, adından da məlum olduğu kimi ermənilərin öz
şirkətidir və həm diaspor, həm də lobbiçilik fəaliyyətini özündə
cəmləşdirir. İkinci şirkətlə isə Ermənistan hələ sovetlər dönə-
mindən müqavilə bağlamışdır.
Ayrı-ayrı ölkələr və böyük kompaniyalarla yanaşı, şəhərlər də
ABŞ-dakı lobbiçi şirkətlərlə müqavilə bağlaya bilərlər.
Lobbiçilik sistemində medianın xüsusi yeri var. Media təkcə
ölkə ictimai rəyinə, beynəlxalq rəyə deyil, BMT kimi böyük
təşkilatların fəaliyyətinə də təsir göstərir.
ABŞ qanunvericiliyinə görə media rəsmən xarici dövlətlərin
mənafeyini müdafiə edə bilməz. Eyni zamanda qanun, ABŞ
informasiya vasitələrində hər hansı bir dövlətin mənafeyini təmsil
etmək üçün lobbiçi firmalarla müqavilə bağlamağı da qadağan
etmir. “Nyu-York Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens
282
Monitor” kimi qəzetlərə, “Vaşinqton Tayms”, “Taym”, “Nyus
Uik” kimi jurnallara ölkənin siyasi elitasının etibar etdiyini nəzərə
aldıqda, media ilə işin əhəmiyyəti daha qabarıq nəzərə çarpır. Bu
nəşrlərdə çap olunan materiallar hökumət mövqeyini ifadə etməsə
də ABŞ-ın daxili, xarici siyasətinin formalaşmasına təsir göstərən
siyasi, iqtisadi dairələrin baxışlarını əks etdirir. Hətta, ABŞ-ın
xarici siyasətində baş verəcək dəyişmələrin müəyyən konturlarını
“Uoll-Strit Cournal”da çap olunan analizlərdən bilmək olur.
Azərbaycana qarşı erməni diasporunun apardığı iş, ilk
növbədə özünü mətbuatda büruzə verir. ABŞ-ın bir sıra nüfuzlu
KIV-lərində erməni əsilli xeyli jurnalist çalışır. Lakin onu da qeyd
edək ki, Azərbaycan diasporunun da media ilə işləməsinə
maneələr yoxdur.
Son illər Qərbdə Azərbaycanın maraqlarını müdafiə edən
nəşrlərin sayının artması, yeni-yeni internet səhifələrinin yaradıl-
ması perspektivdə durumun daha da yaxşılaşacağı barədə optimist
ovqat yaradır.
Azərbaycan diasporunun mütəşəkkil hala gəlməsində Türkiyə
təcrübəsinin öyrənilməsi də örnəkdir. 1956-cı ildə ABŞ-da
fəaliyyət göstərən Türkiyə icmalarını birləşdirən Amerika Türk
Assosiasiyaları Federasiyası yaradıldı. Bu qurumun təşkilat işini
federasiya fondlarından sabit maaş alan üç daimi əməkdaş aparır.
1992-ci ildə isə mənzil qərargahı Nyu-Yorkda yerləşən
“Ümumdünya Türk Konqresi” yaradıldı.
“Dünya Azərbaycanlılarının Konqresi” ideyasının ortaya
çıxmasına və bu qurumun yaradılmasına, “Ümumdünya Türk
Konqresi”nin təsiri az deyil. Lakin hər iki konqresin qarşılıqlı
əlaqələrinin yüksək səviyyədə olduğundan danışmaq da hələ
tezdir. Orası da sirr deyil ki, Azərbaycan və Türkiyə icmalarından
kəmiyyət etibarilə dəfələrlə kiçik olan erməni icması daha mobil
görünür. Erməni diasporu iri dünya dövlətlərində beynəlxalq
ictimaiyyətdə, Azərbaycanın əhalisi, iqtisadiyyatı, Xəzərin
karbohidrogen ehtiyatları haqında neqativ rəy yaratmağa can atır.
Amerika politoloqu Corci Enn Geyer yazır ki, “Amerikanın
283
Erməni Assambleyası – Xəzər dənizindəki zəngin yataqlarda
neftçıxarma səylərini ləngitmək üçün konqresdə uğurla lobbiçilik
edir” [20]. ABŞ analitiklərinin fikrincə erməni diasporunun
fəaliyyəti bəzi məqamlarda Vaşinqtonun siyasi maraqları ilə
ziddiyyət təşkil edir. Belə ki, ABŞ-ın mənafelərinə daha çox
Qafqazda balanslaşdırılmış siyasət yürütmək uyğun gəldiyi halda,
bir sıra konqresmenlər ermənilərin lobbiçiliyi ilə Azərbaycanın
əleyhinə qərarlar qəbul etməyə nail olur və nəticədə ABŞ-ın
timsalında bölgədə Ermənistanın himayəçisi təəssüratı yaranır.
Xəzərin karbohidrogen ehtiyatlarının Bakı – Tbilisi – Ceyhan boru
kəməri ilə nəqlinə qarşı çıxan ermənilər “axına qarşı” üzməkdən,
yəni ABŞ-ın dövlət maraqlarının əksinə getməkdən belə
çəkinmirlər [21]. Neçə illərdir ki, erməni diasporu, 1915-ci ildə-
Osmanlı zamanında “erməni soyqırımı” törədildiyini iddia edib,
dünya dövlətlərinin bu uydurma olayı tanımasına çalışır. Məsələ
bəzən o qədər qəlizləşir ki, yüksək rəsmi məqamlar işə qarışaraq
öz dövlət maraqlarını müdafiə etməyə, erməni diasporunun
niyyətlərini cilovlamağa məcbur olurlar.
Yekun mülahizələr
Çağdaş dünyada mütəşəkkil diasporlar yaşadığı ölkənin
qanunlarını öyrənərək lobbiçilik işlərini yaxşı qurmaqla siyasi
proseslərə, beynəlxalq rəyə təsir göstərmək imkanındadır. Iri
dövlətlərin parlamentlərinə, Cümhurbaşqanlığına seçkilərdə cəm
şəkildə və fəal iştirak etməklə, ayrı-ayrı aktiv siyasətçilərə maliy-
yə və digər dəstəklər verməklə diasporlar ciddi uğurlar qazana
bilir.
ABŞ-da, eləcə də bir sıra Qərb dövlətlərində Türkiyəyə ne-
qativ münasibət zəminində erməni diasporu, yunan diasporu ilə
əlbir fəaliyyət göstərir. Bunun müqabilində Azərbaycan diasporu,
güclü yəhudi diasporu ilə isti münasibətlərdə olan Türkiyə
diasporuna daha möhkəm bağlanmalıdır.
Dostları ilə paylaş: |