Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə17/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   13   14   15   16   17   18   19   20   ...   199

[37] 

 

O,  Peyğəmbərin  (s)  əmisi  Abbasın  qulu  olmuş,  sonralar  isə  Peyğəmbərə  (s)  bir 



qul  kimibağışlanmış,daha  sonradan  isə  Həzrətin  (s)  göstərişi  ilə  qulluğundan  azad 

edilmişdir. Əbu Rafe hədis yazmaq üçün Peyğəmbərdən (s) izn istəmiş və həzrət ona 

izn vermişdir.

140


 Əbu  Rafe  Peyğəmbərin  (s)  vəfatından  sonra  da  Əlinin  (ə)  ən  yaxın 

tərəfdarlarından  olmuşdur.  Onun  Peyğəmbərdən  (s)  izn  alaraq  yazıb  ərsəyə  gətirdiyi 

kitabın adı “Kitabüs-sünən vəl-əhkam vəl-qəzaya”dır. O, bu əsərində ilk dəfə olaraq 

hədisləri  tədvin  edib  toplamışdır.

141

Görkəmli  rical  alimi  Nəcaşi  “Fihrist”  əsərində 



onun  haqqında  yazır:  “Əbu  Rafe  adı  çəkilən  əsərini  fəsillərə  ayırmış,  namaz,  oruc, 

həcc,  cihad  və  s.  bu  kimi  fəsillər  açaraq  aidiyyatı  hədisləri  həmin  bablar  altında 

toplamışdır.  O,  İslamı  ilk  qəbul  edənlərdən  və  Peyğəmbərlə  (s)  birlikdə  Mədinəyə 

hicrət edənlərdəndir. Peyğəmbəri (s) bütün ömrü boyu müşahidə edən Əbu Rafe onun 

vəfatından sonra da Əlinin (ə) yanında olmuşdur.”

142


Bəzi məlumatlara görə Əbu Rafe 

əl-Qibtinin yazdığı həmin kitab London kitabxanasında saxlanılır.

143

 

 



4) Salman əl-Farisi  və “Kitabi-hədisi casəlik” əsəri 

Əbu  Abdullah  Salman  əslən  iranlıdır  və  Peyğəmbərin    (s)  ən  yaxın 

səhabələrindəndir.

144


Bəzi  rəvayətlərə  görə  onun  nəsli  İsa  Peyğəmbərin  (ə) 

vəsilərindən  birinə  çatır.  O,  İslamdan  əvvəl  Zərdüşt  dinində    olmuş,  souncu 

Peyğəmbər(s)  yaxın  zamanlarda  olacaqdır  deyə  zərdüştülük  dininin  ayinlərinə  əməl 

etməmişdir.  Salman  bir  hadisə    zamanı  əsir  düşmüş,  mədinəli  bir  yolçuya  satılaraq 

sonradan  azad  edilmişdir.

145


Peyğəmbərə  (s)  rast  gələn  Salman  onun  dinini  qəbul 

etmiş,  Peyğəmbər  (s)  də  ona  “Əbu  Abdullah”  künyəsni  verərək,  ona  “Salmanül-

xeyr”,  “Salmanu-Məhəmmədi”  ləqəblərini  vermişdir.  Peyğəmbər(s)  onun    haqqında 

“Salman  bizdəndir,  əhli-beytdəndir”,  “Salman  Fars  elinin  İslamda  birincisidir” 

hədislərini demişdir.

146


 

Tarixi  məlumatlara  görə  İslamda  baş  verən  böyük  müharibələrdən  biri  də 

Xəndək  müharibəsidir.  Mədinəyə  həzrət  Peyğəmbərin  (s)  üstünə  böyük  bir  ordu  ilə 

hücum  edən  müşriklər  Salmanın  məşvərət  zamanı  irəli  sürdüyü  təklif  nəticəsində 

məhv oldular. Salmanın irəli sürdüyü təklif belə idi: 

“Mühasirə döyüşündə ən əmin vasitə şəhərin ətrafına dəyirmi xəndəklər qazaraq 

düşmənin  keçməsinə    mane  olmaqdır.  Bu  vasitə  ilə  qüvvələr  hərb  meydanına 

dağıdılmadan bir yerə toplanır, içəridən müdafiə asanlaşır.” 

Həzrət  Peyğəmbərin  (s)  yanında  böyük  nüfuz  qazanmış  Salman    o  həzrətdən 

eşitdiyi  hədisləri  bir  araya  toplayaraq  “Kitabi-hədisi  casəlik”  adı  altında  bir  əsər  

meydana gətirmişdir.

147


 

                                                 

140

M. Həmdullah, Həmmam bin Münəbbihin səhifəsi, səh. 34 



141

Türkiyə Diyanət Vakfı İslam Ensiklopediyası, c. XV, səh. 39  

142

 Nəcaşi, Ricali-Nəcaşi, c. I, səh. 62 



143

S. S. Rəşadi, Hədis elmi, səh. 21  

144

 Salmani  Farsın  həyatı  haqqında  Tusinin  Rical,  səh.  20,  Fihrist,  142,  Tehraninin  Məalimül-üləma,  səh.  57,  İbn 



Davudun  Rical,  səh.  105,  Xoinin  Möcəmi-rical,  c.  IX,  səh.  194,  Xətib  Bağdadinin  Tarixül-Bağdad,  c.  I,  səh.  163, 

Möhsün Əminin Əyanüş-şiə, c. VII, səh. 279, İbn Həcərin Təhzib, c. IV, səh. 121 və s. qaynaqlara baxa bilərsiniz. 

145

Nəhcül-bəlağə, Tehran, 1995, səh. 287  



146

həmin mənbə, səh. 287  

147

 Şeyx Tusi, əl-Fihrist, səh. 142, Şəhr Aşub, Məalimül-üləma, səh. 57, rəqəm-382 




[38] 

 

Salman  xəlifə  Ömərin  zamanında  (634-644)  Mədainə  vali  təyin  edilmiş  və 



hicrətin 31-ci ilində həmin yerdə vəfat etmşdir.

148


 

 

5) Əbu Zər əl-Qəffari və “Kitabül-xütbə” əsəri 

Künyəsi  Əbu  Zər,  adı  isə  Cündəb  bin  Cünadədir.  O,  Qifar  qəbiləsinə  mənsub 

olub, Kinanə oğullarındandır. O, İslamdan əvvəl Allahın birliyinə inanmış və ibadətlə 

məşğul  olmuşdur.  Peyğəmbər(s)  onun  haqqında  buyurmuşdur:  “Allah  mənə  dörd 

adamı  sevməyi  əmr  etmişdir  və  onları  sevdiyini  mənə  bildirmişdir.  Onlardan  biri 

Əlidir. Qalanları isə Əbu Zər, Miqdad və Salmandır.” 

Əbu  Zər  də  Peyğəmbərdən  (s)  eşitdikləri  hədisləri  yazmış  və  kitab  halına 

salmışdır. Onun  əsərinin adı  “Kitabül-xütbə”dir.

149

O,  bu  əsərində  Peyğəmbərdən  (s) 



sonra baş vermiş hadisələri şərh etmişdir.

150


 

Hədisşünas alimlər Salmanın, yoxsa Əbu Zərin hansının əvvəl hədis əsəri təsnif 

etdiklərini  dəqiqləşdirə  bilməmişlər.  Bu  haqda  Seyid  Həsən  əs-Sədr  yazır:  “Onların 

hər  ikisi  bir  dövrdə  yaşayıblar.  Bu  işdə  onların  hansının  ilk  addım  atdığını 

bilmirik.”

151


 

 

6).Əbu Hatim və “Kitabüz-zinət” əsəri 

Seyid Xonsari “Rövzatül-cənnat” əsərində Əbu Hatimin “Zinət” kitabı haqqında 

məlumat  verir.

152

Bundan  başqa  Katib  Çələbi  də  Əbu  Hatimin  adı  çəkilən  əsəri 



haqqında məlumat verməkdədir.

153


 

 

7). Abdullah bin Amr bin As “əs-Səhifətüs-sədiqa” əsəri 

Məkkəli  olan  Abdullah  bin  Amr  bin  As  Peyğəmbərin  (s)  izni  ilə  həzrətdən 

eşitdiyi hədisləri yazmışdır. Bəzi səhabələr ondan hədis yazmamasını tələb etmiş və 

demişlər: “Peyğəmbər (s) nəhayət riza və qəzəb hallarına məruz qalan bir insandır və 

onun  tərəfindən  söylənilən  hər    şeyin  fərqinə  varmadan  yazmaq  döğru  deyildir.” 

Abdullah Peyğəmbərin (s) yanına getmiş və belə soruşmuşdur: “Səndən eşitdiklərimi 

yaza bilərəmmi?” Həzrət Peyğəmbər (s) “Bəli” demişdir. Abdullah ehtiyatən yenidən 

soruşmuş  və  belə  demişdir:  “Riza  və  qəzəb  hallarında  söylədiklərini  də  yazımmı?” 

Bunun  üzərinə  həzrət  Peyğəmbər  (s)  ağzını  göstərərk  bu  cavabı  vermişdir:  “Allaha 

and içirəm ki, bundan nə çıxarsa, doğru və gerçəkdir.”

154


 

Hədisləri  yazı  ilə  təsbit  edən  ən  məşhur  səhabələrdən  olan  Abdullah  bin  Amr 

Peyğəmbərdən  (s)  eşidib  yazdığı  hədisləri  “əs-Səhifətüs-sədiqa”  adlandırmışdır.  O, 

bu  barədə  belə  demişdir:  “Bu  mənim  Rəsulallahdan  (s)  eşitdiyim  “əs-Səhifətüs-

sədiqadır.”

155


 

                                                 

148

Nəhcül-bəlağə, Tehran-1995, səh. 288 



149

Şeyx Tusi, əl-Fihrist, səh. 142, rəqəm-338 və səh. 95, rəqəm-160, O, hicrətin 31-ci ilində vəfat etmişdir. S. S. Rəşadi, 

Hədis elmi, səh. 21 

150


 Seyid Həsən əs-Sədr, əş-Şiə və fünunil-islamiyyə, səh. 157 

151


 həmin mənbə, səh. 159 

152


 Seyid əl-Xonsari, Rövzatül-cənnat, c. I, səh. 323 

153


 Katib Çələbi, Kəşfüz-zünun, c. II, səh. 1423 

154


M. Həmdullah, Həmmam bin Münəbbihin səhifəsi, səh. 33, həmçinin bax: Səhihi-Buxari, elm fəslinə 

155


Hədis ədəbiyyatı, səh. 16-17, T. Koçyigit, Hədis tarixi, səh. 199-200 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə