Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə15/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   11   12   13   14   15   16   17   18   ...   199

[33] 

 

elmi  fikirlər  söyləmişdir.  Həmçinin  cəsarətlə  demək    olar  ki,  İslam  elmləri  tarixi 



içərisində  Əlinin  (ə)  əsərləri  nadir  inci  olub,  hələ  bu  vaxta  qədər  tarixdə  misli 

görünməmişdir.  Məhz  Əlinin  (ə)  açdığı  elmi  inkişaf  cığırında  ondan  sonra  gələn 

müsəlmanlar  addımlamağa  başlamış  və  bu  günümüzə  qədər  minlərlə,  bəlkə  də 

milyonlarla cildlik əsərlər meydana gətirmişlər. Onun qələmə aldığı əsərlər hesabına 

müsəlman ümməti  Quranı və sünnnəni daha da doğru və mufəssəl şəkildə anlamışdı.  

 

6.əs-Səhifətül-fəraiz 

Əsərin  daha  məşhur  adı  isə  qısa  şəkildə  “əl-Fəraiz”dir.  İmam  Əli  (ə)  tərəfindn 

yazılan əsər dinin insanlar üzərində fərz (vacib) bildiyi işlərdən və onları icra etmək 

tərzindən bəhs edir. Orada yer alan məsələlərin bir qrupu digər imamların dillərindən 

də  nəql  edilmişdir.  Həmçinin  Həzrətin  (ə)  orada  nəql  etdiyi  hədislərin  və  ya 

buyurduğu ibadi işlərin bir qismi mötəbər şiə kitablarında da yer almışdır. 

Mənbələrin verdiyi məlumatlara görə “əl-Fəraiz” İmam Baqirin (ə) və onun oğlu 

İmam  Sadiqin  (ə)  yanında  olmuşdur.

129


 Şeyx  Küleyni  “əl-Kafi”  adlı  əsərində 

Zürarədən nəqlən mötəbər sənədlə rəvayət  edir ki, Zürarə demişdir:  “Bir  gün  İmam 

Sadiq  (ə)  “Səhifətül-fəraizi”  mənə  oxutdu.  Hansı  ki,  o  Peyğəmbərin  (s)  əmri  və 

Əlinin (ə) xətti ilə yazılmışdır.” 

Xatırladaq  ki,  bu  rəvayəti  Şeyx  Səduq  başqa  bir  kanalla  (təriqlə)  rəvayət 

etmişdir. 



 

7.Kitab fi zəkatin-niəm 

Həzrət  Əlinin  (ə)  bu  əsəri  İslamın  əsas  vergilərdən  biri  olan  zəkat  vergisindən 

bəhs  edir.  O,  bu  məşhur  əsərində  zəkatın  vacibliyindən,  onun  verilmə  şərtlərindən, 

hansı  heyvanlardan  necə  və  nə  qədər  zəkat  verilər  məsələlərindən  danışmışdır.  Bu 

əsər haqqında Nəcaşı geniş məlumat verməkdədir. 

 

8.Kitab fi əbvabil-fiqh 

Bu  əsər  fiqh  elminin  müxtəlif  fəsillərinə  aiddir.  Əsəri  Əlidən  (ə)  Əli  bin  Rafe 

rəvayət etmişdir. 

 

9.Əhdun lil-Əştər 

İmam Əli (ə) bu kiçik məktubunu məşhur səhabəsi və dostu Malik Əştəri Misirə 

vali təyin edən zaman yazıb ona vermişdir. Əsərin həcmi kiçik olsa da, orada yer alan 

məsələlər  mühüm  dini  və  həyati  əhəmiyyət  kəsb  etməkdədir.  Əsərdə  Həzrət  (ə)  vali 

kimi  Malik  Əştərin  üzərinə  düşən  vəzifələrdən  bəhs  etmiş,  onun  bir  rəhbər  kimi 

Allahın  və  insanların  qarşısındakı  məsuliyyətindən  danışmışdı.  Həmçinin  bu  kiçik 

əsərdə İmam Əli (ə) bəzi siyasi işlərdən də söz açmışdır. 

Təəssüflər olsun ki, İmam Əli (ə) tərəfindən Misirə vali təyin edilən Malik Əştər 

yolda  Müaviyənin  göndərdiyi  şəxs  tərəfindən  zəhərləndirilmiş  və  orada  da  şəhid 

edilmişdir.  Amma  Malikə  vəsiyyətnamə  şəkilində  yazılan  bu  əsər  “Nəhcül-bəlağə” 

                                                 

129


 Möhsün əl-Əmin, Əyanüş-şiə, c. I, səh. 120 


[34] 

 

əsərinin məktublar fəslində özünə yer almışdı. Əsərin mahiyyətinə baxdıqda məlum 



olur ki, Həzrət (ə) bu əsərini xəlifə olduğu dövrdə  (656-661-ci illərdə) yazmışdı. 

 

10.Vəsiyyə li-Məhəmməd əl-Hənəfiyyə 

Həzrət  İmam  Əli  (ə)  bu  əsərini  oğlu  Məhəmməd  bin  əl-Hənəfiyyəyə 

vəsiyyətnamə  kimi  yazmışdı.  Əsərdə  İmam  Əli  (ə)  bir  çox  əxlaqi  məsələlərə 

toxunmuş,  insanın  cəmiyyət  içərisindəki  vəzifələrindən  söhbət  açaraq  öz  oğlunu  da 

həmin  borc  və  vəzifələrin  icrasına  əməl  etməyə  çağırmışdı.  Şübhəsiz  ki, 

vəsiyyətnamə  xarakterli  olan  bu  kiçik  əsər  təkçə  onun  oğlu  üçün  böyük  əhəmiyyət 

daşımırdı.  Bu  əsər  eyni  zamanda  bütün  müsəlmanlar  üçün  əhəmiyyətlidir.  Çünki 

burada o, çox qısa şəkildə əqidəvi və əxlaqi problemləri işıqlandırmışdı. 



 

11.Kitab əcaibil-əhkam 

Əlinin  (ə)  bu  əsəri  də  böyük  elmi  əhəmiyyət  kəsb  etməkdədir.  Belə  ki,  o,  bu 

əsərində  hökmlərin  daxili  sirlərindən,  insana  məlum  olmayan  qəribəliklərindən 

danışmış  və  bununla  da  özünün  Məhəmməd  peyğəmbərdən  (s)  sonra  ilahi  vəhyin 

mahir bilicisi kimi sübut etmişdir. Həzrət (ə) bu əsərində ilahi hökmlərin fəlsəfəsini 

açmış və insanlara qaranlıq qalan bir çox problemlərin həllini vermişdir. 

Böyük  İslam  alimləri  yuxarıda  adı  çəkilən  əsərlərin  hamısının    Əliyə  (ə)  aid 

olması  barədə  həmfikirdirlər.  Həmçinin  İslamda  ilk  əsər  yazan  şəxsin  də  İmam  Əli 

(ə) olması barədə heç kim ixtilaf etməmişdir. Belə ki, məşhur əhli-sünnə alimi Süyuti 

özünün  yazdığı  “Tədribür-ravi”  əsərində  yazır:  “Səhabələr  və  tabeunlar  arasında 

elmin  kimlər  tərəfindən  yazılması  haqqında  çoxlu  ixtilaflar  vardır.  Amma  buna 

baxmayaraq onlar içərisində elmi ilk yazan şəxs İmam Əli (ə) və oğlu Həsəndir (ə). 

Buna  kifayət  qədər  dəlillər    var.  Nübuvvət  elminin  yazısının  qoyan  İmam  Əli  (ə) 

olması heç kəsə gizli deyil.” 

Həmçinin İbn Şəhr Aşub yazır: “İslamda ilk əsər təsnif edən şəxs Əlidir (ə). O, 

Allah kitabını bir yerə toplamışdır. Sonra bu işi Salman əl-Farsi, Əbu Zər əl-Qəffari, 

sonra Əsbəğ bin Nübatə, sonra Abdullah bin Nafe davam etdirmişdir. Daha sonra isə 

İmam Zeynülabidin (ə) ortalığa qoymuşdur”

130

.  


Həmçinin  mötəbər  mənbələrin  verdikləri  məlumatlara  görə  İmam  Həsən 

(ə)Peyğəmbərdən (s) eşidilən və rəvayətolunan hədislərin yazılmasınıtəqdirəlayiq hal 

bilmişdir.

131


Deməli,Əhli-beytin  (ə)  rəvayətlərindən  belə  başa  düşülür  ki,  Peyğəmbər 

(s)  heç  vaxt  hədislərin  yazılmasını  qadağan  etməmişdir.  Həmçinin  bir  çox  tarixi 

faktlar,  xüsusilə  də  məşhur  səhabələrin  Həzrətdən  (s)  eşidib  yazdıqları  hədis 

səhifələri  Müslimin  Əbu  Səid  Xudridən  rəvayətetdiyi  hədisin  əsassız  olduğunu  isbat 

edir. 

Təəssüflər  olsun  ki,  bu  əsərlərin  heç  biri  günümüzə  qədər  gəlib  çatmamışdır. 



Lakin buna baxmayaraq Əlinin (ə) adı keçən əsərlərindəki hədislərin mövzusu demək 

olar  ki,  mötəbər  hədis  kitablarında  rəvayət  edilmişdir.  Bu  rəvayətlər  bütöv  şəkildə 

                                                 

130


 həmin mənbə, c. I, səh. 134 

131


bax: Süyuti, Tədribür-ravi, c. II, səh. 43 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə