Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   2   3   4   5   6   7   8   9   ...   16

Türkçülük  ideologiyası  Azərbaycan  bilginlərinin  gəlişdir-

məsilə  qafqazçılıqla  bitkinləşmişdir.  Çağdaş  Azərbaycan 

Respublikasının Ağalığı da bacardıqca qafqazçılıq siyasəti ye-

ritməlidir.  Bu  yol  Məhəmməd  Əmin  Rəsulzadənin,  Əlimər-

dan  bəy  TopçubaĢovun,  Həsən  bəy  Ağayevin,  Fətəli  Xan 

Xoyskinin,  Nəsib  bəy  Yusifbəylinin,  Hacı  Zeynalabdin 

Tağıyevin düzgün, ulusalçı yoludur.  

Türk dilini ərəb, fars dillərindən arındırmaq, özgə dillərin 

pis  etkisindən  qorumaq  istəyilə,  eləcə  də  1930-cu  il  Paris 

çapının adının uzunluğunu, indiki çağa bir az uyğunsuzluğunu 

gözə  alıb,  türk  dilinə  yad    bağlayıcısını  da  ataraq,  kitabı 

«Panturanizm. Qafqaz sorunu» adlandırdıq.  

Kitabdakı  «Rusiyanın  qulluğunda»  adlı  birinci  yazı  Mə-

həmməd  Əmin  Rəsulzadənin  2009-cu  ildə  yayımladığımız 

«Milli  birlik»  kitabında  da  verilmişdir.  Onu  ərəb,  eləcə  də 

başqa  dildən  keçmə  sözlərdən  arındıraraq,  cümhuriyyət,  kom-

munist kimi sözləri də bir y, bir m-lə yazdıq. 

Sayğılı  igid  yeniyetmə,  gələcək  politik  ulusal  ideyalar 

qaynağı  olan  bu  anıtı  yaxĢı-yaxĢı  oxu,  ondakı  toplumsal-

siyasi  ideyaları  anla,  uyğula,  türk  dilinin  gözəlliyini  gör, 

onu sev, dilini arındırıb gözəl dillə danıĢ, yaz! 

Kitabdakı  əyri  ayrıcda  ()  yazılanlar  Məhəmməd  Əmin 



Rəsulzadənin, düz ayrıcdakılar [] Yadigar Türkelindir. 

Kitabın  çapında  əməyi  olan  bütün  aydınlara,  daha  çox  da 

fəlsəfə elmləri doktoru Mətləb Əbdüləli oğlunaXan Bahadır 

Törəliyə çox sağ ol! – deyirik. 

   

YADĠGAR TÜRKEL  

 fəlsəfə elmləri doktoru 




10 

 

«QAFQAZ» YAYIM EVĠNDƏN 

 

«Qafqaz»  Yayım  Evi  Qafqazın  görkəmli  siyasətçisi, 



Azərbaycan  Demokratik  Respublikasının  (1918-1920)  öncül-

lərindən biri Məhəmməd Əmin Rəsulzadənin bir sıra əsərlərini 

yenidən çap etməyi gərəkli sayır. Qafqaz Bağımsızlıq Komitəsi 

sizə çatdırdığımız bu kitabı da bütün Qafqaz üçün gərəkli sayıb 

1930-cu ildə Parisdə çap etmişdir. 

Kitaba  «Rusiyanın  qulluğunda»,  «Nə  peyindir,  nə  də  ma-

terial»  yazıları, 

«Panturanizm.  Qafqaz  sorunu»  çıxışı 

salınmışdır. 

Birinci yazı Azərbaycanın siyasi sığınmaçılarını Türkiyəyə 

qulluqda  suçlayanlara,  ikincisi  Rusiyanın  Keçid  Ağalığının 

başçısı  A.  Kerenskiyə  cavab,  «Panturanizm.  Qafqaz  sorunu» 

isə  Qafqaz,  Ukrayna,  Türküstanın  siyasi  sığınmaçıları 

qarşısında edilmiş çıxışdır. 

Məhəmməd Əmin Rəsulzadənin Qafqaz ellərinin birləşmə-

sinin gərəkliyi ideyası aktuallığını bu gün də itirməyib, tərsinə, 

Orta  Qafqaz  ölkələri  dövlət  bağımsızlığı  qazanandan  sonra 

yeni,  çağdaş  anlam  aldığından,  bu  əsərlər  bu  gün  də  istə-

nilməkdədir. 

«Qafqaz»  Yayım  Evi  yenidən  çap  olunan  əsərlərin 

Azərbaycan  Ulusal  Axınının  keçən  yüzilin  başlanğıcındakı 

amacından, Qafqaz ellərinin birləşməsinə olan baxışından daha 

dolğun bilgilər verəcəyini düşünür. 

Kitabın  dəyəri  bir  də  oxucunu  türk  ellərinin  fəlsəfi  ideya 

axınları, liderlərinin siyasi proqramları ilə tanışdırmağındadır. 

Kitab uzmanlar, eləcə də başqa oxucular üçündür. 

 

 



11 

«QAFQAZ» YAYIM EVĠ  

 [2007-ci il]  



YAYIM EVĠNDƏN 

 

Məhəmməd  Əmin  Rəsulzadə  bəy  rus  basınında  «pantura-



nizm»lə  bağlı  yazılanlara  cavab  olaraq  bir  sıra  yazılar  çap 

etdirmiş, dinləyicilər qarşısında çıxışlar etmişdir. 

Bu yazılarda, çıxışlarda «türk» axını ilə bağlı çoxlu gerçək 

material  olmasından  başqa,  türklərin  ulusal  axınlarına  qarşı 

çıxan  bütün  boşboğazlıqlara,  qarayaxmalara  elliklə,  eləcə  də 

Azərbaycan  Ulusal  Özgürlük  Axınına  qarayaxanlara  tutarlı 

cavab verilmişdir.  

Yazarın  görkəmli  toplumsal-siyasi  şəxsiyət,  tanınmış 

publisist,  Azərbaycan  Özgürlük  Axınının  ideoloqu  olması  bu 

çıxışlara özəl ün, dəyər verir. 

Qafqaz  Bağımsızlıq  Komitəsi  neytral  adamların  biryönlü 

yayımların  bilgilərinin  etkisinə  düşməyib  işi  özləri  anlamaları 

üçün  sayğılı  yazarın  bu  konudan  iki  yazısı  ilə  bir  çıxışını  rus 

dilində ayrıca toplu kimi çap etməyi gərəkli saydı.  

Bizim  toplu  baxışlarına  dəyər  verdiyimiz  oxuculara 

Azərbaycan  Ulusal  Axınının  amacı,  istəkləri,  onun  Qafqaz 

Konfederasiyası  sorununa  baxışını  çatdıra  bilsə,  deməli, 

istəyimizə çatmışıq. 



 

 

 

 

 


12 

 

ÖN SÖZ 

 

Azərbaycanın  tanınmış  publisisti,  böyük,  demokratik 



«Müsavat»  partiyasının  başçısı  Məhəmməd  Əmin  Rəsulzadə-

nin  yazdığı  «Panturanizm.  Qafqaz  sorunu»  kitabı  müsəlman 

dünyasının oyanışını izləyənlərdə çox böyük ilgi doğurur. 

Biz  burada  türklərin  ideya  axınları,  onların  uyqarlıq, 

özgürlük savaşı öncüllərinin siyasi proqramları ilə ilk qaynaq-

dan tanışırıq. 

Yazar  bu  axınları  olanüstü  aydınlıq,  böyük  yetənək, 

biliciliklə  açıb  onları  xristian  dünyasının  uyğun  axınları  ilə 

tutuşduraraq,  oxucunu  dəyərli,  görk  olası  sonuca  –  dünya 

uyqarlığının bütövlüyünə gətirir. 

Demə,  Qərbin  buçağadək  heç  cür  anlamadığı  Doğu  da 

onun kimi yollarla gəlişir, o da, gec də olsa, ancaq dönmədən, 

Batının Avropanın toplumsal-siyasi quruluşlarının ulusal-siyasi 

düşüncəsini  etkiləyərək  çatdığı  yüksəlişi  keçirir,  getdiyi  yolu 

addım-addım gedir.  

Türkiyənin  Avropa  sivilizasiyasına  dayanaraq  yenidən 

qurulması  bir  neçə  şəxsiyətin  dərin  köklərə  dayanmayan 

improvizasiyası,  şıltaqlığı  yox,  bütünlüklə  doğal  olub  türk 

ulusunun qabaqkı yaşamının gərəkən tarixi sononcudur. 

Xristian  düşüncəsi  Türkiyə  dövlətinin  dini  köklərdə,  pa-

nislamizm özülündə varlığını heç cür anlaya bilmir, onu islam 

dünyasının dəyərlərindən sayırdı. Ancaq o, bir çağlar papalara 

boyun  əyən  Avropanın  belə  bir  dini  özüldə  yaşadığını 

unudurdu. 




Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə