13
Doğu ilə Batı yeni tarixlərini bir çağda, din ağalığı
özülündə başladılar, ancaq bir ayrılıqla: ikinci bu ağalığı biri-
ncidən tez aradan qaldırdı.
Pankatolisizm
yenidənqurmalar,
devrimlərlə
içdən,
panislamizm isə dışdan, savaşlar, ayaqlanmalar, ulusların met-
ropoliyadan – Türkiyədən yavaş-yavaş qopmaları, sononcunun
gerçəkdə ulus-dövlətə çevrilməsilə dağılır. Ancaq bu tarixi
gerçəkliyin önündə ideya axınları, düşüncə savaşları, ulusal
yüksəlişin ideoloji yollarının axtarılması gəlirdi.
Kitabın yazarı da bizi bu ideya savaşının bütün gedişilə
tanışdırıb, tarixin necə yenidən yarandığını, müsəlman, xristian
ulusları arasındakı hansı ideya oxşarlığının olduğunu göstərir.
Panturanizm, pantürkizm, türkizm müsəlman ortamına
keçirilmiş panalmanizm, panslavizm, nasionalizmdir.
Bu axınları araşdıran yazar bütün «pan»ları atıb, təkcə
gerçək, sağlam bir ideya axınını: türkizmi – özülü bir-birilə
ancaq uyqar ilişkilərlə bağlı türk dövlətləri olan, tarixin gedişi,
xristian uluslarının ulusal yüksəlişinə bütünlüklə uyğun
türkizmi saxlayır.
Müsəlman dünyasının bu böyük dirçəlişi, onun dünya
sivilizasiyasına qovuşması özlərinə sol deyən rus sığınmaçı ba-
sınının bir çoxunun dayanıqlığını pozur. Məhəmməd Əmin
Rəsulzadənin kitabı bu böyük uyqarlıq sorununu «dayaqların
qurucuları» baxımından yozan çevrələrin saldırılarına cavabdır.
İmperializmin bütün biçimləri tarixi korluq xəstəliyinə
tutulmuşdu. Tarix indi də bu yolla, özü də onlara qarşı gedir:
olanlar olacaqdır! Köklü demokratiyanın borcu bunu, tarixin
gedişini düzgün görmək, onunla uzlaşmaq, onu gərəkən
toplumsal ilişkilərə yönəltməyə çalışmaqdır.
14
Ulusların yaşamı eşitlik, barış, dincliklə qurulmalıdır.
Qarşılıqlı çatışma, bir-birini qırmaq, yenmək, zülm yox, qar-
şılıqlı sayğı, qarşısındakını dəyərləndirmə, könüllü anlaşma,
kültür yarışı – budur tarixin buyuruğu!
SSRİ-nin müsəlman ulusları yüzillik yuxudan oyanaraq iti
addımlarla bütün dünya axınına can atır, uyqar uluslar ailəsinə
qoşulurlar. Dünya demokratiyası, eləcə də qonşu xristian
ulusları onları ürəkdən qarşılayıb XOŞ GƏLMİSİNİZ! –
deməlidirlər.
NUH CORDANĠYA
Paris, sentyabr 1930-cu il
15
RUSĠYANIN QULLUĞUNDA
1*
Bu yazı Kerenskinin «Dni» qəzetinin
59-cu sayında Xondkaryanın çap etdir-
diyi «Türkiyənin qulluğunda» adlı ya-
zısına cavab olaraq «Odlu yurd»
2
cur-
nalının 10-cu sayında yayımlanmışdır.
Qafqazlı curnalistlərdən biri rus imperializmini tutan
erməni siyasilərinə çox yerində olan ad vermişdir – rus impe-
rializminin könüllüləri! Belələrinə bizcə, eyni haqq, eyni
uğurla «Rusiyanın qulları» da demək olar.
Bu qulluğun parlaq örnəyini erməni curnalistlərindən A.
Xondkaryan vermişdir. Ukraynalı «Trizub»un incə deyimincə
«gerçək rus» olan bu erməni keçmiş Rusiya Keçid Ağalığının
başçısı Kerenskinin yayımladığı, həftəlik «Dni» qəzetində
«Türkiyənin qulluğunda» adlı bir yazı yazmışdır.
Yazı Rusiyada yaşayan əzilən ellərin elçilərinin Jenevrədə
toplanacaq qurultayından üncə verilən bildirişlə bağlı yazılmış-
dır.
Parisdə yayımlanan «Prometey» curnalında birləşmiş, Ru-
siyadan qurtulmaq istəyən ulusların bu «separatçı» çalışması
ruslardan da çox rus olan xondkaryanların kişiliyinə
toxunmuşdur.
Bir baxın! Bu dözüləcək şeydirmi?!...Olurmu, Ukrayna,
Qafqaz, Türküstan, Kuban, Krım, Qazan kimi ölkələr çıxıb Ru-
siyanın əlində qalmaq istəmədiklərini bütün dünyaya bil-
1
«Odlu Yurd» Məhəmməd Əmin Rəsulzadənin redaktorluğunda İstanbulda
yayımlanan, Azərbaycan Ulusal Axınının çıxarlarını qoruyan jurnaldır.
16
dirsinlər, bağımsızlıq istəsinlər?!...
Bağımsızlıq! Necə qul ruhlu olsalar, içlərindən «uluslar
türməsində» qalmağı özlərinə bunca borc bilsələr də, xondkar-
yanlar bu çağırışa arxadan vurmanın zərərini biləcək
gözüaçıqdırlar. Bunu edəməzlər, onda çağın ən uyğun, ən
yüksək ideyasına qarşı çıxmış olurlar. Bununla birlikdə, belə
bir çıxış özünə nə də olsa, sosialist görüntüsü verən Kerenski
qəzetinin sosialist boyasına da uymaz! Sonra bağımsızlığa
arxadan saldırmaq Xondkaryanın olduğu ulusal dəstədə elə də
xoş görünməz, orada sözdə də olsa, Ermənistanın
bağımsızlığından danışılır.
Bax, bu kimi düşüncələr bizdə Xondkaryan bu gedişlə ger-
çəkdən qaçaraq Rusiyadakı «separatizmin» içdən olmadığını
göstərməyə çalışır, düşüncəsini yaradır. Bu istəklə də o, bir çox
erməni boşboğazlarının ötədən bəri evirib-çevirməyə alışqan
olduqları «panturanizm» konusunu yaxalayıb yaraq arxadaş-
larından Zarevand adlı birinin yaxında çap olunacaq «Türkiyə
və panturanizm» adlı əsərindən yararlanır.
O, bu əsərdən aldığı bir sıra parçalarla «Prometey»də
birləşən türk-tatar separatçılarının istəklərinin bağımsızlıq yox,
Rusiyadan ayrılıb Türkiyəyə qovuşmaq olduğunu göstərməyə
çalışır.
Bu davasını yeritmək üçün Xondkaryan huyundakı qul
ruhu ilə iyrənc bir yol qullanır: demə, qazanlı bir «tatar»
curnalistinin «ədəbi duyğularını türkcə ədəbiyat, basın oxu-
maqla gəlişdirməsi» böyük suç imiş… Elə ha!
Xondkaryanlarca, dünyada yalnız bir ilham qaynağı, yalnız
bir duyğu örnəyi vardır: Rusiya!
Demə, «Türkiyədə anayasa bildirişinin bütün türk-tatar
ölkələrində sevinclə, istəklə qarşılanması yenə belə bağışlan-
mayacaq bir suç» imiş!
Dostları ilə paylaş: |