Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 

 

19 



məbləği müəyyən edilir. Bu üsul ilə alınmış bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin 

təqvim günlərinin sayına vurulur.  

 

2. Hamiləliyə və doğuşa görə neçə gün məzuniyyət verilir? 

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 

70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin 

olduqda,  iki  və  daha  çox  uşaq  doğulduqda  doğuşdan  sonrakı  məzuniyyət  70  təqvim  günü  müddətində 

verilir. 

 

Kənd  təsərrüfatı  istehsalında  çalışan  qadınlara  hamiləliyə  və  doğuşa  görə  məzuniyyət  aşağıdakı 



müddətlərdə verilir: 

 

normal  doğuşda  140  təqvim  günü  (doğuşdan  əvvəl  70  təqvim  günü  və  doğuşdan  sonra  70  təqvim 



günü); 

 

doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim 



günü); 

 

iki  və  daha  çox  uşaq  doğulduqda  180  təqvim  günü  (doğuşdan  əvvəl  70  təqvim  günü  və  doğuşdan 



sonra 110 təqvim günü). 

 

3. Əmək məzuniyyətindən istifadə başqa vaxta keçirilə bilərmi? 

Bəli  başqa  vaxta  keçirilmə  mümkündür.  Əmək  məzuniyyətlərinin  verilmə  vaxtı  işəgötürənin  və  işçinin 

təşəbbüsü  ilə  əsaslandırılmaqla  onların  qarşılıqlı  razılığı  ilə  başqa  vaxta  keçirilə  bilər.  Əmək 

məzuniyyətinin  başqa  vaxta  keçirilməsi  dedikdə,  cari  ildə  məzuniyyətinin  verilmə  növbəsində  nəzərdə 

tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi 

başa düşülür. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər: 

 

əmək qabiliyyəti müvəqqəti itirildikdə; 



 

əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə

 

işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə



 

İşçiyə  əmək  məzuniyyətinin  müəyyən  edilmiş  növbədə  nəzərdə  tutulan  vaxtda  verilməsinin  istehsalın, 

işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı 

ilə  əmək  məzuniyyəti  başqa  vaxta  keçirilə  bilər.  Tərəflərin  qarşılıqlı  razılığı  ilə  əmək  məzuniyyətinin 

istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər. 

 

4. Qanunsuz olaraq işdən azad edildikdə nə etmək olar? 

İddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların bərpasını tələb etmək lazımdır. Bu zaman iddia 

tələbi  aşağıdakı  kimi  qoyulmalıdır  “İşə  bərpa  və  məcburi  iş  buraxma  müddəti  üçün  əmək  haqqının 

ödənilməsinə dair”. İşin hallarından asılı olaraq iddia tələbinin həcmi artırılıb azaldıla bilər.  

 

Həmçinin  nəzərə  alamaq  lazımdır  ki,  əksər  əmək  mübahisələri  üzrə  1  aylıq  müddət  tətbiq  edilir.  Yəni 



hüququnuzun poulduğunu aşkar etdiyiniz gündən məhkəməyə 1 təqvim ayı ərzində müraciət edə bilərsiz ( 

hüququn  pozulmasının  aşkar  edildiyi  gün  dedikdə  işçiyə  müvafiq  əmrin,  sərəncamın,  qərarın,  əmək 

kitabçasının,  haqq-hesab  sənədlərinin  kitabçasının,  vərəqəsinin,  çekinin  verildiyi,  həmçinin  əmək 

müqaviləsinin  şərtlərinin  işəgötürən  tərəfindən  müvafiq  qaydada  sənədləşdirilmədən  bilə-bilə  qəsdən 

pozulduğu gün başa düşülməlidir). 

 

5. Işdən çıxarkən işçiyə istifadə etmədiyi məzuniyyət üçün məzuniyyət haqqı ödənilirmi? 

Əmək  müqaviləsinə  xitam  verilməsinin  səbəbindən  və  əsasından  asılı  olmayaraq  işçiyə  işdən  çıxan 

günədək  hər  hansı  şərt  və  ya  məhdudiyyət  qoyulmadan  istifadə  etmədiyi  bütün  iş  illərinin  əsas 

məzuniyyətlərinə  görə  pul  əvəzi  ödənilməlidir.  Əmək  münasibətlərinə  xitam  verilərkən  təhsil  və 

yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. 

 

 



 

 

20 



8. Əmək pensiyası  

 

1. Yaşa görə əmək pensiyasına çıxdıqda sığorta stajı neçə il olmalıdır? 

Azı 12 il sığorta stajı olmalıdır 



 

2. Kişilər və qadınlar  12 il sığorta stajları olduqda hansı yaş həddində yaşa görə əmək pensiyasına 

çıxa bilərlər? 

Kişilər  üçün  yaş  həddi  2010-cu  il  yanvarın  1-dən  başlayaraq  2012-ci  ilin  yanvarın  1-dək  hər  il  altı  ay 

artırılır,  qadınların  yaş  həddi  2010-cu  ilin  yanvarın  1-dən  başlayaraq  2016-cı  ilin  yanvarın  1-dək  hər  il 

altı ay artırılır. 

 

3. Neçə uşaqlı qadınlar yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdirlər? 

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınlar  

müəyyən  olunmuş  yaş  həddi  hər  uşağa  görə  1  il  azaldılmaqla  yaşa  görə  əmək  pensiyası  hüququna 

malikdir 

 

4.Sağlamlıq  imkanları  məhdud  uşağı  olan  anaların  yaşa  görə  əmək  pensiyasına  çıxmağa  görə 

sığorta stajı neçə il olmalıdır? 

Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olmalıdır və 

anaların  müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 

 

5. Uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyasına çıxmağa görə 

sığorta stajı neçə il olmalıdır? 

Ana  vəfat  etdiyinə  və  ya  ana  ilə  nikaha  xitam  verildiyinə,  yaxud  ana  valideynlik  hüququndan  məhrum 

edildiyinə  görə  5  və  daha  çox  uşağı  növbəti  nikah  bağlamadan,  təkbaşına  səkkiz  yaşınadək  böyüdən 

ataların,  habelə  5  və  daha  çox  uşağı  övladlığa  götürüb  təkbaşına  səkkiz  yaşınadək  böyüdən  ataların, 

həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olmalıdır 

və müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququna malikdir. 



 

6.  Güzəştli  şərtlərlə  əmək  pensiyasına  çıxmaq  üçün  kişilərin  və  qadınlarin  sığorta  stajı  neçə  il 

olmalıdır ? 

Kişilər  —  57  yaşına  çatdıqda,  azı  25  il  sığorta  stajına  malik  olduqda  və  bu  müddətin  azı  12  il  6  ayını 

həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 

10  ilini  həmin  işlərdə  çalışmışlarsa,  əmək  şəraitinə  görə  güzəştli  şərtlərlə  yaşa  görə  əmək  pensiyası 

hüququ vardır. 

 

7.  Hansı  işlərə  görə  güzəştli  şərtlərlə  kişilər  və  qadınlar  əmək  pensiyasına  çıxmaq  hüququna 

malikdirlər  ? 

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti 

xüsusilə  zərərli  və  ağır  olan  işlərdə  (istehsalatların,  peşələrin,  vəzifələrin  və  göstəricilərin 

müvafiq  icra 

hakimiyyəti orqanı

 tərəfindən təsdiq olunan siyahısı üzrə həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə 

güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları vardır. 

 

8. Əlilliyə görə əmək pensiyası nəyə görə təyin edilir? 

Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki 

qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 

18  yaşınadək sağlamlıq  imkanları məhdudluğunun səbəbləri,  habelə onların başvermə müddəti 



müvafiq 

icra hakimiyyəti orqanı

 tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur 



 

9. Hansı şərtlərə  əlilliyə görə əmək pensiyası təyin edilir? 


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə