Qanun nə deyir? Bunu hamı bilməlidir!


Məhkəmə qaydasında aliment tutulmasının qaydaları nədir?



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

 

 

17 



7. Məhkəmə qaydasında aliment tutulmasının qaydaları nədir?   

Aliment  almaq  hüququ  olan  şəxs  (ər  ya  arvad)  nikahın  pozulduğu  vaxtdan  asılı  olmayaraq  istənilən 

müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət edə bilər.  

 

Aliment  məhkəməyə  müraciət  edildiyi  vaxtdan  tutulur.  Məhkəmə  iddiaçının  aliment  almaq  üçün 



məhkəməyə  müraciət  edənədək  tədbirlər  gördüyünü,  lakin  qarşı  tərəfin  aliment  ödəməkdən  boyun 

qaçırmasını müəyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. 

 

Məhkəmə tərəfindən hər ay tutulan alimentin miqdarı aşağıdakı kimidir: 



 

1 uşağa görə - qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi 

 

2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi 



 

3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. 

 

Bu  payların  miqdarı  məhkəmə  tərəfindən  tərəflərin  ailə  və  maddi  vəziyyəti,  eləcə  də  diqqətəlayiq  olan 



başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 

 

Şəxsin  işlədiyi  təşkilatın  müdiriyyəti  icra  vərəqəsi  əsasında  hər  ay  onun  əmək  haqqından  və  başqa 



gəlirlərindən  aliment  tutmağa  və  əmək  haqqı  (başqa  gəlir)  verilən  gündən  ən  geci  3  gün  müddətində 

aliment alan şəxsin vəsaiti hesabına göndərməyə borcludur. 

 

Aliment verən şəxs işdən çıxdıqda müəssisənin müdiriyyəti onun işdən çıxması haqqında, habelə məlum 



olduqda onun  yeni  iş  və  yaşayış  yeri haqqında qətnamənin  icra olunduğu  yerdə məhkəmə icraçısına və 

aliment alan şəxsə 3 gün  müddətində məlumat verməlidir. 

 

Aliment  verən  şəxs  iş  yaşayış  yerinin  dəyişməsi  haqqında,  həmçinin  əlavə  qazancı  (əvəzçiliklə  işlərinə 



görə və s.) haqqında məhkəmə icraçısına məlumat verməlidir.   

Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 

 

uşaq yetkinlik yaşına çatdıqda, 



 

uşaq övladlığa götürüldükdə, 

 

aliment ödəyən və ya aliment alan şəxs öldükdə. 



 

8. Birgə ümumi əmlak dedikdə nə başa düşülür? 

Ər-arvad arasında onların ümumi birgə əmlakı bölünə bilər. Nikah müddətində ər- arvadın əldə etdikləri 

əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir: 

 

Onların hər birinin əmək, sahibkarlıq və  ya intellektual fəaliyyəti nəticəsində əldə  etdikləri  gəlirlər, 



aldıqları  pensiya  və  müavinətlər,  eləcədə  xüsusi  təyinatı  olmayan  digər  pul  ödəmələri  (şikəstlik, 

sağlamlığın  bu  və  ya  digər  formada  pozulması  nəticəsində  əmək  qabiliyyətinin  itirilməsinə  görə 

ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 

 

Ər–arvadın  ümumi  gəlirləri  hesabına  əldə  edilən  daşınar  və  ya  daşınmaz  əşyalar,  qiymətli  kağızlar, 



kredit  idarələrinə  və  ya  s.  kommersiya  təşkilatlarına  qoyulmuş  paylar,  əmanətlər,  kapitaldan  olan 

paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim 

tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. 

 

Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə 



görə  müstəqil  qazancı  olmayan  ər  (arvad)  də  ümumi  əmlak  üzərində  hüquqa  malikdir.  Bu  norma  hər 

şeydən əvvəl işləməyən qadınların qanuni hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Belə ki, bu 

halda arvadın ev işlərinin görməsi işləyən ərin əməyinə bərabər tutulur. 

 

Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik  



qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir 

(ər-arvadın hər birinin ayrıca əmlakıdır). 



 


 

 

18 



Zinət əşyaları istisna olmaqla, fərdi istifadə əşyaları (geyim,və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti 

hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.  

 

Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan əşyalar (geyim, paltar, ayaqqabı, 



məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən 

uşaqları ilə birgə yaşayan valideynə verilir. 

 

Ər-arvadın  ümumi  əmlakı  hesabına  yetkinlik  yaşına  çatmayan  ümumi  uşaqların  adına  qoyulmuş 



əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.   

 

9. Ər-arvadın ümumi əmlakı necə bölünür?  

Ər-arvadın  ümumi  əmlakı  onların  sazişi  əsasında  bölünə  bilər.  Belə  saziş  ər-arvadın  arzusu  ilə  notariat 

qaydasında təsdiq edilə bilər. 

 

Mübahisə  olduqda,  ər-arvadın  ümumi  əmlakının  bölünməsi,  eləcə  də  bu  əmlakda  ər-arvadın  paylarının 



müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən 

onların  tələbi  ilə  hər  birinə  çatacaq  əmlakı  müəyyən  edir.  Ər-arvaddan  birinə,  digəri  ona  çatası  payın 

dəyərini  aşan  əmlak  verildikdə,  bunun  əvəzində  digərinə  müvafiq  məbləğdə  pul  və  ya  başqa 

kompensasiya verilə bilər.   

 

Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verildiyi və ayrı yaşadığı  dövrdə hər birinin qazandığı 



əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.  

  

10. Ər-arvadın ümumi əmlakın bölünməsi zamanı paylar necə müəyyən edilir? 



   Ər-arvad  arasındakı  müqavilədə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  onların  ümumi  əmlakın  bölünməsi 

zamanı bu əmlakdakı payları bərabər hesab edilir.  

Ayrı-ayrı  hallarda  məhkəmə  yetkinlik  yaşına  çatmayan  uşaqların  mənafeyini  və  (və  ya)  ərin  (arvadın) 

diqqətəlayiq  mənafeyini, o cümlədən  ər-arvaddan biri üzrsüz səbəbdən  gəlir əldə etmədiyi  və  ya  birgə 

mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərdə alıb onların birgə mülkiyyətinin 

bölünməsi zamanı payları bərabər bölməyə bilər. 

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 

 

10. Ümumi birgə əmlakın bölünməsinə dair hansı müddətdə məhkəməyə müraciət etmək olar? 

Nikah  pozulduğu  vaxtdan  3  il  müddətində  ər-arvadın  ümumi  əmlakının  bölünməsinə  dair  tələblə  iddia 

qaldırmaq olar.  

 

11. Nikahın pozulması dövlət qeydiyyatına necə alınır?  

Məhkəmə qaydasında nikahın pozulmasını VVAQ orqanında qeydə alınmalıdır. Bunun uçün ər və arvad 

hər ikisi, həm də onlardan biri ərizə ilə qətnamənin çıxarıldığı yer üzrə müraciət edə bilər. 

 

Nikahın pozulması haqqında qeyd aparıldıqda nikahın pozulması haqqında şəhadətnamə verilir. 



 

Ər-arvaqddan  yalnız  birinin  ərizəsi  əsasında  nikahın  pozulması  qeydə  alındıqda  nikah  xətam  olunmuş 

hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.  

 

Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. 



 

7. Əmək hüququ 

 

1. Bir iş ili üçün əmək məzuniyyətinə görə əmək haqqı necə hesablanır? 

Məzuniyyət  günlərinin əmək haqqını müəyyən  etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim  ayının 

əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan 

məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının 




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə