Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

 

 

23 



 

9. Sosial müavinatlar 

 

1. Sosial müavinatlar nə deməkdir? 

 Sosial  müavinətlər  ayrı-ayrı  kateqoriya  şəxslərə  sosial  yardım  göstərilməsi  məqsədilə  aylıq  və  ya 

birdəfəlik ödənilən pul vəsaitidir 

 

2. Sosial müavinat hansı müddətə təyin edilir? 

 

Sosial müavinat aşağıdakı müddətlərə təyin edilir: 



 

dövlət qulluqçularına ömürlük, yaşa görə müavinət - ömürlük; 

 

əlilliyə görə müavinət-əlillik müddətinə; 



 

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət  - 18  yaşınadək uşaqların müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə

 

ailə başçısını itirməyə görə müavinət: 



 

vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 

yaşdan çox olmamaqla); 

 

vəfat  etmiş  şəxsin  18  yaşına  çatanadək  sağlamlıq  imkanlarının  məhdudluğu  müəyyən  olunmuş  18 



yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə; 

 

vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı 



olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. 

 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərə  kommunal, 



nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən 

edilmiş hallarda bu hüququ itirənədək

 

3  yaşınadək  uşağa  qulluğa  görə  müavinət  -  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 



edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə; 

 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək 



(ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət: 

 

uşağın 16 yaşı tamam olan ayın sonunadək; 



 

ümumtəhsil  məktəblərində  əyani  təhsil  alanlara  -  18  yaşı  tamam  olan  ayın  sonunadək  (təhsil 

müddətindən çox olmamaqla). 

 

valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqların  qəyyumlarına 



(himayəçilərinə)  müavinət  -  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qəyyumluq  (himayəçilik) 

müəyyən edildiyi müddətə

 

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - uşağın bir yaşı tamam olan ayın sonunadək. 



 

Radiasiya  qəzası  nəticəsində  zərər  çəkmiş  şəxslərə  hər  il  müalicə  üçün  müavinət  müraciət  edilən 

aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu 

müddətinə təyin edilir. 

 

Uşağın  anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı 



olmayaraq təyin edilir. 

 

3. Uşağın anadan olmasına görə verilən müavinat hansı müddətə qədər ödənilir? 

Yalnız bir dəfə uşaq anadan olanda ödənilir 

 

4. Uşağın anadan olmasına görə birdəfəlik müavinat aldıqda hansı sənədlər tələb olunur? 

Aşağıda göstərilən sənədlər tələb olunur: 

 

Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti



 

Uşağın doğum şəhadətnaməsinin surəti 

 

Nikah şəhadətnaməsinin surəti



 

Yaşayış yerindən ailə tərkibinə dair arayış.  



Qeyd: Arayışda valideynlərin işləyib işləməməsi göstərilməlidir; 


 

 

24 



 

Ailəyə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd

 

Qeyd:  Torpaq  sahəsinə  görə  məcburi  dövlət  sosial  sığortası  ödənildikdə  birdəfəlik  müavinatı  Sosial 

Müdafiə  Fondu  ödəyir,  həmçinin  valideynlər  işləyirlərsə  bu  halda  da  müavinatı  Fond  ödəyir.  Sosial 

Müdafiə Fondu torpaq sahəsinə dair məcburi dövlət sosial sığortası ödənilmədiyinə dair arayış verərsə bu 

halda  müavinatı  Sosial  Müdafiəsi  Mərkəzi  ödəyir,  habelə  valideynlər  işsizdirsə  o  halda  da  müavinat 

Mərkəz tərəfindən ödənilir. 

 

5. Sosial müavinat hansı hallarda təyin edilir? 

 

Yaşa  görə  müavinət  -  əmək  qabiliyyəti  olmayan  şəxsin  əmək  pensiyası  hüququ  olmadıqda  və 



işləmədikdə; 

 

Əlilliyə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda 



 

Sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  uşaqlara  müavinət-müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının 

məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda 

 

Ailə başçısını itirməyə görə müavinət: 



 

Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; 

 

Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən 



biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə. 

 

Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərə  kommunal, 



nəqliyyat  və  digər  xidmətlərə  görə  müavinət  -  onu  almaq  hüququ  müəyyən  edilmiş  şəxslərin  əmək 

pensiyası hüququ olmadıqda; 

 

3  yaşınadək  uşağa  qulluğa  görə  müavinət  -  3  yaşınadək  uşağa  qulluq  göstərən,  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda; 

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək 



(ümumtəhsil  müəssisələrində  əyani  təhsil  alanlar  üçün  18  yaşınadək)  uşaqlarına  müavinət  bəzi 

kateqoriya  şəxslərin  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  onu  almaq  hüququ  müəyyən 

edildikdə

 

Valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqların  qəyyumlarına 



(himayəçilərinə)  müavinət  -  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qəyyum  (himayəçi)  təyin 

edilmiş  şəxslərin  "Ünvanlı  dövlət  sosial  yardımı  haqqında"  Azərbaycan  Respublikası  Qanununa 

əsasən  sosial  yardım  almaq  hüququ  olduqda  və  barəsində  qəyyumluq  (himayəçilik)  təyin  edilmiş 

uşaqlar tam dövlət təminatında olmadıqda 

 

1  yaşınadək  uşağı  olan  aztəminatlı  ailələrə  müavinət  -  ailənin  "Ünvanlı  dövlət  sosial  yardımı 



haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda

 

Radiasiya  qəzası  nəticəsində  zərər  çəkmiş  şəxslərə  hər  il  müalicə  üçün  müavinət  -  şəxsin  radiasiya 



qəzası  nəticəsində  əlil  olduğunu  və  Çernobıl  AES  qəzası  nəticəsində  zərər  çəkmiş  şəxslərin  18 

yaşınadək  uşaqlarının  qəza  nəticəsində  sağlamlıq  imkanlarının  məhdudluğunu  təsdiq  edən  müvafiq 

icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə; 

 

Uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış 



təqdim edildikdə; 

 

Dəfn üçün müavinət şəxs vəfat etdikdə. 



 

10. Ünvanlı sosial yardım 

 

1.Ünvanlı dövlət sosial yardımı kimlər üçün təyin olunur? 

Sosial yardım yalnız aztəminatlı ailələr üçün  təyin olunmalıdır 



 

2.Sosial yardımı hansı ailələr ala bilərlər? 

Ailənin  orta aylıq gəliri  hər bir ailə üzvü üçün  ehtiyac meyarının məcmusundan aşağı olduqda(ailəyə 

daxil  olan  məbləğ)  ,ailə  üzvlərinin  əmək  qabiliyyətsiz  olması,  ailənin  əmək  qabiliyyətli  üzvünün 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə