Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix14.04.2018
ölçüsü0,52 Mb.
#38295
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

 

 

27 



verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı 

yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir.  

  

9.Sayğac  yaşayış  binasının  girişində  quraşdırıldığı  halda  onun  korlanmasına  göra  vətəndaş 

məsiliyyət daşıyırmı? 

Xeyr,  yaşayış  binasının  girişində,  yaxud  pilləkən  meydançasında  quraşdırılmış    sayğacların  baxış 

şüşəsinin sındırılması və ya diqər mexaniki zədələr görə abonent cavabdehlik daşımır.  

 

10.Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma proseduru necə həyata keçirilir? 

Məişət  abonenti  tərəfindən  elektrik  enerjisindən  istifadədə  pozuntuya  yol  verildiyi  aşkar  edildikdə, 

enerjitəchizatı  müəssisəsinin  nümayəndəsi  onun  və  iki  nəfər  hal  şahidinin  iştirakı  ilə  akt  tərtib  edir  və 

aktın  bir  nüsxəsini  məişət  abonentinə  verir.  Akt  enerjitəchizatı  müəssisəsinin  nümayəndəsi,  məişət 

abonenti  və  iki  nəfər  hal  şahidi  tərəfindən  imzalanmalıdır.  Məişət  abonenti  aktı  imzalamaqdan  imtina 

etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz 

mülahizələrini  təqdim  etmək,  habelə  aktı  imzalamaqdan  imtina  etməsinin  səbəblərini  göstərmək 

hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 

 

11.Abunəçi kodunun digər şəxsin adına keçirilməsi proseduru və müddəti? 

Elektrik  enerjisinin  alqı-satqı  müqaviləsini,  şəxsi  hesabın  digər  məişət  abonentinin  adına  keçirilməsi 

onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. 

Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş  yaşayış binasındakı mənzilə yeni  kirayəçi,  yaxud mülkiyyətçi və 

ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi 

arasında beş gün müddətində elektrik enerjisinin  alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı 

müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil 

halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). 



 

12. Qaz təhçizatı sahəsində yaranan suallar 

 

1. Qaz pulunun məbləği nəqədərdir? 

Təbii qazın pərakəndə satış  tarifi 1000  m

3

 üçün (ƏDV ilə)  - 100,0 manat(1 m



3

 -10qəpik). 



 

2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında qaz pulunun ödənilməsində fərq varmı?  

Xeyr, qaz  haqqının ödənilməsində   bütün istehlakçılar qrupları üçün eyni tarifdir. 

 

3. Qaz pulu hara və hansı formada ödənilməlidir? 

Qaz  paylayıcısı  istehlakçıya  verdiyi  qazın  dəyərini  yalnız  sayğacın  göstəricilərinə  əsasən  tam 

hesablamalıdır  və  hər  ay  istehlakçıya  məlumat  (hesab)  təqdim  etməlidir  (göndərməlidir).  İstehlakçı 

şəxsən ödəmələri adiyytı üzrə poçt bölmələrinə və ya  müvafiq banklara ödəməlidir.  



 

4. Qaz təchizatı hansı hallarda dayandırıla bilər? 

Qaz  paylayıcısı  aşağıdakı  hallarda  qazın  verilməsini  dayandıra  bilər:  istehlakçının  müvafiq  yazılı 

müraciəti  (qaz  təchizatının  dayandırılmasının  səbəbi  və  müddəti  göstərilməklə)  olduqda;  təmir-

profilaktika  və  qəza  işləri  görüldükdə,  o  cümlədən  baş  verən  yanğının  və  ya  qaz  sızmasının  qarşısı 

alındıqda;  istehlakçının  qaz  qurğusu  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi 

dövlət  standartlarının  tələblərinə  cavab  vermədikdə;  paylayıcının  istehlakçıya  verdiyi  qazın  sayğacla 

müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir 

ay  müddətində  tam  ödənilmədikdə;  paylayıcı  ilə  müvafiq  müqavilə  bağlanmadıqda;  məhkəmənin  qərarı 

ilə. 


 

5.Sayğac quraşdırılmıyan evlərdə hesablama necə aparılır? 


 

 

28 



Əgər  abonentin  mənzilində  sayğaclaşma  aparılmayıbsa  bu  zaman  vətəndaş  sərf  etdiyi  mavi  yanacağın 

dəyərini  metodiki  hesablama  əsasında  ödəməlidir.  Yəni,  abonentin  evində  İnventarizasia  aparılır  və 

istifadə edilən cihazlar mövsümi tarif əsasında sərfiyyat üzrə ödəniş edilir. 

 

6.Yaşayış evinin qazlaşdırılması proseduru? 

Qazlaşdırılma prosesi “Bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Vətəndaş “Azərqaz” İB  yerli qaz 

istismar  sahəsinin  (bundan  sonra  QİS)  texniki  şöbəsinə  standart  formada  tərtib  olunmuş  və  müvafiq 

qaydada doldurulmuş istifadə edilən qaz cihazlarının növünü və saylarını göstərməklə ərizə təqdim edir. 

Ərizə ilə birlikdə həmçinin şəxsiyyət vəsiqəsinin surəti, mülkiyyət hüququn təsdiq edən sənədin (çıxarış, 

şəhədətnamə(kupça)), torpaq sahəsinin ayrılması barədə sərəncamın (qərarın) və ya torpaq sahəsində evin 

tikilməsinə  icazə  verilməsi  barədə  sərəncamın(qərarın)  surəti  təqdim  edilir.  Həmçinin  QİS  tərəfindən 

texniki  baxış  keçirilidikdən  sonra  tələb  olunan  vəsaitin  ödənilməsi  barədə  qəbz  əlavə  olunur.Sonunda 

sayğac quraşdırılandan sonra istismara qəbul aktı tərtib olunur və vətəndaşa abunəçi kodu barəsində rəsmi 

məlumat verilir. 



 

7. Qazlaşdırmanın qiyməti? 

Fiziki  şəxs  olan  istehlakçıların  sayğaclarla  təchiz  edilməsi,  onların  quraşdırılması  və  dəyişdirilməsi  qaz 

paylayıcısı  hesabına  həyata  keçirilir.  Vətəndaşın  xərclərinə  aid  olan  layihə-smeta  sənədlərinin 

hazırlanması  üçün  nəzərdə  tutulan  62.81AZN  (“Azərqaz”  İB-nin  hesabına  ödənilir)  və  tikinti  daxili 

xətlərin çəkilməsi haqqıdır. Həmin xətlərin çəkilməsi işlərinin dəyəri sifarişçi ilə tikinti təşkilatı arasında 

bağlanan müqavilə ilə tənzimlənir. Vətəndaş tikinti-quraşdırma işlərinin aparılması lisenziyası olan başqa 

tikinti təşkilatı ilə müqavilə bağlaya bilər və müqavilədən asılı olaraq ödəmələr etməlidir. 

 

8. Sayğacın işləmədiyi abonent tərəfindən aşkar olunarsa nə etməli? 

Vətəndaş nöqsan aşkar etdiyi zaman dərhal yerlı Qaz İstismar Sahəsinin qaynar xəttinə (104) zəng etməli 

və ya QİS-nin yerli dispetçer xidmətinə yazılı müraciət etməlidir.  

 

9.  İdarə  Nümayəndəsi  tərəfindən  abonentin  qaz  sayğacında  nöqsan  aşkar  edildiyi  zaman  hansı 

tədbirlər görülməlidir? 

Nümayəndə abonentin qaz sayğacında nöqsan aşkar edərsə bu zaman vətəndaşa və öz idarə rəhbərliyinə 

yazılı  şəkildə  müraciət  olunmalıdır.  Müraciət  olunduqdan  sonra  isə  QİS-nin  nümayəndələri  abonentlə 

bilrikdə  nöqsan  aktı  tərtib  edərək  vətəndaşın  son  aylarda  (mövsümü  ödənişlər  nəzərə  alınmaqla) 

ödənişləri  əsasında  ortaq  aylıq  ödəniş  tərtib  olunur  ki,  abonent  yeni  sayğac  quraşdırılana  qədər  həmin 

ödənişi ödəməlidir.   



 

10. Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma proseduru necə həyata keçirilir? 

Abonet tərəfindən qazdan istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, QİS nümayəndəsi onun və 

iki  nəfər  hal  şahidinin  iştirakı  ilə  akt  tərtib  edir  və  aktın  bir  nüsxəsini  abonentə  verir.  Akt  QİS 

nümayəndəsi,  abonent  və  iki  nəfər  hal  şahidi  tərəfindən  imzalanmalıdır.  Abonent  aktı  imzalamaqdan 

imtina  etdikdə  bu  barədə  aktda  müvafiq  qeyd  aparılır.  Abonentin  izahatları  və  mülahizələr  akta  əlavə 

olunur. 


 

13. Su təhçizatı sahəsində yaranan suallar 

 

1. Su təhcizatı üzrə fərdi istifadəçilər tərəfindən ödənilən məbləğ nə qədərdir? 

Bakı,  Sumqayıt, Gəncə, Mingəçevir Əli-Bayramlı,  Xırdalan şəhərləri və  Abşeron rayonu üzrə tariflər 1 

m

3

 üçün ƏDV ilə   30 qəpik, digər regionlar üzrə tariflər 1 m



3

 üçün ƏDV ilə  25qəpik.   

 

2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında su təhcizatı  ödənilməsində fərq varmı? 

Bəli var, fərdi istifadəçilərdən fərqli olaraq digər sahələrdə istifadəyə görə 1 m

3

 üçün ƏDV ilə 70 qəpik 

ödənilməlidir,  sudan  xammal  kimi  istifadə  olunduğu  halda  isə  1  m



3

  üçün  ƏDV  ilə  12,0  manat 

ödənilməlidir. 

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə