Dövlət və hüquq nəzəriyyəsi
MÖVZU:
DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN OBYEKTİ,
PREDMETİ VƏ METODOLOGİYASI
§ 1. DÖVLƏT VƏ HÜQUQ NƏZƏRİYYƏSİNİN OBYEKTİ
VƏ PREDMETİ
Hər bir elm sahəsi özünün tədqiqat obyektinə və predmetinə
malikdir. Elmin obyekti onun öyrəndiyi hadisənin özüdür. Obyekt elmi
dərketmədən öncə, ondan asılı olmadan mövcuddur. Bir sözlə, elmin
obyekti insan şüurundan asılı olmadan obyektiv reallıq kimi
mövcuddur. Lakin real mövcud olan obyektin elmin obyekti olması
üçün ona şüur tərəfindən müəyyən münasibət göstərilməli, o,
tədqiqat obyekti kimi qəbul edilməlidir. Yəni müəyyən bir hadisənin
və ya obyektiv gerçəkliyin elmin obyektinə çevrilməsi üçün elmi
şüurun
ona
müvafiq
münasibət
göstərməsi
və
onun
«predmetləşməsi» prosesi baş verməlidir. Bu proses mental və ya
intellektual xarakterli, özü də rasional məzmuna malik olan bir
prosesdir. Elmi dərketmə subyekti, obyekti müstəqil və real hadisə
kimi qəbul edərək özünə qarşı qoyur və onu müəyyən aspektdən çıxış
edərək öyrənir. Beləliklə də, öz obyekti və predmeti olan elm sahəsi
meydana gəlir, inkişaf edir.
Eyni bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilə bilər. Bu halda
hər bir elm sahəsi müvafiq obyekti özünün xüsusi predmeti və
metodologiyası baxımından öyrənir. Obyekt mühakimə, idrak
vasitələri və elmin malik olduğu imkanların köməyi ilə öyrənilən
varlığın bir sahəsidir. Elmi yanaşma və tədqiqat nəticəsində obyekt
haqqında empirik biliklər nəzəri biliklərlə tamamlanır. Bununla da,
elmi dərketmə öyrənilən obyektin dərindən dərk edilməsinin yaradıcı
prosesini ifadə edir. Müvafiq yanaşmaya uyğun olaraq mahiyyətcə
vacib və əsas hesab edilən və anla
45
ilqar Məmmədov
yışlar vasitəsi ilə ifadə olunan xüsusiyyətlər, qanunauyğunluqlar
elmin predmetinə çevrilir.
Qeyd olunanlara əsaslanaraq elmin dörd əsas üzərində təşəkkül
tapdığını deyə bilərik.
Həmin əsaslardan ilkini hadisəyə, obyektiv gerçəkliyin müəyyən
tərəfinə və ya cəhətlərinə münasibət göstərən insan şüuru, daha
dəqiq desək, insan şüurunun müvafiq formasıdır. Bu, elmi şüurdur.
Elmi şüur müəyyən hadisəni, obyektiv gerçəkliyin müəyyən tərəfini
və ya cəhətlərini özü üçün «problemləşdirir» və beləliklə də, ikinci
əsas, yəni obyekt müəyyənləşir. Düzdür, obyekt şüurun ona
göstərdiyi münasibətdən öncə, həmin münasibətdən asılı olmadan
özü-özünə mövcuddur.
Lakin obyektiv gerçəkliyin elmin obyekti kimi konkretləşməsi
üçün həmin münasibətin yaranması zəruridir. Belə bir münasibət
nəticəsində obyekt real və müstəqil bir hadisə kimi şüur qarşısında
durmuş olur. Beləliklə də, elmin obyekti onun şüurdan asılı olmayan
ikinci «müstəqil» mühüm əsası kimi çıxış edir.
Elmin üçüncü mühüm əsası onun predmetidir. Elm, məhz öz
predmeti ilə konkretləşir, yəni müəyyən bir elm sahəsi kimi təzahür
olunur. Elmin predmeti şüurun obyektə təsir etməsi, onu dərk etməsi
və müəyyən aspektdən öyrənilən obyektin qanunauyğunluqlarını üzə
çıxarması və həmin qanunauyğunluqların tədqiq edilməsi ilə
müəyyənləşir. Elmi yaradıcılıq prosesində predmet obyektin
qanunauyğunluqları haqqında elmi biliklər sistemi kimi müstəqilləşir,
şüur qarşısında özünü, özündəki həqiqi olanları təsdiq edir. Lakin
predmetdəki həqiqilik yüzdə-yüz deyil. Belə ki, müəyyən məsələlərlə
bağlı biliklər hadisələrin inkişafının dinamikasına müvafiq olaraq
dəyişir, dərinləşir, dəqiqləşir və beləcə inkişaf edir. Dəyişməyənlər
isə obyektin dəyişməz cəhətləri və onlardan irəli gələn
qanunauyğunluqlarla
bağlıdır.
Pred-
metin
bu
qaydada
müstəqilləşməsi nəticəsində o, elmi şüurun inkişafını daha da irəli
apara bilən bazaya çevrilir.
Elmin dördüncü əsası isə onun metodologiyasıdır. Növbəti
paraqraf metodologiya məsələsinə həsr olunduğundan burada o
barədə danışmağa ehtiyac yoxdur.
46
Dövlət və hüquq nəzəriyyəsi
Ümumiyyətlə, «obyekt» fəlsəfi kateqoriyadır. Fəlsəfənin verdiyi
izaha görə, obyekt subyektin dərketmə və praktiki fəaliyyətinə qarşı
durur, «insandan, onun şüurundan asılı olmadan mövcud olan
obyektiv reallıq onu dərk edən fərdin fəaliyyət formalarının obyekti
kimi çıxış edir»."'
Dövlət və hüquq nəzəriyyəsinin obyekti bilavasitə dövlət və
hüququn özüdür. Göründüyü kimi, dövlət və hüquq nəzəriyyəsinin iki
obyekti var. Yəni iki mühüm nisbi müstəqil ictimai fenomen-dövlət və
hüquq bu elm sahəsinin obyekti kimi çıxış edir və obyektlərin dualizmi
yaranır. Dövlət və hüquq nəzəriyyəsi müstəqil bir elm sahəsi kimi
həmin dualizmi öz spesifikliyinə uyğun qaydada dəf etmiş olur. Onun
spesifikliyi isə nəzəri hüquq elmi kimi həmin iki nisbi müstəqil ictimai
fenomeni (dövlət və hüququ), məhz hüquqi aspektdən çıxış edərək
öyrənməsi ilə bağlıdır. Müasir nəzəriyyəçilərin fikri belədir ki, dövlət
və hüquq nəzəriyyəsinin obyektlərinin dualizmi həmin obyektlərlə
bağlı anlayışlardan (dövlət və hüquq anlayışları) birinin məntiqi olaraq
ilkin, müəyyənləşdirici, predmet formalaşdırıcı anlayış kimi qəbul
edilməsi yolu ilə dəf edilir və aradan götürülür. Dövlət və hüquq
nəzəriyyəsində belə bir predmet formalaşdırıcı, ilkin anlayış kimi
məhz «hüquq» çıxış edir. Bu anlayışa uyğun olaraq bir-birilə yaxın
olan, bir-birini şərtləndirən iki obyekt birləşir və elmin ümumi bir
obyektinə
çevrilir.^
Dövlət və hüquq hadisələrinin dövlət və hüquq nəzəriyyəsinin
obyekti kimi çıxış etməsi, dövlət-hüquq həyatının nisbi müstəqilliyi və
təkrarolunmazlığı, ictimai həyatın digər sahələrindən fərqlənən
səciyyəvi xüsusiyyətlərə malik olması ilə bağlıdır. Dövlət və hüquq iki
nisbi müstəqil hadisə olsalar da, onlar bir-birinə çox bağlıdırlar və
daim qarşılıqlı olaraq bir-birinə təsir göstərirlər. Bir-birinə qarşılıqlı
təsir göstərən və nüfuz edən dövlət və hüquq bir-birindən təcrid
olunmuş şəkildə fəaliyyət göstərə bilməz.
' Советский энциклопедический словарь. 8.924.
2 Проблемы общей теории права и государства.
Под ред. проф.
Нерсесяпуа В.С.
8.5-6.
47
Dostları ilə paylaş: |