ilqar Məmmədov
Dövlət müvafiq səlahiyyətli orqanlar vasitəsilə hüquq normalarını
özündə əks etdirən normativ hüquqi aktlar qəbul edir, hüquq
normalarını müəyyənləşdirir, həmçinin onların həyata keçməsini
təmin edir və hüququ tətbiq edir. Dövlət hüququ müəyyənləşdirməklə
bərabər, həm də onu müxtəlif vasitələrlə qoruyur. Dövlətin
hüquqyaratma fəaliyyəti olmadan hüquq norması ümumməc- buri
xarakterli rəsmi normativ tənzimləyici kimi çıxış edə bilməz. Beləliklə
də, dövlət hüquqa təsir göstərir. Hüququn özünün də dövlətə
əks-təsiri var. Dövlət orqanlarının, bütövlükdə dövlət mexanizminin
fəaliyyəti hüquqla tənzimlənir, dövlət hakimiyyəti bilavasitə
konstitusion normalar vasitəsilə məhdudlaşır. Bütün bunlara görə,
dövlət və hüquq bir-birilə əlaqədə öyrənilməlidir. Real həyatda üzvi
şəkildə bir-birinə bağlı olan bu hadisələri bir- birindən təcrid etmək
həmin hadisələrin öyrənilməsində natamamlıq yaradır.
Onu da qeyd etməliyik ki, dövlət-hüquq hadisələri fəlsəfə və
başqa ictimai elmlər-politologiya, sosiologiya, tarix və s. tərəfindən
də öyrənilir. Onların əsas fərqi hadisələrin hansı kontekstdə,
hadisələr arasındakı əlaqələrin hansı cəhətdən nəzərə alınması ilə
bağlıdır. Məsələn, politologiya dövlət və hüququ əsasən siyasi
faktorlar kontekstində, yəni siyasi münasibətlər və proseslərlə
əlaqədə öyrənir. Yəni həmin obyektlər politologiyada məhz siyasi
aspektdən öyrənilir, digər aspektlər isə ikinci dərəcəli əhəmiyyətə
malik olur.
Nəzəriyyəçilərin əksəriyyəti belə hesab edir ki, dövlət və hüquq
nəzəriyyəsinin obyekti «sırf dövlət-hüquq materiyası» ilə
məhdudlaşmır. O, «təmiz» dövlət-hüquq hadisələri və institutları ilə
bərabər, onlarla əlaqəsi olan və onlara yaxından təsir göstərən
ictimai, iqtisadi, siyasi və digər hadisələri, institutları əhatə edir.
Məsələn, V.M.Sırıx yazır ki, dövlət və hüquq nəzəriyyəsi bütövlüklə
dövlətin və hüququn, hüquqi nizamasalmanın və tənzimləmənin
öyrənilməsi üzrə ixtisaslaşdığına görə ictimai elmlər sistemindən
ayrılır. «Lakin dövlət və hüquq nəzəriyyəsinin obyekti həmin
hadisələrlə məhdudlaşa bilməz. Belə ki, normativ- hüquqi qaydaların
real davranışlara, hüquq münasibətləri sahə-
48
Dövlət və hüquq nəzəriyyəsi
sinə keçməsi prosesi sosial varlığın iqtisadi, siyasi, mədəni inkişaf
elementlərini, həmçinin subyektiv faktorları: hüquq münasibətləri
iştirakçılarının hüquqi psixologiyasını, məqsədlərini, onların peşə və
həyat təcrübəsini, siyasi-hüquqi hisslərini, emosiyalarını və s. əhatə
edir. Buna görə də elmi dərketmənin əsası, başlanğıc nöqtəsi olan
dövlət və hüquq nəzəriyyəsinin obyekti özü ilə bütün siyasi-hüquqi
fenomenləri (dövləti, hüququ, hüquq münasibətlərini, hüquq
pozuntularını), həmçinin onların mövcud olmasının konkret-tarixi
şərtlərini, vətəndaşların, vəzifəli şəxslərin psixologiyasını, onların
qüvvədə olan hüquqa, dövlət orqanlarının fəaliyyətinə, özlərinin
hüquqauyğun
və
hüquqazidd
davranışlarına
dəyərləndirlci
münasibətini əhatələyir».”'
M.N.Marçenko isə yazır ki, dövlət-hüquq gerçəkliyi ictimai
həyatın onunla bağlı olan sahələri nəzərə alınmadan öyrənilə bilməz.
Eyni zamanda, ifratçılığa da yol vermək olmaz. Dövlət və hüquq
nəzəriyyəsinin obyekti nə sırf dövlət-hüquq materiyası ilə
məhdudlaşmalı, nə də bütün qeyri-hüquqi materiyanı özündə
cəmləşdirməlidir. Dövlət və hüquq nəzəriyyəsinin obyektinin
məzmununa dövlət-hüquq hadisələri, institutları və təsisatları ilə
yanaşı, siyasi, iqtisadi və digər materiyanın yalnız bilavasitə hüquqi
materiya ilə bağlı olan və bu materiyanın formalaşmasına,
fəaliyyətinə birbaşa təsir göstərən hissəsi daxil edilə bilər.
Marçenko belə hesab edir ki, dövlət və hüquq nəzəriyyəsinin
obyektinin müfəssəl şəkildə tədqiq edilməsi üçün o, bütövlükdə yox,
diferensiasiya olunmuş tərzdə, yəni ondakı əsas olanla əsas
olmayanı bir-birindən ayırmaqla nəzərdən keçirilməlidir. Belə bir
yanaşmadan çıxış edərək Marçenko, dövlət və hüquq nəzəriyyəsinin
obyektinin tərkib hissələrinin diferensiasiyasını aşağıdakı kimi verir:
Birinci əsas hissə dövlət və hüquq nəzəriyyəsinin obyektinin
«nüvəsini» əhatə edir. Həmin nüvəyə isə, öz spesifik əlamətləri ilə
seçilən cəmiyyətin əsas təşkilatı-dövlət və dövlət tərəfindən
müəyyənləşən və sanksiyalaşan hüquq daxildir.
Cbipbix B.M. TeopH» rocyflapcTBa
H
npaBa. S. 552-553.
49
ilqar Məmmədov
İkinci hissə, dövlət və hüquq nəzəriyyəsinin obyektinin əsas
hissəsi ilə obyektin strukturu və məzmunundakı qeyri-hüquqi hissə
arasında yerləşən həlqəni əhatə edir. Həmin orta həlqəyə öz
xarakterinə və təbiətinə görə, bilavasitə dövlət və hüquqla bağlı olan
hüquqi hadisələr, institutlar və təsisatlar daxildir. Onlara hüquqi
mədəniyyət, hüquqi şüur, hüquq münasibətləri, hüquqauyğun
davranış, hüquq pozuntuları və s. aiddir.
Üçüncü hissəyə və yaxud həlqəyə isə, hüquqi cəhətdən bir o
qədər də əhəmiyyətli olmayan komponentlər daxildir. Dövlət və
hüquq hadisələri ilə əlaqəsi olan və onlara yaxından təsir göstərən
siyasi, iqtisadi və s. fenomenlər həmin komponentlər- dəndir,
Dövlət və hüquq nəzəriyyəsinin obyektinin həmin üç tərkib
hissəsindən ikisi hüquqi xaratkerə və təbiətə malikdir, üçüncüsü isə
dövlət və hüquqla birbaşa əlaqəsi olsa da, qeyri-hüquqi təbiətə və
xaratkerə malik olan hissədir.''
Dövlət və hüquq nəzəriyyəsinin obyekti real dövlət-hüquq
hadisələri, intstitutları, təsisatları və onlara yaxından təsir göstərən
real iqtisadi, siyasi, ictimai-mədəni fenomenlərdən ibarət olduğu
halda, onun predmetini həmin hadisələrin hüquqi aspektdən çıxış
edilməklə müəyyənləşən ümumi və spesifik qanunauyğunluqları
təşkil edir.
Dərsliklərin və dərs vəsaitlərinin bir çoxunda verilən izaha görə,
dövlət və hüquq hadisələri, dövlətin və hüququn əmələ gəlməsinin,
inkişaf və fəaliyyətinin ümumi qanunauyğunluqları, onların mahiyyəti,
sosial təyinatı, ümumi əlamətləri dövlət və hüquq nəzəriyyəsinin
predmeti kimi çıxış edir.2 Müasir müəlliflərdən bəzilərinin fikrincə,
burada müəyyən çatışmamazlıq var.
Марченко M.H. Проблемы теории государства и права. S.18-19.
^ В а х: Лазарев В.В., Липенъ С.В. Теория государства и права. М.,
2001, Теория государства и права. Под ред. проф. Корелъского В.М. и
проф. Перевалова В.Д. М., 2002, Теория государства и права. Под ред.
проф. Матузова Н.И. и проф. Малъко А.В. М., 1997, Məlikova M.F. Dövlət və
hüquq nəzəriyyəsi. Bakı - 1988 və s.
50
Dostları ilə paylaş: |