Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   15   16   17   18   19   20   21   22   23

96
A Sədnik, bulaq tək çağlayır səsi,
Dilində bülbülün şuri-nəvası,
İllahda qaş-gözü, nazı-qəmzəsi,
Ü rəklərdə bir köz olub, Nazpəri.
           “Nazpəri”
“Zinətlənmiş  gəlin  kimi  bəzənən  dağlar” 
S.P.Pirsultanlı  yaradıcılığında  mühüm  yerlərdən 
birini  tutur.  Güldən  boynuna  həmayıl  taxmış 
dağlar  onun “Dağlar” şeirində naxışlanır, gündən-
günə gözəlləşir:
Zinətlənmiş gəlin kimi, 
Bəzənmisən yenə, dağlar. 
Boynunda güldən həmayıl,
Naxış vurmuş sənə, dağlar.
Sarı çiçək qolbağındı,
Qırmızı gül yanağındı,
Ağ çiçəklər buxağındı,
Bir yaylaqdı sinə, dağlar. 
“Dağlar”  şeirinin  ikinci  bəndində şair  sarı 
çiçəyi  qolbağısı,  qırmızı  gülü  yanağı,  ağ  çiçəkləri 
isə buxağı  adlandırmaqla  dağların  bütün  gözəl-
liklərini  təbii  boyalarla  verərək  bitkin  bir  fikir 
ifadə etmişdir.  Sanki onun qələmi rəssam  firçası  
ilə əvəz    olunur,  möhtəşəm    dağ  obrazı    yaradan
rəsm  əsəri  yaranır.  Oxucu  bu  şeiri  bütövlükdə  


97
oxuduqda xəyalən dağların  füsunkar gözəlliklərini 
təsəvvür edir, ürəyi dağlara  sarı atlanır. 
Durna  telli  sazı  Sədnik  müəllim  könlünün 
tərcümanı  adlandırır.  Sazdan  ayrılmaq  istəmir. 
Ondan ayrı düşəndə darıxır, özünə  yer tapa bilmir 
və saza müraciət edərək deyir: 
Səndən ayrılalı nələr çəkmişəm, 
Oyan bircə-bircə ellərdən, soruş. 
Saz mənim könlümün tərcümanıdır,
Zənbur tək sızlaşan tellərdən, soruş. 
Bu  şeirdə sazla  insanın  vəhdətdə olmasını, 
onların  bir-birinə bağlılığını, “Sazın  hamıdan  uca 
tutulmasını, öz  dərdini şahid  illərdən  soruşmağı  
tövsiyə edir”:
Sən gəzən ellərə güzar eylədim,
Səni tapammadım ah-zar eylədim,
Sədnikə təsəlli nə var eylədim,
Qızıl qazlar üzən göllərdən, soruş.
Vaxtı ilə saz gəzən ellərə güzar eyləyir, sazı 
o yerlərdə tapmayanda kədərlənir, qüssələnir, sazın 
ellərdə, obalarda həmişə olmasını arzulayır. 
“Hüseynim” şeirində şair Göyçə yurdlarının 
yad  tapdağı  altında  qalması  ilə razılaşa  bilmir. 
Hüseynə xitabən  doğma  yer  adlarımızı  nəzmə
çəkərək yana-yana o yerlərdən danışır. Onun ürək 


98
yanğısı şeirin bütün bəndlərində dil açır, o yerlərin 
unudulmamasını  önə çəkir.  Göyçənin  şirin  ləh-
cəsini, şeir dilini ilahiləşdirir:
Körpəlikdən sevdin Göyçə elini,
Nərgiz-bənövşəsin, qönçə gülünü,
Şirin ləhcəsini, şeir  dilini,
Yurdundan ilhamın alan, Hüseynim. 
     Göyçə gölünü Hüseynin anası, Ç almalını atası, 
Ağbulağı  butası
adlandırır,  Əyricə
dağının
qürbətdə qalmasını ürək ağrısı ilə xatırladır:
Göyçə göl anandır, Çalmalı atan,
Gözəllər gözəli Ağbulaq butan,
Əyricə dağının damənin tutan,
Vətəni qürbətdə qalan, Hüseynim. 
Hüseynin  Göyçədən  gələndə Göyçə boyda 
Ələsgəri də özü ilə gətirdiyini belə ifadə edir:
Göyçədən gələndə nələr gətirdin,
Neçə kitab, neçə əsər gətirdin?
Göyçə boyda bir Ələsgər gətirdin,
Ələsgər sazını çalan, Hüseynim.
Bununla  şair  demək  istəyir  ki,  Göyçə
qürbətdə qalsa  da  ustad  Ələsgərin  sazı  susmayıb, 


99
o, Hüseyn  kimi  aşıqların  əlində gəzir  və dürlü-
dürlü havacatlarla yenə də çalır, çağırır:
Ü rəyində Miskin Abdal odu var,
Damağında sözlərinin dadı var,
Hər kəsin həyatda bir ustadı var,
Pir ustadı Abdal olan, Hüseynim. 
Bu  parçada  Miskin  Abdalın  od-alovunun 
sönməməsini, onun pir ustad olmasını xatırladır. 
Müqəddəs Seyid Bayram ocağını, Ala göllər 
yaylağını,  dağın-daşın igidlər oylağı  olduğunu  da 
unutmur:
Sədnik çıxdı Qaradağın döşünə,
Səcdə qıldı torpağına, daşına,
Miskin  Abdal ocağının başına,
Mən dolandım, sən də dolan, Hüseynim. 
Qoşmanın  tapşırmasında  o  yerlərin  torpa-
ğına,  daşına  səcdə qıldığına,  Miskin  Abdal  oca-
ğının başına dolandığına işarə edərək Hüseynin də
o  ocağın  başına  dolanmasını  arzulamaqla  fikrini 
tamamlayır. 
“Söyləmiş”  şeirində baba  isminin  müqəd-
dəsliyini, nənə laylasının  şirinliyini,  tər  bənövşəli 
Xoşbulağın yaylağında söylədiyini, - deyir. Sözlü-
söhbətli,  ağzı  dualı  nənəsi  yada  düşəndə sızım-


100
sızım  sızıldayır,  göz  yaşı  tökməkdən  belə
çəkinmir:
Yada salma mənim körpə çağlarım,
Nənəm yada düşər bərkdən ağlarım. 
Görünəndə ağ buludlu dağlarım,
Səngər dağın qayasında söyləmiş. 
Bütün varlığı ilə türk dünyasına  bağlı olan, 
ürəyi  Təbrizdən  heç  bir  zaman  ayrılmayan    şairin 
qəlbində həsrətdən  sızlayan  yaralar  göynəyir. 
“Sinəndə”  şeirində bu  sızıltı,  yanğı  sinədə tarixə  
çevrilir:
Yıldızdağdan, Banazköydən qopanda,
A dərdli, Sivasım, ağladın sən də,
Ü z tutanda Təbrizimə, Gəncəmə,
Bu qanlı tarixi yazdın sinəndə. 
Ankaradan  əsən  qara  bir  külək  Pirsultan 
Abdalın  yolunu kəsir, qulağına gələn səs tarixin o 
tayından    adlayaraq  yeniləşir,  təzələnir.  Pirsultan 
Abdalın yolunu kəsən acı küləkləri tarixiləşdirir:
Ankaradan  qara bir külək əsdi, 
Pirsultan Abdalın yolunu kəsdi,
Qulağıma bir səs gəldi, nə səsdi?
Yazılmış tarixi oxudum mən də. 


101
Banaz köyün ağ buludu,
Mənimlə görüşdü, getdi. 
Yıldızdağın rüzigarı,
Mənimlə öpüşdü getdi. 
Ağ  buludların  insanla  görüşü,  ruzigarın 
insanla öpüşməsinin qeyri-mümkün olmasına bax-
mayaraq  şair  şeir  dili  ilə bunu  gerçəkləşdirməyi 
bacarır.  Sonda  isə topa  qızların  gülüşməsini hər 
tərəfdən  yağmurun  yağmasına  baxmayaraq  şairin  
qəlbinə gün  düşdüyünü  poeziyanın  dili  ilə gözəl 
ifadə edir:
Qızıl İrmaq sahilində,
Topa qızlar gülüşdü.
Hər tərəfdən yağmur yağdı,
Mənim qəlbimə gün düşdü. 
                  “Görüşdüm, gəldim”
Azərbaycanın füsunkar təbiətinin tərənnümü 
S.P.Pirsultanlının  şeirlərində həmişə diqqəti cəlb 
edir.  “Axtar,  tap, əzizim”  şeirində bu  gözəllikləri 
vəsf etməklə  deyir: 
Qubadadır, “Qız bənövşə” bulağı,
Qəçrəsin ərzə yayılıbdı sorağı,
Sədniyi soruşsa o Baba dağı,
Xızırdan taparsan nişana, səslən. 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə