Qasim qirxqizli



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix08.07.2018
ölçüsü0,67 Mb.
#53845
1   ...   15   16   17   18   19   20   21   22   23

108
Mənim, bax, bu dəli sövdamdan sonra,
Sularında qoy durulum, bulanım. 
                                           “Laylay  istəyir”
Bəzən  də öz  taleyinin  ağrı-acıları  ilə
barışmayan  şair  gileylənir.  Nakam  taleyinin  gec 
gəldiyini göz yaşı tökə-tökə dilə gətirir.
Sədnik, əzəl öydü taleyin səni,
Sədnik, niyə döydü taleyin səni?
Birdən-birə əydi taleyin  səni,
Bəlkə, duydun son nəfəsdi, gəlmədin. 
“Gəlmədin”
Gülüm, gül camalın bircə görəydim,
Yasəmən saçların tağ-tağ hörəydim,
İstəsəydin bu canımı verəydim,
Sədnik canın əsirgəməz biləsən. 
“Biləsən”
Bu  şeirdə öz  şirin  canını  belə sevgilisindən 
əsirgəməyən  Sədnik  müəllim  hələ də gənclik 
həvəsi ilə sevdiyini “Biləsən” şeirində açıqlayır.
  İnsan  yaşa  dolduqca  kövrəkləşir,  təzəcə
pöhrələnmiş  kövrək bir budağa bənzəyir. Bu  köv-
rəklik insanı kədərləndirir, heç nəyinin qalmadığını 
bəyan  edir.  Sədnik  müəllim  hər  nəyi  var  isə yox 
olduğunu,  təkcə sevən  bir  ürəyinin  qaldığını 
“Qalıbdır” şerində belə ifadə edir:


109
Sərvət dolu bir dağ idim əzəldən,
Heç bilmirəm indi nəyim qalıbdır.
Bu gördüyün dərya-dəniz canımda,
Təkcə sevən bir ürəyim qalıbdır. 
Dağların  dağ  vüqarı,  dağ  əzəməti,  laləli, 
güllü-çiçəkli, qoynu  insanların  həsrəti,  sevinci 
olmuşdur.  Sədnik  Pirsultanlının  vəsf  etdiyi  dağlar 
tamamilə başqa bir donda, başqa bir biçimdədir.
Yaz  gələndə gəlin kimi bəzənər,
Gəlinin başına güllər ələnər,
Dağı-daşı gül-çiçəyə bələnər,
Nişanlı qız  kimi süslənən,  dağlar. 
Şüurlu  hər  bir  insanın  dağ  boyda  dərdi  olur. 
Elə bir insan tapmaq olmaz ki, onun dərdi olmasın. 
Pirsultanlının  dərdinin  dağlardan  da  ağır  olduğu 
“Dərdimi” şerində belə ifadə olunur.
Dərdimi dağa desəm,
Dağ tərpənər, dağ yeriyər.
Od tutar sular yanar,
Dağ yıxılar, dağ əriyər. 
Dərdi  doğma  bilib,  ona  qucaq  açmaq  heç  də
asan məsələ deyildir. Ancaq şair dərdi doğma bilir, 
onu bağrına basıb, qucaq açır. 


110
Dərdimi Sədnikə desəm,
Qaynar, qaynar, əsər, coşar,
Dərdi bağrına basar,
Doğma bilər, qucaq  açar. 
İnsan ruhunu  oxşayan  at  kişnərtisi  və çay 
şırıltısıdır.  Mənbəyini  saf,  bal  dadan  çeşmələrdən 
alan çaylar Sədnik Pirsultanlının şeirində təlatümə
gəlir.
Göy təpələr niyə dinmir laldımı?
Yaylaqlar Sədniki xəbər aldımı?
Ballıcanın suyu yenə baldımı?
Dağlardan gəlirsən, a Gəncə çayı.
“Məni” şeirində kimə oxşasa  da  istəmədiyi 
adama oxşamaq istəməyərək, ancaq özü olduğunu 
təsdiqləyir.
Nə təzəcə doğmuş dan ulduzuyam,
Nə də dağdan aşmış gün bilmə məni.
Kimə oxşadırsan oxşat  razıyam,
Özünə oxşatma, sən bilmə məni.
Kəklik  qaqqıltısı,  gözəlliyi  ilə həmişə şeir 
mövzusu  olubdur.  Sədnik  müəllim  ülvə kəkliyin 
körpə ülvəsini yazın müjdəsi adlandırır.
Xınalı kəkliyin körpə ülvəsi,
Yazımın müjdəsi, nübarısan sən.


111
Qar yeyir zirvədə  Ur kəklikləri,
Qoşqarla Qırxqızın baharısan sən. 
Milli poetik fikrin ən böyük nailiyyətlərindən 
biri zamanın nəbzini tutmaq, onu bədilləşdirib lirik 
formaya  salmaqdır.  “Dəyişmərəm”  şeirində ana 
qucağını,  doğma  ata  ocağını,  Pirsultan  dağını  heç 
nəyə dəyiçməyən  şair  ululardan  bəri  gələn  sevgi 
hisslərini  biruzə verir.  Ona  görə ki,  bu  sevginin 
daxilində Vətən,  isti  ana  qucağı,  doğma  ata  ocağı 
yaşayır.
“Ağrı  dağı” şeiri  fikrin  dolğunluğuna  görə
seçilir.  Ağrı  dağı  Allahın yapdığı qala  kimi  təsvir 
olunur.
S.Pirsultanlı “Yadında  varmı” şeirində gənc-
lik  illərini  yada  salır,  onu  qocalıq  dövrü  ilə
müqayisə edir, üzünü dağlara tutaraq deyir:
Hamı  köçüb, sən qalmısan, a dağlar,
Mən cavan olduğum yadında varmı? 
Mənim gənclikdə kənd toylarında,
Nəmərlər aldığım yadında  varmı? 
İnsan  ürəyinin  saflığı,  təmizliyi,  eşq  oduna 
alışıb-yanması  şairin  “O mənim  ürəyimdir”
şeirində yeni  bir  formada  oxuculara  çatdırılır. 
Ü rəyini canlandırır, bədiiləşdirir, özünün şah əsəri 
hesab edir:


112
Gözəllərin müjdə yeri,
Sevənlərin səcdə yeri,
Bu Sədnikin  şah əsəri,
Bil, o, mənim ürəyimdir. 
Qoşqar dağının görüşünə gələn şairin qarşısını 
duman kəsir, sevgili-məhbubu olan dağın zirvəsinə
qalxa bilməməsi onu dərdləndirir, qəmləndirir.
Qoşqar, görüşünə  gəlmişdim,
Bir də  gəlməyim gümana qaldı. 
Heyf zirvələri görə  bilmədim,
Dağ dumandı,  daş dumandı. 
Şairin qəlb inamından doğan fikirlər cilalanır, 
saflaşır, durulaşır. O, qartalın süzdüyü səmaya qa-
nadlanıb  uçmaq,  buludların  üstündə cövlan  etmək 
istəyir.  Bu  isə şair  təxəyyülünün  bütövlüyündən, 
ucalığından xəbər verir:
Yenə canımdadır  gəncliyin odu,
Kəpəz dağlarını gəzməyim gəlir.
Düz qalxaraq ağ buludun tuşuna,
Şahin süzən yerdə, süzməyim gəlir.
Bülbülün gül həsrəti ilə ah-fəğan etməsi rəmzi 
məna  daşısa  da  şairin  “Bülbül”  şeirində bülbülün 
də özü  kimi  yaralı  olduğu  fikrini  eyniləşdirir, 
yaralı-yaralı oxumasını istəmir, yarpaqların arasına 


113
girib  gizlənməyi  məsləhət  görür,  onun  namərd 
oxuna tuş gəlməsindən qorxur. 
Sən də yaralısan, mən də yaralı,
Yaralı-yaralı oxuma, bülbül!
Yaşıl yarpaqların gir arasına,
Rast gələrsən namərdlərin oxuna,
Gəl belə aşkara oxuma, bülbül!
“Doğulmuşam” şeirində şeirlə qoça  doğul-
duğunu, dünyaya qoşa gəldiyini, laylasını Pirsultan 
dağı  çaldığını  deyən  şair,  baş-başa  verən  qayaları 
özünün doğma ev-eşiyi hesab edir.
Baş-başa qayalar evim-eşiyim,
Gərməşövdən hörülübdü beşiyim,
Qoşqar qibləgahım, çəkib keşiyim,
Əməni bulaqda dür doğulmuşam. 
“Deyil” şeirinin  məzmun  dolğunluğu,  məna 
çalarları, zənginliyi diqqəti cəlb edir.
Dağlara həsrətəm, yarım qalmışam,
Yarım yarla köçüb, yarım qalmışam,
Göllərim quruyub, yarım qalmışam,
Kür-Araz  çağlasa dolası deyil. 
Dünya çox gözəldi, gözəldən gözəl,
Açıla gülləri, olmaya xəzəl,


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə