Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

­  47 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



QƏRARA   ALDI:

1. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş

ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009‐cu il oktyabrın

1‐dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228‐ci maddəsinin,

həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

30.4‐cü maddəsinin müddəaları tətbiq edilməlidir.

2. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil

olunmur.


3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.  Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə

bilməz.

 

 

 

 

Sədr                                                                              Fərhad Abdullayev



­  48 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

İNSAN HÜQUQLARI ÜZRӘ AVROPA MӘHKӘMӘSİ

BİRİNCİ BÖLMƏ



QURBANOVA AZӘRBAYCANA QARŞI

(18005/08 nömrәli şikayət)

Q Ə R A R

STRASBURQ

18 dekabr 2012­ci il

Qurbanova Azәrbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Mәhkәməsi (Birinci Bölmә) aşağıdakı tәrkibdә:

Sədrlik edәn – Nina Vayiç,

Hakimlər ‐

Xanlar Hacıyev,

Erik Möse,

vә Bölmә katibi – Andre Vampak,

27  noyabr  2012‐ci  ildә  şikayәtə  qapalı  məhkәmə  iclasında  baxaraq,  həmin  tarixdә  qərar  qəbul

etmişdir:

PROSEDUR MӘSƏLӘLӘRİ

1.  Bu  iş  Azәrbaycan  Respublikasının  vәtəndaşı  xanım  Mahirә  Qurbanovanın  (“ərizəçi”) İnsan

Hüquqlarının  vә  Әsas  Azadlıqların  Müdafiəsi  Haqqında  Konvensiyanın  34‐cü maddәsinә  uyğun

olaraq  Azәrbaycan  Respublikasına  qarşı  5  aprel  2008‐ci  ildə  təqdim  etdiyi şikayәt  (18005/08

nömrәli) ilә başlanmışdır.

2. Azәrbaycan Hökumәti (“Hökumәt”) sәlahiyyәtli nümayəndәsi cənab Ç.Әsgərov tәrәfindәn təmsil

olunub.

3. 12 iyul 2010‐cu ildə şikayәt barәdә Hökumәtә mәlumat verilmişdir.



FAKTLAR

I. İŞİN HALLARI

4. Ərizəçi 1946‐cı ildə anadan olmuşdur vә Bakıda yaşayır.

5. 17 fevral 1998‐ci ildә ərizәçinin әrinә Yasamal rayon İcra Hakimiyyәtinin qərarı əsasında Bakı

şəhərindә yerlәşәn mәnzilə yaşayış orderi verilmişdir. 13 mart 1998‐ci ildә әrizәçinin әri vәfat

etmişdir.

6. Tarixi dəqiq mәlum olmayan gündə ərizәçiyә məlum olmuşdur ki, onun mәnzili məcburi köçkün

düşmüş H. vә onun ailəsi tərәfindən zəbt edilmişdir. Әrizәçi bildirir ki, onun tәləblәrinә baxmayaraq

həmin ailә mәnzili boşaltmaqdan imtina etmişdir.

7.  2007‐ci  ildә  ərizəçi  Sabunçu  rayon  məhkəməsinә  iddia  ilә  müraciәt  edәrәk  mənzilə  olan

sәnədlәrin  onun  adına  dəyişdirilmәsinin  müvafiq  orqana  hәvalә  edilmәsi,  habelә  H.  və onun

ailәsinin  mәnzildәn  çıxarılması  barәdә  qәtnamәnin  qəbul  edilmәsini  xahiş  etmişdir.  5  oktyabr

2007‐ci  ildә  Sabunçu  rayon  mәhkəməsi  ərizәçinin  iddiasını  qismәn  tәmin  etmişdir.  Məhkəmə

müәyyәn  etmişdir ki,  cavabdeh  şәxslәr  mәnzili  qanunsuz  zәbt  edәrәk  ondan  istifadә  etmәk



­  49 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

hüququna  malik  deyillәr  və  onların  mənzildәn  çıxarılması  barәdә  qətnamә  qəbul  etmişdir.

Mənzilin  sənədlәrində  dәyişikliklәr  edilmәsinә  gәlincə  isә,  məhkəmә  binanın tikintisi  başa

çatmadığı üçün әrizəçiyə müvafiq sənədlərin verilmәsinin mümkünsüzlüyü nәticәsinә gəlmişdir.

Həmin qәtnamәdәn apellyasiya şikayәti verilmәmiş vә mübahisənin baş verdiyi zaman qüvvədә

olmuş ölkә qanunvericiliyinә uyğun olaraq qərar qəbul edildiyi tarixdәn sonra bir ay müddәtindә

qüvvәyә minmişdir. Lakin məcburi köçkün ailəsi qәtnamәni icra etmәkdәn imtina etmişdir.

8. Ərizәçi 2008‐ci ildә Yasamal rayon mәhkəmәsi qarşısında iddia qaldıraraq 5 oktyabr 2007­ci

il  tarixli  qәtnamənin  icra  edilmәməsinә  görә  tәzminatın  tәyin  edilmәsini  xahiş etmişdir.  16

sentyabr  2008‐ci  ildә  Yasamal  rayon  məhkәməsi  vә  24  noyabr  2008‐ci  ildə  Bakı Apellyasiya

Mәhkәmәsi әrizәçinin iddiasını rədd etmişdir. 20 may 2009‐cu ildә Ali Mәhkəmә aşağı instansiya

mәhkəmələrinin qətnamәlәrini qüvvәdә saxlamışdır.

9. Әrizəçidən alınmış әn son mәlumata əsasәn, onun xeyrinә çıxarılmış 5 oktyabr 2007­ci il tarixli

qәtnamә indiyәdәk icra edilməmişdir.



II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

10. Daxili qanunvericilikdәn müvafiq çıxarışlar Mәhkəmәnin “Gülmәmmәdova Azәrbaycana qarşı”

işi üzrә qәbul etdiyi qərarda (38798/07 nömrəli şikayәt, 18‐24‐cü bәndlər, 22 aprel 2010­cu il)

verilmişdir.



HÜQUQİ MƏSӘLӘLӘR

I. KONVENSİYANIN 6‐cı MADDӘSİNİN 1‐ci BƏNDİNİN POZULMASI İDDİASI

11.  Әrizәçi  Konvensiyanın  6‐cı  maddəsinin  1‐ci  bəndinә  əsaslanaraq  xeyrinә  çıxarılmış

qәtnamənin icra olunmamasından şikayət etmişdir. Konvensiyanın 6‐cı maddәsinin 1‐ci bəndinin

müvafiq hissəsində qeyd edilir:

“Hәr  bir  kәsin...mülki  hüquq  vә  vəzifәlәrinin  müәyyәn  edilmәsi  ilә  bağlı  işә...məhkəmә

tәrəfindәn...әdalәtlә baxılması hüququ vardır...”



A. İşә baxılmasının mümkünlüyü

12.  Mәhkәmә  hesab  edir  ki,  şikayәt  Konvensiyanın  35‐ci  maddәsinin  3‐cü  bəndinin  (a)

yarımbәndindә nәzərdә tutulmuş mənada açıq‐aşkar əsassız deyil və hәr hansı digәr əsasa görә

dә ona baxılması mümkünsüz hesab edilә bilmәz. Ona görә dә, şikayәtә baxılması mümkün hesab

edilir.

B. İşin mahiyyәti

13.  Mәhkәmә  qeyd  edir  ki,  bu  işin  faktiki  dəlilləri,  şikayәtlәr  vә  qaldırılmış  hüquqi  mәsəlәlər

Konvensiyanın  6‐cı  maddәsinin  1‐ci  bəndinin  pozulduğunun  müəyyәn  edildiyi yuxarıda  qeyd

edilmiş “Gülmәmmәdova” işindәki ilә eynidir.

14. Mәhkəmə işdә olan bütün materialları araşdıraraq müəyyən edib ki, Hökumәt hazırkı şikayətlә

bağlı onu fәrqli nәticәyә gәlməyə inandırmaq üçün hər hansı fakt vә ya dəlil irәli sürmәmişdir.

15. Xüsusilә, Mәhkәmә Azәrbaycanda çoxlu sayda məcburi köçkünün olmasını ərizәçinin xeyrinə

olan qәtnamənin icrası ilә bağlı müəyyən çәtinliklәr yaratdığını qәbul etmәyә hazırdır. Bununla

belə, bu qətnamә qәti vә qanuni qüvvәyә malik olmuş, lakin dövlәt orqanları ümumilikdә təxminən

on üç ildәn artıq bir müddәt әrzindә (bunun təxminәn on ili Konvensiyanın qüvvәyә minməsindәn

sonrakı  dövrә   təsadüf  edir)   onun   icra   edilməsi  üçün  heç  bir adekvat  tədbir  görməmişlәr.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə