Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

­  50 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Qeyd  olunan  qətnamәnin  icra  olunması  üçün  zəruri  olan  tədbirlәrin  görülməsindә  dövlәt

orqanlarının lazımı tәlәskәnlik vә sәy göstәrmәsini təsdiq edәn sübutlar tәqdim edilməmişdir. Belә

olan halda, Məhkәmә hesab edir ki, Hökumət qətnamәnin uzun müddәt icra edilmәmәsinә haqq

qazandıran hәr hansı dәlil irәli sürməmişdir.

16. Belәliklә dә, Konvensiyanın 6‐cı maddәsinin 1‐ci bәndi pozulmuşdur.



II. KONVENSİYANIN DİGӘR MÜDDӘALARININ POZULMASI İDDİASI

17. Ərizәçi Konvensiyanın 14‐cü maddəsi əsasında şikayәt edәrәk ayrı‐seçkiliyә məruz qaldığını

iddia  etmişdir.  Eyni  zamanda, ərizәçi  təzminatın  təyin  edilmәsi  iə  әlaqədar aparılmış  icraatlar

barədə Konvensiyanın 6‐cı vә 13‐cü maddələri әsasında şikayət etmişdir. Mәhkəmə işdә olan bütün

materialları araşdıraraq vә bu şikayәtlәrin onun sәlahiyyətlərinә aid olduğunu nəzәrә alaraq, hәmin

müddәalarda  təsbit  edilmiş  hüquq  və  azadlıqların pozulmadığını  müәyyәn  etmişdir.  Bununla

әrizәnin həmin hissәsi Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin (a) yarımbәndindә vә 4‐cü

bәndində nəzərdә tutulmuş mənada açıq‐aşkar əsassız olduğuna görə rәdd edilməlidir.



III. KONVENSİYANIN 41‐Cİ MADDӘSİNİN TӘTBİQİ

18. Konvensiyanın 41‐ci maddәsində bildirilir:

“Əgәr Məhkәmә Konvensiyanın vә ona əlavә Protokolların pozulduğunu müәyyәn edәrsә vә əgər

Yüksək Razılığa Gәlən Tәrəfin daxili hüququ kompensasiyanın yalnız qismәn ödәnilməsini mümkün

hesab edirsә, Məhkəmә, zәruri olduğu tәqdirdә, zәrәrçәkmiş tәrәfə әdalәtli təzminatın ödәnilmәsi

barәdә qәrar çıxarır.”



A. Ziyan

1. Maddi ziyan

19. Ərizәçi vurulmuş maddi ziyana görə 107 149,2 avro mәblәğində vəsaitin ödənilməsini tələb

etmişdir. Bu mәbləğә mәnzilin bazar qiymәti və mәnzilin satışından əldә oluna biləcək vәsaitin

banka depozit qismindә qoyulmasından әldə oluna bilәcәk gәlir daxildir. Tәləbini əsaslandırmaq

üçün әrizәçi eyni vəziyyәtdә olan mәnzillәrin qiymətləri barәdə qeyri‐hökumәt təşkilatı tәrәfindәn

aparılmış  qiymәtləndirməni  və  Mərkəzi  Bank  tərәfindәn  dәrc  olunan  “Statistik  Bülleten”də

göstərilәn rәsmi faiz dәrəcələrini tәqdim etmişdir.

20. Hökumәt bildirmişdir ki, iddia olunan pozuntu ilə bu hissәdə tәlәb olunan әdalәtli tәzminat

arasında sәbәbiyyәt əlaqəsi mövcud deyil.

21. Məhkәmә tәlәbin həmin hissəsini rәdd edәrәk pozuntu ilә tәlәb arasında sәbәbiyyәt әlaqәsini

aşkar etməmişdir.

2. Mәnәvi ziyan

22. Ərizəçi vurulmuş mənəvi ziyana görә 6 000 avro məbləğindә vəsaitin ödәnilməsini tәlәb etmişdir.

23. Hökumәt tәlәb edilən məbləğin həddindən artıq böyük olduğunu qeyd etmiş və mәnәvi ziyana

görә әrizәçiyә maksimum 2 000 avro mәblәğindә vəsaitin ödәnilməsinә hazır olduğunu bildirmişdir.

24. Məhkәmә hesab edir ki, әrizəçi xeyrinә çıxarılmış məhkәmә qәtnamәsinin uzun müddәt ərzindә

icra olunmaması nəticәsindә müәyyən mәnәvi ziyana məruz qalmışdır. Lakin tәlәb olunan mәbləğ

hәddindәn artıq çoxdur. Məhkəmә Konvensiyanın 41‐ci maddәsindә təlәb olunduğu kimi әdalәtli

qiymətlәndirmә apararaq ərizәçiyә vurulmuş mәnәvi ziyana görə 3 600 avro məbləğind vəsaitin

ödәnilmәsini vә bura bu mәbləğdәn tutulacaq vergilәrin əlavə olunmasını qәt edir.

25. Bundan əlavә, Mәhkәmә hesab edir ki, ərizәçinin xeyrinә  qәbul  edilmiş  qәtnamə hazırda  da




­  51 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

qüvvədə  qaldığı  üçün  Dövlətin  onu  icra  etmək  vəzifəsi  mübahisə  oluna  bilmәz.  Ona  görə  dә,

ərizəçinin müvafiq qәtnamәnin icra olunmasını tәlәb etmәk hüququ vardır. Mәhkəmә bir daha

tәkrar  edir  ki,  6‐cı  maddə  ilә  qorunan  pozulmuş  hüquqların  bәrpasının  әn münasib  forması

ərizəçilәrin  mümkün  olduğu  qədər  6‐cı  maddənin  tәlәblәrinin pozulmayacağı  təqdirdə  ola

biləcәkləri vәziyyətә qaytarılmalarının təmin edilməsidir (baxın, “Piersack Belçikaya qarşı” (50­ci

maddə), 26 oktyabr 1984‐cü il, 12‐ci bənd, A Cildi, 85‐ci nömrә). Təsbit edilmiş pozuntunu nәzәrə

alaraq Mәhkəmә hesab edir ki, bu prinsip hazırkı işә dә tәtbiq edilir. Ona görə dә Mәhkәmә hesab

edir ki, Hökumәt müvafiq vasitəlәrdәn istifadә etmәklә әrizәçinin xeyrinә olan qәtnamәnin icrasını

təmin etmәlidir.



B. Ödəmәnin gecikdirilməsi zamanı faiz dәrәcəsi

26. Məhkәmə ödәnilməsi gecikdirilən mәbləğә görә faiz dərəcəsinin Avropa Mərkәzi Bankının

illik son faiz dәrәcəsinә uyğun olaraq hesablanmasını vә bura üç faiz əlavә edilmәsini məqbul

hesab edir.



YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKӘMӘ YEKDİLLİKLӘ

1. Məhkәmә qətnaməsinin icra olunmaması ilə bağlı hissədə şikayətə baxılmasını mümkün, digәr

hissәlərdә mümkünsüz hesab edir;

2. Konvensiyanın 6‐cı maddәsinin 1‐ci bәndinin pozulduğunu qәt edir;

3. Qәrara alır ki, Konvensiyanın 44‐cü maddәsinin 2‐ci bəndinә uyğun olaraq cavabdeh Dövlәt

müvafiq  vasitəlәrdən  istifadә  etmәklə  üç  ay  ərzindә  ərizәçilәrin  xeyirlәrinә  olan  yerli

məhkәməlәrin qәtnamәlәrinin icra olunmasını təmin etmәlidir;

4. Qәrara alır ki,

(a) Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndinә uyğun olaraq cavabdeh Dövlət üç ay ərzində

ərizәçiyə tutulacaq vergi dә daxil olmaqla vurulmuş mənəvi ziyana görә 3 600 (üçmin altı yüz)

avro məblәğində vəsait ödәmәlidir. Hәmin məblәğ ödәmәnin həyata keçirilməsi zamanı mövcud

olan məzənnәyә uyğun olaraq Azәrbaycan manatı ilə ödənilmәlidir:

(b)  yuxarıda  qeyd  edilәn  üç  ayın  keçməsindən  sonra  ödəmәnin  həyata  keçirilmәsinә  qədәr

gecikdirilәn müddәt üçün yuxarıda göstərilən məbləğdәn Avropa Mərkәzi Bankının illik son faiz

dәrәcәsinә uyğun olaraq faizlər ödәnilmәli vә buna üç faiz dә әlavә edilmәlidir;

5.  Әrizəçinin  ədalәtli  kompensasiya  tәləbinin  digәr  hissәlərdә  rədd  edilmәsini qәt  edir.  Qərar

Mәhkәmәnin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2 vә 3‐cü bəndlәrinә uyğun olaraq 2012­ci

il 18 dekabr tarixindә ingilis dilindә vә yazılı şәkildә tәrtib edilmişdir.



              Andre Vampak                  

 

 

Nina Vayiç

             Katibin müavini          

  

 

 

     Sədr


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə