Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   31

­  54 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim

edə  bilərlər.  Uşaların  kimin  yanında  qalması  barədə  ər‐arvad  arasında  belə  saziş  olmadıqda

məhkəmə  boşanmadan  sonra  yetkinlik  yaşına  çatmayan  uşaqların  valideynlərindən  hansının

yanında  qaldığını  müəyyən  etməlidir.  Bu  halda,  əgər  valideynlər  arasında  razılıq  yoxdursa,

məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların

qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi

keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll

edir. "10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri

olarsa, uşağın fikri məhkəmə iclas zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq

bağçası  tərbiyəçisinin  və  qeyrilərinin  iştirakı  ilə  öyrənilə  bilər"  deyə  hüquqşünas  Zamanlı

vurğulayıb.  Hüquq  məsləhətçisi  bildirir  ki,  məhkəmələr  bu  tipli  mübahisələri  həll  edərkən  hər

şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə

əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə

də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını

nəzərə almalıdırlar. Valideynlərin maddi, mənzil‐məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz

və mübahisə həll edilərkən bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır.

“Uşaq hüquqları haqqında” Konvensiya müəyyən edir ki, iştirakçı dövlətlər valideynlərinin birindən

və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa

əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən

yaxşı  mənafeyinə  zidd  olduğu  hallar  istisna  təşkil  edir. Hüquqşünasın  sözlərinə  görə,  ər‐arvad

arasında  nikah  ləğv  edilərkən  və  valideyinlər  ayrı  yaşamağa  qərar  verərkən  həm  məhkəmələr,

həm  də  valideyinlər  özlərinin  hüquq  və  mənafelərindən  əvvəl  uşaqların  mənafelərini,  onların

gələcək  inkişafını  düşünməlidirlər.  "Çünki  hər  bir  uşağın  hərtərəfli  inkişaf  etmək,  milli  və

ümumbəşəri  dəyərlərə  uyğun,  humanizm  və  əxlaqi  prinsiplər  əsasında  tərbiyə  almaq  hüququ

vardır. Hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, mütərəqqi

tələblər əsasında təhsil alması, inkişaf etməsi, layiqli vətəndaş kimi formalaşması əsas amillərdən

biridir", deyə Pərviz Zamanlı bildirib.



http://anspress.com/index.php?a=2&lng=az&nid=227772

AZƏRBAYCANDA VƏKİLLƏRİN HÜQUQLARI GENİŞLƏNDİRİLİB

Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94‐cü

maddəsinin  I  hissəsinin  5‐ci  bəndini  rəhbər  tutaraq,  “Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında”

Azərbaycan Respublikasının Qanununu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012–ci

il 16 oktyabr tarixli 445‐IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: “Vəkillər

və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19; 2001, № 12, maddə 736; 2004, № 2, maddə 57, №

3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005, № 8, maddə 686; 2006, № 12, maddə

1005; 2007, № 4, maddə 322; 2009, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 5, maddə 375;

2011,  №  2,  maddə  71,  №  6,  maddə  478)  15‐ci  maddəsinin  II  hissəsinin  dördüncü  abzasında

“çıxarmaq”  sözündən  sonra  “,  “Daşınmaz əmlakın  dövlət  reyestri  haqqında”  Azərbaycan

Respublikasının  Qanununa  uyğun  olaraq,  daşınmaz əmlakın  dövlət  reyestrinin  məlumatlarının

alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək” sözləri əlavə edilsin.

Belə ki, bu o anlama gəlir ki, artıq vəkillərin daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının

alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququ qanunvericilikdə təsbit olundu.

Qeyd edək ki, bundan öncə qanunvericilikdə bu barədə heç bir göstəriş yox idi.

http://lawreform.az/index.php?module=news&name=view&id=1206&lang=az



­  55 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Beynəlxalq mətbuat səhifələrindən

SONDA QAZANAN KİMLƏRDİR?

1994‐cü il 17 avqust tarixində bir çox amerikalılara

elə gəlirdi ki, onlar başqa ölkədə yuxudan oyanıblar.

Həmin gün Nyu­Mexiko ştatında hakim Robert Skot

"McDonalds" şirkəti tərəfindən 2,86 milyon dolların

Stelli  Libekin  xeyrinə tutulması  haqqında  qərar

çıxardı. Belə ki, bu şirkətin restoranlarından birində

Robert Skota yandırılmış qəhvə verilmişdi. O zaman

çoxları  danışırdılar  ki,  Amerika  yeni  məhkəmə

terroru dövrünə daxil olur və tezliklə qəzəbli istehlakçılar və onların bacarıqlı vəkillərinin dağıdıcı

məhkəmə axının ucbatından hər hansı bir bizneslə məşğul olmaq tamamilə qeyri‐mümkün olacaq.

Dünyada çoxları məhkəmənin bu qərarını təbəssümlə qarşıladı, baxmayaraq ki, bu yanmış qəhvə

ilə bağlı məsələ ilk baxışdan göründüyü kimi sadə deyildi. Lakin bir şey aydın idi ki, bundan sonra

istehlakçıların hüquqlarını pozmaq getdikcə böyük təhlükə hesabına və çox bahalıya başa gələcək.

Qəhvə işi ilə bağlı məhkəmə qərarının mümkün olması üçün Amerika məhkəmə sistemi uzun və

asan  olmayan  bir  yol  keçmişdir.  19‐cu əsrdə  ABŞ‐da İngilis  hüquq  sistemindən  irsən  keçmiş

normaların tətbiqi davam edirdi. Ancaq, İngiltərədə istehlakçıların mallar və xidmətləri ilə bağlı

hüquqlarını  qorumaq  xeyli  çətin  idi.  Britaniya  qanunları  hər  satın  alınmış əşyanı  satıcı  və  alıcı

arasında olan saziş kimi nəzərdən keçirirdi və əgər qüsurlu mal bir neçə əldən keçərək hər hansı

bir zərərə səbəb olurdusa, o zaman adətən təqsirkarı tapmaq mümkün olmurdu. Əgər malların və

ya  xidmətlərin  istehsalçısı  ilə  zərərçəkmiş  arasında  formal  bir  müqavilə  olmurdusa,  eyni  hal

təkrarlanırdı.  Misal  üçün,  1842‐ci  ildə  Vinterbottom  soyadlı  ingilis  faytonçu  poçt  arabasından

yıxılmışdı. Poçta məxsus olan arabanın sazlığına cavabdeh cənab Rayt adlı birisi idi, hansı ki, öz

işinə o qədər də məsuliyyətlə yanaşmırdı. Məhz onun işinə olan laqeydliyi üzündən poçt arabası

hərəkətdə  olan  zaman  təkərlər  arabadan çıxmış,  faytonçu  Vinterbottom  ölümdən  dönmüşdü.

Yaralanmış arabaçı Raytı məhkəməyə vermiş, lakin prosesi uduzmuşdu. Çünki onların arasında

bağlanmış heç bir müqavilə yox idi.

1952‐ci ildə ABŞ‐da baş vermiş böyük olmayan məhkəmə inqilabına qədər Amerika məhkəmələri

İngilis  adətlərini  izləyirdilər.  O  zamanlar  Nyu‐Yorkda  cənab  və  xanım  Tomas  adlı cütlük

yaşayırdılar. Bir gün xanım Tomas xəstələnir və həkim ona zəncirotu cövhəri almağı tövsiyə edir.

Cənab Tomas dərmanı doktor Furdadan alır, hansı ki, o da bu dərmanı əczaçı Aspionalladan əldə

edib. Əczaçı Aspionalla həmin dərmanı istehsalçı cənab Vinçesterden alıb. Dərmanı qəbul edən

xanım  Tomas az  qalsın  öləcəkdi.  Səbəb  isə  üstündə  zəncirotu  yazılmış  şüşə  qabın  içərisindəki

əslində zəncirotu yox, belladonna otu imiş. Tomaslar ailəsi Vinçesteri məhkəməyə verdilər, çünki

dərman məhz Vinçesterin fabrikində hazırlanarkən kimsə etiketləri səhv salmışdır. Vinçester isə

sübut etdi ki, onunla Tomaslar arasında heç bir alğı‐satqı müqaviləsi mövcud olmamışdır və belə

ki, Tomasların ittihamı əsassızdır. Məhkəmə əsrlərin ənənəsindən əl çəkərək, Vinçesteri günahkar

hesab  etdi.  Əsas  da  bu  göstərildi  ki,  məhz  Vinçesterin  tabeliyində  olan  hər  hansı  işçinin  və  ya

işçilərin səhvi istehlakçının həyatı bahasına başa gələ bilər. Beləliklə, birinci dəfə belə bir nəticəyə

gəlindi  ki,  istehsalçı  istehsal  etdiyi  malın  təhlükəsizliyinə  və  keyfiyyətinə  görə  cavabdehlik

daşımalıdır.

Zaman keçdikcə istehsalat zəncirləri daha da mürəkkəbləşir və maldakı təhlükəli qüsurlara görə

kimin  cavabdehlik  daşıdığını  ayırd  etmək  istehlakçılar  üçün  daha  da  çətinləşirdi.  1916‐cı  ildə

Nyu­York sakini Donald Makferson öz şəxsi "Buick" avtomobilini sürməkdən həzz alırdı,  o  vaxta




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə