Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   31

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

qədər  ki, maşının  təkərlərindən  biri  çarxdan  çıxıb  parça‐parça  oldu.  Təkərlər  taxtadan

düzəldilmişdi,  hansı  ki,  o  illər  üçün  bu  tamamilə    normal  idi.  Makferson  maşının  kabinasından

uçmuş və ağır yaralanmışdı. Zərəçəkmiş "Buick Motors" şirkətini məhkəməyə vermiş və məlum

olmuşdur ki, təkərləri başqa şirkət istehsal edirmiş və "Buick Motors" onları yalnız avtomobilə

quraşdırmışdır.  Ayrıca  olaraq  Makferson avtomobili  birbaşa  olaraq  "Buick  Motors"‐dan  deyil,

avtodilerdən  almışdı,  hansı  ki,  onlar  da  təkərdəki  qüsurları  nəzərdən qaçırmışlar.  Bunlara

baxmayaraq məhkəmə "Buick Motors" şirkətinin zərərçəkmişə təzminat verməsi haqqında qərar

qəbul elədi. Ona görə ki, istehsalçı istehsal etdiyi məhsulun bütün hissələrinə cavabdeh olmalıdır.

Bu zaman başqa bir əhəmiyyətli qərar da qəbul olundu. Belə ki, əgər “belladonna out” hadisəsində

söhbət insan həyatına son qoya biləcək zəhərdən gedirdisə, burada söhbət insan sağlamlığı üçün

heç bir məna kəsb etməyən, yəni zərərsiz olan – təkərdən gedirdi. Axı təkər insan sağlamlığına

zərər vurmaq üçün yaradılmayıb. Məhkəmə belə qənaətə gəldi ki, istehsalçı hadisələrin gedişatına

elə nəzarət etməli və əvvəldən çalışmalıdır ki, onun istehsal etdiyi məhsul heç kimə zədə və ya

zərər  yetirməsin.  Məhz  bu  hadisə  bomba  kimi  sonradan  bir  çox  sahibkarların  başının    bəlası,

vəkillərin isə zənginləşməsinə səbəb oldu. Buna baxmayaraq, istehlakçı iddialarının təntəsinə hələ

çox var idi.

Lakin, amerikan hüquq düşüncəsinin bu irəliləyişi ingilislərə heç də az kömək etmədi. 1928‐ci il

26 avqust tarixində Qlazqo sakini 30 yaşlı Mey Donaxyu öz rəfiqəsi ilə Şotlandiyanın qərbində

yerləşən  Peysli  şəhərciyinə  istirahətə  getmişdilər.  Rəfiqələr  Frensis  Minqellaya  məxsus  kafeyə

daxil  olub  tərkibi  pivə  və  dondurmadan  ibarət  olan  kokteyl  sifariş  etdilər. Minqella  qızlara

dondurma və tünd, şəffaf olmayan şüşə qabda pivə gətirib, pivə ilə dolu şüşə qabı stolun üstünə

qoydu. Tezliklə qızlar pivəni dondurmanın üzərinə əlavə etməyi qərara aldılar və bu zaman şüşə

qabdan  dəhşətli  olaraq  ölü  ilbiz  yerə  düşdü.  Bu  ölü  məxluquq  görər‐görməz  Mey  Donaxyunun

vəziyyəti  çox  pisləşdi.  Həkimə  müraciət  edən  Donaxyuya  qastroenterit  (mədə  və  nazik

bağırsaqların selikli qişasının iltihabı) diaqnozu qoyuldu. Yəqin ki, bu qadının həmin kafeyə qədər

səhhətində artıq problemlər var idi. Axı onun rəfiqəsi də həmin pivədən içmiş, lakin ona heç nə

olmamışdı. Amma, Donaxyu məhz ilbizin onun sağlamlığına zərər vurduğunu qərara alıb Minqellanı

və pivəni istehsal edən – Devid Stivensonu məhkəməyə verdi. O, təzminat olaraq 500 funt sterlinq

və  əlavə  olaraq  məhkəmə  xərclərinə  görə  də  50  funt  sterlinq  məbləğində  pul  istəyirdi.  Həmin

məbləği hazırki məzənnəyə çevirəndə təxminən 27 min funt sterlinq qədər eləyir ki, bu da Donaxyu

kimi kasıb qadın üçün çox böyük məbləğ idi.

Donaxyunun vəkili iddia edirdi ki, bütün günahlar Stivensondadır. Çünki, o, şüşə qabı ilbizlərin

rahat yetişəcəyi  açıq bir yerə qoymuşdu, harada ki, tez‐tez ilbizlərə və onların selikli ayaq izlərinə

rast gəlinirdi. Stivensonun vəkili isə etiraz edərək, bəyan edirdi ki, Donaxyu ilə pivə istehsalçısı

arasında heç bir müqavilə ilə bağlı münasibət olmamışdır. Birincisi, Stivenson "başıbəlalı" pivəni

kafenin sahibinə satmış, ikincisi isə pivəni Donaxyu deyil, onun rəfiqəsi almışdı. Nəhayət ki, pivə

istehsalçısının  müdafiəsi  prosesində  yeni  bir  presedent  yarandı.  Belə  ki,  ölmüş  ilbiz  haqqında

eşidən hakimlər bu hadisədən bir müddət öncə yenə də pivə qabından çıxmış ölmüş siçanla bağlı

iş barəsində də eşitmişdilər, hansında ki, siçanla bağlı işdə pivə istehsalçısı bəraət qazanmışdı.

Donaxyunun işi üzrə mühüm qərar 1931‐ci ilin fevralında Lordlar Palatası tərəfindən çıxarıldı.

Birləşmiş Krallığın yuxarı instansiya məhkəməsi belə qərara gəldi ki, Stivenson öz istehsal etdiyi

məhsullarının istifadəçilərinin sağlamlığının qayğısına qalmalı, ilbizin şüşə qaba girmək imkanının

qarşısını  almalıdır.  Lakin,  Donaxyu  hələ  də  tələb  etdiyi  təzminatı  ala  bilməmişdi.  Çünki,  o  hələ

sağlamlığındakı  problemlərin  həqiqətən  də  məhz  ilbiz  hadisəsindən  sonra  yarandığını  sübut

etməliydi. Sonra 1932‐ci ildə Stivenson qərarı görməyib vəfat etdi. Bu hadisədən sonra, 1934‐cü

ildə  isə  Stivensonun  varisləri  bu  işi  məhkəmədənkənar  şəkildə  ‐  Donaxyuya  200  funt‐sterlinq

məbləğində pul verməklə həll etdilər. Beləliklə anqlo‐sakson hüquq sistemində Atlantik okeanın

hər iki sahilində istehsalçıların üzərinə istehlakçılara zərər verə biləcək istənilən halların qarşısını

almaq, əngəlləmək öhdəliyi qoyuldu.

Amerikalı istehlakçıların  birinci  peşəkar  müdafiəçiləri  sosialistlər oldular.  Artıq  1899‐cu  ildə

­  56 ­




­  57 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

ölkədə Milli  İstehlakçılar  Liqası  adlanan  bir  təşkilat  yarandı.  Bu  təşkilata  Marksla  və  Engelslə

dostluq münasibətində olan, yorulmaq bilməyən Florens Kelli adlı şəxs uzun müddət rəhbərlik

etdi. Öz adına baxmayaraq təşkilat daha çox istehlakçıların hüquqlarının qorunmasına yox, məzlum

proletariatın  iş  şəraitinin  yaxşılaşdırılması  üçün  çalışırdı.  Məsələyə  belə  yanaşma  amerikalı

istehlakçılar  tərəfindən  birmənalı  qarşılanmadı,  hansıları  ki,  istehsal  zamanı  mövcud  olan  iş

şəraitindən daha çox malların keyfiyyəti maraqlandırırdı. 1906‐cı ildə jurnalist və sosialist Enton

Sinklerin  yazdığı  ifşaedici  "Cəngəllik"  romanından  sonra  bu  məsələ  daha  aydın  oldu.  Sinkler

romanda immiqrantların Çikaqo sallaqxanalarında keçirdiyi ağır həyatları haqqında yazıb ümid

edirdi  ki,  Amerika  ictimaiyyəti  bu  vəziyyətə  bir  duyarlılıq  göstərər.  Lakin,  oxucuları əsas

maraqlandıran ət məhsullarının anti‐sanitariya vəziyyətində saxlanılma şəraiti olmuşdu. Yazıçı

oxucuların bu reaksiyasına cavab olaraq məyusluqla bildirmişdi: "Mən onların ürəyinə can atırdım,

ancaq mədələrinə düşdüm."

İstehlakçıların hüquqlarının müdafiəsi üçün mübarizə aparan növbəti nəsil başqa cür hərəkət etdi.

1933‐cü ildə mühəndislər Artur Kellet və Frederik Şlink "100 milyon dəniz donuzu" adında kitab

nəşr etdilər. Kellet və Şlink oxucuları əmin edirdilər ki, istehsalçılar az qala qəsdən qida və kosmetik

məhsulları təhlükəli kimyəvi elementlərlə zəhərləyirlər. Bu kitab bestseller oldu və yenidən 13

dəfə nəşr olundu. Kellet isə yeni bir İstehlakçılar Birliyi yaratdı. İstehlakçıların Milli Liqasından

fərqli olaraq bu birlik heç də işçilərin taleyi ilə maraqlanmırdı. Bu təşkilat məhsulların keyfiyyət

dərəcəsini yoxlayır, bununla bağlı ictimai tədbirlər keçirir və özəl istehsalçıların üzərinə dövlət

nəzarətini yönləndirirdi. Beləliklə, 1938‐ci ildə " Qida, dərman və kosmetik məhsullar haqqında

federal akt" qəbul olundu.

İstehlakçılar Birliyinin əsas məqsədi elə bir sıx sosial mühit yaratmaq idi ki, burada adi bir istehlakçı

belə özünü bacarıqlı və məkrli düşmənlərinə qarşı arxayın, güclü hiss etsin. 1944‐cü ildə ofisiant

Qledis Eskolun əlində "koka‐kola" butulkası sındı. Qadın dərin kəsik yaraları aldı və "Koka kola"

şirkətindən  təzminat  tələb  etdi.  Ofisiant  qadınının  hüquqlarını  Melvin  Belli  adlı  gənc  vəkil

qoruyurdu. Belli məhkəmədə sübut edə bildi ki, hər bir mal müəyyən nəzərdə tutulmuş keyfiyyət

qarantiyası ilə istehsal olunur. İstehsalçı nəzərə almalıdır ki, mal uzun zaman kəsiyində əldən ələ

keçə,  müxtəlif  insanlar  tərəfindən  istifadə  oluna  bilər. Bunlara  görə  də  şüşə  qablar  elə  etibarlı

olmalıdırlar  ki,  heç  kimə  zərər  yetirməsinlər.  Beləliklə,  Qledis  Eskol  iddia  etdiyi  təzminatı  aldı,

vəkil Belli isə çox uğurlu davam edəcək iş karyerasının əsasını qoydu. Müəyyən müddət sonra hətta

ona  ləqəb  də  qoymuşdular:  "Mülki  iddiaların  kralı".  Öz  yarım əsrlik  karyerasında  vəkil  öz

müştərilərinə 600 milyon dollardan artıq pul qazandırdı. Artıq Melvin Bellinin adı ABŞ‐ın ən yaxşı

vəkilləri siyahısında çəkilirdi.

20‐ci  əsrin  ortalarında  istehlakçıların  hüquqlarının  müdafiəsi  tamamilə  böyük  və  gəlirli  biznes

sahəsinə çevrilirdi. 1965‐ci ildə gənc və tanınmamış vəkil Ralf Neyder "Hər bir sürətdə təhlükə"

adlı kitab buraxdı. Bu kitabda müəllif Amerika sənayesinin nəhəngi "General Motors" şirkətini bir

növ duelə çağırırdı. Neydarın əsas hədəfi Şirkətin istehsal etdiyi "Chevrolet Corvair" markalı idman

avtomobili idi.

Bu  avtomobil şirkət  mühəndislərinin  cəsur  sınaqlarının  nəticəsi  idi.  1950‐ci  illərin  sonlarında

Amerika  bazarında Avropa  istehsalı  olan  maşınlar  daha  çox  satılırdı.  Çünki  bu  avtomobillər

Amerika istehsalı olan maşınlardan daha ucuz və qənaətcil idilər. Buna görə, ABŞ istehsalçıları belə

fikirləşirdilər  ki,  özləri  belə  bir  avtomobil  istehsal  etməlidirlər.  GM  dizaynerləri  Porche‐718

modelindən ilhamlanaraq yeni ideya irəli sürdülər. Yeni istehsal olunmuş maşın yeni təkər sistemi

və  arxada  yerləşən  mühərriklə  təchiz  olunmuşdu. Amerikalılar  yeni  modeli  birmənalı

qarşılamadılar.  Şirkət  avtomobili  idman  avtomobilinə  çevirmək  qərarına  gəldi  və  o,  güclü

mühərriklə təchiz olundu. Elə problemlər də buradan başlandı. Corvair idarəetmədə sadə idi və

sürücüdə vəziyyətə tam hakim olma kimi aldadıcı təəssürat yaradırdı. Döngələrdə yüksək sürət

zamanı avtomobil müvazinətini itirir, yoldan çıxır, bəzən, hətta sözün əsl mənasında trasdan kənara

uçurdu. Nəticədə, qəzaların sayı ildırım sürəti ilə artırdı. 1965‐ci ildə General Motors əleyhinə artıq

100­dən artıq iddia qaldırılmışdı.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə