Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   31

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Neyder digər başqa şirkətləri də atəşə tutmuşdu, lakin yenə də ən böyük qurban "General Motors"

şirkəti idi. Vəkil israr edirdi ki, istehsalçılar təhlükəsizlik sistemi ilə bağlı işlərdə yersiz qənaətcillik

edirlər və məhsullarını dekorativ detallarla təchiz edirlər, hansı ki, insanların həyatı üçün böyük

təhlükə yaradır. Neyderin kitabı bestseller olaraq ona çoxlu pul və böyük nüfuz qazandırdı. "General

Motors" şirkətinin rəhbərliyinin onları ifşa edəni susdurmaq cəhdləri vəkilin nüfuzunu daha da

gücləndirdi. Hətta Şirkət Neyderi nüfuzdan salan məlumatlar toplamaq üçün onu izləməyə bir neçə

detektiv tutmuşdu. Məlum olanda ki, bu cəhdlər bir nəticə verməyəcək, detektivlər vəkili tələyə

salmağa cəhd edərək onun yanına gizlicə fahişə göndərmişdilər. Bu iş Neyderin öz şəxsi həyatının

toxunulmazlıq hüququnu müdafiə etdiyi böyük bir qalmaqalla və məhkəmə prosesi ilə başa çatdı.

Az qala milli qəhrəman statusuna çatandan sonra da Neyder ifşaedici fəaliyyətini davam etdirirdi.

O,  bir  müddət  İstehlakçılar Birliyi  ilə  əməkdaşlıq  etdi,  sonra  isə  fəaliyyətini  fərdi  olaraq  davam

etdirdi. Neyderin rəhbərliyi altında yüzlərlə fəal gənclər işləyirdi. Bu gənclər bütün ölkə üzrə yeni

ifşaedici  məlumatlar  və  yeni  iddilar  axtarırdılar. Neyder  "İctimai vətəndaş"  adlı  fondun əsasını

qoydu. Nəhayət, Neyder o qədər məhşurlaşmışdı ki, 1992‐ci ildə özünü prezidentliyə namizəd kimi

sınadı. O vaxtdan o, hələ 4 dəfə də Ağ Evə daxil olmaq üçün cəhd etmişdi. 2000‐ci ildə keçirilmiş

seçkilərdə Albert Qorun səslərini özünə çəkib Corc Buşun  qalibiyyətinə səbəb olduğu üçün hələ də

çoxları onu bağışlaya bilmir.

İstehlakçıların  hüquqları  üçün  mübarizə  aparanlar  çoxlu  sayda  siyasi  uğurlar  qazansalar  da,

onlardan hələ heç kimə Ağ Evə prezident kimi daxil olmaq qismət olmayıb. Xüsusilə, 1986‐cı ildə

Kaliforniyada  keçirilmiş  referendumda  "Təklif‐65"  adlı  bir  qanun  qəbul  olunmuşdu.  Bu  qanuna

görə, alınan malın tərkibində toksin və kanserogen maddələr olardısa, bu barədə mütləq alıcıya

xəbərdarlıq  edilməli  idi.  Xəbərdarlıq  edilməli  olan  kimyəvi  maddələrin  siyahısı  çox  gözəl

hazırlanmışdı, lakin qanunun həyata keçirilməsi qaydası çox radikal idi. Artıq istənilən vəkil hər

hansı bir təhlükəli maddənin adını etiketdə qeyd etməyi unudan istehsalçını ictimaiyyətin adından

məhkəməyə verə bilərdi. Belə ki, artıq işdə zərərçəkmiş şəxs olmasa belə, təzminat tələb etmək

mümkün  idi.  Prosesdə  qələbə  zamanı ödənilməli  olan  cərimənin  bir  hissəsi  işi  qaldırmış  vəkilə

çatırdı. Kaliforniyada bu tip işlər üzrə ixtisaslaşan sayca o qədər də çox olmayan, lakin olduqca fəal

hüquqşünaslar icması formalaşdı. Lakin, bu biznesin daha da gəlirli olması üçün daha bir presedent

gərək idi – məhşur fast food restoranından alınmış qaynar qəhvənin səbəb olduğu yanıq yarası.

1992‐ci il 27 fevral tarixində Nyu‐Mexiko ştatının Albukerk şəhərində "McDonalds" restoranına

içərisində  79  yaşlı  Stella  Libek  adlı  qadın  olan  avtomobil  yaxınlaşdı.  Sükanda  onun  nəvəsi  Kris

əyləşmişdi.  Kris  nənəsi  üçün  "McDonalds"dan  bir  fincan  qəhvə  aldı.  Qoca  qadın  plastik  fincanı

dizlərinə arasına qısaraq, qapağı özünə doğru çəkdi. Bu zaman fincan çöndü və fincanın içindəki

qaynar  qəhvə  yaşlı  qadının  qarın  və  ayaq  nahiyələrinə  töküldü.  Zərərçəkmişin  pambıqdan  olan

nazik şalvarının qaynar suyu daha da yaxşı keçirməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Qəhvənin

tempraturu  82‐88  dərəcə  olduğuna  görə  yanan  nahiyələr çox  şiddətli ağrılara səbəb  olmuşdu.

Nəvəsi nənəsinin xəstəxanaya apardı və orada məlum oldu ki, yaşlı qadın 3‐cü dərəcəli xəsarəti

almışdır. Zərərçəkmiş qadına yeni dəri köçürülməli idi, lakin bütün bununla da onun əzabı bitmirdi.

Libek  uzun  müddət  yataq  xəstəsi  oldu  və  bu  aylar  ərzində  o,  9  kiloqram  arıqlamışdı.  Bədbəxt

hadisənin qurbanının yaşını nəzərə alanda düşünmək olar ki, onun həyatını ciddi təhlükə gözləyirdi.

Stella  Libekin  xəstəliyi  onların  ailəsinin büdcəsi  üçün  əməlli‐başlı  fəlakət  idi.  Tibbi  siğorta

müalicənin xərclərinin 80%‐ni ödəsə də, geriyə qalan 20% məbləğ 20 000 dollar təşkil edirdi.  Bu

zaman ailə "McDonalds" şirkətinə müalicənin xərclərini ödəməsi üçün müraciət etdi. Lakin Şirkət

onlara yalnız 800 dollar verməyə razı idi. Təbii olaraq bununla razılaşmayan yaşlı qadının ailəsi

"McDonalds"  şirkətindən  təzminat  tələb  edərək  onları  məhkəməyə  verdi.  Bu  prosesdə  şirkətin

problemi sakit və mehriban yolla həll etmək şansları çox idi. Lakin "McDonalds" çox inadkar mövqe

nümayiş etdirirdi. Belə gorünürdü ki, Şirkətin vəkillərinin nikbin nəticə üçün bütün dəlilləri var idi,

baxmayaraq ki, bu iş həm qopmuş təkər, həm də sınmış butılka işlərindən çox fərqlənirdi. Həqiqətən

də təkərlər qopmamalı, şüşə qab isə sınmamalı idi. Lakin, qəhvə qaynar olmalıdı, əks halda o bütün

keyfiyyətini  itirir.  Eyni  zamanda  içərisində qaynar  qəhvə  olan  plastik qabı  dizlərinin  arasına

­  58 ­




­  59 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

qoyan insan da ehtiyatlı olmalı və fikirləşməlidir ki, ani ehtiyatsızlıq bədbəxt hadisəyə səbəb ola

bilər.  Bununla  belə,  vəkillər  amerikan  hüquqi  düşüncələrinə  arxalanaraq  sübut  edə  bildilər  ki,

dəlillər  işi  Stella  Libekin  xeyrinə  həll  edə  bilir.  Şirkət  əvvəlcədən  görməli  idi  ki,  qaynar  qəhvə

insanların  üzərinə  dağılaraq  böyük  təhlükə  yarada  bilər.  Bu  barədə  Amerikanın  məhkəmə

praktikasında presedent var idi.

Sonda məhkəminin qərarına əsasən, McDonalds şirkəti yaşlı qadına onun müalicəsinə görə 160000

dollar,  eyni  zamanda  qəhvə  istehsalçısının  səhlənkarlığını  cəzalandırmaq  məqsədilə  iddiaçının

xeyrinə  2,7 milyon dollar təzminat ödəməli idi. Bu cərimənin məbləği şirkətin iki günlük qəhvə

satışından əldə  etdiyi  məbləğə  bərabər  idi.  Stella  Libek  ömrünün  son  anlarına  kimi  zənginlik

içərisində və xoşbəxt yaşadı və 91 yaşında vəfat etdi.

Həmin hadisədən sonra ABŞ və İngiltərə məhkəmələrində qaynar qəhvə ilə bağlı bir neçə dəfə

iddia  irəli  sürüldü.  Lakin,  onların  hamısı  rədd  olundu.  McDonalds‐da  və  digər  restoranlarda

qəhvənin  hərarəti  heç  də aşağı  salınmadı.  Yeganə  dəyişən  isə  mümkün  təzminatın  məbləği  idi,

hansına ki, qəzəbli istehlakçılar buna ümid edirdilər.

Bir neçə milyonluq təzminatlı işlər heç də tez‐tez baş vermirdi. Lakin bu cür işlər üzrə ixtisaslaşan

vəkillər  bir  neçə  belə  iddiadan  milyonlar  qazanırdılar.  Bir  çox  hallarda  vəkillər  təzminatı  iş

məhkəməyə getməmiş alırdılar. Görünür McDonalds şirkəti ilə bağlı iş bir çox şirkətlər üçün dərs

olmuşdu. Kaliforniyada vəkil şantajları daha da geniş vüsət almağa başladı, harada ki, "Təklif‐65"

qanunu indiyə kimi qüvvədə qalır.

Buna oxşar təzminat iddiaları tez‐tez irəli sürülürdü. Təkcə 2010‐cu ildə Kaliforniyada "Təklif‐65"‐

in tələblərini pozmağa görə məhkəməyə qədər tərəflər arasında 187 razılıq sazişi bağlanmışdı. Bu

sazişlərə əsasən, cavabdehlər vəkillərə ümumilikdə 7,8 milyon dollar ödəmişdilər. Xüsusilə, bu cür

işlərdən vəkil Bryus Nay 2007‐2010‐cu illər aralığında 3,4 milyon dollar qazanmışdı. Ümumilikdə,

bu illər ərzində oxşar işlər üzrə 16 minə yaxın iddia irəli sürülmüşdü. Cavabdehlər bu müddət

ərzində  təxminən  500  milyon  dollar  təzminat  ödəmişlər. Özü  də  bu  pulların  böyük əksəriyyəti

zəhərlənən və ya xərçəng xəstəliyinə tutulan bəxtsiz istehlakçılara deyil, vəkillərə çatmışdı.

http://www.kommersant.ru/pda/money.html?id=2254641

TÜRKİYƏDƏ BOŞANMA HALLARININ QARŞISINI ALMAQ ÜÇÜN YENİ LAYİHƏ

Türkiyədə təxminən hər il 100 min‐120 min cütlük boşanır.  Bununla bağlı boşanma hallarının

sayını azaltmaq üçün Türkiyə Ailə və Sosial Siyasət Nazirliyi bir layihə irəli sürüb. Layihəyə görə

boşanmaq istəyən cütlüklər hakimlər tərəfindən psixoloq və sosioloqlara göndəriləcəklər. Belə ki,

bu zaman boşanma halı zamanı ailə ombudsmanları hərəkətə keçəcək və boşanmaq qərarına gələn

cütlükləri öncə psixoloq və sosioloqlara yönləndirəcəklər.

Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə layihəsini tamamlayaraq baş

nazirliyə göndərib.

Ailə və Sosial Siyasət Naziri Fatma Şahin bu layihə ilə 20 000 evliliyi qorumağı hədəfə aldıqlarını

bildirib. Nazir bildirib ki, cütlüklər üçün psixoloq yanında 4 seans nəzərdə tutulur. Bu seanslar

bitdikdən sonra ailələr qərarını verəcək. Cütlüklərin qarşılıqlı razılığı ilə hər bir seans 90 dəqiqə

müddətində davam edəcək. Qeyd edək ki, 5 ildir davam edən bu pilot çalışma çox müsbət nəticələr

verib.

Belə ki, 5 ildə bu çalışma əsnasında məhkəməyə boşanmaq üçün müraciət edən 450 cütlükdən



75‐i psixoloq  yanına getdikdən sonra boşanmaq fikrindən daşınıblar və evliliklərinə davam ediblər.

Bu layihənin qanunvericiliyə daxil edilməsi planlaşdırılır.



www.lawreform.az


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə