50
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
Qeyd olunan qətnamәnin icra olunması üçün zəruri olan tədbirlәrin görülməsindә dövlәt
orqanlarının lazımı tәlәskәnlik vә sәy göstәrmәsini təsdiq edәn sübutlar tәqdim edilməmişdir. Belә
olan halda, Məhkәmә hesab edir ki, Hökumət qətnamәnin uzun müddәt icra edilmәmәsinә haqq
qazandıran hәr hansı dәlil irәli sürməmişdir.
16. Belәliklә dә, Konvensiyanın 6‐cı maddәsinin 1‐ci bәndi pozulmuşdur.
II. KONVENSİYANIN DİGӘR MÜDDӘALARININ POZULMASI İDDİASI
17. Ərizәçi Konvensiyanın 14‐cü maddəsi əsasında şikayәt edәrәk ayrı‐seçkiliyә məruz qaldığını
iddia etmişdir. Eyni zamanda, ərizәçi təzminatın təyin edilmәsi iə әlaqədar aparılmış icraatlar
barədə Konvensiyanın 6‐cı vә 13‐cü maddələri әsasında şikayət etmişdir. Mәhkəmə işdә olan bütün
materialları araşdıraraq vә bu şikayәtlәrin onun sәlahiyyətlərinә aid olduğunu nəzәrә alaraq, hәmin
müddәalarda təsbit edilmiş hüquq və azadlıqların pozulmadığını müәyyәn etmişdir. Bununla
әrizәnin həmin hissәsi Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin (a) yarımbәndindә vә 4‐cü
bәndində nəzərdә tutulmuş mənada açıq‐aşkar əsassız olduğuna görə rәdd edilməlidir.
III. KONVENSİYANIN 41‐Cİ MADDӘSİNİN TӘTBİQİ
18. Konvensiyanın 41‐ci maddәsində bildirilir:
“Əgәr Məhkәmә Konvensiyanın vә ona əlavә Protokolların pozulduğunu müәyyәn edәrsә vә əgər
Yüksək Razılığa Gәlən Tәrəfin daxili hüququ kompensasiyanın yalnız qismәn ödәnilməsini mümkün
hesab edirsә, Məhkəmә, zәruri olduğu tәqdirdә, zәrәrçәkmiş tәrәfə әdalәtli təzminatın ödәnilmәsi
barәdә qәrar çıxarır.”
A. Ziyan
1. Maddi ziyan
19. Ərizәçi vurulmuş maddi ziyana görə 107 149,2 avro mәblәğində vəsaitin ödənilməsini tələb
etmişdir. Bu mәbləğә mәnzilin bazar qiymәti və mәnzilin satışından əldә oluna biləcək vәsaitin
banka depozit qismindә qoyulmasından әldə oluna bilәcәk gәlir daxildir. Tәləbini əsaslandırmaq
üçün әrizәçi eyni vəziyyәtdә olan mәnzillәrin qiymətləri barәdə qeyri‐hökumәt təşkilatı tәrәfindәn
aparılmış qiymәtləndirməni və Mərkəzi Bank tərәfindәn dәrc olunan “Statistik Bülleten”də
göstərilәn rәsmi faiz dәrəcələrini tәqdim etmişdir.
20. Hökumәt bildirmişdir ki, iddia olunan pozuntu ilə bu hissәdə tәlәb olunan әdalәtli tәzminat
arasında sәbәbiyyәt əlaqəsi mövcud deyil.
21. Məhkәmә tәlәbin həmin hissəsini rәdd edәrәk pozuntu ilә tәlәb arasında sәbәbiyyәt әlaqәsini
aşkar etməmişdir.
2. Mәnәvi ziyan
22. Ərizəçi vurulmuş mənəvi ziyana görә 6 000 avro məbləğindә vəsaitin ödәnilməsini tәlәb etmişdir.
23. Hökumәt tәlәb edilən məbləğin həddindən artıq böyük olduğunu qeyd etmiş və mәnәvi ziyana
görә әrizәçiyә maksimum 2 000 avro mәblәğindә vəsaitin ödәnilməsinә hazır olduğunu bildirmişdir.
24. Məhkәmә hesab edir ki, әrizəçi xeyrinә çıxarılmış məhkәmә qәtnamәsinin uzun müddәt ərzindә
icra olunmaması nəticәsindә müәyyən mәnәvi ziyana məruz qalmışdır. Lakin tәlәb olunan mәbləğ
hәddindәn artıq çoxdur. Məhkəmә Konvensiyanın 41‐ci maddәsindә təlәb olunduğu kimi әdalәtli
qiymətlәndirmә apararaq ərizәçiyә vurulmuş mәnәvi ziyana görə 3 600 avro məbləğind vəsaitin
ödәnilmәsini vә bura bu mәbləğdәn tutulacaq vergilәrin əlavə olunmasını qәt edir.
25. Bundan əlavә, Mәhkәmә hesab edir ki, ərizәçinin xeyrinә qәbul edilmiş qәtnamə hazırda da
51
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
qüvvədə qaldığı üçün Dövlətin onu icra etmək vəzifəsi mübahisə oluna bilmәz. Ona görə dә,
ərizəçinin müvafiq qәtnamәnin icra olunmasını tәlәb etmәk hüququ vardır. Mәhkəmә bir daha
tәkrar edir ki, 6‐cı maddə ilә qorunan pozulmuş hüquqların bәrpasının әn münasib forması
ərizəçilәrin mümkün olduğu qədər 6‐cı maddənin tәlәblәrinin pozulmayacağı təqdirdə ola
biləcәkləri vәziyyətә qaytarılmalarının təmin edilməsidir (baxın, Piersack Belçikaya qarşı” (50ci
maddə), 26 oktyabr 1984‐cü il, 12‐ci bənd, A Cildi, 85‐ci nömrә). Təsbit edilmiş pozuntunu nәzәrə
alaraq Mәhkəmә hesab edir ki, bu prinsip hazırkı işә dә tәtbiq edilir. Ona görə dә Mәhkәmә hesab
edir ki, Hökumәt müvafiq vasitəlәrdәn istifadә etmәklә әrizәçinin xeyrinә olan qәtnamәnin icrasını
təmin etmәlidir.
B. Ödəmәnin gecikdirilməsi zamanı faiz dәrәcəsi
26. Məhkәmə ödәnilməsi gecikdirilən mәbləğә görә faiz dərəcəsinin Avropa Mərkәzi Bankının
illik son faiz dәrәcəsinә uyğun olaraq hesablanmasını vә bura üç faiz əlavә edilmәsini məqbul
hesab edir.
YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKӘMӘ YEKDİLLİKLӘ
1. Məhkәmә qətnaməsinin icra olunmaması ilə bağlı hissədə şikayətə baxılmasını mümkün, digәr
hissәlərdә mümkünsüz hesab edir;
2. Konvensiyanın 6‐cı maddәsinin 1‐ci bәndinin pozulduğunu qәt edir;
3. Qәrara alır ki, Konvensiyanın 44‐cü maddәsinin 2‐ci bəndinә uyğun olaraq cavabdeh Dövlәt
müvafiq vasitəlәrdən istifadә etmәklə üç ay ərzindә ərizәçilәrin xeyirlәrinә olan yerli
məhkәməlәrin qәtnamәlәrinin icra olunmasını təmin etmәlidir;
4. Qәrara alır ki,
(a) Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndinә uyğun olaraq cavabdeh Dövlət üç ay ərzində
ərizәçiyə tutulacaq vergi dә daxil olmaqla vurulmuş mənəvi ziyana görә 3 600 (üçmin altı yüz)
avro məblәğində vəsait ödәmәlidir. Hәmin məblәğ ödәmәnin həyata keçirilməsi zamanı mövcud
olan məzənnәyә uyğun olaraq Azәrbaycan manatı ilə ödənilmәlidir:
(b) yuxarıda qeyd edilәn üç ayın keçməsindən sonra ödəmәnin həyata keçirilmәsinә qədәr
gecikdirilәn müddәt üçün yuxarıda göstərilən məbləğdәn Avropa Mərkәzi Bankının illik son faiz
dәrәcәsinә uyğun olaraq faizlər ödәnilmәli vә buna üç faiz dә әlavә edilmәlidir;
5. Әrizəçinin ədalәtli kompensasiya tәləbinin digәr hissәlərdә rədd edilmәsini qәt edir. Qərar
Mәhkәmәnin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2 vә 3‐cü bəndlәrinә uyğun olaraq 2012ci
il 18 dekabr tarixindә ingilis dilindә vә yazılı şәkildә tәrtib edilmişdir.
Andre Vampak
Nina Vayiç
Katibin müavini
Sədr