Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

­  45 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla

bilər.  Nəzərə  almaq  lazımdır  ki,  mülkiyyət  insanın  xüsusi  maraqlarının  həyata  keçirilməsində

vacib  funksiya  daşımaqla  yanaşı,  Konstitusiyanın  15‐ci  maddəsinin  məzmununa  əsasən,  sosial

yönümlü  dövlətdə  həm  də  mühüm  sosial  funksiyaya  malikdir.  (Konstitusiya  Məhkəməsi

Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107‐2.1 və 107‐5.1‐ci maddələrinin

şərh edilməsinə dair” 16 dekabr 2011‐ci il tarixli Qərarı).

Burada, həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə

yanaşı,  onun  ümumi  və  xüsusi  məhdudiyyətlərinin  hədləri  də  müəyyən  olunmuşdur.

(Konstitusiyanın 13‐cü maddəsinin III hissəsi, 29‐cu maddəsinin II hissəsi və 71‐ci maddəsinin II

hissəsi,  “Azərbaycan  Respublikasında  insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinin

tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3‐cü maddəsi)

Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa

şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu

konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun

xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi

ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin

sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı

mənzildən  qanunsuz  məhrum  olunmasının  mümkünsüzlüyünün  müəyyən  edilməsi  mənzil

münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna

dəlalət  edir.  Buna  görə,  konstitusiya  əsasları  olan  dövlətin  mənzil  siyasəti  üzrə  qəbul  edilən

qərarlar  Konstitusiyadan  irəli  gələn  şərtlərə  riayət  olunmaqla,  mülkiyyət  hüququnun

məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya

qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən

artıq  yük  qoymamalıdır.  (Konstitusiya  Məhkəməsi  Plenumunun  “Azərbaycan  Respublikasında

mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1‐ci, 5‐ci və

12‐ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012‐ci il tarixli Qərarı)

İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsi  “İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi

haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsində təsbit olunan mülkiyyət hüququ

üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1

saylı Protokolun 1‐ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi

marağının  mövcudluğunu  nəzərdə  tutur.  Mülkiyyətdən  maneəsiz  istifadə  etmək  hüququna

müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri

arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,

tətbiq  edilən  vasitələrlə  qarşıya  qoyulan  məqsəd  arasında  ağlabatan  mütənasiblik  əlaqəsi

olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004‐cü il tarixli Qərarı, §148,

150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006‐cı il tarixli Qərarı, § 93)

Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun

qanunverici  tərəfindən  tənzimlənməsi  yaşayış  sahəsinin  mülkiyyətçisinin  ailə  üzvləri  də  daxil

olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli

və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə

tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi

və  araşdırılması,  bu  halların  əsasında  yaranan  və  ya  yarana  biləcək  müxtəlif  halların  nəzərə

alınması  və  nəticə  etibarilə  konstitusiya  hüquq  və  azadlıqların  əsassız  və  həddən  artıq

məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini

mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının

ədalətli  və  ağlabatan  tarazlaşdırılması  qüvvədə  olan  hüquqi  tənzimetmə  sisteminin  əsasında,

bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.

Mənzil  Məcəlləsinin  30.4‐cü  maddəsinin  məzmununa  görə  yaşayış  sahəsinin  mülkiyyətçisi  ilə

onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən  razılaşma



­  46 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin

müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə

razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında

müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq)

ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə

zidd olmayan digər razılıq növü çıxış edə bilər.

Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi

keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da

öz  növbəsində  Mənzil  Məcəlləsinin  30.4‐cü  maddəsi  ilə  nəzərdə  tutulmuş  digər  qaydaların

tətbiqini mümkün edir.

Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə

xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun

itirilməsi  ilə  nəticələnmir.  Mənzil  Məcəlləsinin  30.4‐cü  maddəsi  bir  neçə  halda  bu  hüququn

saxlanılması imkanını nəzərdə tutur.

Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və

ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin

mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış

sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus

olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla

bilər.

Mənzil Məcəlləsinin 30.4‐cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa



imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış

sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir.

Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu

hüquq,  keçmiş  ailə  üzvünün  mənzil  maraqlarının  qorunması  məqsədilə  məhkəmə  qaydasında

saxlanıla  bilər.  Bu  mənada  həmin  hüququn  Mənzil  Məcəlləsinin  30.4‐cü  maddəsində  nəzərdə

tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən

müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət

edir.


Mülkiyyətçinin  keçmiş  ailə  üzvünün  yaşayış  sahəsindən  istifadə  hüququnun  saxlanılması

müddətinin  (davamlılığının)  müəyyənləşdirilməsi  məsələsini  məhkəmənin  mülahizəsinə

buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə

üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların

olub‐olmamasının  yoxlanılmasının  vacibliyini  nəzərdə  tutur,  həmin  şəxslərin  istifadədə  olan

yaşayış  sahəsindən  çıxarılması  isə  yalnız  işin  hüquqi  əhəmiyyət  kəsb  edən  bütün  hallarının

məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.

Beləliklə,  bu  Qərarda  müəyyən  edilmiş  konstitusiya‐hüquqi  mənasına  uyğun  olaraq  Mənzil

Məcəlləsinin 30.4‐cü maddəsinin müddəaları özü‐özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə

və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və

konstitusion  hüquq  olan  mənzil  hüququnun  müdafiəsini  təmin  etməyən  norma  kimi

qiymətləndirilə bilməz.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

‐ yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş

ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009‐cu il oktyabrın

1‐dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228‐ci maddəsinin, həmin tarixdən sonra yaranan

münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4‐cü maddəsinin müddəaları tətbiq edilməlidir;

‐ bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil

olunmur.

Azərbaycan  Respublikası  Konstitusiyasının  130‐cu  maddəsinin  IV  hissəsini,  “Konstitusiya

Məhkəməsi   haqqında”   Azərbaycan   Respublikası  Qanununun   60,   62,   63,   65‐67   və  69‐cu



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə