Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

­  39 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

CPM‐də mürəkkəblik, xüsusi mürəkkəblik və müstəsna mürəkkəbliyin mahiyyəti və çərçivələri

tənzimlənmir, amma hesab edirik, həmin meyarlar sadəcə pillə, etap xarakteri daşıyır. Belə ki, əgər

cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün ilkin müddətlər kifayət etmədikdə

mürəkkəblik meyarı əsas götürülərək həmin müddət uzadılır, eyni ardıcıllıqla mürəkkəbliklə bağlı

müddətlər kifayət etmədikdə xüsusi mürəkkəblik, o da kifayət etmədikdə müstəsna mürəkkəblik

tətbiq edilərək müddət uzadılır.

Təbii ki, qanunvericilikdə ibtidai istintaqın müddətinin sonu, yəni son müddətlər müəyyən edilib.

Belə  ki,  CPM‐in  218.10‐cu  maddəsinə  görə  ibtidai  istintaq  hər  bir  halda  böyük  ictimai  təhlükə

törətməyən cinayətlərə görə 6 ay, az ağır cinayətlərə görə 9 ay, ağır cinayətlərə görə 12 ay, xüsusilə

ağır cinayətlərə görə 18 aydan gec olmayaraq bitməlidir.

Hesab edirik ki, qanunvericilikdə ibtidai istintaqın müddətlərinin cinayətlərin kateqoriyasına görə

müəyyən edilməsi müsbət haldır, ağalabatan müddət prinsipinə ziddiyyət təşkil etmir, lakin faktiki

olaraq  istintaqın  müddəti  cinayətlərin  kateqoriyasından  daha  çox  işin  hallarından  asılı  olur,

məsələn, qısqanclıq motivi ilə qonşuların gözü qarşısında həyat yoldaşını qətlə yetirmək (qəsdən

adamöldürmə) ağır cinayətdir, amma onun istintaqı 1000 AZN‐ə qədər olan məbləğdə pulun və

ya  əmlakın  oğurlanması  (Cinayət  Məcəlləsinin  177.1‐ci  maddəsi)  kimi  böyük  ictimai  təhlükə

törətməyən cinayətin istintaqından daha rahat və az müddət tələb edir.

Cinayət  mühakimə  icraatının  məhkəmə  mərhələsi  üçün  qanunvericilikdə  müddətlər  aşağıdakı

kimi müəyyən edilib:

1.  Məhkəmənin  hazırlıq  mərhələsi  –  cinayət  işinin  məhkəməyə  daxil  olduğu  gündən  15  gün

müddətində  hazırlıq  iclası  keçirilir,  həmçinin  hazırlıq  iclasının  keçirildiyi  gündən  15  gün

müddətində  məhkəmə  baxışı  təyin  edilir.  Deməli,  bütövlükdə  məhkəmənin  hazırlıq  iclası

(məhkəməyə vermə mərhələsi) 30 gün müddətində başa çatır.

2.  Məhkəmə baxışı və hökmün çıxarılması – qanunvericilikdə bununla bağlı hər hansı müddəa

nəzərdə  tutulmur.  Cinayət  işi  üzrə  məhkəmə  baxışının  müddəti  işin  mürəkkəbliyindən,

iştirakçıların və epizodların sayından asılı olaraq məhkəmə tərəfindən müstəqil müəyyən edilir,

yəni işə məhkəmədə baxılmasının ağlabatan müddətin çərçivələri hakim tərəfindən tənzimlənir.

3.  Apellyasiya  instansiyasında  icraat  –  birinci  instansiya  məhkəməsinin  qanuni  qüvvəyə

minməmiş  hökmlərindən  şikayət  hökm  elan  edildikdən  sonra  20  gün  müddətində  verilir,

apellyasiya  məhkəməsinə  cinayət  işin  materialları  daxil  olduqdan  sonra  30  gün  müddətində

məhkəmə  baxışı  təyin  olunur,  məhkəmə  baxışının  müddəti  isə  qanunda  dəqiq  müəyyən

edilməyərək məhkəmənin səlahiyyətinə buraxılır.

4.  Kassasiya instansiyası məhkəməsində icraat – apellyasiya instansiyası məhkəməsinin qanuni

qüvvəyə minmiş qərarlarından şikayətin verilməsi üçün müddətlərdə daxil olmaqla maksimum

18 ay müddət tələb edilir.

Beləliklə,  cinayət  mühakimə  icraatının  bütün  mərhələlərini  tənzim  edən  cinayət‐prosessual

qanunvericiliyi    təhlil  edərək  belə  nəticəyə  gələ  bilərik  ki,  Azərbaycan  Respublikası  Cinayət‐

Prosessual  Məcəlləsində  müəyyən  edilmiş  icraat  müddətləri  ağalabatan  müddət  prinsipinin

tələblərinə tam uyğundur.



Nəticə

Azərbaycan Respublikası cinayət‐prosessual qanunvericiliyinin “ağlabatan müddət” prizmasından

təhlili ilə bağlı fikirlərimizi yekunlaşdıraraq aşağıdakıları qeyd edə bilərik:

1.  “Ağlabatan  müddət”  Konvensiyanın  6‐cı  maddəsində  qeyd  edildiyi  kimi  yalnız  məhkəmə

mərhələsini yox, həmçinin cinayət işinin başlanması və ibtidai araşdırma mərhələsini də əhatə

edir;


2.  Cinayət‐prosessual qanunvericilikdə birbaşa ağlabatan müddət tələbi göstərilməsə də, CPM‐in

“Cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması” adlı 48‐ci maddəsində ağlabatan müddətin

elementləri görünür;



­  40 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

3. Cinayət prosesinin mərhələləri üçün qanunda müəyyən edilən müddətlər kifayət qədər aydındır



və ağlabatan müddət tələblərinə cavab verir.

İstinadlar:

(1)  Deveyer Belçikaya qarşı, 27 fevral 1980, &44;

(2)  Ryabseva 

E.V. 

Realizasiya 

prinsip 

razumnosti 



uqolovnom 

prosesse 

Rossii.s.1.

http://www.iuaj.net/book/export/html/463;

(3)  Oxford advanced learner`s dictionary of current English. A.S. Hornby. Fifth edition. Editor Jonathan Crowther,  p.970;

(4)  Neumester v. Austria 27 june 1968, &18; Foti and others(merits) v. Italy and Corigliano v. Italy 10 december, 1982,

&52 and &34 etc;

(5)  Neumester v. Austria 27 june 1968, &18; Deweer v.Bekgium, 27 februrary 1980, &44;

(6)  Philippe Bertin­Mourot v.France, 2 august 2000, &52;

(7)  Hozee v. The Netherlands 22 may 1998, &43; Reinhardt and Slimane­Kaid v. France, 31 mart 1998, &93;

(8)  Ringeisen v. Austria. 16 july 1971, &110; Motta v.Italy, 19 february 1991, &17;

(9)  Boddaert v.Belgium, 12 october 1992, &35;

(10) Coeme and others v. Belgium, 22 june 2000, &133;

(11) Yagci and Sargin v. Turkey, 8 june 1995, &58;

(12) Neumester v. Austria, 27 june 1968, &18;

(13) Frau v.Italy, 19 february 1991, &14;

(14) Ficara v.Italy, 19 februrary 1991, &14; Adiletta and others v.Italy, 19 february 1991, &15;

(15) Vernillo v. France, 20 february 1991, &29;

(16) Frydlender v.France[GC], 27 june 2000, &43;

(17) Xatırladaq ki, CPM‐in 7.0.35‐ci maddəsinə görə gecə vaxtı dedikdə, yerli vaxtla axşam saat 22‐dən səhər saat 7‐dək

olan vaxt müddəti başa düşülür;

(18) Azərbaycan Respublikası Cinayət –Prosessual Məcəlləsi, 2000, Bakı, Qanun nəşriyyatı, maddə 202.3., səh.166;

(19) Azərbaycan Respublikası Cinayət –Prosessual Məcəlləsi, 2000, Bakı, Qanun nəşriyyatı, maddə 48.1., 48.1.1., 48.1.2.,

səh.29.  Xatırladıq ki, eyni məzmunlu ifadələrə Avropa Məhkəməsinin Konvensiyanın 6‐cı maddəsinin pozulması ilə əlaqədar

baxdığı işlərdə rast gəlinir;

(20) Azərbaycan Respublikası Cinayət –Prosessual Məcəlləsi, 2000, Bakı, Qanun nəşriyyatı, maddə 8.0.3., 48.2., səh.10,

29­30;

(21) Azərbaycan Respublikası Cinayət –Prosessual Məcəlləsi, 2000, Bakı, Qanun nəşriyyatı, maddə 48.1., səh. 29;

(22) V.V.Vandışev. Uçebnik. Uqolovnıy proüess. Obhaə i osobennaə çasti. Moskva, 2009, str.11;

(23) Mirağa Cəfərquliyev. Azərbaycan Respublikasının Cinayət Prosesi, Dərslik, Qanun nəşriyyatı, 3‐cü nəşr, Bakı, 2008,

səh.19;  V.V.Vandışev.  Uqolovnıy  prosess.  Obşaya  i  osobennaya  çasti.  Moskva,  2009,  str.12;  P.A.Lupinskaya.  Uqolovno‐

prosessualnoe pravo Rossiykoy Federatsii. Uçebnik, 2‐izd., Moskva, Norma, 2009, str.26‐28;

(24) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011‐ci il tarixli «Azərbaycan Respublikası

Cinayət‐Prosessual Məcəlləsinin 293.1‐cü maddəsinin və 293.0.4‐cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair»

Qərarı. 20‐ci abzas;

(25) Azərbaycan Respublikası Cinayət –Prosessual Məcəlləsi, 2000, Bakı, Qanun nəşriyyatı, maddə 295.1., səh. 238;


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə