Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

­  35 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Ağlabatan müddət anlayışını hərfi şəkildə təhlil etdikdə qarşımıza birinci növbədə “ağlabatan” və

ya “ağlasığan” ifadəsinin əhatə dairəsi çıxır. Fəlsəfi kateqoriya kimi ağlabatan dedikdə, dərketmə

qabiliyyətinin  və  şüurunun  normal  fəaliyyət  göstərdiyi  subyektin  əşya  və  hadisələrin  daxili  və

xarici əlaqələrin müəyyən etməsi, sistemləşdirməsi və məzmununun mənasını aşkar edə bilməsi

başa düşülür. [2]

Deməli, ağlabatan kateqoriyası yüksək zəka sahibləri üçün yox, normal həyat şəraiti olan, əşya və

hadisələri normal məntiqi qaydalara uyğun qiymətləndirməyi bacaran sadə insanların təfəkkür

halına şamil edilir. Bu səbəbdən müddətin ağlabatanlığı dedikdə, işin mürəkkəbliyindən, tərəflərin

işə və bir‐birinə münasibətindən asılı olaraq məsələnin həllinin maksimum hansı vaxt çərçivəsində

həll  edilə  bilməsinin  proses  iştirakçılarının  şüurunda  əks  olunmasıdır.  Elə  Konvensiyanın  6‐cı

maddəsində  ingilis  dili  variantında  işlədilən  ağlabatan  sözü  (reasonable)  ingilis  dilinin  izahlı

lüğətində “məntiqə uyğun” kimi tərcümə edilir. [3]

Ağlabatan müddətin fəlsəfi mənası ilə yanaşı onun hüquqi mənası və əsasları qanunvericilik və

onu tətbiq edən hüquq mühafizə orqanları üçün əhəmiyyətlidir. Mili qanunvericilikdə ağlabatan

müddətin anlayışı verilmədiyindən biz Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006‐cı

il tarixli 5 №li Qərarını rəhbər tutaraq Avropa Məhkəməsinin presedentlərinə müraciət etməliyik.

Amma yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət‐Prosessual Məcəlləsindən

fərqli olaraq Rusiya Federasıyasının Cinayət‐Prosessual Məcəlləsinə 4 may 2010‐cu il tarixli 63‐F4

№li Federal qanunu ilə əlavə və dəyişikliklər edilməklə “Cinayət mühakimə icraatının ağlabatan

müddəti” adlı 6.1‐ci maddə müəyyən edilmiş, ağlabatan müddətə anlayış verilərək onun başlama

və  bitmə  vaxtı  dəqiqləşdirilmişdir.    Belə  ki,  həmin  maddənin  üçüncü  bəndinə  görə  ağlabatan

müddət cinayət təqibinin həyata keçirilməsi ilə başlayır və cinayət təqibinə xitam verilməsi və

yaxud ittiham hökmünün çıxarılması ilə bitir, bu zaman cinayət işinin hüquqi və faktiki halları,

cinayət  mühakimə  icraatı  iştirakçılarının  davranışı,  məhkəmənin,prokurorun,  istintaq  orqanı

rəhbərinin,  müstəntiqin,  təhqiqat  qrupunun  rəhbərinin,  təhqiqatçının  cinayət  təqibinin  həyata

keçirilməsi  ilə  bağlı  effektiv  fəaliyyəti  və  cinayət  mühakimə  icraatının  ümumi  müddəti  nəzərə

alınır.


Avropa Məhkəməsinin bir çox qərarlarında Konvensiyanın 6‐cı maddəsinin tələblərinin, xüsusilə

ağlabatan  müddətdə  işə  baxılmasının  mahiyyəti  və  hüquqi  təfsiri  verilməklə  yanaşı,  ölkədaxili

prosedurlarda pozuntuların məzmunu və bundan çıxış yolları göstərilmişdir [4]. İşin hallarından

asılı  olmayaraq  Avropa  Məhkəməsi  ağlabatan  müddət  tələbinə  riayət  edilib‐edilmədiyini

yoxlayarkən  ilk  növbədə  müddətin  başlanma  anını  (dies  a  quo)  və  bitmə  anını  (dies  ad  quem)

müəyyən edir.

“Nyumester Avstriyaya qarşı” işdə ağlabatan müddətin başlanğıcının şəxsə qarşı ittihamın irəli

sürüldüyü andan hesablandığı müəyyən edilmişdir. İttihamın mahiyyəti isə “Deveyer Belçikaya

qarşı”  işdə  açıqlanmışdır:  “Şəxs  tərəfindən  hər  hansı  cinayətin  törədilməsinin  rəsmi  orqanlar

(cinayət təqibi orqanları) tərəfindən ona elan edilməsi və ya bildirişin verilməsi ittihamın irəli

sürülməsi hesab olunur” [5].

“Filip  Bertin‐Mourot  Fransaya  qarşı”  işdə  ağlabatan  müddətlə  bağlı  məhkəmə  presedenti

mükəmməl  şəkildə  müəyyən  edilmişdir.  Belə  ki,  qərarda  qeyd  olunur  ki,  Konvensiyanın  6‐cı

maddəsinin birinci bəndində göstərilən müddət şəxsin formal ittiham edildiyi və ya ittiham orqanı

tərəfindən şəxsin şübhəli hesab olunması üçün zəruri hərəkətlərin həyata keçirildiyi (müvafiq ölçü

götürüldüyü) andan başlanır [6]. Deməli, bu müddət iş məhkəmədə baxılmamışdın əvvəl ibtidai

araşdırma zamanı başlayır. Zəruri hərəkətlərə (tədbirlərə) şəxsin həbs edilməsi (tutulması), şəxsə

rəsmi surətdə hər hansı cinayətin etməsi haqda bildirişin verilməsi (ittihamın elanı) və ya ibtidai

araşdırmanın (cinayət təqibinin) başlanması daxildir [7].

Dies a quo ilə bağlı Avropa Məhkəməsinin presedentlərini ümumiləşdirərək həmin vaxtın müxtəlif

işlərlə əlaqədar başlanma anının aşağıda göstərildiyi kimi fərqli olduğu nəticəsinə gəlirik: ibtidai

araşdırmanın başlanması üçün qərarın qəbul edildiyi an [8]; həbs haqqında qərarın çıxarıldığı an

[9]; axtarış haqqında qərarın çıxarıldığı an [10]; şəxsin faktiki  tutulduğu  an  [11];  şəxsə  ittiham




­  36 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

elan  edildiyi  tarix  [12];  şəxsin  toxunulmazlıq  hüququnun  ləğv  edildiyi  an  [13];  şəxsə  ibtidai

araşdırmanın başlanması və ya cinayət işinin məhkəməyə daxil olması barədə bildirişin verildiyi

an [14]; və s.

Ağlabatan müddətin bitmə anının (dies ad quem)  müəyyən edilməsi onun başlanma vaxtından

daha sadədədir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə ölkədaxili prosedurlarda müddətin

bitməsi işə baxan sonuncu insansiya məhkəməsinin qərarının çıxarılması ilə üst‐üstə düşür [15].

Müddətin  başlandığı  və  bitdiyi  vaxt  çərçivəsində  onun  ağlabatan  hesab  edilməsi  üçün  konkret

meyarlar presedentlərdə müəyyən edilmişdir. Belə ki, “Fridlender Fransaya qarşı” işdə müddətin

ağlabatanlığı  ilə  əlaqədar  meyarları  aşağıdakı  kimi  təsbit  etmişdir:  1.  İşin  mürəkkəbliyi;  2.

Ərizəçinin  davranışı;  3.  Müvafiq  hakimiyyət  orqanın(qərar  qəbul  etmək  səlahiyyətinə  malik)

davranışı; 4. Ərizəçinin məruz qala biləcəyi risklər. [16]

Hesab edirik ki, Avropa Məhkəməsi ölkədaxili prosedurlarda cinayət işinə baxılması və işin həll

edilməsi üçün sərf olunmuş müddəti ağlabatan hesab edib‐etməməsi səlahiyyətini məhz həmin

meyarlar əsasında özündə saxlamış, digər tərəfdən konkret müddətlər müəyyən etməməklə üzv

ölkələrə daxili şəraiti nəzərə almaq müstəqilliyi vermişdir.



II.  Azərbaycan  Respublikası  Cinayət‐Prosessual  Məcəlləsində  müddətə  dair  ümumi

müddəalar və ağlabatan müddət

Cinayət  mühakimə  icraatını  müddətsiz  təsəvvür  etmək  qeyri‐mümkündür.  Müddətin  qanunda

təsbit edilməsi bir tərəfdən cinayət prosesini həyata keçirən orqanların fəaliyyətini vaxtında və

səmərəli  təşkilinə  yardım  edirsə,  digər  tərəfdən  proses  iştirakçılarının  hüquq  və  azadlıqlarının

təmin  edilməsinə  şərait  yaradır.  Azərbaycan  Respublikasının  Cinayət‐Prosessual  Məcəlləsinin

(bundan sonra CPM) XXIV Fəsli "Cinayət mühakimə icraatında müddətlər” adlanır və bütün proses

boyu qanunda göstərilən ayrı‐ayrı müddətlərə dair ümumi müddəaları özündə əks etdirir.  Həmin

müddətlər CPM‐in 202.1‐ci maddəsinə əsasən saatlar, günlər, aylar və illərlə hesablanır. Müddətin

həftələrlə hesablanması ümumi müddəalarda qeyd edilməsə də CPM‐in yalnız bir maddəsində –

59.2‐ci maddədə “Məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam

verilmiş şəxsin tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin

şəxsin  əvvəlki  və  ya  hazır  ki,  iş  yerinə,  təhsil  aldığı  yerə,  yaşayış  yerinə  məlumat  verməlidir”

normasının dispozisiyasında istifadə edilmişdir. Hesab edirik ki, bu norma 29 dekabr 1998‐ci il

tarixli  610‐IQ  №li  “Təhqiqat,  ibtidai  istintaq,  prokurorluq  və  məhkəmə  orqanlarının  qanunsuz

hərəkətləri  nəticəsində  fiziki  şəxslərə  vurulmuş  ziyanın  ödənilməsi  haqqında”  Azərbaycan

Respublikası Qanununun (bu qanun CPM‐dən iki il əvvəl qəbul olunub) 7‐ci maddəsindəki (maddə

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində

fiziki  şəxslərə  vurulmuş  fiziki  və  mənəvi  ziyanın  ödənilməsi”  adlanır)  müvafiq  bəndi  ilə  eyni

məzmunludur və qanundakı bu norma olduğu kimi CPM‐ə əlavə edilib. CPM‐in 202‐ci maddəsində,

həmçinin müddətlərin hesablanması qaydası təsbit edilmişdir. Belə ki, cinayət mühakimə icraatı

zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır və müddətlər

günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12‐də başlayır və müddətin sonuncu günü

gecə  saat  12‐də  qurtarır  [17].  Müddətlər  aylar  və  illərlə  hesablandıqda  müddət  sonuncu  ayın

müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır

(məsələn, fevral ayı üçün). Ümumiyyətlə, müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən

sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır [18]. Hesab edirik ki, qanunun bu müddəası

şübhəli  və  təqsirləndirilən  şəxsin  hüquqlarının  pozulması  üçün  şərait  yaradır.  Fikrimizi

əsaslandırmaq üçün CPM‐in şübhəli şəxsin tutulma müddəti ilə bağlı müddəasını gözdən keçirmək

olar. CPM‐in 148.4‐cü maddəsinə görə şübhəli şəxsin tutulma müddəti 48 saatdır və bu müddət

heç bir halda uzadıla bilməz. Amma yuxarıda göstərilən normanı tətbiq etsək, belə çıxır ki, əgər

müddətin sonu iş gününə düşmürsə (məsələn, istirahət günü, bayram günü) tutulmanın müddəti

ondan sonrakı iş günü başa çatmış hesab olunur, deməli, şübhəli şəxs faktiki olaraq 48 saat yox, 72




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə