Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

­  29 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

əksini tapıb: Müdafiəçinin müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti

etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini təsdiq etmək, ona qarşı qaldırılmış mülki

iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və

onun hüquqlarının həyata keçirilməsinə mane olması qadağan olunur. Əgər təqsirləndirilən şəxs

təqsirini etiraf etmirsə və bəraət hökmünün çıxarılmasını tələb edirsə, müdafiəçi iş yüngülləşdirici

halları tətbiq edərək təqsirləndirilən şəxsə yüngül cəzanın təyin edilməsini xahiş edə bilməz.

Qanun təqsirləndirilən şəxsin bəraət alması və ya məsuliyyəti yüngülləşdirən halların aşkar edilməsi

üçün  müdafiəçidən  bütün  mümkün  vasitələrdən  istifadə  etməyi  tələb  edir.  Əgər  müdafiəçi

təqsirləndirilən şəxsin təqsirsizliyini sübut edə bilməyibsə, bu o demək deyil ki, onun təqsiri sübuta

yetirilib.  İttiham  tam  sübuta  yetirilmədikdə,  müdafiəçi  1)  ittihamı  onun  əsasında  olan  sübutlara

istinadən rədd edə bilər; 2) ittihamedici faktlarla zidd olan faktları sübut edə bilər; 3) ittihamı rədd

edən  fərziyyənin  araşdırılmamasını  göstərə  bilər;  4)  ittihamın  əsaslandığı  sübutların  kifayət

olmadığını göstərə bilər (10).



Təqsirsirzlik prezumpsiyası

Təqsirsizlik prezumpsiyası prinsipi ədalət mühakiməsinin həyata keçirilməsində əsas prinsiplərdən

biridir  və  bir  çox  ölkələrin  qanunvericiliyində  öz  əksini  tapmışdır.  Azərbaycan  Respublikasının

Konstitusiyasının 63‐cü maddəsinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun

təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni

qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası prinsipi roma xüsusi

hüququndan  bizə  gəlib  çıxmışdır.  (prezumption  boni  viri).  Onun  mənası  o  idi  ki,  mülki  hüquq

münasibətlərin hər bir iştirakçısı düzgün hərəkət etməlidir, əgər kimsə əksini iddia edirsə, onu sübut

etməlidir.  Kim  iddia  edirsə,  o  sübut  edir.  ‐  ci  insumbit  propatio  qui  dicit  (non  quingat)  (11).

Təqsirsizlik  prezumpsiyası  bir  sıra  beynəlxalq  sənədlərdə  də  öz  əksini  tapmışdır.  Bu  prinsip

həmçinin  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  qərarlarında  da  əsas  prinsip  kimi  götürülür:

«Təqsirsizlik  prezumpsiyası  ibtidai  istintaqın  bütün  mərhələlərinə  aiddir,  o  təkcə  ittihamın

mahiyyətinin  araşdırılması  ilə  məhdudlaşmır»  (12).  Müstəntiqin  təqsirləndirilən  şəxs  qismində

cəlbetmə  qərarı  və  prokurorun  təsdiqi  ilə  tərtib  etdiyi  ittiham  aktı  istintaq  orqanının  yalnız

təqsirləndirilən şəxsin təqsirliliyi barədə fikirlərini əks etdirir və həmin sənədlər sonradan məhkəmə

üçün təqsirləndirilən şəxsin təqsirliliyi məsələsinin həlli üçün mühüm əhəmiyyət kəsb etmiş olsa

da, bunlar heç cür təqsirləndirilən şəxs kimi cəlb edilən şəxsin təqsirliliyini təsdiq edən akt kimi

qiymətləndirilə  bilməz.  Təqsirləndirilən  şəxsin  təqsirliliyi  məsələsi  qəti  şəkildə  yalnız  məhkəmə

iclasında,  proses  iştirakçılarının  fəal  iştirakı  şəraitində  işin  bütün  hallarının  hərtərəfli,  tam  və

obyektiv araşdırılması, istintaq və prokurorluq orqanlarının iş üzrə gəldiyi nəticələrin mükəmməl

yoxlanılması  təqdirdə  çıxarılan  məhkəmə  hökmü  ilə  həll  edilir.  Təqsirsizlik  prezumpsiyasının

mahiyyəti  məhz  bunlarla  izah  olunur.  Təqsirsizlik  prezumpsiyası  cinayət  prosesi  üzrə  məhkəmə

prosesinin  sona  çatması  və  hökmün  qanuni  qüvvəyə  minməsinə  qədər  təqsirləndirilən  şəxsin

cinayətkar adlandırılmasını qadağan edir. Əgər hər hansı şəxs və ya dövlət orqanı cinayət prosesi

üzrə  icraatın  aparıldığı  dövrdə  şəxsi  cinayətkar  adlandırırsa,  bu,  birbaşa  olaraq  təqsirsizlik

prezumpsiyası  prinsipinin  pozuntusudur.  Kütləvi  İnformasiya  Vasitələrində  verilən  kriminal

xəbərlərdə,  həmçinin  istintaq  orqanlarının  yaydığı  məlumatlarda  cinayətin  törədilməsində

təqsirləndirilən şəxslərin cinayətkar adlandırılması, iradələri ziddinə onların televiziya kanallarında

göstərilməsi, istintaq müddəti bitmədən dövlət orqanlarının bu barədə ətraflı məlumat verməsi adi

hala  çevrilib.  Belə  hallarda  təqsirsizlik  prezumpsiyasının  pozulub‐pozulmaması  və  məsuliyyətin

kimin üzərinə düşməsi bir sıra suallar yaradır. Çünki Cinayət‐Prosessual  Məcəlləsində  bu  barədə

konkret    norma    yoxdur.  Şəxsin  təqsirsizlik  prezumpsiyası  pozularsa,  bunun  hansı  yolla  aradan

qaldırılması, bu barədə hansı orqana şikayət verilməsi, bu prinsipi pozana qarşı hansı cəza tədbirinin

tətbiq edilməsi qanunvericilikdə göstərilməyib. Qanunvericilikdə bununla bağlı boşluq olduğuna

görə,  təqsirləndirilən  şəxs  kimə,  hansı  orqana  müraciət  edəcəyini  bilmir.  Digər  tərəfdən,  adi

vətəndaşın,  xüsusən  media  işçisinin  yaxud  dövlət  orqanının  məsuliyyətə  cəlb  olunması  çətinlik

yaradır.



­  30 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Təbii ki, bu məsələyə münasibət birmənalı deyil. Bəzi müəlliflər ictimaiyyətin məhkəmə prosesinə

münasibət bildirməsini söz azadlığı hüququ ilə əlaqələndirir. Belə ki, V. İbayev qeyd edir ki, söhbət

hakimiyyət nümayəndələrinin məhkəmədə baxılan işlə bağlı qabaqcadan fikir söyləməsindən gedirsə,

bu  cür  hallar  yolverilməz  hesab  olunmalıdır.  İctimaiyyətin  məhkəmə  prosesinə  münasibət

bildirməsinə isə bir qədər ehtiyatla yanaşmaq lazımdır. İctimaiyyət söz və fikir azadlığına malikdir.

Söz azadlığı hüququ məhkəmə prosesinə münasibətin bildirilməsinə mane olmur (13).

Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  təcrübəsinə  nəzər  salsaq,  görərik  ki,  Avropa  Məhkəməsi

yalnız  dövlət  orqanlarının  təqsirsizlik  prezumpsiyasının  pozulmasına  görə  məsuliyyət  daşıması

qənaətinə gəlib. Məhkəmə öz qərarlarında dəfələrlə qeyd edib ki, dövlət orqanları şəxsin təqsirsizlik

prezumpsiyasını pozursa, bu Konvensiyanın 6.2‐ci maddəsinin pozuntusudur. Allene de Ribemont

Fransaya  qarşı  (10.02.1995‐ci  il  tarixli  qərar)  məhkəmə  işində  Avropa  Məhkəməsi  təqsirsizlik

prezumpsiyasının davam etməkdə olan cinayət istintaqları barədə digər dövlət məmurlan tərəfindən

ifadə  edilən,  ictimaiyyəti  şübhəli  şəxsin  təqsirkar  olduğuna  inanmağa  sövq  edən  və  səlahiyyətli

məhkəmə orqanı tərəfındən faktların qiymətləndirilməsindən əvvəl onlara qiymət verən bəyanatlara

da  şamil  olunduğunu  vurğulayıb  (14).  Daha  sonra  «Fərhad  Əliyev  Azərbaycana  qarşı»  işdə

(09.11.2010)  Avropa  Məhkəməsi  bildirdi  ki,  səlahiyyətli  məhkəmə  orqanlar  tərəfindən  faktların

qiymətləndirilməsindən  əvvəl  dövlət  qurumlarının  faktlara  qiymət  verən  və  şikayətçinin  qanuna

uyğun olaraq təqsirkar hesab edilməsindən əvvəl ictimaiyyəti onun təqsirkar olduğuna inanmağa

sövq edən bəyanatlar yayması təqsirsizlik prezumpsiyasının pozuntusudur. Göründüyü kimi, Avropa

Məhkəməsinin  yanaşmasında  da  dövlət  orqanlarının  təqsirsizlik  prezumpsiyası  hüququnun

pozuntusuna görə məsuliyyət daşıyır. Lakin media orqanları baş vermiş hər hansı cinayət barəsində

məlumatlar yaydıqda, buna xüsusi ehtiyatla yanaşmalıdırlar, söz azadlığının olmasına baxmayaraq,

cinayət törətməkdə şübhəli bilinən şəxsləri cinayətkar adlandırmaqdan çəkinməlidirlər.

Qanunvericilikdə  təqsirsizlik  prezumpsiyasının  pozuntusuna  görə  məsuliyyət  tədbirlərinin,  bu

hüququ pozan şəxslərin və ya dövlət orqanlarının məsuliyyətə cəlb olunması məsələlərinin nəzərdə

tutulmaması təcrübədə də bu sahədə bəzi çətinliklərə gətirib çıxarır. Əgər yalnız dövlət orqanlarının

təqsirsizlik prezumpsiyasının pozuntusunda məsuliyyət daşımalı olmasını qəbul etsək, bu, media

işçilərinin  törədilən  cinayət  barəsində  istənilən  informasiyanı  yaymasına,  o  cümlədən  onun

törədilməsində  təqsirləndirilən  şəxsin  cinayətkar  adlandırılmasına  gətirib  çıxara  bilər.  Bu  da

ictimaiyyət arasında həmin şəxsə qarşı mənfi münasibətin yaranmasına, onu artıq cinayətkar kimi

görməsinə səbəb ola bilər. Buna görə də bu kimi neqativ halların qarşısını almaq üçün təqsirsizlik

prezumpsiyasının  həm  media  qurumları,  həm  dövlətin  vəzifəli  şəxslərinə  yaxud  dövlət  orqanları

tərəfindən pozulmasının qarşısı alınmalıdır.



İstinadlar:

(1)  Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 5 və 6‐cı maddələri üzrə məhkəmə təcrübəsi. Bakı 2004. səh

197­198;

(2)  Yenə orada səh 207;

(3)  Êàëèíîâñêèé  Ê.  Á.  Ïðàâà  ÷åëîâåêà  è  ïðîáëåìà  ðàâíîïðàâèÿ  ñòîðîí  îáâèíåíèÿ  è  çàùèòû  â  óãîëîâíîì

ïðîöåññå./Âñåîáùàÿ äåêëàðàöèÿ ïðàâ ÷åëîâåêà è ïðàâîçàùèòíàÿ ôóíêöèÿ ïðîêóðàòóðû. ÑÏá 1998. ñò. 37­38;

(4) Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  kommentariyası.  Cinayət  Mühakimə

icraatının vəzifələri, əsas prinsipləri və şərtləri. Maddələr 8‐36. Bakı, Qanun‐2004. səh. 637

(5)  Áîéêîâ À. Ä. Òðåòúÿ âëàñòü â Ðîññèè. Ì, 1997, ñò.208. Ðæåâñêèé Â. À., ×åïóðíîâà Í. Ì. Ñóäåáíàÿ âëàñòü â ÐÔ:

êîíñòèòóöèîííûå îñíîâû îðãàíèçàöèè è äåÿòåëüíîñòè. Ì, 1998. ñò. 75;

(6)  Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin kommentariyası. Cinayət Mühakimə icraatının vəzifələri,

əsas prinsipləri və şərtləri. Maddələr 8‐36. Bakı, Qanun‐2004. səh. 636;

(7) Êàìèíñêàÿ Â. È. Ïîêàçàíèÿ îáâèíÿåìîãî â ñîâåòñêîì óãîëîâíîì ïðîöåññå. Ì. 1960, ñò. 16;

(8)  Ñàâè÷êèé Â. Ì. Äîêàçûâàíèå îáâèíåíèÿ â ñóäå./Ñîâåòñêàÿ þñòèöèÿ. 1970, ¹ 23, ñò. 4;

(9)  Ñàâè÷êèé Â. Ì. Ãîñóäàðñòâåííîå îáâèíåíèÿ â ñóäå. Ì. 1971, ñò. 166;

(10) Òåîðèÿ  äîêàçàòåëüñòâ  â  ñîâåòñêîì  óãîëîâíîì  ïðîöåññå.  /Îòâ.  Ðåä.  Í.Â.  Æîãèí.  Ì.Þðèä.ëèò.  1973.

www.kalinovsky­k.boom.ru/b/td­1973/;

(11) Î.  Áóòîðîâà.  Ðåàëèçàöèÿ  êîíñòèòóöèîííîãî  ïðèíöèïà  ïðåçóìïöèè  íåâèíîâíîñòè  â  óãîëîâíîì  ïðîöåññå.

Ïðàâî è æèçíü. ¹ 18 1998, ñò. 61;

(12) Minelli İsveçrəyə qarşı qərar 25 mart 1983;

(13) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin kommentariyası. Cinayət Mühakimə icraatının vəzifələri,

əsas prinsipləri və şərtləri. Maddələr 8‐36. Bakı, Qanun‐2004. səh. 486;

(14) Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 5 və 6‐cı maddələri üzrə məhkəmə təcrübəsi. Bakı 2004.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə