Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

­  33 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə;



ipoteka predmeti deyişdirildikdə;

ipoteka predmeti özgəninkiləşdirildikdə.



Mövzumuz  baxımından  aktual  olan  birinci  haldır.  Belə  ki,  məhz  ipoteka  müqaviləsində  əsas

öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatı aparılır.

Hüquq normasının məzmunundan məlum olduğu kimi, artıq mövcud olan əsas öhdəliyin mahiyyəti,

ölçüsü və icra müddəti dəyişdikdə ipotekanın əlavə qeydiyyatı aparıla bilər. Lakin bir çox hallarda

mülki  hüquq  subyektləri,  o  cümlədən banklar  “İpoteka  haqqında”  Qanunun  14‐cü  maddəsi  ilə

uzlaşmayan qaydada borclunun yeni əsas öhdəliyi üzrə sonrakı ipotekanın rəsmiləşdirilməsinin

əvəzinə tamamilə başqa şəkildə, yəni ipotekanın əlavə qeydiyyatının aparılması formasında həyata

keçirirlər. Bu da öz növbəsində qanunazidd və hüquqi təbiətinə görə yolverilməz müqavilədir.



Misal, A adlı şəxs bankdan aldığı 10 000 (on min) manat məbləğində kredit müqaviləsi üzrə

özünün  xüsusi  mülkiyyətində  olan  mənzilini  ipoteka  ilə  bank  qarşısında  yüklü  edir.  Daha

sonra həmin kredit müqaviləsi üzrə tərəflər arasında əldə edilmiş razılıq əsasında kreditin

faizi dəyişdirilir və ya kreditin məbləği artırılır. Bu halda “İpoteka” haqqında Qanunun 14‐cü

maddəsinə əsasən ipotekanın əlavə qeydiyyatı aparılmalıdır.

Banklar və digər bank olmayan kredit təşkilatları tərəfindən sonrakı ipoteka müqaviləsinin əvəzinə

ipotekanın əlavə qeydiyyatının aparıldığı halda yaşayış sahələrində qeydiyyatda olan şəxslərin və

birgə  nigah  dövründə  əldə  edilmiş əmlak  barəsində  ər‐arvadın  notarial  qaydada  təsdiqlənmiş

razılığının alınmaması həmin şəxslərin konstitusion hüquqlarını ciddi şəkildə pozur.

Təəssüf ki, kreditorların/ipoteka saxlayanaların tələbləri üzrə məhkəmə araşdırmalarında ipoteka

və sonrakı  ipotekaya  aid  tələblər  bəzən  nəzərə  alınmır.  Bu  da  öz  növbəsində  maddi  hüquq

normasının  pozulmasına gətirib  çıxarır.   Halbuki, sonrakı  ipoteka  həm  ipotekadan,  həm  də

ipotekanın əlavə qeydiyyatından yuxarıda qeyd edilən xüsusatlar barəsində fərqlənir və seçilir.

Eyni  zamanda  onu  da  vurğulamaq  istəyirəm  ki,  ipotekanın əlavə  qeydiyyatı  ilkin  ipotekanın

məntiqli ardıcılığıdır və bilavasitə ilkin ipotekanın təmin etdiyi əsas öhdəliklə əlaqəli və bağlıdır.

Sonrakı ipoteka isə artıq ipoteka ilə yüklü edilmiş əmlakın borclunun tamamilə yeni və müstəqil

olan  öhdəliyinin  təminatı  kimi  yenidən  yüklənməsidir.  Qeyd  edilən  məsələ  həm  də  mülkiyyət

hüququnun məhdudlaşdırılmasının reyestrini aparan dövlət orqanı tərəfindən verilmiş sənədlərdə

(çıxarışlarda) öz əksini tapır. Belə ki, ipotekanın yüklənməsi zamanı reyestr xidməti yüklülüyün

növü  kimi  ipotekanı,  sonrakı  ipoteka  zamanı  isə  yüklülüyün  növü  kimi sonrakı  ipotekanı,

ipotekanın əlavə qeydiyyatı zamanı isə ipotekanın əlavə qeydiyyatı formasında qeyd edir. Demək

ki, qeyd edilən girovun/ipotekanın arasında fərqlər var ki, qanunvericilik qeyd edilən yüklənmələri

fərqli növdə qeydə alır.

Mülki Məcəllə ilə yolverilməyən əqdlərin (müqavilələrin), ələlxüsus əsas öhdəliyin təminatı kimi

çıxış edən ipoteka və sonrakı ipoteka müqavilələrinin və bunun nəticələrinin qanuni şəkildə həyata

keçirilməməsi  halında,  gələcəkdə  kreditorun  borcluya  və  ipoteka  qoyan  şəxsə ipoteka  hüququ

üzrə tələbini təhlükə altına qoya bilər. Bunun da nəticəsində kreditorun maraqlarına zərər vurula

bilər.


Bu  səbəbdən  də  ipoteka  və sonrakı  ipotekaların  rəsmiləşdirilməsinə,  mülkiyyət  hüququnun

məhdudlaşdırılmasına (hüququn yüklənməsi) xüsusi diqqət yetirilməlidir ki, gələcəkdə kreditorun

tələbləri qanuni şəkildə ipoteka hesabına həyata keçirilə bilsin.



­  34 ­

Fərid Həsənov

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası

Mərkəzinin dissertantı

CİNAYƏT‐PROSESSUAL QANUNVERİCİLİYİN

“AĞLABATAN MÜDDƏT” PRİZMASINDAN

TƏHLİLİ

Azərbaycan  Respublikasında  məhkəmə‐hüquq  islahatlarının  əsas  istiqamətlərindən  biri  ölkə

qanunvericiliyinin yerli şərait nəzərə alınmaqla Avropa standartlarına uyğunlaşdırılmasıdır. Burada

əsas məqsəd insan hüquqları və əsas azadlıqlarının qanunlarda təsbit edilməsi ilə yanaşı, onun səmərəli

müdafiə  vasitələrinin  müəyyən  edilməsidir.  Diqqətinizə  təqdim  edilən  məqalə  ağlabatan  müddət

institutunun mahiyyətinə, onun hüquqi əsaslarına, eyni zamanda Azərbaycan Respublikası cinayət‐

prosessual qanunvericiliyində təsbit edilmiş müddətlərin “ağlabatan müddət” prizmasından təhlilinə

həsr edilmişdir.

I. “Ağabatan müddət”in mahiyyəti və hüquqi əsaslandırılması

Müddət  prosessual  qanunvericiliyin  prioritet  məsələləridən  biridir,  xüsusilə  də  məhkəmələrdə

ədalətin zəfər çalması baxımından bu böyük əhəmiyyət kəsb edir. Bir ingilis maksimasında  qeyd

edildiyi kimi «Gecikmiş ədalət, ədalətin təkzibidir» (Justice delayed, justice denied).

Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006‐cı il tarixli 5 nömrəli Qərarı (“Ədalət

mühakiməsinin  həyata  keçirilməsi  zamanı  “İnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi

haqqında”  Avropa  Konvensiyası  müddəalarının  və  İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsinin

presedentlərinin tətbiqi haqqında”) məhkəmə‐hüquq islahatlarının gedişində əsaslı dönüş yaratdı

və  məhkəmələr  tərəfindən  cinayət  işlərinə  baxarkən  daxili  qanunvericiliklə  yanaşı,  beynəlxalq

konvensiyaların, xüsusilə də “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa

Konvensiyasının  müddəalarını  rəhbər  tutmaları  tövsiyə  olundu.  Hətta  imperativ  norma  kimi

müəyyən  edildi,  belə  ki,  adıçəkilən  Qərarın  ikinci  hissəsinin  üçüncü  abzasına  əsasən  “İnsan  və

vətəndaş  hüquq  və  azadlıqlarının  pozulması  ilə  bağlı  məhkəmələr  milli  qanunvericiliklə  yanaşı

Konvensiya  müddəalarını  da  rəhbər  tutmalı  və  bu  zaman  İnsan  Hüquqları  üzrə  Avropa

Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər”.

“İnsan  hüquqları  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında”  1950‐ci  il  Avropa  Konvensiyasının

(bundan  sonra  Konvensiya)  6‐cı  maddəsinin  (“Ədalətli  məhkəmə  araşdırması  hüququ”)  birinci

hissəsinə görə, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər

hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə

vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiya

müddəasını  hərfi  təfsir  etdikdə  aydın  olur  ki,  ağlabatan  müddət  cinayət  işləri  ilə  bağlı  sadəcə

məhkəmə prosedurlarına tətbiq edilir. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan

sonra Avropa Məhkəməsi) bir sıra qərarlarında ağlabatan müddət təkcə məhkəmə mərhələsində

deyil,  işin  ibtidai  araşdırmasına  (Deveyer  Belçikaya  qarşı  işdə  Avropa  Məhkəməsi  ağlabatan

müddətin şəxsə qarşı ittihamın irəli sürüldüyü andan hesablanmalı olduğunu müəyyən etdi) da aid

olduğu məlum olur [1].

Bəs onda müddətin ağlabatanlığı dedikdə nə başa düşülür? Onun çərçivələri Avropa Məhkəməsinin

prsedentlərində necə müəyyən olunur?



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə