Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

­  25 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

etdikləri  sübutlar  əsasında  yekun  qərar  çıxarır.  İttiham  sübuta  yetirilmədiyi  halda  məhkəmə

prokurorun köməyinə gəlməməlidir, əks halda, o, ittiham funksiyasını öz üzərinə götürmüş olur.

Hakim  heç  vaxt  təqsirləndirilən  şəxsin  ifşa  edilməsinə  çalışmamalıdır.  Çəkişməyə  əsaslanan

məhkəmə icraatında sübutların tədqiqini tərəflər həyata keçirir, məhkəmə isə yalnız prosessual

qaydadan kənara çıxılmamasına nəzarət edir. Prokuror da tərəf kimi məhkəməyə yalnız fikrini

bildirməlidir, məhkəmə qərarı ilə razı olmadıqda protest verə bilər (6).

Sübutetmə  subyektləri  sübutetmədə  daimi  rol  oynayan  sübutetməni  həyata  keçirən  (sübutları

toplayan, yoxlayan və qiymətləndirən) və ona görə məsuliyyət daşıyan; qanunla müəyyən edilən

hüquqlarının  qorunması  üçün  sübutetmə  prosesində  aktiv  və  uzunmüddətli  iştirak  etmək

hüququna  malik  olan  orqan  və  şəxslərdir.  Prosessual  hüquq  və  vəzifələrin  digər  subyektləri

(sübutetmə subyektləri olmayan) sübutetmədə xüsusi prosessual maraqlar olmadan köməkçi və

ya epizodik rol oynaya bilərlər.

İttiham tərəfinin sübutetmədə iştirakı. Sübutetmə vəzifəsi.

Cinayət  işi  üzrə  icraatı  təhqiqat  orqanı,  müstəntiq,  prokuror  və  məhkəmə  həyata  keçirir.  Bu

orqanlar  öz  səlahiyyətləri  çərçivəsində  cinayət  işini  başlayır  və  araşdırır.  Məhz  bu  orqanlar

sübutetmənin subyektləri sayılır. Onlar sübutların toplanması, fiksə edilməsi və yoxlanmasında

məsuliyyət daşıyır və öz daxili inamına görə onları qiymətləndirirlər. Təhqiqat və istintaq orqanı

ibtidai istintaq mərhələsində sübutetmənin əsas subyektləridir. İş üzrə əhəmiyyətli olan halların

tam,  hərtərəfli  və  obyektiv  araşdırılması  tələbi  istintaq  və  məhkəmə  orqanı  üçün  məcburidir;

istintaq orqanı hökmün çıxarılması üçün məhkəmə qarşısında duran hər bir məsələnin həlli üçün

lazım  olan  bütün  sübutları  toplamalıdır.  İstintaq  orqanının  təqsirləndirilən  şəxsin  təqsirliliyi

barədə  gəldiyi  nəticələr  mötəbər  sübutlara  əsaslanmalıdır.  İstintaq  orqanının  sübutetmənin

subyekti kimi vəziyyəti mühakimə icraatında müstəntiqin həyat keçirdiyi prosessual funksiyadan

asılıdır.  Müstəntiq  və  təhqiqat  orqanının  sübutetmədə  sırf  ittihamedici  fəaliyyət  göstərdiyini

düşünmək səhv olardı. Doğrudur, müstəntiqin fəaliyyəti cinayət törətməkdə təqsirləndirilən şəxsin

aşkar  edilməsinə  yönəlir,  lakin  onun  fəaliyyəti  ittihamedici  olmamalıdır.  İstintaq  obyektiv  və

hərtərəfli aparılmalıdır‐bunu qanun tələb edir. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə istintaq

aparan orqanın gəldiyi nəticələr əsaslı olmalıdır, yəni iş üzrə toplanmış sübutlara söykənməlidir.

Qanun  tələb  edir  ki,  ittiham  aktında  cinayətin  əsaslarını  və  təqsirləndirilən  şəxsin  təqsirliliyini

göstərən sübutlar əks olunmalıdır.

Cinayət işini aparan müstəntiq iş üzrə qərarların qəbul edilməsində müstəqildir. Onun qərarı ilə

razılaşmayan  prokuror  qərarı  ləğv  edib  işi  başqa  müstəntiqə  tapşıra  bilər,  lakin  qərarın

çıxarılmasında  müstəntiqə  hər  hansı  göstəriş  verə  bilməz.  Əks  mövqe  isə  daxili  inama  görə

sübutların qiymətləndirilməsi prinsipinə zidd olardı.

Sübutetmə prosesində prokuror mühüm yer tutur. Onun fəaliyyəti qanunçuluğa riayət edilməsi

üçün  nəzarət  orqanı  kimi  qarşısında  duran  məsələlərin  həllinə  yönəlir.  Prokurorun  fəaliyyəti

çoxşaxəlidir. O, müxtəlif metod və vasitələrin tətbiqinin müxtəlif formalarında yaranır, lakin o, öz

mahiyyəti  və  vəzifələrinə  görə  bütün  mərhələlərdə  eynidir.  Cinayət  prosesinin  bütün

mərhələlərində prokuror qanuna riayət edilməsinə nəzarət edir. Nəzarət orqanı kimi prokuror

istintaqda  və  məhkəmədə  iş  üzrə  obyektiv  həqiqətin  müəyyən  olunmasını  təmin  etməlidir.

Prokurorun sübutetmədə vəzifəsi və fəaliyyət formaları bu fəaliyyətin həyata keçirildiyi prosessual

mərhələlərdən asılıdır. Cinayət işinin qaldırılması mərhələsində prokuror törədilən cinayətin aşkar

edilən hər bir faktının araşdırılmasını, cinayətin əsaslarını göstərən materialların saxlanmasını

təmin etməlidir.

Prokurorun təhqiqat və istintaq hərəkətlərinin obyektiv və hərtərəfli aparılmasının təmin edilməsi

vəzifələri ilə yanaşı, həm də onun sübutların toplanması və yoxlanması üçün istintaq hərəkətlərini

birbaşa aparmaq hüququ var. Prokuror zəruri olduqda ibtidai istintaq mərhələsində sübutetməni

müstəqil    həyata    keçirə     bilər.       Onun        fəaliyyəti         iş          üzrə         toplanmış        bütün




­  26 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

sübutların yoxlanmasından ibarətdir. Bu zaman prokuror istintaqın tam və hərtərəfli aparılmasını,

ittihamedici sübutların əsaslı olmamasını aşkar edərsə, o işi əlavə istintaqa qaytarır və ya iş üzrə

icraata xitam verir (CPM‐nin 290.3.3‐cü mad.) Prokuror istintaq orqanlarının gəldikləri nəticələrlə

razı olduqda ittiham aktını təsdiq edir və işi məhkəməyə göndərir. İttiham aktının təsdiq edilməsi

prokurorun sübutların toplanması, fiksə edilməsi və yoxlanmasını nizama salan qanunun bütün

tələblərinə  riayət  olunmasına  əmin  olmasını,  həmçinin  təqsirləndirilən  şəxsin  məhkəməyə

verilməsi üçün onun təqsirliliyinə, məhkəmədə ittihamı sübut etməyə hazırlığa və təqsirləndirilən

şəxsin məhkum olunmasına təkid etməyə prokurorun inamlı olmasını göstərir.

Bəzi alimlər prokurorun daxili inamının ibtidai istintaq materiallarından asılı olmasını prokurorun

məhkəmədə mövqeyinə mənfi təsir göstərən və onun qanunçuluğa nəzarət etməsini azaldan bir

faktor kimi baxırlar. Buna görə də onların fikrincə, prokurorun istintaq materiallarının qanuniliyini

yoxlamaq və ittiham aktını təsdiq etmək səlahiyyətindən azad etmək lazımdır (7). Lakin prokuroru

bu  vəzifədən  azad  etmək  məhkəməyə  göndərilən  iş  üzrə  materialların  mötəbərliyinə  təminat

verilməsindən məhrum edir (8). Məhkəməyə vermə mərhələsində prokuror toplanmış sübutların

kifayət  olması  məsələsinə  qiymət  verir.  Məhkəmə  baxışı  mərhələsində  isə  o,  dövlət  ittihamını

müdafiə  edir.  Bununla  yanaşı,  prokuror  proses  iştirakçılarının  qanunun  tələblərinə  riayət

olunmasını  təmin  etməlidir,  baş  verən  hər  bir  pozuntunu  aradan  qaldırmalıdır.  Prokurorun  bu

vəzifələri‐qanunçuluğa  riayət  edilməsinə  nəzarət  və  dövlət  ittihamının  həyata  keçirilməsi  ‐

mahiyyətcə eynidir və onları ayırmaq və ya bir‐birinə qarşı qoymaq olmaz. Prokuror təkcə qanunları

pozanlara  qarşı  ittihamçı  kimi  çıxış  etməməlidir,  həmçinin  əsassız  məsuliyyətə  cəlb  olunan

vətəndaşların hüquqlarını qorumalıdır.

Prokuror cinayət işinin başlanılması və təhqiqat zamanı böyük səlahiyyətlərə malikdir. O, cinayəti

təqib etməsini, təhqiqat orqanları tərəfindən qanunların yerinə yetirilməsinə prosessual nəzarəti,

ilkin təhqiqata və s. nəzarəti həyata keçirir. Məhkəmə prosesində prokurorun prosessual vəziyyəti

təhqiqat  və  istintaq  orqanlarının  vəziyyətindən  əsaslı  fərqlənir.  Məhkəmə  araşdırması  zamanı

cinayət təhqiqatını həyata keçirərək prokuror məhkəmə qarşısında məhkəmə araşdırmasının digər

iştirakçıları  ilə  bərabər  hüquqlardan  istifadə  edərək  dövlət  ittihamını  müdafiə  edir.  (CPM‐nin

314.1‐ci  mad.)  Bu  funksiya  tutduğu  vəziyyətdən,  hətta  ittihamdan  imtina  etməsindən  asılı

olmayaraq araşdırmanın bütün mərhələlərində yerinə yetirilir. Dövlət ittihamçısı kimi prokuror

sübutların araşdırılmasında fəal iştirak edir, təqsirləndirilən şəxslə münasibətdə cinayət qanunun

və cəza tədbirinin tətbiqi ilə bağlı öz fikirlərini məhkəməyə bildirir və ya ittihamdan imtina etdiyi

halda bu imtinanı əsaslandırır.

Məhkəmə prosesində sübutetmədə prokuror və prosesin digər iştirakçılarının bərabər mövqedə

durmaları  prokurorun  vəsatət  verməyə,  irəli  sürülən  ittihama  qarşı  öz  münasibətini  bildirmək,

prosesin  digər  iştirakçılarının  təqdim  etdiyi  sübutlara  qarşı  etirazını  bildirməyə  imkan  verir.

Sübutların  araşdırılmasının  belə  prosessual  qaydası  məhkəmədə  iş  üzrə  bütün  halların  tam,

hərtərəfli və obyektiv araşdırılaraq müəyyən edilməsinə kömək edir. Prokuror məhkəmə qarşısında

ittihamın  təsdiqi  üçün  qanunla  göstərilən  bütün  vasitələrdən  istifadə  etməlidir.  Bu  halda,  o,

həmçinin təqsirləndirilən şəxsə bəraət verən halları və ya onun məsuliyyətini yüngülləşdirən halları

da araşdırmalıdır. Bu, o vaxta qədər baş verir ki, təqsirləndirilən şəxsin xeyrinə bütün sübutlar tam

araşdırılır və onların ittihamı rədd edə bilməməsi sübut edilir. Məhkəmədə prokuror ‐ ittihamçı

olsa da, həqiqətin müəyyən edilməsinə çalışan ittihamçı olmalıdır. Prosessual ədəbiyyatlarda belə

fikirlər səslənir ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi vəzifəsi

daşımır (9). Belə fikir cinayət prosesinin mahiyyətinə ziddir, məhz prokuror sübutetmə vəzifəsi

daşıyır. Həmin fikrin nümayəndələri ona əsaslanır ki, prokuror məhkəmə kimi eyni qaydada iş üzrə

halların tam və hərtərəfli araşdırılmasını təmin etməlidir. Prokurorun məhz belə vəzifə daşıması

prokurorluq orqanları qarşısında duran vəzifələrin həyata keçirilməsinə heç bir maneçilik törətmir.

Bu orqanlar öz səlahiyyətlərinə   uyğun    olaraq   cinayət‐prosessual    qanunla   müəyyən    edilmiş

funksiyaları həyata keçirir. Prokuror tərəfindən həyata keçirilən ittihamın əsas xüsusiyyəti kimi iş

üzrə halların tam və hərtərəfli araşdırılmasını hesab etmək olar.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə