Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

­  41 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Məhkəmə aktları

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

228.5 və Mənzil Məcəlləsinin 30.4‐cü maddələrinin şərh edilməsinə dair

08 oktyabr 2013‐cü il                                                                                                Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona

Salmanova,  Südabə  Həsənova,  Rövşən  İsmayılov  (məruzəçi‐hakim),  Ceyhun  Qaracayev,  Rafael

Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Bağır

Əsədovun  və  Azərbaycan  Respublikası  Milli  Məclisi  Aparatının  Dövlət  quruculuğu  üzrə

qanunvericilik şöbəsinin məsləhətçisi Orxan Cəfərlinin,

mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqif Qurbanovun,

ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının baş müəllimi,

hüquq  üzrə  fəlsəfə  doktoru  Sərvər  Süleymanlının  və  Dövlət  və  hüquq  nəzəriyyəsi  və  tarixi

kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Emin Quliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi

konstitusiya  icraatı  üzrə  açıq  məhkəmə  iclasında  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin

sorğusu  əsasında  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  228.5‐ci  və  Azərbaycan

Respublikası  Mənzil  Məcəlləsinin  30.4‐cü  maddələrinin  “Normativ  hüquqi  aktlar  haqqında”

Azərbaycan  Respublikası  Konstitusiya  Qanununun  2.5  və  10.5‐ci  maddələri  baxımından  şərh

edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin

çıxışlarını, ekspertlərin rəylərini dinləyib iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



M Ü Ə Y Y Ə N     E T D İ:

Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Azərbaycan  Respublikası  Konstitusiyasının  (bundan

sonra  –  Konstitusiya)  130‐cu  maddəsinin  IV  hissəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikası

Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.5‐ci və Azərbaycan Respublikası Mənzil

Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.4‐cü maddələrinin “Normativ hüquqi aktlar

haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi

aktlar  haqqında”  Konstitusiya  Qanunu)  2.5  və  10.5‐ci  maddələri  baxımından  şərh  edilməsini

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi)

xahiş etmişdir.

Sorğuda qeyd olunur ki, bərabər hüquqi qüvvəyə malik olan Mülki Məcəllənin 228.5‐ci və Mənzil

Məcəlləsinin  30.4‐cü  maddələrində  mülkiyyətçinin  keçmiş  ailə  üzvünün  yaşayış  sahəsindən

istifadə hüququnun saxlanılması barədə fərqli müddəalar müəyyən olunmuşdur.

Sorğuverənin  qənaətinə  görə,  belə  məsələlərin  həlli  üçün  qanunvericilikdə  bir  neçə  üsul

mövcuddur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5‐ci maddəsinə əsasən




­  42 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə

və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.

Mülki  Məcəllənin  2.3‐cü  maddəsinə  əsasən  isə  ailə,  əmək  münasibətləri,  təbii  ehtiyatlardan

istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqəli hüquqlar ilə bağlı münasibətlər,

əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda

nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlarla tənzimlənir. Digər tərəfdən,

“Normativ  hüquqi  aktlar  haqqında”  Konstitusiya  Qanununun  10.5‐ci  maddəsinə  görə  yeni

normativ  hüquqi  akt  eyni  məsələ  üzrə  həmin  dövlət  orqanı  tərəfindən  əvvəllər  qəbul  edilmiş

normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

Sorğuda göstərilir ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüquqlarının

saxlanılması  ilə  əlaqədar  qanunvericilikdə  fərqli  normaların  olması  məhkəmə  təcrübəsində

çətinliklər  yaradır,  vahid  məhkəmə  təcrübəsinin  formalaşmasına,  vətəndaşların  mülkiyyət  və

mənzil  hüquqlarının  hərtərəfli  müdafiəsinə  mənfi  təsir  göstərir.  Bu  baxımdan,  yuxarıda  qeyd

olunan maddələrin xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsinə ehtiyac vardır.

Sorğuda, həmçinin qeyd olunur ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu 17

fevral 2011‐ci il, Mülki Məcəllə 1 sentyabr 2000‐ci il, yeni Mənzil Məcəlləsi isə 1 oktyabr 2009‐cu

il tarixlərindən qüvvəyə minmişdir.

26 noyabr 1999‐cu il tarixində qəbul edilmiş və 17 fevral 2011‐ci il tarixinədək qüvvədə olmuş

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – əvvəlki

“Normativ hüquqi aktlar haqqında” Qanun) 7‐ci maddəsinə görə normativ hüquqi aktlar arasında

olan kolliziyanın aradan qaldırılmasında yeni normativ hüquqi aktın daha yüksək hüquqi qüvvəyə

malik olması qaydası müəyyən edilmişdi. Bundan fərqli qayda müəyyən edən “Normativ hüquqi

aktlar haqqında” Konstitusiya Qanununda həmin Qanunun geriyə qüvvəsi nəzərdə tutulmamışdır.

Belə olan halda, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qüvvəyə minənədək

qəbul  edilmiş  Mülki  Məcəllənin  228.5‐ci  və  Mənzil  Məcəlləsinin  30.4‐cü  maddələri  arasında

mövcud olan kolliziyanın həlli məsələsi də diqqəti cəlb edir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab

edir.

Mülki  Məcəlləyə  14  dekabr  2005‐ci  il  tarixində  əlavə  edilmiş  228.5‐ci  maddənin  məzmununa



əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun

(keçmiş) ailə üzvləri həmin sahədən istifadə hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.4‐cü

maddəsinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma

yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə

üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin

keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını

həyata  keçirməyə  əsasları  olmadıqda,  yaşayış  sahəsinin  mülkiyyətçisinin  keçmiş  ailə  üzvünün

maddi  vəziyyəti  və  diqqətə  layiq  digər  hallar  özünü  yaşayış  sahəsi  ilə  təmin  etməyə  imkan

vermədikdə,  keçmiş  ailə  üzvünün  göstərilən  mülkiyyətçiyə  məxsus  olan  yaşayış  sahəsindən

müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi,

Mülki Məcəllənin 228.5‐ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə

xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin

sahədən  istifadə  hüququ  nəzərdə  tutulduğu  halda,  Mənzil  Məcəlləsinin  30.4‐cü  maddəsində

yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün

həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur.

Beləliklə, eyni məsələni tənzimləyən göstərilən normalar bir‐birindən tamamilə fərqli iki qayda

müəyyən etdiyindən, qanunvericilikdə kolliziya yaranmışdır. Normativ hüquqi aktların kolliziyası,

yəni  ictimai  münasibətləri  tənzimləyən  normativ  hüquqi  aktlarda  olan  ziddiyyətin  mahiyyəti

ondan ibarətdir ki, bu münasibətləri tənzimləyən iki və ya daha çox hüquq norması mövcud olduğu

halda, onlardan birinin tətbiqi digərlərinin tətbiq edilməsini istisna edir. Belə yanaşma, həmçinin

mövcud qanunvericilikdə də öz əksini tapmışdır.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə