Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

­  43 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Hüquq  kolliziyalarının  mövcudluğu  istənilən  qanunvericilik  sisteminin  mürəkkəbliyi  və

çoxşaxəliliyi  ilə  izah  edilir.  Məhz  buna  görə  uzun  illər  ərzində  müxtəlif  ölkələrin  hüquq

təcrübəsində hüquq kolliziyalarını həll edən bir sıra prinsiplər formalaşmışdır. Bu prinsiplərə ilk

növbədə iyerarxiya (Lex superior derogat legi inferiori), zaman (Lex posterior derogat legi priori)

və məzmun (Lex specialis derogat legi generali) prinsiplərini aid etmək olar. Fərqli hüquqi qüvvəyə

malik olan hüquqi aktlar arasında kolliziyalar iyerarxiya prinsipi ilə, eyni hüquqi qüvvəyə malik

olan  normativ  hüquqi  aktların  normaları  arasında  kolliziyalar  isə  digər  iki  prinsipin  tətbiqi

nəticəsində aradan qaldırılır.

Bir  sıra  ölkələrdə  bu  prinsiplər  qanunvericilikdə  ifadə  olunmuşdur.  Bu  mənada  Azərbaycan

Respublikası  istisna  təşkil  etmir.  Belə  ki,  müstəqillik  əldə  edildikdən  sonra  Azərbaycan

Respublikasında bu prinsipləri əks etdirən üç qanun qəbul edilmişdir: 1994‐cü və 1999‐cu il tarixli

“Normativ  hüquqi  aktlar  haqqında”  qanunlar  və  2011‐ci  il  tarixli  “Normativ  hüquqi  aktlar

haqqında” Konstitusiya Qanunu.

Həmin prinsiplərin təyinatı hüquqtətbiqetmə orqanları, xüsusən məhkəmələr tərəfindən hüququn

şərh edilməsi zamanı yaranan kolliziyaların aradan qaldırılmasından ibarətdir.

Qeyd  edilməlidir  ki,  konkret  iş  üzrə  faktiki  halların  araşdırılması  və  qanunvericiliyin  təfsiri

əsasında  tətbiq  olunmalı  olan  normaların  seçiminin  ilk  növbədə  Konstitusiyanın  147‐ci

maddəsinin II hissəsinin və 149‐cu maddəsinin müvafiq müddəalarına uyğun həyata keçirilməsi

və  hüququn  şərhi  zamanı  iyerarxiya  prinsipinin  tətbiq  edilməsi  ümumi  yurisdiksiyalı

məhkəmələrin hüquqtətbiqedici fəaliyyətinin təzahürü kimi qəbul edilməlidir.

Digər  tərəfdən,  eyni  hüquqi  qüvvəyə malik  olan  normativ  hüquqi  aktların  normaları  arasında

ziddiyyət yarandıqda isə məhkəmələr bu məsələni zaman prinsipinə uyğun olaraq müstəqil həll

etməlidirlər. Bu prinsipin mənasına görə hətta sonrakı qanunda əvvəl qəbul olunmuş qanunun

normalarının qüvvədən düşməsinə dair xüsusi qeyd yoxdursa belə, bu qanunlar arasında açıq,

aydın və barışmaz kolliziya yarandıqda sonrakı qanun tətbiq edilir.

Göstərilənlərə müvafiq olaraq və adıçəkilən prinsiplərin hüquq sistemindəki əhəmiyyətini nəzərə

alaraq, Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə əlaqədar aşağıdakıları

qeyd etməyi vacib hesab edir.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 11‐ci maddəsinin məzmununa görə

normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasında üstünlük ilk növbədə iyerarxiya

prinsipinə  verilmişdir,  kolliziya  aradan  qaldırılmadıqda  isə  ikinci  növbədə  ardıcıl  olaraq

Konstitusiya Qanununun 10.2‐10.5‐ci maddələrinin normaları tətbiq edilir.

İyerarxiya  prinsipinin  məzmunu,  Konstitusiyanın  148  və  149‐cu  maddələrinin  müddəalarına

müvafiq  olaraq  Konstitusiya  Qanununun  2‐ci  maddəsində  təsbit  olunmuşdur.  Digər  tərəfdən,

Konstitusiya Qanununun 2.5‐ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki

Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə

Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.

Göründüyü kimi, bu norma mülki‐hüquq münasibətlərini tənzimləyən eyni növ normativ hüquqi

aktlar  sırasından  Mülki  Məcəlləni  ayırır  və  onun  digərlərinə,  o  cümlədən  Mənzil  Məcəlləsinə

nisbətən üstün hüquqi qüvvəyə malik olduğunu müəyyən edir.

Sorğuda qaldırılan məsələ faktiki olaraq Mülki Məcəllənin 228.5‐ci və Mənzil Məcəlləsinin 30.4‐cü

maddələri arasında olan kolliziyanın həlli üçün nəzərdə tutulan prinsiplərdən (iyerarxiya və ya

zaman) birinin seçimi ilə bağlıdır.

Konstitusiya Məhkəməsinin Plenumu normativ hüquqi aktlar arasında yaranan kolliziyaların həll

edilməsinə  yönələn  zaman  prinsipindən  çıxış  edərək  və  “Normativ  hüquqi  aktlar  haqqında”

Konstitusiya Qanununun 17 fevral 2011‐ci il tarixindən qüvvəyə minməsini nəzərə alaraq hesab

edir ki, həmin tarixə qədər qüvvədə olan hüquq normaları arasında yaranan istənilən kolliziya, o

cümlədən     1 oktyabr 2009‐cu il tarixindən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.4‐cü və Mülki

Məcəllənin 228.5‐ci maddələri arasında olan kolliziya əvvəlki “Normativ hüquqi aktlar haqqında”

Qanunun 7‐ci maddəsinə uyğun həll edilməlidir.



­  44 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Həmin  Qanunun  7‐ci  maddəsi  müxtəlif  hüquqi  qüvvəyə  malik  olan  normativ  hüquqi  aktlar

arasında  ziddiyyət  yarandıqda  daha  yüksək  qüvvəyə  malik  olan  normativ  aktın  tətbiqini,  eyni

hüquqi qüvvəyə malik normativ aktlar arasında ziddiyyət yarandığı təqdirdə isə onlardan zaman

baxımından daha gec qüvvəyə minmiş aktın tətbiqini tələb edirdi.

Nəzərə  alınmalıdır  ki,  əvvəlki  “Normativ  hüquqi  aktlar  haqqında”  Qanunun    7‐ci  maddəsində,

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun    10.5‐ci maddəsində təsbit olunmuş

zaman prinsipinin (Lex posterior derogat legi priori)  məzmunu ondan ibarətdir ki, əgər sonrakı

qanunda  əvvəl  qəbul  olunmuş  qanunun  normalarının  qüvvədən  düşməsinə  dair  xüsusi  qeyd

olmasa  da,  bu  qanunlar  arasında  kolliziya  yarandıqda  sonrakı  qanun  qüvvədə  olur.  Əvvəlki

qanunun qüvvəsi isə yalnız onun sonrakı qanuna zidd olmayan hissəsində yol verilir.

Beləliklə,  Mənzil  Məcəlləsi  qüvvəyə  mindiyi  tarixdən  onun  müddəalarına  zidd  olan  Mülki

Məcəllənin 228.5‐ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə

hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki

olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin

mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin

sahədən  istifadə  hüququ  ilə  bağlı  məsələlərə  baxılarkən  2009‐cu  il  oktyabrın  1‐dək  yaranmış

münasibətlərə Mülki Məcəllənin 228‐ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin

30.4‐cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qayda hüquqi müəyyənlik prinsipindən

irəli  gələn  qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarının  sabitliyinin  təmin  edilməsi  məqsədilə

yaşayış  sahəsinin  mülkiyyətçisinin  keçmiş  ailə  üzvünün  həmin  sahədən  istifadə  hüququ  ilə

əlaqədar  məhkəmə  mübahisəsi  üzrə  qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarına  şamil

olunmamalıdır.

Bununla  belə,  Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  edir  ki,  istənilən  halda  yuxarıda

göstərilən  prinsiplər  baxımından  tətbiq  edilməli  norma  yalnız  konstitusiya  hüquqlarının

tələblərinə  uyğun  olduqda  tətbiq  edilə  bilər.  Bu  mənada  nəzərə  alınmalıdır  ki,  məhkəmə

təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya‐hüquqi mənasına uyğun

tətbiq olunmalıdır.

Normativ hüquqi aktların kolliziyası konstitusiya hüquqlarının toqquşmasına gətirib çıxardıqda,

belə ziddiyyətlərin aradan qaldırılması məsələsi konstitusiya əhəmiyyəti daşıyır və bu hallarda

mövcud  hüququn  konstitusiya‐hüquqi  mənasının  müəyyənləşdirilməsinin  təmin  edilməsi

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir.

Məhz  bu  mövqedən  çıxış  edərək  və  sorğunun  mahiyyətini  nəzərə  alaraq,  Konstitusiya

Məhkəməsinin Plenumu Mənzil Məcəlləsinin 30.4‐cü maddəsinin nəzərdən keçirilməsini zəruri

hesab edir.

Qanunverici  bu  maddədə  yaşayış  sahəsinin  mülkiyyətçisinin  Konstitusiyada  təsbit  olunmuş

mülkiyyət  hüququnun  həyata  keçirilməsi  ilə  bağlı  bəzi  müddəaları  müəyyən  etməklə  yanaşı,

müvafiq  hüquq  münasibətlərinin  iştirakçılarının  mənzil  maraqlarının  müdafiəsi  məqsədilə  bu

hüququn məhdudlaşdırılmasını da nəzərdə tutmuşdur.

Konstitusiyanın  29‐cu  maddəsinin  I  hissəsinə  əsasən  hər  kəsin  mülkiyyət  hüququ  vardır.

Mülkiyyət  hüququ,  o  cümlədən  xüsusi  mülkiyyət  hüququ  qanunla  qorunur.  Hər  kəsin

mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına

və  ya  başqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan  istifadə  etmək  və  onun  barəsində

sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən

məhrum  edilə  bilməz.  Dövlət  ehtiyacları  üçün  mülkiyyətin  özgəninkiləşdirilməsinə  yalnız

qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13‐cü maddəsinin müddəaları nəzərə alınmaqla

başa  düşülməlidir.  Vətəndaş  cəmiyyətinin  mühüm  institutu  olan  mülkiyyət  iqtisadiyyatın

inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın

13‐cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə