Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   31

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

ABŞ‐DA MÜDİRİN İŞLƏTDİYİ “ZƏNCİ” İFADƏSİ ONA BAHA BAŞA OTURDU

ABŞ‐da  qaradərili  müdir  tabeliyində  olan  işçini  "zənci"  adlandırdığı  üçün  ona  280  000  dollar

ödəməlidir.

ABŞ şərqi Harlem sakini Brendi Conson məhkəmə qərarına müvafiq olaraq öz müdirindən 280 000

dollar təzminat almaq hüququ əldə etmişdir. Səbəb isə Brendinin iş yerində ayrı‐seçkiliyə məruz

qalmasıdır. Belə ki, qadın öz müdirinin onu iş zamanı "zənci" çağırmasını diktofon vasitəsi ilə qeydə

almış və bu səsyazmanı məhkəməyə sübut olaraq təqdim etmişdir.

Consonun sözlərinə görə, onun müdiri Rob Karmona da həmçinin, milliyyətcə afroamerikandır və

dəfələrlə ona münasibətdə bu epiteti istifadə etmişdir. Rob Karmona isə öz növbəsində iddia edir

ki, o, bu epiteti "ancaq yaxşı mənada" istifadə etmişdir. Məhkəmənin diskriminasiyaya görə Rob

Karmona  tərəfindən  öz  işçisinə  280  000  dollar  məbləğində  kompensasiya  verilməsi  haqqında

qərarından sonra Brendi Conson, nəhayət ki, səsinin eşidildiyini bildirdi.

Karmona  öz  növbəsində  bəyan  edir  ki,  "zənci"  ifadəsi  afroamerikan  və  latınamerikan

cəmiyyətlərində müxtəlif mənalarda işlənilir və onların heç də hamısı neqativ məna daşımır. O,

əlavə etdi ki, hətta bu mənalardan bəziləri "sevgi hislərini ifadə etmək üçün" istifadə olunur. Lakin

Brendi  Conson  öz  müdirinin  sözlərinə  qətiyyən  bəraət  qazandırmır.  Karmonaya  gələn  çoxsaylı

şikayətlərdən  sonra  qadın  iki  ildir  işlədiyi  "Strayv"  kompaniyasında  işdən  kənarlaşdırılmışdır.

Ərizəçinin vəkili Marcori Şarpın qeyd edir ki , bu ifadə iş yerində qətiyyən işlədilməməlidir və hətta

bu ifadəni "ingilis dilinin ən mənfur sözü" hesab edir.

Qeyd edək ki, Rob Kormana "Strayv" kompaniyasının təsisçisidir. Bu kompaniya aztəminatlı ailələrin

üzvlərinin  işlə  təmin  olunmasına  kömək  edir.  Kormananın  sözlərinə  görə,  onların  kompaniyası

1984‐cü ildən bəri təxminən 50 000 insanı işlə təmin edib.



www.lawreform.az

MƏHKƏMƏDƏN MARAQLI CƏZA

ABŞ‐da məhkəmənin qərarı ilə telefon xuliqanı 1 həftə ərzində polis bölməsinin qarşısında "Mən

axmaqam" sözləri yazılmış plakatla dayanacaq.

ABŞ‐da məhkəmə 58 yaşlı Klivlend sakini Riçard Demerona yerli polis bölməsinə zəng edib təhdidlər

etdiyi üçün qeyri‐adi cəza verib. Belə ki, Demeron 1həftə ərzində gündəlik 3 saat olmaqla yerli polis

bölməsinin binasının qarşısında əlində üstündə "üzrxahlıq mesajı" yazılmış sarı plakatla dayanacaq.

Plakatda bunlar yazılıb: "Mən Saymondan və digər zabitlərdən özümü axmaq kimi apardığım və

bölməyə sizləri öldürmək təhdidi ilə zəng elədiyim üçün üzr istəyirəm. Mən məyusam və bu bir

daha heç vaxt təkrarlanmayacaq." Yerli jurnalistlərə müsahibəsində Demeron bildirib ki, o, həmin

təhdid dolu zəngi edən zaman içkili vəziyyətdə olub. Telefon xuliqanı olanlara görə təəssüflənir və

məhkəmə tərəfindən təyin olunmuş cəzaya uyğun olaraq 1 həftə plakatla dayanmağa razıdır.

Keçən il Klivlend məhkəməsi maşınla ötmə əməliyyatını məktəbli avtobusunun yanından səkinin

üstü ilə edən qadına qarşı  buna oxşar daha bir qərar qəbul etmişdi. Belə ki, o zaman da qadın iki

gün ərzində yolayrıcında əlində bu sözlər yazılmış plakatla dayanmışdı: "Yalnız axmaqlar məktəbli

avtobusunu ötmək üçün səkinin üstü ilə gedirlər."

www.lawreform.az

­  60 ­




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

­  61 ­



Tanınmış hüquqşünaslar silsiləsindən

HÜQO QROTSİNİ NƏ

DƏRƏCƏDƏ TANIYIRIQ?

10 aprel, 1583‐cü ildə (430 il öncə) Hollandiyanin Delft

şəhərində, 

kəndli 


ailəsində 

gələcəyin 

böyük

hüquqşünaslarından biri və beynəlxalq hüququn banisi –



Hüqo Qrotsi dünyaya göz açdı.

Artıq  uşaqlıqdan Qrotsi  öz  fenomenal  bacarığını

göstərməyə başlamışdı. 11 yaşında o, Avropanın ən yaxşı

universitetlərindən  biri  sayılan  Leyden  Universitetinə

daxil oldu. 5 il sonra isə növbəti pilləyə qalxaraq vəkillik

fəaliyyəti ilə məşğul olmağa başladı. Lakin gənc Hüqonun

maraqları yalnız hüquqşünaslıqla məhdudlaşmırdı. Hələ

yeniyetmə  olsa  da  o,  qədim  mütəfəkkir  və  pedaqoq

Marçian  Kapellanın  “Satirikon” əsərinə  cavab  olaraq  öz

şəxsi şərhlərindən təşkil olunmuş ilk kitabını çap etdirdi.

18 yaşında isə o, artıq Hollandiya dövlətinin rəsmi tarixçisi idi. Gənc Hüqonu tez­tez post­reformist

Avropanın dini mubahisələri ilə məşğul edirdilər. O, özü də bu məsələlərdə aktiv iştirak etmiş,

hətta  buna  aid  bir  neçə  mədhedici  traktatlar  yazmışdı.  Bununla  belə,  onun  əsas  fəaliyyəti

hüquqşünaslıq olaraq qalırdı.

Geniş siyasi ve diplomatik əlaqələri sayəsində Hüqo Avropada daimi münaqişələrə səbəb olan

mürəkkəb  dövlətərarası  münasibətləri  çox  yaxşı sezə  bilirdi.  Öz  zəngin  hüquqi  təcrübəsinə

arxalanaraq  o,  məsələlərin  həllinə  dair  öz  təkliflərini  vermişdi.  Öz  yazılarında  Qrotsi  dünya

praktikasında ilk dəfə olaraq beynəlxalq hüququn əsaslarını və prinsiplərini hazırlamağa başladı.

Yalnız  beynəlxalq  hüquqa  deyil,  ümumilikdə  hüquqa  dair qənatlərini  Qrotsi  iki  əsərində  əks

etdirmişdir: onlardan  biri  dəniz  sərhədlərinin  yaradılmasına  dair  seçimlər  təklif  edən  “Mare

Liberum” (“Azad Dəniz”), digəri isə “Müharibə və sülh hüququ haqqında” (“De iure belli ac pacis”)

traktat idi.

Qrotsinin ilk traktatı Hollandiya hərbçiləri tərəfindən üzərindən nadir yük ‐ Çin farforu tapılan

Portuqaliya  gəmisi  “Santa  Karina”‐nın  xaincəsinə  zəbt  edilməsindən  sonra  yaranır.  Birləşmiş

əyalətlər və Portuqaliyanın da daxil olduğu Habsburqlar imperiyası arasındakı rəsmi müharibə

vəziyyətinə baxmayaraq gəminin zəbt edilməsi beynəlxalq qalmaqalın yaranmasına səbəb oldu.

Hollandiyanın “Ost‐Hind” şirkətinin bəzi üzvləri də eynilə hökumət kimi bu hücuma əks mövqedə

dayanmışdılar, lakin əslinə baxanda bunun heç bir siyasi anlamı yox idi. Belə ki, bu hadisə holland

gəmisinin kapitanının şəxsi qərarı ilə baş vermişdi. Digər tərəfdən isə dünya praktikasında dəniz

ticarəti  və  dəniz  qüvvələrinin  qarşılıqlı  münasibətlərini  tənzimləyən  belə  bir  qanun  mövcud

deyildi.  Beynəlxalq  gərginliyi  nəzərə  alaraq  Hollandiya  hökuməti  yaranmış  bu  mürəkkəb

vəziyyətin həll edilməsi üçün Hüqo Qrotsiyə müraciət etdi.

Qrotsi  mübahisənin  həlli  üçün  təbii  hüquq  nəzəriyyəsinə  əsaslanırdı,  çünki  onun  fikrincə,

portuqallar  şərqdə  hakimiyyətin  mənimsənilməsinə  yol  vermişdilər.  Onun  traktatının əsas

hissəsini  “Azad  Dəniz”  haqqında  fəsil  təşkil  edirdi.  Burada  o,  qeyd  edirdi  ki, su  hövzəsi  bütün

beynəlxalq  ictimaiyyətin  ümumi ərazisi  sayılır  və  buna  görə  də  bütün  qüvvələr  burada  dəniz

ticarəti ilə məşğul ola bilərlər. Dənizlərin statusu haqqında bu cür ağıllı hiylə (tövsiyə) ilə Qrotsi



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə