Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

­  37 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

saat müvəqqəti saxlanılma yerində qalır. Eyni mənzərə barəsində həbs qətimkan tədbiri seçilmiş

təqsirləndirilən  şəxsə  də  aiddir.  Gələcəkdə  qanunun  bu  normasına  yenidən  baxılması  və  istər

müvəqqəti  saxlama  yerlərində,  istərsə  də  istintaq  təcridxanasında  olan  şəxslərlə  əlaqədar

müddətin hesablanması üçün xüsusi qaydalar müəyyən edilsə yaxşı olardı.

Cinayət  prosesi  iştirakçılarının  hüquqlarının  səmərəli  həyata  keçirilməsi  üçün  CPM‐in  203‐cü

maddəsində onlar tərəfindən buraxılan müddətin bərpası ilə əlaqədar müraciət etmək hüquqları

nəzərdə tutulub. Belə ki, həmin maddəyə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə

görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən

orqanın qərarı ilə bərpa oluna bilər. Bundan əlavə, cinayət prosesini həyata keçirən orqanın hər

hansı  qərarından  şikayət  vermə  müddəti  bitmişsə,  onun  icrası  göstərilən  şəxsin  vəsatəti  və  ya

xahişi  ilə  buraxılmış  müddətin  bərpa  edilməsi  məsələsinin  həllinədək  dayandırıla  bilər.  Hesab

edirik ki, qanunun bu müddəası müddət baxımından insan və vətəndaşın hüquq və azadlıqlarının

səmərəli həyata keçirilməsi üçün optimal vasitələrdəndir.

CPM‐in “Cinayət mühakimə icraatında müddətlər” adlı XXIV fəslində, eləcə də müddətlə bağlı digər

müddəalarında ağlabatan müddət anlayışından istifadə edilməsə də, onun tələblərinin bu və ya

digər şəkildə təsbit olunduğu hüquq normalarına rast gəlinir. Belə ki, CPM‐in “Cinayət təqibi üzrə

icraatın tezliyinin təmin olunması” adlı 48‐ci maddəsində ağlabatan müddətin elementləri görünür.

Həmin maddənin birinci bəndinə əsasən cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror

və ya məhkəmə tərəfindən CPM‐də nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı (dies a quo) və

qurtarmalıdır  (dies  ad  quem)  ki,  sübutların  vaxtında  əldə  olunması  və  tədqiq  edilməsi  təmin

olunsun, digər tərəfdən şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş

hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər [19].

Cinayət‐prosessual qanunvericilikdə cinayət işi üzrə araşdırma aparan zaman həm müddətlərə

əməl  olunması,  həm  də  həmin  müddət  daxilində  məhz  hansı  vəzifələrin  icra  edilməsi  cinayət

prosesini həyata keçirən orqan qarşısında tələb kimi qoyulur [20]. Həm də bu vəzifə (müddətə

riayət etmək) təkcə məhkəməyə deyil, (Konvensiyanın 6‐cı maddəsinə görə məhkəmənin üzərinə

qoyulur), həmçinin təhqiqatçı, müstəntiq və prokurora da aid edilir [21].



III. Cinayət prosesinin mərhələləri və ağlabatan müddət

Törədilmiş  və  ya  hazırlanan  cinayət  haqqında  məlumatın  daxil  olduğu  gündən  onun  ibtidai

araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə qədər mürəkkəb xarakterli iki yüzdən çox

prosessual  hərəkət  həyata  keçirilir.  Təbii  ki,  bu  hərəkətlərin  sistemsiz,  hissələrə  və  etaplara

bölünmədən  keçirilməsi  nəinki  ədalət  mühakiməsinin  qarşısında  dayanan  vəzifələrə  çatmağa

imkan verməyəcək, həmçinin proses iştirakçılarının hüquq və azadlıqlarının vaxtında və səmərəli

təmin olunması tələblərini kobud şəkildə pozacaqdır. Odur ki, cinayət prosesi hüquq ədəbiyyatında

müəyyən edilmiş ciddi meyarlar əsasında mərhələlərə bölünmüşdür və həmin meyarlara aiddir:

hər bir mərhələnin müstəqil məqsəd və vəzifələrinin olması, iştirakçıların dairəsinin müxtəlifliyi,

prosessual müddətlər, prosessual münasibətlərin fərqli olması, qəbul edilən qərarların və tərtib

edilən sənədlərin dairəsi [22].

Azərbaycan  Respublikası  cinayət‐prosessual  qanunvericiliyində  cinayət  prosesinin  mərhələləri

birbaşa  hər  hansı  normada  nəzərdə  tutulmayıb,  lakin  hüquq  ədəbiyyatında  prosessualist

alimlərdən professor Mirağa Cəfərquliyev, V.V.Vandışev, P.A.Lupinskaya cinayət prosesinin 6 əsas

və  2  müstəsna  mərhələsini  müəyyən  etmişlər  [23].  Cinayət  prosesinin  əsas  və  müstəsna

mərhələlərinin  ardıcıllığı  belədir:  1)  cinayət  işi  başlama;  2)  ibtidai  istintaq  və  təhqiqat  (ibtidai

araşdırma); 3) məhkəməyə vermə (məhkəmənin hazırlıq hissəsi); 4) məhkəmə baxışı və hökmün

çıxarılması; 5) apellyasiya məhkəməsində icraat; 6) hökmün icrası; 7) kassasiya instansiyasında

icraat; 8) yeni açılmış hallar üzrə icraat.

Cinayət prosesinin hər bir mərhələsi özü bir neçə hissədən və ya etapdan ibarət ola bilər. Məsələn,

ibtidai  araşdırma   təhqiqat   və ibtidai  istintaq  hissələrindən;  məhkəmə  baxışı  hazırlıq  iclası,



­  38 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

məhkəmə  istintaqı,  tərəflərin  çıxışları,  təqsirləndirilən  şəxsin  son  sözü  və  hökmün  çıxarılması

etaplarından  ibarətdir.  Lakin  mərhələlərin  ağlabatan  müddət  prizmasından  təhlilini  verdikdə

hissələri  və  etapları  nəzərə  almadan  bütöv  mərhələ  üçün  cinayət‐prosessual  qanunvericilikdə

müəyyən edilmiş müddətləri əsas götürəcəyik.

Cinayət  işinin  başlanması  mərhələsinin  əsas  məqsədi  cinayət  haqqında  daxil  olmuş  məlumatın

cinayət təqibi orqanları tərəfindən ilkin yoxlanılması, cinayətin əlamətlərinin olub‐olmamasının

müəyyən edilməsi və kifayət qədər əsaslar olduqda cinayət işinin başlanılması  məsələsinin (qərarın

qəbul  edilməsi)  həll  edilməsidir.  CPM‐in  207‐ci  maddəsinə  əsasən  törədilmiş  və  ya  hazırlanan

cinayət haqqında fiziki və ya hüquqi şəxs tərfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid

olan  və  kütləvi  informasiya  vasitələrində  əks  etdirilmiş  və  təsdiq  edən  sənədlərlə  birgə  təqdim

edilmiş məlumata ilkin baxılma müddətləri aşağıdakı kimi müəyyən edilib:

1)  Dərhal: qanunun bu müddəası aşkar cinayətlərlə və ya CPM‐in 209‐cu maddəsində təsbit edilmiş

fakt üzrə prokuror tərəfindən cinayət işi başlanması halına aid edilir. Hesab edirik ki, burada dərhal

ifadəsi  ağlabatan  müddət  prinsipinə  uyğundur  və  hər  hansı  gecikməyə  yol  vermədən,  təxirə

salınmadan  (hər  bir  halda  24  saatdan  gec  olmayaraq)  cinayət  işinin  başlanılmasını  əhatə  edir.

Cinayətin aşkarlığı dedikdə, ilkin məlumatlarda təqsirkar məlum olan və aşkar şəraitdə törədilən

cinayətlər başa düşülür [24].

2)  3 gün və ya 10 gün: bu müddət zəruri hallarda əlavə məlumatların yoxlanılması (hadisə yerinə

baxış, zərər çəkmişin, şahidlərin izahatlarının alınması və s.) üçün nəzərdə tutulub və faktiki olaraq

baş vermiş hadisədə cinayətin əlamətlərinin olub‐olmamasını müəyyən etmək üçün kifayətdir;

3)  20 gün: daxil olmuş məlumatın yoxlanılması üçün ekspert rəyinin alınması zərurəti olduqda bu

müddət  tətbiq  edilir.  Amma  CPM‐in  207.4‐cü  maddəsinə  əsasən  hadisə  yerinə  baxış  istisna

edilməklə  hər  hansı  istintaq  hərəkətinin  cinayət  işi  başlanmasından  əvvəl  həyata  keçirilməsi

qadağandır. Nəzərə alsaq ki, ekspertizanın təyini və keçirilməsi istintaq hərəkətidir, onda 207.1.2.‐ci

maddəsi ilə 207.4‐cü maddə arasında ziddiyət yaranır. Təklif edirik ki, gələcəkdə bu cür ziddiyyətlər

olmaması üçün qanunda hadisə yerinə baxışla yanaşı, ekspertizanın da cinayət işi başlanmasından

əvvəl aparılmasına icazə verən norma nəzərdə tutulsun.

4)  30 gün: daxil olmuş məlumatlara baxarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət

və digər peşə sahələrində xüsusi bilikdən istifadə etməklə yoxlanılması (auditor yoxlaması) zərurəti

yarandıqda tətbiq edilən müddətdir.

Cinayət işinin başlanması haqqında qərarın qəbul edilməsi ilə həmin mərhələ başa çatır və ibtidai

araşdırma mərhələsi başlayır. CPM‐in 7.0.22‐ci maddəsinə əsasən ibtidai araşdırma cinayət işi üzrə

ibtidai  istintaq  və  təhqiqat  növundə  məhkəməyədək  aparılan  icraatdır.  Təhqiqatın  aparılma

müddəti  10  gündür  və  bu  müddət  heç  bir  halda  uzadıla  bilməz.  Təhqiqatın  müddəti  ibtidai

istintaqdan fərqli olaraq cinayət işinin başlandığı gündən yox, cinayət haqqında məlumatın daxil

olduğu andan hesablanır [25]. Düzdür, praktiki işçilər müddətin belə hesablanmasını və ümumilikdə

müddətin  az  olmasını  problem  kimi  qoysalar  da,  əslində  qanunun  həmin  müddəası  ağalabatan

müddətin  tələblərinə  tam  cavab  verir. İbtidai istintaqın müddəti  CPM‐in  218‐ci  maddəsi  ilə

tənzimlənir  və  həmin müddət  cinayət işinin başlandığı gündən hesablanır, işin  məhkəməyə

göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərar çıxarıldığı gün bitir. İbtidai istintaqın

ilkin müddətləri  cinayətlərin kateqoriyalarına görə müəyyən  edilib  və böyük  ictimai  təhlükə

törətməyən cinayətlərə görə 2 ay, az ağır cinayətlərə görə 3 ay, ağır cinayətlərə görə 3 ay, xüsusilə

ağır  cinayətlərə görə  4 aydır.  Cinayət‐prosessual  qanuna görə  həmin müddətlər  cinayət işinin

mürəkkəbliyi, xüsusi mürəkkəbliyi və müstəsna mürəkkəbliyi ilə əlaqədar üç dəfə müvafiq olaraq

yuxarı  prokurorun  qərarı  uzadıla  bilər.  CPM‐də mürəkkəblik, xüsusi mürəkkəblik  və müstəsna

mürəkkəbliyin mahiyyəti və çərçivələri tənzimlənmir, amma hesab edirik, həmin meyarlar sadəcə

pillə, etap xarakteri daşıyır. Belə ki, əgər cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması

üçün  ilkin müddətlər  kifayət  etmədikdə mürəkkəblik meyarı  əsas götürülərək  həmin müddət

uzadılır, eyni ardıcıllıqla mürəkkəbliklə bağlı müddətlər kifayət etmədikdə xüsusi mürəkkəblik, o

da kifayət etmədikdə müstəsna mürəkkəblik tətbiq edilərək müddət uzadılır.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə