Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

­  18 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə

Şəhriyar Əliyev

Vəkillər Kollegiyasının üzvü

İBTİDAİ İSTİNTAQ MƏRHƏLƏSİNDƏ

VƏKİLİN FƏALİYYƏTİNİN

ÜMUMİ ƏSASLARI

Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və

vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək (1) və yüksək keyfiyyətli hüquqi yardım

almaq  hüququ  vardır  (2).  Təqsirləndirilən  və  ya  şübhəli  şəxs  üçün  bu  hüquqlar  müdafiəçi

köməyindən istifadə etmək yolu ilə dövlət təminatı vasitəsilə realizə edilir.

İbtidai istintaq mərhələsində müdafiəçi (və ya nümayəndə) qismində vəkil çıxış edir ki, bu da şübhəli

və ya təqsirləndirilən şəxsin hüquqlarının vacib təminatıdır (3). Bəzi dövlətlərin (məsələn, Rusiya)

qanunvericiliyində  məhkəmənin  qərarı  ilə  vəkildən  başqa,  müdafiəçi  qismində  şübhəli  və  ya

təqsirləndirilən şəxsin yaxın qohumlarından biri iştirak edə bilər (4). Vəkil müdafiəçi kimi şübhəli

və ya təqsirləndirilən şəxsin hüquq və maraqlarını müdafiə edir və hüquqi yardım göstərir. Vəkil,

əgər onların maraqları toqquşarsa, iki şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisi ola bilməz.

Azərbaycan  Respublikası  Cinayət‐Prosessual  Məcəlləsinə  müvafiq  olaraq,  müdafiəçi,  yalnız

Azərbaycan  Respublikası ərazisində  vəkillik  fəaliyyətini  həyata  keçirmək  hüququna  malik  olan

vəkildir. Müdafiəçinin şəxsiyyəti şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə

baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz (5). Müdafiəçinin peşə vəzifəsinin yüksək

keyfiyyətlə  həyata  keçirilməsinə  yönəlmiş  bu  mühüm  müddəa  müdafiəçinin  şəxsiyyətinin  onun

hüquqi yardım göstərdiyi şəxslə, yaxud onun tərəfindən törədilmiş əməllə heç bir əlaqəsi olmadığını

göstərir. Başqa sözlə, müdafiəçi istənilən şəxsə və istənilən iş üzrə hüquqi yardım göstərərkən öz

peşə vəzifəsini yerinə yetirir, bu zaman həmin şəxsin şəxsiyyəti, onun törətdiyi əməlin xarakteri,

ona ictimaiyyətin və ayrı‐ayrı şəxslərin münasibəti müdafiəçinin şəxsiyyətini mənəvi, əxlaqi və ya

hüquqi cəhətdən kölgə altına ala bilməz. Onu heç kəs nə üçün belə şəxsə hüquqi yardım göstərdiyinə,

yaxud belə əməli törətmiş şəxsin müdafiəçisi funksiyasını yerinə yetirdiyinə görə qınaya bilməz (6).

Vəkilin ibtidai istintaq mərhələsində fəaliyyəti əsas etibarilə təqsirləndirilən və ya şübhəli şəxsin

müdafiəsi üzrə funksiyaların yerinə yetirilməsi ilə bağlıdır. Vəkilin peşə təcrübəsi və hüquqi bilikləri

müdafiə etdiyi şəxsə daha ixtisaslaşmış hüquqi yardım göstərməyə imkan verir (7).

Vəkilin cinayət işlərinin ibtidai mərhələsində iştirakının məqsədi müdafiənin həyata keçirilməsi,

cinayət‐prosessual nümayəndəlik, həmçinin ixtisaslaşmış hüquqi yardımın göstərilməsidir. Bunun

üçün vəkil qanunla nəzərdə tutulan bütün mümkün vasitələrdən və qanunla qadağan olunmayan

digər üsul və vasitələrdən istifadə etməlidir (8).

Cinayət  işləri  üzrə  ibtidai  araşdırma  mərhələsində  vəkilin  prosessual  fəaliyyəti  şübhəli  və  ya

təqsirləndirilən  şəxsə  hüquqi  yardımın  göstərilməsi,  onların  hüquq  və  qanuni  maraqlarının

qorunması  və  məsuliyyətini  aradan  qaldıran  və  ya  yüngülləşdirən  vəziyyətin  sübut  edilməsində

iştiraka yönəlmişdir. Bu məsələlərlə əlaqədar olaraq, vəkil həqiqətin üzə çıxarılmasında biganəlik

də  edə  bilər.  Məsələn,  vəkil  təqsirləndirilən  şəxsi  ifşa  edən  vəziyyətin  üzə  çıxarılması,  ittihamla

razılaşma kimi hallara yol verməməlidir. Bununla belə, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə

etməklə, vəkil ədalətli və əsaslandırılmış qərarın çıxarılmasına kömək edir. Lakin hüquq‐mühafizə

orqanlarının və məhkəmələrin fikrincə, təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəsi üzrə vəkilin



­  19 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

öz vəzifələrini həyata keçirməsi onlarla bağlı xüsusi müddəa və ya qərarların çıxarılması üçün əsas

deyil.

Hüquq ədəbiyyatlarında  vəkilin  prosessual  vəziyyəti  ilə  bağlı  fikir  müxtəlifliyi  mövcuddur.  Öz



fəaliyyət  spesifikasına  görə  vəkil,  səlahiyyətli  şəxslər  tərəfindən  hüquq  normalarının  tətbiqinə

xüsusi nəzarəti həyata keçirir və ədalət mühakiməsinə məhkəmə nöqsanlarından qarantiya kimi

zəruridir. Məhz bu keyfiyyət vəkilin ümumsosial və ictimai (publik) əhəmiyyətini üzə çıxarır (9).

Bir  qrup  alimlər  hesab  edir  ki,  vəkil  məhkəmənin  köməkçisi  və  təqsirləndirilən şəxsin  hüquq

müdafiəçisidir. Məsələn, bu fikrin tərəfdarı olan M.A.Çeltsova görə, müdafiəçinin fəaliyyəti böyük

ictimai və dövlət əhəmiyyəti daşıyır və onun ən əsas vəzifəsi iş üzrə həqiqətin müəyyən edilməsində

ibtidai  araşdırma  orqanlarına  və  məhkəməyə  kömək  göstərməkdir  (10).  Digər  nöqteyi‐nəzərin

tərəfdarları isə hesab edirlər ki, müdafiəçi prosesin tam müstəqil iştirakçısıdır. Qanunla müdafiəçiyə

müəyyən  prosessual  hüquq  və  vəzifələr  verilmiş  və  o  da  prosesin  digər  iştirakçıları  ilə  bərabər

prosessual hüquqludur (11). Müdafiəçinin hüquq və vəzifələri təqsirləndirilən şəxslə müqayisədə

daha genişdir. Müdafiəçi müdafiə xəttini və metodlarını müəyyən etməkdə, onun həyata keçirilməsi

üçün taktiki və prosessual vasitələr seçməkdə müstəqildir, təqsirləndirilən şəxsdən asılı deyil və

işin  konkret  hallarından  çıxış  edir  (12).  Bəzi  alimlər  müdafiəçini  təqsirləndirilən  şəxsin

nümayəndəsi hesab edirlər. Bu mövqeyin tərəfdarlarının fikrincə, müdafiəçi mühakimə icraatında

təqsirləndirilən şəxsin maraqlarından çıxış edir, onun tapşırığı üzrə iştirak edir və iş üzrə icraatın

istənilən mərhələsində təqsirləndirilən şəxsin iradəsi üzrə işdən uzaqlaşdırıla bilər (13).

Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs ya öz istəyi ilə vəkillə saziş bağlaya və onun

xidmətindən istifadə edə bilər, ya da onun tapşırığı və ya razılığı ilə qohumları, nümayəndəsi, qanuni

nümayəndəsi və digər şəxslər də bunu edə bilərlər (14). Qeyd etmək lazımdır ki, vəkilə malik olmaq

təqsirləndirilən  və  ya  şübhəli  şəxsin  vəzifəsi  yox,  hüququdur.  Ona  görə  də  vəkilin  köməyindən

imtina  edərək  müstəqil  şəkildə  özünümüdafiə  də  mümkündür.  Bu  hal  yalnız  könüllü  şəkildə  və

müdafiə olunanın şəxsən özü tərəfindən həyata keçirilməlidir. Pul və ya ödəniş məsələsi vəkilin

köməyindən imtina üçün əsas hesab edilmir. Belə olduqda vəkilin xidməti dövlət vəsaiti hesabına

ödənilir (15).

Vəkil, onun dəvət olunmasından 5 sutka ərzində gəlməlidir, əgər bu mümkün olmadıqda müstəntiq,

təhqiqatçı,  prokuror  və  ya  məhkəmə  təqsirləndirilən  və  ya  şübhəli  şəxsə  başqa  bir  vəkili  dəvət

etməyi təklif etmək hüququna malikdir, təqsirləndirilən və ya şübhəli şəxs imtina etdikdə isə vəkilin

təyin  edilməsi  haqqında  tədbirlər  görə  bilər.  Əgər  cinayət  işində  iştirak  edən  vəkil  konkret

prosessual hərəkətin icrasında 5 sutka ərzində iştirak edə bilmirsə və təqsirləndirilən və ya şübhəli

şəxs isə digər vəkili dəvət etmirsə və ya təyin edilməsini tələb etmirsə, cinayət prosesini həyata

keçirən orqan isə bu hərəkətlərin aparılmasını artıq təxirə sala bilmədikdə təhqiqatçı, müstəntiq

və ya prokuror müdafiəçinin digər vəkillə əvəz edilməsini müvafiq ərazi üzrə vəkillər qurumunun

rəhbərindən tələb etməyə haqlıdır (16). Azərbaycan Respublikası qanunvericiliyində belə hallarda

vəkilin  iştirakı  olmadan  prosessual  hərəkətlərin  edilməsi  barədə  konkret  göstəriş  olmadığndan

istintaq hərəkəti aparıla bilməz. Lakin bir sıra dövlətlərin, o cümlədən Rusiya qanunvericiliyində,

bir sıra hallar istisna olmaqla, bu cür prosessual vəziyyətlərdə müstəntiq və ya təhqiqatçı müvafiq

prosessual hərəkəti vəkilin iştirakı olmadan da apara bilər (17).

Cinayət‐prosessual  qanunvericilikdə  vəkilin  məcburi  iştirakını  müəyyən  edən  bir  çox  məsələlər

mövcuddur. Bu müddəa fiziki, psixi, yaş və digər çatışmazlıqlarına görə özünü müdafiə edə bilməyən

şəxslər kateqoriyası üçün əlavə qarantiyadır.

Cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin

edir.  Qanunvericilikdən  görünür  ki,  prosessual  tərəflərə  münasibətdə  iki  halda  məcburi  olaraq

müdafiəçinin iştirakı təmin edilməlidir: şəxsin özünün təşəbbüsü və istintaq orqanın təşəbbüsü ilə.

Birinci halda, şübhəli və ya təqsirləndirilən şəxsin tələbi ilə müdafiəçinin işdə iştirakı həmin andan

təmin edilməlidir (18).

İkinci halda, yəni istintaq orqanının təşəbbüsü ilə müdafiəçinin iştirakı aşağıda qeyd edilən hallar

zamanı: şübhəli və  ya  təqsirləndirilən  şəxs  lal,  kor,  kar  olduğuna,  danışmaq, eşitmək,  görmək



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə