Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31

­  10 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə

Kamandar Nəsibov

Vəkillər Kollegiyası

Rəyasət Heyətinin üzvü

VƏKİLLİK FƏALİYYƏTİ ZAMANI

TƏCRÜBƏDƏ RASTLAŞILAN

PROBLEMLƏR (2‐ci yazı)

Ötən məqalədə biz əsasən vəkillik fəaliyyəti zamanı cinayət işləri üzrə rastlaşılan problemlər barədə

məlumat vermişdik. Bu məqalədə isə daha çox mülki işlər üzrə rastımıza çıxan əsas problemlərdən

bəziləri barədə məlumat verməyə çalışacağıq.

“İnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında”  Konvensiyanın  6‐cı  maddəsinə

müvafiq olaraq hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı

cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış, müstəqil məhkəmə vasitəsilə, ağlabatan

müddətdə  işinin  ədalətli  məhkəmə  araşdırılması  hüququna  malikdir.  Bu  hüquq  Azərbaycan

Respublikasının  Konstitusiyasında  və  qanunlarında  da  öz  əksini  tapmışdır.  Ədalətli  məhkəmə

araşdırması  geniş  mənada  başadüşülən  hüquqdur  və  həmçinin  qərarlardan  şikayət  verilməsi

hüququnu, həmçinin məhkəmə qərarlarının icra olunmasını da özündə ehtiva edir.

Vəkil  kimi  hüquqi  yardım  göstərdiyimiz  Adamoviç  Zinaida  Aleksandrovnanın  apellyasiya

məhkəməsinin qərardadından narazı qalıb Ali Məhkəməyə kassasiya şikayəti vermişdik. Lakin Bakı

Apellyasiya  Məhkəməsinin  08  aprel  2013‐cü  il  tarixli  qərardadı  ilə  (sədrlik  edən  və  məruzəçi

M.Bağırova, M.Məmmədov və R.Qurbanov) kassasiya şikayətimiz əsassız olaraq geri qaytarılmışdır.

Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407 və 408‐ci maddəsini

əsas tutaraq hesab etmişdir ki, kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmiş və kassasiya

şikayəti vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamışdır.

Halbuki, mülki işin materiallarında order və nümayəndə səlahiyyətini təsdiq edən etbarnamə öz

əksini  tapmışdır.  Məhkəmə Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  407.3‐cü

maddəsini  əsas  tutaraq  hesab etmişdir  ki,  kassasiya  şikayəti  vəkil  tərəfindən  imzalanmamışdır.

Halbuki kassasiya şikayətləri tərəfimizdən imzalanmışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4‐cü maddəsinə əsasən hər hansı bir

iş  üzrə  verilən  order  bağlanmış  müqaviləyə  əsasən  iş  mahiyyəti  üzrə  tam  qurtarana  qədər

qüvvədədir.  İşə  mahiyyəti  üzrə  baxılanadək  qəbul  edilmiş  hər  məhkəmə  aktına  görə  orderin

verilməsi,  işi  mahiyyəti  üzrə  həll  etməyən  qərardadlardan  verilən  şikayətlərə  görə  müqavilənin

bağlanmasını zəruri edir. Bu da hüquqları müdafiə edilən şəxs tərəfindən əlavə vəsaitin ödənilməsi

gətirib çıxardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1‐ci maddəsinə əsasən

iş  mahiyyəti  üzrə  həll  edilmədikdə  məhkəmə  aktları  qərardad  formasında  çıxarılır.  Kassasiya

şikayətinin  məzmunundan  bəhs  edən  Azərbaycan  Respublikası  Mülki  Prosessual Məcəlləsinin

407.4‐cü maddəsində göstərilmişdir ki, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini

sübut edən sənəd əlavə olunur. Bildiyimiz kimi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası

Qanununun 8.4.2‐ci maddəsində göstərilmişdir ki, iş üzrə icraatın xitam verilməsindən, iddianın

baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlər istisna olmaqla,

digər heç bir halda məhkəmə qərardadlarından verilən şikayətlərə dövlət rüsumu əlavə edilmir.



­  11 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Lakin  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  407.4‐cü  maddəsində  kassasiya

şikayətinə orderin və rüsumun ödənilməsini sübut edən sənədin əlavə edilməsi imperativ qaydada

tələb edilir ki, bu tələb də yalnız mülki iş üzrə çıxarılmış qətnamələrə şamil oluna bilər. Belə ki,

məhkəməyə  verilən  bütün  iddia  ərizələrinə  iddia  tələbinə  müvafiq  olaraq  dövlət  rüsumu  əlavə

edilir.  İşi  mahiyyəti  üzrə  həll  etməyən  məhkəmə  qərardadalarından,  o  cümlədən  apellyasiya

instansiyası məhkəməsinin qərardadlarından verilmiş kassasiya şikayətlərinə dövlət rüsumunun

ödənilməsi  barədə  sənəd  əlavə  edilmədiyindən  Azərbaycan  Respublikası  Mülki  Prosessual

Məcəlləsinin  407.4‐cü  maddəsində  dövlət  rüsumunun  ödənilməsini  sübut  edən  sənədin  orderlə

birlikdə şikayətə əlavə edilməsinin imperativ qaydada tələb edilməsi faktiki olaraq həmin maddənin

konkret olaraq qətnamədən verilmiş kassasiya şikayətlərini özündə ehtiva etdiyini sübut edir.

Bundan  başqa həmçinin  Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  391.1.2­ci

maddəsinə əsasən prosessual tərəflər cinayət işləri üzrə apellyasiya instansiyası məhkəməsinin

ilkin baxış qərarından kassasiya instansiyası məhkəməsinə şikayət və ya prorest verilə bilər.

Təcrübədə qeyd edilən qərardan müdafiəçi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə

şikayət verilən zaman şikayət ərizəsinə apellyasiya instasiyası məhkəməsi üzrə verilmiş orderin

surətinin əlavə edilməsi şikayətə kassasiya instansiyası məhkəməsində baxılmasına kifayət edir.

Göründüyü kimi, mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin iddianın təmin tədbiri barədə

qərardadından  verilmiş  şikayət  cinayət  işi  üzrə  apellyasiya  instansiyası  məhkəməsinin  ilkin

baxışından verilmiş şikayət kimi işi mahiyyəti üzrə həll etməyən ara qərardan verilmiş şikayətdir.

Bu səbəbdən də hesab edirik ki, mülki işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilmədiyindən

iddia  tələbi  üzrə  birinci  instansiya  məhkəməsinə  təqdim  edilmiş  order  kassasiya  şikayətini

imzalamaq və kassasiya instasiyası məhkəməsində şikayəti müdafiə etmək üçün əsasdır.

Hesab edirik ki, qərardadlardan verilmiş kassasiya şikayətləri zamanı vəkildən yeni orderin tələb

edilməsi vətəndaşların ədalətli məhkəmə araşdırması və keyfiyyətli hüquqi yardım alma hüququnu

məhdudlaşdırır. Belə  ki, eyni  bir  işdə  bir  neçə  ara  qərardan  şikayətlər  verilə  bilər.  Bu  zaman

vətəndaş hər dəfə yeni order üçün müqavilə bağlamağa və bunun üçün ödəniş həyata keçirməyə

məcbur olur.

Bakı  Apellyasiya  Məhkəməsinin  08  aprel  2013‐cü  il  tarixli  qərardadından  narazı  qalaraq

tərəfimizdən  kassasiya  şikayəti  verilmişdir.    Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki

Kollegiyasının  07  avqust  2013‐cü  il  tarixli  qərarı  ilə  (sədrlik  edən  və  məruzəçi  V.Ə.İbayev,

G.A.Quliyev, İ.K.Dəmirov)  kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin

Mülki Kollegiyasının 08 aprel 2013‐cü il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün

apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarını onunla əsaslandırıb ki, iş



materiallarında  olan  30  noyabr  2012‐ci  il  tarixli  5  il  müddətində  verilmiş  etibarnaməyə  əsasən,

Adamoviç Zinaida Aleksandrovna bir sıra hərəkətləri icra etmək, o cümlədən kassasiya şikayəti vermək

səlahiyyətini  Nəsibov  Kamandar  Rəfi  oğluna  vermişdir.  Iş  materiallarının  12‐ci  vərəqində  olan

orderdən görünür ki, Nəsibov Kamandar Rəfi oğlu fərdi fəaliyyət göstərən vəkildir və Adamoviç Zinaida

Aleksandrovna ilə ona hazırki mülki iş üzrə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır.

Belə  olan  halda,  iddiaçının  vəkili  və  nümayndəsi  olan  Kamandar  Nəsibov  tərəfindən  apellyasiya

instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətinin şikayətə vəkilin orderinin

əlavə  edilməməsi  səbəbindən  qaytarılması  tərəfin  məhkəməyə  çatımlılıq  hüququnu  pozur  və

süründürməçilik xarakteri daşıyır.

Göründüyü  kimi,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki  Kollegiyasının  07  avqust

2013‐cü  il  tarixli  qərarı  ilə  dediklərimizi  təsdiq  etmiş,  apellyasiya  instansiyası  məhkəməsinin

qərardadından  verilmiş  kassasiya  şikayətinin  şikayətə  vəkilin  orderinin  əlavə  edilməməsi

səbəbindən qaytarılmasını məhkəməyə çatımlılıq hüququnun pozuntusu və süründürməçiliyə səbəb

olduğunu  göstərmişdir.  Ümid  edirik  ki,  bu  qərardan  sonra  məhkəmələr  verilmiş  kassasiya

şikayətləri zamanı vəkildən yeni orderin tələb edilməsi praktikasından imtina edəcəklər.

Son zamanlarda məhkəmə praktikasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı şikayətlərin

sayı xeyli artmış və məsələ  aktual  problemlərdən  birinə  çevrilmişdir. Azərbaycan  Respublikası



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə