Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə

­  14 ­

­

inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları;



­

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların

qərarları;

­

Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə



ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər;

­

Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin



ödənilməsi ilə bağlı inzibati aktlar;

­

məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli



mühafizə orderləri.

“İcra  haqqında”  Qanunun  12‐ci  maddəsinə  görə  icra  məmuru  icra  sənədini  aldığı  gündən  iki  ay

müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını

təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun

rəhbərinin  təqdimatı  əsasında  icra  xidmətinin  rəhbəri  (baş  icra  məmuru)  tərəfindən  bir  ay

müddətinədək  uzadıla  bilər. Qeyd  olunan  qanunun  82‐ci  maddəsinə  əsasən  borclunu  müəyyən

hərəkətləri  etməyə  və  ya  müəyyən  hərəkətləri  etməkdən  çəkinməyə  məcbur  edən  icra  sənədi  icra

məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru

borclunun  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş qaydada  inzibati

məsuliyyətə  cəlb  olunması üçün  inzibati  xəta  haqqında  protokol  tərtib  edir  və  onu  işin  digər

materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar

qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İcra sənədi

qərəzli olaraq yenidən icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb

olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin

rəhbəri  (baş  icra  məmuru)  tərəfindən  təsdiq  olunan  təqdimat  verir. Göründüyü  kimi,  bu  qanunda

məhkəmə qərarları ilə yanaşı digər orqanların qərarlarının məcburi icrası nəzərdə tutulur. İcra sənədi

üzürsüz səbəbdən icra olunmadıqda ilk öncə inzibati məsuliyyət yaranır. İnzibati Xətalar Məcəlləsinin

313‐1.1‐ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə

icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən

olunmuş  müddətdə  borclunu  müəyyən  hərəkətləri  etməyə  və  ya  müəyyən  hərəkətləri  etməkdən

çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki, hüquqi və

vəzifəli şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunurlar. Bundan sonra, əgər icra sənədi qərəzli

olaraq icra edilmədikdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması haqqında ibtidai istintaq orqanına

təqdimat verilir. “İcra haqqında” qanunda icra sənədlərinin məhkəmə və ya digər orqanlar tərəfindən

qəbul  olunmuş  qərarlar  əsasında  verilməsindən  asılı  olmayaraq  yenidən  qərəzli  olaraq  icra

olunmamasına görə cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat verildiyi göstərilib. Bu

zaman  Cinayət  Məcəlləsinin  306‐cı  maddəsi  ilə,  İnzibati  İcraat  haqqında  Qanunun  82‐ci  maddəsi

arasında  ziddiyyət  yaranır.  Cinayət  Məcəlləsinin  306.1‐ci  maddəsinin  tələblərinə  görə  isə  qanuni

qüvvəyə  minmiş  məhkəmə  qətnaməsini,  hökmünü,  qərardadını  və  ya  qərarını  qərəzli  olaraq  icra

etməmə  və  ya  həmin  məhkəmə  aktlarının  icrasına  maneçilik  törətməyə  görə  cinayət  məsuliyyəti

nəzərdə tutulmuşdur. Göründüyü kimi, burada ancaq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini,

hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməməyə görə cinayət məsuliyyəti nəzərdə

tutulmuşdur. Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun  “Azərbaycan

Respublikasının Cinayət Məcəlləsinin 306.1‐ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012 tarixli

qərarında qeyd olunub ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306‐cı maddəsində nəzərdə

tutulmuş  cinayət  tərkibi  məhkəmə  aktını  icra  etməməsinə  görə  Azərbaycan  Respublikası  İnzibati

Xətalar Məcəlləsinin 313‐1.1‐ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən

həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.

Göründüyü kimi, “İcra haqqında” Qanunun tələblərinə əsasən tək məhkəmə qərarları əsasında verilmiş

icra sənədinin deyil, digər orqanların qərarları nəticəsində verilmiş icra sənədlərinin də yenidən qərəzli

icra olunmamasına görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, bu barədə Cinayət Məcəlləsinə göstəriş

yoxdur.  Belə  olan  halda,  digər  orqanların  qərarları  nəticəsində  verilmiş  icra  sənədlərinin  icra

olunmasında  praktikada  çətinliklər  yaranır. Ona  görə  də,  Cinayət  Məcəlləsində  bu  barədə

dəyişikliklərin edilməsini zəruri hesab edirik.



­  15 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Müsahibimiz Vəkillərin İntizam

Komissiyasının üzvü

Dilarə Əfrasiyabovadır.

MƏN UŞAQLIQDAN KİMİSƏ MÜDAFİƏ

ETMƏYİ ÖZÜMƏ BORC BİLMİŞƏM

‐ Dilarə xanım, əvvəla, vaxt tapıb “Azərbaycan vəkili” jurnalına müsahibə verdiyiniz üçün çox

sağ olun. İlk ünsiyyətdən hiss olunur ki, vəkilliyə bu peşəni sevərək gəlmisiniz və səhv etmiriksə,

25 ildən artıq müddətdir ki, Kollegiyanın üzvüsünüz. Sözün əsl mənasında, bu, “bir igidin ömrü”

qədər müddətdir. Bununla belə, nə vaxtsa “Axı nə üçün vəkil oldum?!” fikrini Sizə yaxın buraxan

hadisə ilə üz‐üzə gəlmisinizmi?

‐ Mən də öz tərəfimdən minnətdarlıq edirəm ki, məni öz jurnalınıza dəvət etmisiniz. Mən 1981‐ci

ildən  Azərbaycan  Dövlət  Universitetinin hüquq  fakültəsini  bitirdikdən  sonra  Azərbaycan

Respublikası  Vəkillər  Kollegiyasında əvvəl,  vəkil  stajor,  sonra  isə  AR‐nın Vəkillər  Kollegiyasının

üzvü  olmuşam.  Beləliklə,  32  ildən  çox  müddətdir  ki,  mən  bu  şərəfli  peşənin  sahibiyəm.  Vəkillik

mənim  həyatımın  ayrılmaz  hissəsidir.  Hərdən  öz­özümə  sual  verirəm:  “Əgər  hüquq  fakültəsini

təzədən bitirsəydim, yenidənmi vəkil olardımmı?” Niyə? Ona görə ki, vəkillik mənə ən böyük həyat

dərsi verib. Bununla özümə birmənalı olaraq cavab verirəm: “Bəli, yenidən vəkil olardım.” Amma

1981‐ci ildə universiteti bitirdikdən sonra mənim sənədlərimi təyinatla Ədliyyə Nazirliyinin Vəkillər

Kollegiyasının  Rəyasət  Heyətinə  göndərəndə  fikirləşmirdim  ki, bu  qədər  vəkillik  peşəsinə  bağlı

olacağam.  Onu  da  qeyd  etmək  istəyirəm  ki,  mənin  14  saylı  hüquq  məsləhətxanasına  gəlməyim

təsadüfi  olsa da,  sonradan  bu  halı  bir  alın  yazısı  kimi  qəbul  edirəm.  Çünki  VK‐ya  sənədlərimi

göndərəndə mən 4 nömrəli hüquq məsləhətxanasında işləmək istəyirdim. Amma o vaxt 14 saylı

hüquq  məsləhətxanasının  vəkili,  Rəyasət  Heyətinin  üzvü  hal‐hazırda  AR‐nın VK­nın Rəyasət

Heyətinin sədri Respublikada vəkilliyin inkişafı üçün əlindən gələni edən, hörmətli Azər Tağıyev

təklif  etdi  ki,  məni  14  nömrəli  hüquq  məsləhətxanasına göndərsinlər.  O  vaxtlar  həmin

məsləhətxanada ən savadlı, böyük nüfuza malik olan, vəkillikdə öz sözünü demiş vəkillər çalışırdı.

İndi də həmin ənənənə qorunub saxlanılmaqdadır. Mən bu gün də fəxr edirəm ki, 14 saylı hüquq

məsləhətxanasında  çalışıram. Məsləhətxana  mənə  evim  kimi  əzizdir.  Həmin  məsləhətxanada

otaqların birində Rəyasət Heyəti yerləşirdi və məni həmin məsləhətxanada da vəkiliyə qəbul ediblər.

Bu məsləhətxanada mən böyük həyat məktəbi keçmişəm. Həmin məsləhətxanada mən vəkillərin

ən nüfuzlu adam olduqlarını görmüşəm. İnsanlarla necə davranırlar, onlara necə fədakarlıqla kömək

etməyə çalışırlar. Çalışmışam ki, onların dərdinə şərik olum. O ki qaldı sizin sualınıza, “axı nə üçün

vəkil oldum?” Bu cavabı onunla əlaqələndirə bilərəm ki, mən uşaqlıqdan kimisə müdafiə etməyi

özümə borc bilmişəm.

‐  Əsl  hüquqşünasların  “gender”  sözündən  o  qədər  də  xoşlanmadıqlarını  hamı  bilir.  Çünki

daxilən hüquqşünas olanların və hüququn gözündə cinsindən asılı olmayaraq hamının bərabər

olduğu  utopik  bir  cəmiyyət  mövcuddur.  Məhz  bu  bərabərliyə  olan  meyl  bəzi  hüquqşünas

qadınlara onların zərif cinsin nümayəndəsi olduqlarını unutdurur. Siz bu ab‐havanın təsirinə

tez‐tezmi düşürsünüz?



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə