Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə

­  20 ­

funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar

əqli zəifliyə və ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilməyən və ya

cinayət  mühakimə  icraatının  aparıldığı  dili  bilməyən  və  ya  cinayəti  törədərkən  yetkinlik  yaşına

çatmayan və ya xüsusilə ağır cinayət törətməsi istinad edilən şübhəli və ya təqsirləndirilən şəxs ilk

dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı, tutma

haqqında protokol və ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən;

şübhəli və ya təqsirləndirilən şəxsdə xəstəlik və ya anlaqsızlıq aşkar edilərkən, yəni cinayət təqibi

üzrə icraat aparılan anda ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə

və ya cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs

barəsində  həyata  keçirildikdə;  müddətli  hərbi  xidmət  qulluqçusu  barəsində  və  ya  cinayət  təqibi

cinayət  məsuliyyətinə  cəlb  etmə  müddətləri  keçdikdən  sonra  həyata  keçirilən  şəxs  barəsində

təqsirləndirilən  şəxs  qismində  cəlb  etmə  haqqında  qərar  çıxarılarkən;  prokurorun  şübhəli  və  ya

təqsirləndirilən şəxsin məcburi qaydada xüsusi tibb (stasionar müalicə‐psixiatriya) müəssisəsinə

yerləşdirilməsi barədə təqdimatına məhkəmədə baxılarkən; vəkildən imtina etmə (bu barədə yazılı

ərizə  verilməli  və  ya  imtina  protokollaşdırılmalıdır)  halları  istisna  olmaqla  şübhəli  və  ya

təqsirləndirilən  şəxs  tutularkən  və  ya  həbs  qətimkan  tədbirinin  seçilməsi  barədə  prokurorun

təqdimatına  məhkəmədə  baxılarkən;  təqsirləndirilən  şəxslərin  qanuni  mənafeləri  arasında

ziddiyyətin mövcudluğu və onlardan birinin müdafiəçisi olduğu halda təqsirləndirilən şəxsə qarşı

ittihama  məhkəmədə  baxılarkən;  şübhəli  və  ya  təqsirləndirilən  şəxsin  mülki  mühakimə  icraatı

qaydasında  fəaliyyət  qabiliyyəti  olmadığı  təsdiq  edilərkən  və  ya  cinayət  mühakimə  icraatı

qaydasında fəaliyyət qabiliyyəti olmadığı müəyyən edilərkən (19) həmin andan təmin olunur.

Müdafiəçinin məcburi iştirakı cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində

tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatda (20) da təmin edilir və vəkil psixi

pozuntu faktının müəyyən edildiyi andan icraata buraxılır (21).

Vəkilin  cinayət  prosesində  iştirakının  məcburi  olduğu  daha  bir  hal  Azərbaycan  Respublikası

Cinayət‐Prosessual Məcəlləsinin 311.2‐ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya əsasən

qiyabi  icraata  yol  verildiyi  hallarda  da  məhkəmə  baxışında  müdafiəçinin  iştirakı  mütləq  təmin

edilməlidir.

Şəxsin  qeyd  edilən  çatışmazlıqları  konkret  və  müvafiq  tibb  müəssisəsinin  rəsmi  sənədi  ilə

təsdiqlənməli  və  müvafiq  tibbi  rəylər  əsaslandırılmalıdır.  Görmə  və  eşitmə  orqanlarının

məhdudluğu,  fikri  aydın  ifadə  edə  bilməmə  və  s.  bu  kimi  fiziki  çatışmazlıqların əlavə  sübuta

yetirilməsinə ehtiyac yoxdur (22).

Vəkilin iştirakı olmadan yetkinlik yaşına çatmayan şəxsin təqsirkar elan edilməsi cinayət­prosessual

qanunvericiliyinin pozulması hesab olunur və işin əlavə araşdırılması üçün əsasdır (23).

Müddətli həqiqi hərbi xidmət keçən şəxsin cinayət əməlini hərbi xidmətdən əvvəl və ya hərbi xidmət

müddətində  törətməsi  əhəmiyyətli  deyil,  əsas  odur  ki,  şəxs  təqsirləndirilən  şəxs  statusunu  əldə

edərkən hərbi xidmət qulluqçusu olmalıdır (24).

Çəkişmə prinsipi nöqteyi‐nəzərindən zəruri hesab olunan hallardan biri də cinayət təqibinin iki və

daha artıq təqsirləndirilən şəxs barəsində həyata keçirilməsi və onların qanuni mənafeləri arasında

ziddiyyətlərin  olmasıdır.  Qanuni  mənafelər  arasında  ziddiyyətə  isə  Azərbaycan  Respublikası  Ali

Məhkəməsinin Plenumunun “Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr

tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2 dekabr 1994‐cü il tarixli 6 saylı Qərarının 16‐cı

bəndinə əsasən ittihamın müttəhimlərdən biri tərəfindən rədd, digəri tərəfindən etiraf edilməsi, bir

müttəhimin digərini ifşa etməsi, aralarında verilən ittihamın xarakterindən irəli gələn ziddiyyətlər

olması,  məsələn,  yetkinlik  yaşına  çatmayan  müttəhimlə  onu  cinayət  fəaliyyətinə  cəlb  edən

müttəhimin bir işdə keçməsi və s. hallar aid edilir. Belə olan təqdirdə müdafiəçinin cinayət işinin

icraatında iştirakını istisna edən hallar müəyyən edildikdə, onun cinayət işinin icraatında iştirak

etməkdən  kənarlaşdırılması  barədə  müstəntiq  prokuror  qarşısında  vəsatət  vermək  hüququna

malikdir (25).

Yuxarıda qeyd etdiyimiz hallarda vəkilin təqsirləndirilən və  ya  şübhəli  şəxs  tərəfindən  çağırılıb‐




­  21 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

çağırılmamasından asılı olmayaraq, təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə vəkilin prosesdə

iştirakını təmin edir. Lakin təqsirləndirilən və ya şübhəli şəxs cinayət işinin istənilən mərhələsində

vəkilin köməyindən imtina edə bilər ki, bu imtina da təqsirləndirilən və ya şübhəli şəxsin könüllü

təşəbbüsü əsasında olmalıdır. Vəkildən imtina təqsirləndirilən və ya şübhəli şəxsi gələcəkdə vəkilin

işə cəlb edilməsi tələbini irəli sürmək hüququndan məhrum etmir. Bununla belə, vəkilin təkrar işə

cəlb edilməsi artıq baş tutmuş proseslərin yenidən təkrarlanmasına şərait yaratmır.

Vəkildən  imtina  şifahi  və  yazılı  formada  (ərizədə)  ifadə  olunur  və  bu  barədə  müstəntiq  və  ya

məhkəmə  protokolda  müvafiq  qeyd  edir.  Vəkildən  imtina  barədə  ərizə  müdafiə  olunan  şəxs

tərəfindən onun təşəbbüsü ilə, könüllü surətdə və vəkilin iştirakı ilə verildikdə qəbul olunur. Ərizə

təqsirləndirilən  şəxsin  digər  vəkilinin  deyil,  imtina  ediləcək  vəkilin  iştirakı  ilə  verildikdə  qanuni

hesab edilməlidir, çünki hər bir halda həmin vəkil prosessual tərəfdir və verilmiş imtina ərizəsi onun

müdafiəsinin xitamı üçün əsasdır.

Hüquqi  yardımı  ödəmək  üçün  vəsaitin  olmaması  üzündən,  habelə  şübhəli  və  ya  təqsirləndirilən

şəxsin  lal,  kor,  kar  olduğuna,  danışmaq,  eşitmək,  görmək  funksiyalarında  digər  ciddi  qüsurlar

olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər qüsurlara

görə müdafiə hüququnu müstəqil həyata keçirə bilməyən, cinayət təqibi üzrə icraat aparılan anda

ruhi  xəstəliyin  kəskinləşməsi  və  ya  müvəqqəti  ruhi  pozuntu  aşkar  edildikdə,  cinayət  mühakimə

icraatının aparıldığı dili bilmədikdə, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olduqda,

məcburi qaydada xüsusi tibb (stasionar müalicə‐psixiatriya) müəssisəsinə yerləşdirildikdə, cinayət

təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata

keçirildikdə,  fəaliyyət  qabiliyyəti  olmadıqda  müdafiəçidən  imtina  qəbul  olunmur,  ona  müdafiəçi

məcburi təyin olunur və ya müdafiəçi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır (26).

Vəkilin  köməyindən  imtina  məsələsində  real,  yəni  artıq  cinayət  prosesində  iştirak  edən  və  hələ

prosesə  daxil  olmamış  ideal  vəkil  (bu  zaman  şəxs  öz  hüquqlarını  kənar müdaxilə  olmadan,  özü

tərəfindən  həyata  keçirir,  onun  vəkili  olmur) fərqləndirilir.  Real  vəkildən  imtina  Azərbaycan

Respublikası  Cinayət‐Prosessual  Məcəlləsinin  92.12‐ci  maddəsinə  ciddi  riayət  edilməklə,  yəni

müdafiə  olunan  şəxsin  öz  təşəbbüsü  ilə  könüllü və  müdafiəçinin  iştirakı  ilə  verilmiş  yazılı ərizə

əsasında həyata keçirilməlidir. İdeal müdafiəçidən imtina isə şəxsin özünü müstəqil şəkildə müdafiə

etməsi imkanından irəli gəlir (27).

Qeyd  edilməlidir  ki,  müdafiəçinin  iştirakının  məcburi  təmin  olunması proseduru  prosessual

qanunvericiliyə  uyğun  yerinə  yetirilməlidir,  yəni  əvvəlcə  şübhəli  və  ya  təqsirləndirilən  şəxsə

müstəqil  müdafiəçi  seçmək  imkanı  yaradılmalıdır, ən  son  anda  isə  belə  imkan  ərazi  üzrə  hüquq

məsləhətxanalarında qeydiyyatda olan vəkillərin siyahısının təqdim edilməsi olacaqdır. Bu hallar

Konstitusiya ilə nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquqi yardım hüququnun təmin olunması

üçün ilk və əsas şərtlərdən biridir. Çünki şübhəli və ya təqsirləndirilən şəxs özünun seçdiyi vəkilə

əksər məsələlərdə etibar edəcəkdir.

Bəzən təcrübədə ibtidai istintaq mərhələsində təyinat əsasında hüquq müdafiəsi mütəmadi olaraq

eyni  vəkillər  tərəfindən  həyata  keçirilir  ki,  bu  da  əsasən  vəkillərin  siyahıya  müvafiq  olaraq

seçilməməsi səbəbindən baş verir. Həmin hallar isə ibtidai istintaq mərhələsindəki müdafiəni formal

təmin  etməklə  yanaşı  “sifarişli  müdafiə”  ehtimalını  yarada  bilər.  Məsləhətxanadakı  vəkillərin

siyahısının şübhəli və ya təqsirləndirilən şəxsə təqdim edilməsi və həmin siyahıya uyğun vəkilin

seçilməsi isə yuxarıda qeyd edilən şübhələrin və formal müdafiə probleminin aradan qaldırılmasına

səbəb olacaqdır. Yəni bütün hallarda “müstəqil vəkil”ə (28) üstünlük verilməlidir.

Vəkilin siyahıdan seçilməsi təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilmədikdə, tutulmuş şəxsə

vəkil müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından və fərdi qaydada fəaliyyət

göstərən  vəkillər  sırasından  Vəkillər  Kollegiyasının  Rəyasət  Heyəti  tərəfindən  tərtib  edilən

növbətçilik siyahısına uyğun olaraq dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən

müqavilə bağlanır.

Vəkilin əvəz edilməsi və vəkildən imtina edilməsi hallarından başqa, vəkilin cinayət işində iştirakını

istisna edən  hallar  da  mövcuddur  ki,  bu  hallar  da  Azərbaycan  Respublikası  Cinayət‐Prosessual



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə