Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  III nömrə

­  22 ­

Məcəlləsinin  114‐cü  maddəsində  təsbit  edilmişdir.  Bunlar  cinayət  prosesində  iştirak  edən  və  ya

əvvəllər iştirak etmiş hakimlə, andlı iclasçı ilə, prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə

iclasının katibi ilə qohumluq əlaqələrinin, habelə bu şəxslərdən şəxsi və ya xidməti asılılığın olması;

cinayət təqibi üzrə icraatda hakim, andlı iclasçı, prokuror, müstəntiq, hal şahidi, məhkəmə iclasının

katibi,  tərcüməçi,  mütəxəssis,  ekspert  və  ya  şahid  qismində  iştirak  etməsi;  hakim,  prokuror,

müstəntiq  və  ya  təhqiqatçı  vəzifələrini  tutması  (təqsirləndirilən,  şübhəli  şəxsin  və  ya  cinayət

prosesinin  fəaliyyət  qabiliyyəti  olmayan  iştirakçısının  qanuni  nümayəndəsi  olması,  yaxud  mülki

iddiaçı və ya mülki cavabdeh kimi tanınmış işlədiyi orqanın nümayəndəsi qismində iştirak etməsi

hallarından başqa); qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və ya nümayəndə olmaq

hüququnun olmamasıdır. Həmçinin vəkilin cinayət işində iştirakını istisna edən hallardan biri də

qanuni  mənafelərini  müdafiə  etdiyi  şəxsin  qanuni  mənafeyi  ilə  ziddiyyət  təşkil  edən  digər  şəxsə

hüquqi yardım göstərməsidir ki, bu barədə də yuxarıda ətraflı danışılmışdır.

 Qeyd edilən hallardan biri aşkar olunduqda müdafiəçinin özü‐özünə etiraz edib‐etməməsindən asılı

olmayaraq,  o,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən  prokurorun  və  ya

məhkəmənin qərarı ilə cinayət prosesindən kənarlaşdırılır.

Vəkilin digər vəkillə əvəz edilməsi təqsirləndirilən şəxsin razılığı və ya tələbi ilə həyata keçirilir.

Belə əvəzetməni təqsirləndirilən şəxs izah etməyə borclu deyil. Əsas odur ki, vəkilin xidmətindən

məcburi  imtinaya  yol  verilməsin  (29).  Vəkildən  imtina  təqsirləndirilən  şəxsə  işin  növbəti

mərhələsində vəkilin xidmətindən istifadə üçün əsas deyil.

İstinadlar:



­  23 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Fariz Namazlı

Vəkillər Kollegiyasının üzvü

CİNAYƏT PROSESİNDƏ

SÜBUTETMƏNİN SUBYEKTLƏRİ

1948‐ci  il  İnsan  Hüquqları  üzrə  Ümumi  Bəyannamənin  10  və

11‐ci maddələri təqsirləndirilən şəxsin işinin ədalətli məhkəmə

araşdırılması  hüququnu  tərəflərin  bərabərliyi  əsasında,  ona

müdafiə  üçün  bütün  vasitələrdən  istifadə  edilməsi  imkanının  yaradılmasını  nəzərdə  tutur.  Bu

hüquq, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında mühakimə icraatında tərəflərin

hüquq bərabərliyi prinsipi kimi nəzərdə tutulmuşdur.

İnsan  Hüquqları  üzrə  Avropa  Konvensiyasının  6‐ci  maddəsi  cinayət  prosesində  tərəflərin

bərabərliyi  prinsipini  nəzərdə  tutur.  6‐cı  maddə  ilə  qorunan  ədalətli  məhkəmə  araşdırılması

hüququ qanunun aliliyi prinsipinin əsas anlayışlarındandır. Avropa Məhkəməsinin “Moreyka və

Azevedo  Portuqaliyaya  qarşı”  işində  qeyd  etdi  ki,  ədalətli  məhkəmə  araşdırması  hüququ

demokratik  cəmiyyətdə  o  dərəcədə  mühüm  yer  tutur  ki,  Konsensiyanın  6‐cı  maddəsinin  1‐ci

bəndinin məhdud şəkildə şərh edilməsinə heç cür haqq qazandırıla bilməz.

«Məhkəmə araşdırması» anlayışı prosesin çəkişmə xarakterli olmasını tələb edir; belə ki, cinayət

işləri  üzrə  məhkəmə  araşdırmalarında  həm  ittiham,  həm  də  müdafiə  tərəfi  üçün  qarşı  tərəfin

təqdim  etdiyi  qeydlərdən  və  sübutlardan  xəbərdar  olmaq  və  onlar  barəsində  izahat  vermək

məsələsində bərabər imkanlar yaradılmalıdır (1).

Tərəflərin bərabərliyi prinsipi tələb edir ki, hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını

təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə

salınmamalıdır (2).

Cinayət‐prosessual ədəbiyyatlarda tez‐tez tərəflərin hüquq bərabərliyi prinsipindən ittiham tərəfi

kimi prokurorun səlahiyyətlərinin azaldılması, təqsirləndirilən şəxs və müdafiəçinin hüquqlarının

artırılması tələbləri irəli sürülür (3). Lakin bu fikirlər hələ də öz tam təsdiqini tapmayıb. Çünki

subyektlərdən  birinə  digərinə  nisbətən  çox  hüquqların  verilməsi  tərəflərin  hüquq  bərabərliyi

prinsipinin pozulmasına səbəb olar. Azərbaycan Respublikasının CPM‐nin 32 maddəsi tərəflərin

çəkişməsi  və  onların  bərabərliyi  prinsipini  nəzərdə  tutsa  da,  bu  prinsip  daha  çox  məhkəmə

prosesində qorunur. Belə ki, həmin maddəyə əsasən, CPM‐də nəzərdə tutulmuş qaydada cinayət

prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə:

‐ hər bir tərəf məhkəmədə təmsil olunur;

‐ hər bir tərəf məhkəmədə öz mevqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara

malikdir.... (CPM­nin 32.2 mad).

Maddənin  məzmunundan  göründüyü  kimi,  çəkişmə  prinsipi  yalnız  məhkəmə  prosesinə  aiddir.

İbtidai istintaq mərhələsində isə tərəflərin bərabərliyi və çəkişmə prinsipinin olub‐olmaması bir

qədər mübahisəlidir. Müdafiə tərəfinin ibtidai istintaq mərhələsində cinayət işinin materialları ilə

tanış  olmaq  imkanı  bir  qədər  məhduddur.  CPM‐nin  91.5.19  və  92.9.8‐ci  maddələri  müdafiə

tərəfinə‐təqsirləndirilən şəxs və müdafiəçiyə yalnız həmin şəxslərin  iştirakı ilə keçirilən istintaq

və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq imkanı verir. Müdafiə tərəfi iş üzrə

bütün  mateiallarla  yalnız  ibtidai  istintaq  qurtardığı  zaman  tanış  ola  bilər  (CPM‐nin  91.5.22  və

92.9.11   mad).   Bu   müddəa    tərəflərin    bərabərliyi    və    çəkişmə    prinsipini   pozur.  Cinayət



­  24 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

mühakimə  icraatı  ittiham  və  müdafiə  tərəfinin  çəkişməsi  əsasında  həyata  keçirilsə  də,  ibtidai

istintaqın  aparıldığı  dövrdə  cinayət  işi  üzrə  bütün  materiallarla  müdafiə  tərəfinin  tanış  olmaq

hüququnun olmaması onların müdafiə hüququnu keyfiyyətli şəkildə həyata keçirməyə mane olur.

V. İbayev də çəkişmə prinsipinin cinayət prosesinin məhkəmə mərhələsində həyata keçirildiyini

qeyd edir. Onun fikrincə, ibtidai araşdırma mərhələsində həmin prinsip onun bütün mərhələlərində

tətbiq edilmir. İbtidai araşdırmanın ilkin mərhələsində iş üzrə hələ şübhəli və ya təqsirləndirilən

şəxsin olmadığı bir vaxtda çəkişmə prinsipi mövcud ola bilməz. İcraatın həmin mərhələsində ittiham

funksiyasını yerinə yetirən orqan və vəzifəli şəxslər məhkəmə baxışı mərhələsindən fərqli olaraq

müəyyən hakimiyyət səlahiyyətlərinə malik olurlar (4). Təbii ki, bu fikirlərlə razılaşmaq lazımdır.

İbtidai istintaq mərhələsində istintaq aparan orqan müdafiə tərəfinə nisbətən üstün mövqedə durur

və müdafiə tərəfinin hər hansı prosessual hərəkətin aparılması üçün istintaq orqanına vəsatətlə

müraciət  etməsi,  istintaq  müddəti  qurtarmamış  iş  materialları  ilə  tanış  ola  bilməməsi  çəkişmə

prinsipinin tam həyata keçirilməsinə mane olur.

Müdafiə tərəfi ibtidai istintaqın aparıldığı dövrdə bütün iş materialları ilə tanış olmadıqda iş üçün

əhəmiyyətli ola biləcək vəsatətlər verə bilmir, şahid ifadələri ilə tanış olmaq imkanından məhrum

olur və bütünlüklə müdafiə taktikasını qura bilmir. Buna görə də müdafiə tərəfinin ibtidai istintaq

dövründə  iş  materialları  ilə  tanış  olmaq  imkanının  məhdudlaşdırılmasına  dair  qanunvericiliyin

normaları müdafiə hüquqlarını pozur və müdafiə tərəfinə öz taktiki gedişatını qurmaq üçün lazımi

tədbirlər görməsinə mane olur. Buna görə də müdafiə tərəfinin hüquqlarını məhdudlaşdıran CPM‐in

32‐ci maddəsinə dəyişikliklər edilərək həm də ibtidai istintaq müddətində müdafiə tərəfi ilə ititham

tərəfinə  eyni  hüquqlar  verilməli,  müdafiə  tərəfinə  bütün  iş  materialları  ilə  tanış  olma  imkanı

yaradılmalıdır.

Bu  qayda  analoji  olaraq  ittiham  tərəfindən  çıxış  edən  zərərçəkmişə  şəxsə  də  aiddir.  CPM‐nin

87.6.9‐cu  maddəsinə  görə,  zərərçəkmiş  şəxs  iştirak  etdiyi  istintaq  və  ya  digər  prosessual

hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə

qeydlər vermək hüququna malikdir. Göründüyü kimi, burada da zərər çəkmiş şəxsə bütün istintaq

materialları ilə tanış olmaq imkanı yaradılmamışdır, bu imkan ona yalnız ibtidai istintaq başa çatdığı

zaman verilir. Bu da zərərçəkən şəxsə ümumilikdə öz hüquqlarını həyata keçirməyə mane olur.

İbtidai  isitntaq  müddətində  ittiham  və  müdafiə  tərəfinin  bərabər  hüquqlara  malik  olmaması,

müdafiə tərəfinin, eləcə də zərərçəkən şəxsin istintaq materiallarına çıxışının olmaması onların öz

hüquqlarını keyfiyyətlə həyata keçirməsinə mane olur, zəruri sübut və vəsatətlərini vaxtında təqdim

edə bilmirlər.

Bəzi müəlliflər çəkişmə prinsipinin qanunvericilkdə əks edilməsinə qarşı çıxırlar. Onlar öz fikirlərini

əsaslandırmaq üçün aşağıdakı dəlilləri gətirirlər:

1) çəkişmə prosesi haqqın, güclünün, yoxsulun deyil, varlının qalib gəldiyi kəskin döyüşü xatırladır;

2) tərəflərin və məhkəmənin ümumi bir məqsədi var‐həqiqətə nail olmaq, ona görə də çəkişmə

üçün əsas yoxdur;

3) çəkişmə məhkəmənin sübutları tədqiq etmək və həqiqəti müəyyən etmək kimi fəal rolu ilə bir

araya sığmır;

4) prokuror və müdafiəçi bərabər deyil, prokuror ittihamçı deyil, qanunçuluq üzərində nəzarət

orqanıdır;

5) çəkişmə ibtidai istintaq mərhələsinə, kassasiya və nəzarət icraatına aid deyildir (5).

Lakin bu fikirlərlə razılaşmaq olmaz. Cinayət işi üzrə həqiqətə nail olunması sübutetmənin əsas

vəzifəsidir və bu vəzifə istintaq və məhkəmə orqanlarının qarşısında duran ən mühüm vəzifələrdən

biridir. Müdafiə tərəfi isə heç də bütün hallarda həqiqətin müəyyən olunmasına çalışmır, onun əsas

vəzifəsi  təqsirləndirilən  şəxsin  təmizə  çıxarılmasıdır.  İstisna  halarda  müdafiə  tərəfi  həqiqətin

müəyyən  edilməsinə  çalışa  bilər  və  bu  da  təqsirləndirilən  şəxsin  mənafeyinə  uyğun  olmalıdır.

İttiham tərəfi isə həqiqətin müəyyən edilməsi üçün cinayətin kim tərəfindən törədilməsi, təqsirli

şəxslərin   məsuliyyətə     cəlb     olunmasına     çalışır.      Məhkəmə       isə       tərəflərin       təqdim




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə