Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   7   8   9   10   11   12   13   14   ...   126

41 
 
 
 
 
Ağayev Ramiz Eldar oğlu 
 
doğulub - 31.01.1973-cü il, 
Cəbrayıl Ģəhəri; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu DaĢbaĢı kəndi 
 
 
 
TALEYĠN SON SINAĞI 
 
Ömrümüzün ən ağrı-acılı vaxtlarını - bizim də payımıza düĢən köçgünlük, 
didərginlik dərdlərini yaĢadığımız günlərin birində hamımızın yaxĢı tanıdığı rayon 
istehlak cəmiyyətində sürücü iĢləyən Ġsaqla görüĢdük. Sonra məlum oldu ki, o özü 
də bizi arayıb, dərdini, ağrılarını bölüĢmək istəyib bizimlə... 
EĢitmiĢdik ki, Cəbrayıl uğrundakı son döyüĢlərdə Ġsaqın qardaĢı Ramiz də 
qəhrəmanlıqla  Ģəhid  olub.  Dərdli  qardaĢın  istəyi  bizə  aydın  idi,  "Torpağın  qanlı 
göynəyi"  kitabında  igid  qardaĢı  Ağayev  Ramiz  Eldar  oğlu  haqqında  yazı 
verməyimizi istəyirdi. Ancaq kecikmiĢdi, kitab artıq çapda idi. Ona  söz verdik ki, 
bütün  Ģəhid  həmyerlilərimiz  haqqında  olan  bu  qəmli  dastanı  davam  etdirəcək, 
ikinci  bir  kitab  yazacağıq.  O  kitabda  yenə  Ģəhid  oğullarımızdan,  taleyinə 
didərginlik  ağrısı  yazılmıĢ  bütöv  ellərimizin,  yaralı  torpaqlarımızın,  dağılmıĢ 
kəndlərimizin, yandırılmıĢ evlərimizin harayından söz açacağıq... 
Bu  ağlı-qaralı,  gəlimli-gedimli  dünyamızın  hər  addımında  bir  qəribəlik, 
bir  möcüzə  boylanır.  Ġnsan  hardasa  bənzərsiz  yarandığından  onun  alın  yazısı  da 
ovucumuzdakı  tale  xəttləri  kimi  sirrini  hər  yetənə  açmır.  Hər  kəs  öz  bəxtinə, 
qismətinə düĢən bir baxım iĢıqdan boylanır bu dünyaya... 
Ömrünün  Ģəhidlik  zirvəsində  Tanrı  dərgahına  qovuĢan  Ağayev  Ramiz 
Eldar oğlu da bu ulu dünyanın bir  əlçim buludu, bir qarıĢ torpağı və bir də öz ata 
yurdunun ocaq daĢları kimi yanımlı-yatımlı, səsli-hənirli idi. Dünyaya gəliĢi ilə ata 
ocağına bir dünya sevinc, hay-haray gətirmiĢdi Ramiz. Ulu dağların quzey üzündən 
boylanan  çinarlı  Cəbrayıl  onun  nəzərində  kiçik  bir  əyalət  Ģəhəri  deyildi  -  otaylı-
butaylı Azərbaycanımızın nəğmə ilə döyünən ürəyi idi. Onun aləmində doğma ata 
ocağından,  axĢam-səhər  zümzüməsi  ətrafa  yayılan  Çinar  kəhrizindən  baĢlayırdı 
Azərbaycan torpağı... 
1973-cü  ilin  31  yanvarında  Yarəhmədli  məhəlləsində  dünyaya  gəlmiĢdi 
Ramiz.  Ömrü  boyu  halal  zəhmətlə  yaĢamıĢ  atası  Eldar  kiĢinin,  anası  Güldəstə 
xalanın gözü qabağında buğum-buğum böyüyüb boya-baĢa çatmıĢdı. 1991-ci ildə 


42 
 
S.  Əhmədov  adına  Ģəhər  orta  məktəbini  bitirəndən  sonra  peĢəkar  hərbçi  olmaq 
istəyirdi.  Elə  bu  istəklə  də  Bakıya  kəlib  sənədlərini  ali  hərbi  məktəbə  vermiĢdi. 
Məqsədinə  nail  ola  bilmədikdə  doğma  rayona  qayıdaraq  hərbi  komissarlığa  ərizə 
verib  əsgər  getmək  istədiyini  bildirir.  1992-ci  ilin  iyul  ayından  Cəbrayıldakı  "N" 
hərbi alayında xidmətə baĢlayır... 
Ramiz  ilk  günlərdən  böyük  həvəslə  postlara  gedir,  hərbi  iĢə  olan  güclü 
marağı sayəsində tezliklə bütün silahların "dilini" öyrənir, rayona yenicə gətirilmiĢ 
ZP-lərin  mahir  atıcısı  olur.  1992-ci  il  28  iyunda  Sur  və  15  avqustda  ġiĢqaya 
əməliyyatlarında  yaxından  iĢtirak  edərək,  düĢmənə  qan  uddurur-  sonrakı 
əməliyyatlarda Nüsüs, QuĢçular, Sirik postlarında döyüĢür... 
Ramizin  son  döyüĢü  1993-cü  ilin  15  avqustunda  DaĢbaĢı  postunda  oldu. 
Onlar 18 nəfər idilər. Bu, o vaxt idi ki, artıq Ağdam düĢmən əlinə keçmiĢdi, Füzuli 
və Cəbrayılın baĢı üstünü ölüm kabusu almıĢdı... 
Ramizin qardaĢı Ġsaq o günləri ağır kədərlə xatırlayır: 
Avqustun  13-də  evə  gəlmiĢdi  Ramiz.  Ayın  15-də  əməliyyat  olacağını 
dəqiq  bilirdi,  deyirdi  ki,  əgər  15  avqust  əməliyyatından  uğurla  çıxsaq,  Cəbrayılı 
xilas  edə  biləcəyik.  Ancaq  ürəyinə  dammıĢdı  ki,  nə  isə  olacaq.  Bilirdi  ki,  orduda 
nizam-intizam  zəifdir,  komandirlər  postları  baĢlı-baĢına  buraxıblar.  Hər  yanda 
özbaĢınalıq ayaq tutub yeriyir... 
Ermənilər  gecə  DaĢbaĢını  mühasirəyə  alıb  postu  götürdükdən  sonra 
burada  öldürülən  18  nəfərin  meyitini  yan-yana  düzüb  zəncirli  traktoru  onların 
üstündən sürüb keçmiĢdilər. Bizə belə gəlir ki, bu iĢ də xüsusi bir ustalıqla, "sapı 
özümüzdən  olan  baltaların"  -  xəyanətkarların  köməyi  ilə  hazırlanmıĢdı.  Yoxsa 
ermənilər bu qədər arxayınçılıqla o qanlı faciəni törədə bilməzdilər. Bu xəyanətdən 
hali  olanların  üç  nəfəri  gecə  ikən  oradan  qaçmıĢdı  o  vaxt.  DöyüĢçü  dostlarından 
biri Ramizə deyib ki, gəl aradan çıxaq, bu əməliyyatdan qan iyi gəlir, burada nə isə 
var. Ancaq Ramiz qüruruna sığıĢdırıb tərk etməmiĢdi postu... 
Ramizlə  birlikdə  torpağın  müqəddəsliyi  uğrunda  Ģəhid  olmuĢ  Etibarın, 
Muradın,  Müslümün...  meyitlərini  Qubadlıdan  gələn  döyüĢçülərin  köməyi  ilə 
quldurların  əlindən  alıb  torpağa  tapĢırdılar.  Ġndi  onların  gor  evləri  də  doğma 
torpaqda  qəriblik  çəkir,  bir  ana  hıçqırtısını,  bir  bacı  fəryadını  da  çox  gördülər 
onlara... 
Ramizin anası Güldəstə xala yanaqlarında sellənən göz yaĢlarını silərək: 
- Qəlbimə nəsə dammıĢdı o vaxtlar,  - deyir,  - tez evləndirmək  istəyirdim 
Ramizi. Ürəyimdə ona gözaltı da eləmiĢdim. Bir dəfə dedim ki, qadan mənə gəlsin, 
bir aya qədər evləndirəcəyəm səni.  Acığı tutdu  mənə,  nə danıĢırsan,  - dedi,  - indi 
evlənmək vaxtıdır? Bəs torpağı kim qorusun, yox belə vaxtda mən toy eləmərəm. 
Yəni  axırı  ölüm  deyil,  torpaq  yolunda  ölməyin  özü  də  Ģərəfdir.  Bizdən  ayrılanda 
gedib  qardaĢları  ilə  görüĢdü,  elə  o  gedən  də  getdi.  Güllə  düz  ürəyinin  baĢına 
dəymiĢdi,  yarasından  öpəndə  bildim  ki,  düĢmənə  arxa  çevirməyib  balam.  Məni 
yandıran odur ki, toyuna saxladığım heyvanlar ehsanına da qismət olmadı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə