Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   15   16   17   18   19   20   21   22   ...   126

64 
 
rayonunun  Qubaxəlilli  kəndinə  təzəcə  sığınmıĢdın.  Bu  yerlərin  füsünkar 
gözəllikləri  qəlbindəki  yurd  həsrətini  silə  bilməsə  də,  yerli  camaatın  qayğıkeĢliyi 
dərdlərini  ovundururdu.  Qəriblikdə  külfətini  baĢına  yığıb  təzəcə  təskinlik  tapırdın 
ki,  Qədirin  tabutu  üstünə  yollandı.  Demə,  Tanrı  səni  doğma  yurddan  uzaqlarda 
sınağa, imtahana çəkəsiymiĢ... 
Mərcanlı  camaatı  səni  gözü-könlü  tox  bir  insan  kimi  tanıyır,  ehtiramını 
gətirərdi. Hər yerdə qorxub çəkinmədən sözü üzə Ģax deməyin də var idi. Qədirin 
qanlı cənazəsi qəlbini parça-parça edəndə də sözünü daldalamadın. Varlığın qədər 
inandığın o gözəgörünməz müqəddəs Tanrıya üzünü tutub: 
- Kərəminə  Ģükür, ay Allah,  - dedin.  - Biz sənə neyləmiĢdik ki, baĢımıza 
bu  müsibəti  gətirdin?  Öz  dərdim  özümə  bəs  idi,  bir  yandan  da  oğul  dağı  çəkdin 
sinəmə... 
Ġsmayıllı  camaatı  Kərim  kiĢinin  ailə  üzvlərini  darda  qoymadılar  o  gün. 
Vətən  yolunda  Ģəhid  olan  Qədiri  Qubaxəlilli  kəndi  doğma  övlad  kimi  bağrına 
basdı. Kərim kiĢi camaatın yanımını görüb müdrik ağsaqqal kimi dilləndi: 
-Eldən  əskik  olmayın,  ay  camaat.  sizin  qayğınızı  görəndə  elə  bildim  ki, 
balamı Mərcanlı camaatım yerdən qaldırır. 
Elimə qurban olum, o hər yerdə yıxılana dayaqdır... 
O  gün  Qubaxəlillidən  olan  bir  el  ağbirçəyi  Qədirin  təzəsə  qazılan  kor 
evinin  bir  addımlığında  dayanıb  dilində  göyərən  ağıları  ilə  qəbiristana  gələnləri 
kövrəltməkdə idi: 
 
Bu dağlar, ulu dağlar,  
ÇeĢməli, sulu dağlar.  
Burda bir qərib yatır,  
Göy kiĢnər, bulud ağlar. 
 
Mərcanlım, harda qaldın,  
Yurd yerim, darda qaldın.  
Ay mənim Qədir balam,  
DüĢüb məzarda qaldın... 
 
Kərim  kiĢinin  uĢaqları  içərisində  Qədir  ən  fərasətlisi  idi.  Hansı  sənətdən 
desən  baĢ  çıxarırdı.  YaxĢı  sürücü,  qabiliyyətli  çilingər,  bacarıqlı  traktorçu  idi 
Qədir.  Bir  vaxtlar  Qazaxıstanda  əsgərlikdə  olarkən  bənnalığı,  suvaqçılığı  da 
tamam-kamal  öyrənmiĢdi.  Evlərinin  divarlarına  elə  naxıĢlar  vurmuĢdu  ki,  baxan 
hayıl-mayıl qalırdı.  Doxsanıncı illərdə  Bakıya  kedib Neft  daĢlarında  iĢləyəndə  də 
el-obasını  bircə  gün  unutmamıĢdı.  Çox  yanımlı,  istiqanlı  bir  oğlan  idi.  YoldaĢları 
baĢına  and  içirdilər  onun.  Bacıları  Elmiranın,  Səfurənin  gözlərinin  iĢığı,  and  yeri 
idi... 


65 
 
Cəbrayılın  ən  çətin  günlərində  Neft  daĢlarındakı  iĢini  buraxıb  səngərə 
sığınmıĢdı Qədir. Doxsan üçün avqust ayı idi onda. DüĢmən Balyand aĢırımından, 
Qala  dağından  adlayıb  Araza  tərəf  üz  tutduqca  camaatın  arasında  bir  vahimə 
dolaĢmaqdaydı. Cəbrayıllı igidlər sonuncu güclərini toplayıb düĢməni Quysaqdan, 
Çapanddan, Fuğanlıdan, Kavdardan aĢağı buraxmırdılar. Günlərin birində içimizdə 
göyərən  xəyanətə  söykənən  erməni  quddurları  Qədirgilin  dəstəsini  Araz  boyunda 
da sındırdılar... 
O  payız  günündə  ev-eĢiklərini  qoyub  qürbətə  üz  tutanların  ah-naləsi 
Arazın bulanıq sularına dəyib çilikləndi... 
Qədirgilin  hərbi  hissəsi  Ġran  səmtdən  keçib  ĠmiĢliyə  çatandan  sonra  o, 
Ġsmayıllıda  məskunlaĢan  ailələrinin  görüĢünə  getdi.  Orada  ağır  xəstələndiyindən 
bir müddət Ağsu rayon xəstəxanasında yatmalı oldu. Azacıq sağalan kimi Cəbrayıl 
hərbi hissəsinin Seyfəlidə yerləĢdiyini eĢidib oraya yollandı... 
Ağdamın  Salahlı-Kəngərli  kəndləri  uğrunda  gedən  döyüĢlərdə  düĢmən 
gülləsi Qədirin həyatına son qoydu. Tale ömrünü yarıda qoysa da, ölüm ona Ģəhid 
adı qazandırdı. Ġnnən belə bu adla yaĢayacaq, zaman-zaman xatırlanacaq Qədir. 
Neçə vaxtdır ki, Mərcanlıda doğulub Ġsmayıllı torpağında uyuyan bu igid 
əsgərin  ruhu  Tanrı  dərgahına  qovuĢub.  Fəqət  Qubaxəlilli  ağbirçəyinin  dilində 
dolaĢan sözlər indi də bizi yandırıb-yaxır: 
 
Göy kiĢnər, bulud ağlar... 
 
 
 
 
 
Bayramov Azər Ġsib oğlu 
doğulub - 03.07.1972-ci il, 
Cəbrayıl rayonu Yuxarı Mərcanlı kəndi; 
Ģəhid olub - 19.03.1994-cü il, 
Horadiz bölgəsi 
 
 
 
 
SUYUNDAN ĠÇƏYDĠM "ÇOBAN BULAĞI" 
 
Yuxarı Mərcanlı kəndində dünyaya göz açmıĢdı Azər. Taleyinə düĢən bir 
dadım uĢaq sevincinə, yaĢamaq istəyinə və bir də atası Ġsib kiĢinin, anası Gülyetər 
bacının  övlad  məhəbbətinə  sığınıb,  buğum-buğum  böyüməkdə,  boy  atmaqda  idi. 
Doğulduğu  kəndin  qürub  səmtində  sıralanan  təpəliklərin  üstə  qalxıb  ilk  dəfə 


66 
 
üfüqdən-üfüqə uzanan ellərimizə baxanda heyrətdən donub qalmıĢdı Azər. YovĢan 
ətirli Süllab düzü, yamyaĢıl Araz vadisi, Cəbrayıldan o üzdə günəĢin qüruba endiyi 
yerdə  qarlı  zirvəsi  açıq-aydın  körünən  Ziyarat  dağı  dünyanın  ən  böyük  möcüzəsi 
kimi  görünmüĢdü  ona.  Yuxarı  Mərcanlının  gündoğan  səmtində  dağların  ətəyi  ilə 
qıvrıla-qıvrıla  uzanıb  gedən  Araz  çayının  tamaĢasından  doymamıĢdı  Azər  onda. 
Evlərinin üç yüz addımlığında, yamacın döĢündən qaynayıb çıxan Çoban bulağı al 
günəĢə boylandıqca sübh Ģəfəqlərinin saflığına boyanmaqda idi Azər... 
Yuxarı  Mərcanlı  kənd  orta  məktəbində  oxuduğu  illərdə  qeyri-adi  uĢaq 
təsiri  bağıĢlamasa  da,  sinif  yoldaĢları  Arifdən,  Müslümdən,  Ruqiyyədən, 
Solmazdan,  Minayədən,..  Hardasa  fərqlənib  seçilirdi.  O  vaxtlar  gözlərinin 
dərinliyində  nədənsə  gizli  bir  nisgil  var  idi  onun.  Sinifdən-sinfə  adladıqca  sarıĢın 
sifətindən  mehribanlıq  yağmaqda  idi.  Hamıya  qarĢı  diqqətli,  yanımlı  idi  Azər. 
YaĢıdları  ilə  səmimi  davranır,  müəllimləri  ilə  ədəb-ərkanla  görüĢürdü.  ZəhmətkeĢ 
ailədə doğulduğundan bir çətən külfəti qabarlı əlləri ilə dolandıran atası Ġsib kiĢini 
dünyanın  ən  halal  adamı  hesab  edirdi.  Böyüdükcə  üzərində  addımladığı  torpağı 
əzizləməkdə, onun hikmətinə üz tutmaqda idi... 
Orta  məktəbi  bitirəndən  sonra  təhsilini  davam  etdirmək  üçün  sinif 
yoldaĢları  kimi  Ģəhərə  üz  tutmamıĢdı.  QonĢu  Füzuli  rayonunun  Qarğabazarı 
kəndindəki  texniki-peĢə  məktəbində  sürücülük  peĢəsinə  yiyələnmiĢdi.  Və  bundan 
sonra  əsgərlik  həyatı  baĢlamıĢdı  onun.  1989-çu  ilin  iyun  ayından  Gürsüstanda 
əsgəri  xidmətdə  idi  Azər.  Ġki  illik  əsgəri  xidmət  ona  çox  Ģeylər  öyrətmiĢdi. 
Buradakı  hərbi  hissənin  maĢınlarından  biri  ilə  tez-tez  yollara  çıxsa  da  doğulub 
boya-baĢa  çatdığı  doğma  yerlərin  həsrəti  ilə  yaĢayır,  evlərinə  qayıdacağı  günü 
səbirsizliklə gözləyirdi... 
1988-ci  ilin  fevralından  sonra  Cəbrayılın  təlatümlü  günlərinin  sonu 
görünmürdü.  Azər  doğma  yurd  yerlərinə  qayıdanda  el-obaları  nizamı  pozulmuĢ 
gördü. Gündüzlər və gecə sübhə kimi Balyand aĢırımından ta Çulluya kimi uzanan 
rayon ərazisində top-tüfəng səsindən torpaq lərzəyə kəlirdi... 
Onda  hələ  Cəbrayılın  qeyrətli  oğulları  öz  torpaqlarını  göz  bəbəyi  kimi 
qorumaqda  idilər.  Süleymanlı,  QıĢlaq,  DaĢbaĢı,  Sirik,  Dolanlar,  Qazanzəmi 
postlarında düĢmən qarĢısını kəsən əsgərlərimiz kürək-kürəyə dayanıb yurda keĢik 
çəkirdilər... 
1992-ci  ilin  iyulunda  ata-anasının  xeyir-duası  ilə  toy  edib  qonĢu  qızı  ilə 
vüsala  yetən  Azər  Vətənin  ağır  günündə  gendə  dayanmağı  qüruruna  sığıĢdıra 
bilmədiyindən  dumanlı  dağların  sinəsindəki  səngərlərə  sığınan  igidlərin  sırasına 
qoĢuldu... 
Doxsan  ikinci  ilin  payızından  sonra  Sur,  QıĢlaq  və  Süleymanlı  kəndləri 
ətrafında  gedən  döyüĢlərdə  dəfələrlə  iĢtirak  etmiĢdi  Azər.  1993-cü  ilin  avqust 
ayında Cəbrayıl rayonunun dağlıq zonası düĢmən əlinə keçdiyi günlərdə ayağından 
qəlpə  yarası  almıĢdı.  O  vaxtlar  əsgər  dostlarının  fədakarlığı  sayəsində  döyüĢ 
meydanından çıxarılandan sonra iki ay Beyləqanda müalicə olunmuĢdu... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə