Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   11   12   13   14   15   16   17   18   ...   126

52 
 
Böyüyəndə Elvin atası Yusifin adı ilə fəxr edəcək. ġəhid balası olmaq hər 
yetənin qismətinə düĢmür. Tanrının əli Ģəhid balalarının kürəyində olsun... 
 
 
 
 
 
 
 
Alekseyev Arif Turab oğlu 
doğulub - 20.09.1952-ci il, 
Cəbrayıl rayonu Quysaq kəndi; 
Ģəhid olub - 02.07.1993-cü il, 
Xocavənd rayonu QuĢçular kəndi 
 
 
 
 
QARTAL ÖMRÜ... 
 
Zirvəyə can atan, əngin səmalara qovuĢmaq amalıyla yaĢayan bir insan idi 
Arif. Uca dağlar, dumanlı, sisli bəyaz zirvələr idi onun məskəni. Dağlara qalxanda 
üfüqdən-üfüqə uzanan ana torpağın tamaĢasından doymazdı. Dar ayaqda hamıya əl 
uzatmağı, dərdli-niskilli adamları ovundurmağı bacarırdı o. Yanımlı ata, istəkli ər 
idi  -  üç  qız  balasının  xətrinə  həyatda  kipriyi  ilə  od  götürmüĢdü.  YaxĢı  yoldaĢ, 
sədaqətli  dost,  vicdanlı  iĢçi  idi,  -  rayon  avtonəqliyyat  müəssisəsində  dilindən  acı 
söz  eĢitməmiĢdilər  onun.  Yuxarı  Mərcanlıdan  sonra  sürücü  dostu  Zaman  Quliyev 
indinin özündə də ürək yanğısı ilə danıĢır ondan: 
-  Rayon  internat  məktəbinin  həyətinə  (o  vaxtlar  Cəbrayıl  hərbi  hissəsi 
burada  yerləĢirdi)  düĢən  "qrad"ın  qəlpələri  məni  ölümcül  hala  salanda  ilk  dəfə 
harayıma  yetənlərdən  biri  də  Arif  oldu.  Onun  baĢımın  üstündə  dayanıb  hönkür-
hönkür  ağlamağı  yadıma  düĢəndə  indi  də  ürəyim  sıxılır.  Heç  ölməli  oğul  deyildi 
Arif, Allah ona rəhmət eləsin... 
Deyirlər insan dar ayaqda tanınır, qəlbinin görünməyən tərəfləri üzə çıxır. 
Kimisi  Vətən  sevgisi  ilə,  kimisi  lənətlənən  adı  ilə  qalır  yaddaĢlarda.  Diri  ikən 
unudulanları,  canlı  meyit  kimi  ötüb  keçən  günlərin  arxasınca  sürünənləri  az 
görməmiĢik həyatda... 
Ölümündən  sonra  Tanrı  dərgahında  əbədiyyətə  qovuĢmaq  istəyi  ilə, 
təzədən  doğulub  Arif.  Bundan  belə  özü  ilə  yox,  iĢıqlı  xatirəsi  ilə,  zaman-zaman 
yaddaĢlarda "göyərən" Ģəhid adı ilə görüĢəsəyik onun... 


53 
 
Dünyanın düz vaxtlarında əməlli-baĢlı yaĢamaq istəyi ilə çox Ģeylərə nail 
olmuĢdu  -  rahat  mənzil,  Məlahət  bacı  kimi  sədaqətli  ömür-gün  yoldaĢı,  su  sonası 
kimi üç qız balası var idi. Gecə-gündüz özünü oda-gözə vurub, sükandan yapıĢan 
əlləri ilə halal ruzu qazanırdı onlara. 
Arifi  müharibə  adlı  əjdahanın  üstünə  aparan  hansı  duyğu  idi?  ġöhrət 
qazanmaq  istəyimi,  sürücü  yoldaĢları  arasında  fərqlənmək  arzusumu,  gizli  bir 
niyyətə  söykənən  Ģəxsi  maraqmı?  Yox,  bu  cür  hisslərdən  uzaq  idi,  belə  Ģeyləri 
eyninə  də  gətirmirdi  heç.  sadəcə  olaraq  namuslu,  vicdanlı  bir  adam  olduğundan 
hadisələrə  soyuqqanlıqla  baxa  bilmirdi.  Gözünün  qabağında  yandırılıb  dağıdılan 
yurd  yerlərimizin,  öldürülən  insanların  naləsi  həyatının  sakit  ritmini  pozmuĢdu 
onun.  YaĢanmıĢ  illərdən  təkcə  mənalı  anlar  qalır  insanın  yadında.  Bu  meyarla 
yanaĢanda Arifin ömrünün məna tutumu qibtə hissi oyadır adamda. 
Rusiyanın  Yaroslavl  Ģəhərində  sona  çatan  əsgəri  xidmət  illərində  yüksək 
dərəcəli radio-teleqrafçı kimi tanınıb. 
Rayondakı SES-də və avtonəqliyyat müəssisəsində bacarıqlı sürücü hesab 
ediblər onu... 
Vicdanlı  iĢçi  olduğundan  medallarla,  fəxri-fərmanlarla  təltif  olunub,  pul 
mükafatları alıb... 
1991-ci  ilin  may-iyun  aylarında  Cəbrayılın  dağlıq  zonasındakı  yaĢayıĢ 
məntəqələri  ilə  qonĢu  olan  ondan  artıq  erməni  kəndinin  quldurlardan 
boĢaldılmasında fəal iĢtirak etmiĢdi... 
Polis  iĢçilərinin,  əsgərlərin  döyüĢ  postlarına  çatdırılmasında  müstəsna 
xidmət göstərmiĢdi... 
Dəfələrlə  ölümün  cənkindən  salamat  çıxmıĢdı  Arif.  Gah  atılan  güllələr 
ondan yan keçmiĢ, gah maĢını ilə üstündən adlayıb keçdiyi minalar hardasa bir az 
gec partlamıĢ, gah da yaxınlığında torpağa sancılan mərmilərdən çevikliyi xilas et-
miĢdi onu... 
Ağ  yol,  ġiĢqaya,  Sur  əməliyyatlarında  əsgərlərimizlə  çiyin-çiyinə 
döyüĢmüĢdü.  Tanrı  o  vaxtlar  həyatdakı  savab  iĢlərinə  görə  ölümün  ağzından 
salamat  qurtarmıĢdı  Arifi.  DaĢbaĢı,  Zamzur,  Mülkədərə  kəndlərində  dönə-dönə 
güllə yağıĢı altında əsgərlərimizə əl uzadıb, yaralıların həyatını xilas etmiĢdi. Vaxt 
tapıb evə gələndə qız balaları - Ramilə, Zəhra, Samirə boynuna sarılırdılar onun... 
Doxsan üçüncü ilin iyunundan Milli Ordunun əsgərlərinə qoĢulub: 
-Daha  sizdən  ayrılan  deyiləm,  -  demiĢdi  Arif.  KiĢi  kimi  sözünün  üstə 
durub son nəfəsinə kimi torpaqlarımızı fədakarlıqla qorudu... 
QuĢçular  kəndi  uğrunda  qanlı  döyüĢlər  gedirdi  o  gün.  Xeyli  Ģəhid  olan, 
yaralanan  var  idi  orda.  Arif  Mehman  Quliyevin  və  Vaqif  Səfixanovun  idarə 
etdikləri  BRD-nin  hədəfə  alındığını  görüb  irəli  atıldı.  Polis  rəisi  Vaqif 
Məhərrəmovun:- Arif, səni vurarlar, getmə! - sözləri də inadından döndərə bilmədi 
onu.  Özünü  döyüĢ  maĢınına  yetirib  yoldaĢlarının  harayına  çatdı.  BRD-dən 
yağdırılan  güllələr  düĢmən  mövqeyini  susdurduqca  Arifin  qələbə  əzmi  artıb 


54 
 
çoxalmaqda  idi.  DöyüĢün  qızğın  çağında  qarĢı  tərəfdəki  "NRS"  idarəetmə 
qurğusundan  atılan  atəĢ  igidlərimizin  üçünü  də  qanına  boyadı.  Ariflə  Mehmanın 
yaraları ağır olduğundan vertalyotla Bakıya yola saldılar onları. Arif səmanın mavi 
ənginliklərində dəyiĢdi dünyasını. Qartal kimi zirvəyə can atıb, Ģəhid kimi zirvələ-
Ģən  qeyrətli  bir  eloğlumuz  sevdiyi  ana  torpaqdan  çox-çox  yuxarıda  gözlərini 
yumdu həyata. Qartallar zirvədə doğulub, zirvədə köçür dünyadan - deyiblər. Arif 
qartal ömrü yaĢadı bu dünyada: 
 
ġöhrət igidlərin  
Ömür yelkəni,  
Həyatın mənası  
Kim deyər nədir?  
ġəhidlik ucalıq  
ġəhidlik həyat  
ġəhidlik ucadan  
Uca zirvədir... 
 
Bundan  sonra  səsi  həmiĢə  zirvədən  kələcək,  bizi  oradan  salamlayacaq 
Arif... 
 
 
 
 
 
 
 
 
Alıyev Samir Qədir oğlu 
doğulub - 09.06.1977-ci il, 
Cəbrayıl rayonu Qaracallı kəndi; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Xocavənd rayonu Banazur kəndi 
 
 
 
"TĠQANA" OD PARÇASIYDI 
 
Kənddə "Tiqana" deyib çağırırdılar onu. sonralar elə bu adla da tanınmıĢdı 
Samir. Tanrı xoĢ çağlarında yaratmıĢdı onu, dəcəl, diribaĢ, bir az da ötkəm uĢaq idi 
Tiqana. Qaracallı kəndində uĢaqdan böyüyə hamı onun barəsində təbəssümlə danı-
Ģırdı. YaĢıdları qibtə ilə, həsədlə baxırdılar ona... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə