Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   13   14   15   16   17   18   19   20   ...   126

58 
 
Murovdan xoĢ xəbərlər gəlməkdə idi. Milli Ordumuzun əsgərləri Dəlidağa 
sarı  irəliləməkdə  idilər.  Hamı  Kəlbəcərin  bu  gün,  sabah  azad  olunacağından 
danıĢırdı.  Qəfildən  qara  yellər  əsdi  elə  bil.  Kimlərinsə  xəyanətləri  qeyrətli  əsgər-
lərimizin  uğurlarını  puça  çıxartdı.  RövĢənin  də  ölüm  xəbəri  belə  ağır  günlərdə 
yetiĢdi bizə. O, Vətən uğrunda canından keçib, Murovun bir parça daĢına döndü... 
 
 
 
 
 
 
 
 
 
Abdullayev ġükür Həsən oğlu 
doğulub - 1970-ci il, 
Ermənistan SSR; 
Ģəhid olub - 15.11.1991-ci il, 
Xocavənd bölgəsi, Zamzur kəndi 
 
 
 
 
VƏTƏNDƏ VƏTƏN HƏSRƏTĠLƏ 
 
Qan yaddaĢımıza  soyqırım kimi həkk olunan 1988-ci il dekabr hadisələri 
zamanı  ġükürgilin  ailəsi  də  yağıların  qana  batmıĢ  caynağından  güc-bəla  ilə 
qurtularaq,  baĢ  götürüb  tarixi  vətənləri  Azərbaycana  pənah  gətirmiĢdilər.  Ailə 
keçmiĢ Hadrut rayonunun Hərəkül kəndində yerləĢdirilmiĢdi. Burada həyat Ģəraiti, 
güzəran qurmaları üçün onlara mümkün olan hər Ģey edilirdi. Qəlbən incik düĢmüĢ 
didərgin  qardaĢ-bacılarımız  özlərini  qərib  saymırdılar.  Cəbrayıl  camaatının  onları 
öz  doğmaları  kimi  qəbul  edib  həyan  durması,  ürəkaçıqlığı  ġükürgilə  toxtaqlıq 
verir, qəlblərini isindirirdi. Min bir tellə bağlandıqları torpaqdan yana-yana ayrılan 
bu binəsib insanlar əzizlərinin uyudutları, canlarından da çox sevdikləri yurdlarını 
bir an belə unuda bilmirdilər. Buz kimi diĢ göynədən bulaqları, baĢı göylərə dəyən 
vüqarlı  dağları,  geniĢ,  güllü-çiçəkli  həyət  bağları  yadına  düĢəndə  ġükürün  ürəyi 
sızıldayır, onları bu günə salanlara sonsuz nifrəti aĢıb-daĢırdı. 
Nə  yazıqlar  ki,  taleyinə  didərginlik  yazılmıĢ  ailənin  indi-indi  öyrəĢdiyi 
təzə  yurdda  da  rahatlığı  uzun  çəkmədi.  Erməni  quldurlarının  təxribatları,  iriçaplı 
silahlardan  kəndlərimizi  atəĢə  tutmaları  qaçqın  yurddaĢlarımızın  həyatlarını 
yenidən təhlükə altına aldı. Qəlbi intiqam hissilə döyünən ġ. Abdullayev Cəbrayıl 


59 
 
rayon polis Ģöbəsinə gəlib kollektivə qəbul olunmasını xahiĢ etdi. ġöbənin rəisi V. 
Məhərrəmov qaynarbaxıĢlı gənci baĢdan-ayağa süzüb: - Qoçaq oğlana oxĢayırsan, 
sənin kimi qeyrətli cavanlara hələ çox ehtiyacımız olacaq, - dedi... 
Onun  daxil  olduğu  polis  bölməsinə  strateji  cəhətdən  mühüm  əhəmiyyət 
kəsb edən Zamzur kəndini erməni quldurlarından qorumaq tapĢırılmıĢdı. Hadrutun 
yaxınlığında yerləĢən yaĢayıĢ məntəqəsinə terrorçular tez-tez basqınlar edir, əvvəl-
ki  mövqelərinin  bərpa  olunmasına  çalıĢırdılar.  Bölmənin  üzvləri  yağıların 
məqsədlərini  yaxĢı  baĢa  düĢürdülər.  Ona  görə  də  düĢmən  həmləsinin  qarĢısını 
almaq  üçün  kəndin  bütün  giriĢ-çıxıĢ  nöqtələrini  nəzarətdə  saxlayırdılar.  Görünür, 
ġükürgil  erməni  hiyləgərliyini  kifayət  qədər  qiymətləndirə  bilməmiĢdilər.  Fürsəti 
fövtə  verməyən  düĢmənlər  onların  gözləmədikləri  istiqamətdən  böyük  qüvvə  ilə 
qəfil hücuma keçərək kəndi mühasirəyə aldılar. Vəziyyətin ağır olduğunu hiss edən 
polis əməkdaĢları sözü bir yerə qoydular: - Bir addım da geri çəkilməyəcəyik, son 
patron  qalanadək  döyüĢəcəyik.  Qanlı  döyüĢ  xeyli  çəkdi.  Bizimkilər  özlərini 
köməyə  yetirəndə artıq iĢ-iĢdən keçmiĢdi. ġükür Həsən oğlu Abdullayev və onun 
iki polis silahdaĢı qəhrəmancasına həlak olmuĢdular. 
ġ.  Abdullayev  Zəngəzurun,  Göyçə  mahalının  qisasını  almaq  istəyirdi. 
Əfsuslar  olsun  ki,  istəyini  sona  çatdıra  bilmədi.  21  yaĢında,  həyatının  ən  qaynar 
çağında  Vətənində  Vətən  həsrəti  ilə  ġəhidlik  zirvəsinə  ucaldı.  Rahat  yat  ġükür, 
qoca  tarix  Ģahiddir  ki,  zaman-zaman  yadelli  iĢğalçıların  hücumlarına  məruz  qalan 
torpaqlarımız  onların  son  döyüĢ  meydanı  olub.  Sözsüz  bu  dəfə  də  belə  olacaq. 
Ərazimiz  erməni  iĢğalından  azad  ediləcək.  Sənin  kimi  igid  oğullarımızın 
qəhrəmanlıqlarını  minnətdarlıq  hissi  ilə  xatırlayacaq,  ruhunuza  rəhmət 
diləyəcəklər. 
 
 
 
Aslanov Elçin Gəray oğlu 
doğulub - 1967-ci il, 
Hadrut rayonu Haxulu kəndi
Ģəhid olub - 15.11.1991-ci il, 
Xocavənd bölgəsi Zamzur kəndi 
 
 
ÜRƏYĠNĠ MƏġƏL ETDĠ 
 
Murdar ayaqları Qarabağ torpağına dəydiyi gündən nankor qonĢular digər 
ərazimizdə olduğu kimi haxullunun ətrafındakı kəndlərdə də dinc durmur, altdan-
altdan  öz  məkrli  iĢlərini  görür,  fürsət  düĢən  kimi  zəhərli  xəncərlərini  arxadan  kü-
rəyimizə sancmağa hazırlaĢırdılar... 


60 
 
Elçin  Aslanov  sovet  ordusu  sıralarından  tərxis  olunub  doğma  yurda 
dönəndə  vəziyyət  dəyiĢmiĢdi.  Ətraf  kəndlərin  ermənilərinin  Haxullulara  qarĢı 
əvvəlki münasibətlərində həddindən artıq soyuqluq hiss olunurdu. Əlaqələr az qala 
kəsilmək  üzrə  idi.  Elə  bil  illərlə  Haxululuların  qapısında  sülənən  heç  bunlar 
deyilmiĢ.  Elçin  hərdən  keçmiĢ  rayon  mərkəzi  olan  Hadruta  yolu  düĢəndə  bu 
soyuqluğu  daha  yaxından  hiss  edirdi.  Ġstər  dövlət  idarələrində,  istərsə  də  küçədə 
hamı ona qanlı-qanlı baxır, bəzən də hədə-qorxu gəlirdi. EĢitdikləri, Ģahidi olduğu 
hadisələr  ona  yuxu  kimi  görünsə  də  məsələnin  ciddiliyini  dərk  edir,  öz-özünə 
fikirləĢirdi  ki,  deyəsən  bu  xına  o  xınadan  deyil.  Əgər  qudurub  yolunu  azmıĢ 
nadürüstlərin bədnam hərəkətlərinin qarĢısı alınmasa, axırı yaxĢı olmayacaq. 
E. Aslanov yanılmamıĢdı. DaĢnaq yuvası olan Hadrutda əvvəllər cavanlar 
çox seyrək nəzərə çarpdığı halda son vaxtlar burada Yerevandan, xaricdən gəlmə 
çoxlu  saqqallılar  toplaĢmıĢdı.  BaĢqa  sözlə,  Hadrut  hamının  gözü  qarĢısında  qan 
ocağına  çevrilmiĢdi.  Ġnsan  cildinə  girmiĢ  bu  vəhĢilər  vaxtaĢırı  Azərbaycan 
kəndlərinə 
basqınlar 
edir, 
Ģuluqluq 
salırdılar. 
Erməni 
quldurlarının 
zərərləĢdirilməsində  o  zaman  polis  əsas  qüvvə  idi.  Ona  görə  də  torpaqlarımızın 
müdafiəsində  yaxından  iĢtirak  etmək  üçün  Elçin  xüsusi  təyinatlı  polis  dəstəsində 
iĢləməyi üstün tutdu. Elçin 1991-ci ilin baharında Zamzur kəndində təĢkil olunmuĢ 
polis  bölməsində  xidmət  edərək  burada  məskunlaĢmıĢ  əhalinin  mühafizəsində 
yaxından  iĢtirak  etdi.  Kənddə  əsasən  Ermənistandan  zorla  qovulmuĢ  didərgin 
soydaĢlarımız yerləĢdirilmiĢdi. Yağılar bununla heç cür barıĢmaq istəmirdilər. Hər 
an təhlükə gözlənirdi. DüĢmənin fitnəkarlığının qarĢısı dəfələrlə alınsa da sonuncu 
dəfə  bu,  mümkün  olmadı.  Qeyri-bərabər  döyüĢ  baĢlandı.  Zamzur  kəndi  hər 
tərəfdən  mühasirəyə  alındı.  Elçingil  möhkəm  dayanmıĢdılar.  Erməni  faĢistlərini 
yaxın  buraxmırdılar.  Cəsur  polis  əməkdaĢları  səngər  seçdikləri  binanın  od 
tutmasına baxmayaraq oranı tərk etmədilər. Alovun onları bürüyən dilləri arasında 
atəĢ  aça-aça  son  nəfəslərinədək  döyüĢdülər.  Ürəklərini  məĢələ  çevirərək  didərgin 
soydaĢlarımızın yollarına iĢıq saçdılar ki, onlar yağıların əllərinə keçməsinlər. 
Ömrünün  24-cü  baharında  həyatdan  nakam  köçüb  əbədiyyətə  qovuĢan 
Elçin  Gəray  oğlu  Aslanovun  nəĢini  doğma  Haxullu  kəndinə  gətirib  burada  dəfn 
etdilər. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə