41
IV FƏSİL. TORPAQƏMƏLƏGƏTİRƏN AMİLLƏR
Torpaqəmələgətirən amillər haqqında təlimin əsasları V.V.Dokuçayev tərəfindən qoyulmuşdur.
V.V.Dokuçayev
müəyyən etmişdir ki, xüsusi təbiət cismi kimi torpaq aşağıdakı amillərin – iqlim, bitki və
heyvanat aləmi, torpaqəmələgətirən süxurlar, relyef və ərazinin yaşı (zaman) amilinin sıx qarşılıqlı
təsiri
nəticəsində formalaşır. Torpaqəmələgətirən hər bir amilin öyrənilməsi onun müəyyən parametrlər üzrə
səciyyəsini və torpaqəmələgəlmədə rolunun qiymətləndirilməsini nəzərdə tutur.
Müasir torpaqşünaslıqda yuxarıda göstərilən amillərlə yanaşı, insanın təsərrüfat fəaliyyəti də
torpaqəmələgəlməyə və torpaq örtüyünə bilavasitə və dolayısı ilə təsir göstərən amillərə əlavə edilir.
§ 6. Torpaqəmələgətirən süxurlar
Torpağın formalaşdığı dağ süxurları
torpaqəmələgətirən və ya
ana süxurlar adlanır.
Torpaqəmələgətirən süxur torpağın maddi əsası olub, ona öz qranulometrik, mineraloji, kimyəvi tərkibini,
həmçinin torpaqəmələgəlmə proseslərinin təsiri altında tədricən müxtəlif dərəcədə dəyişən fiziki, kimyəvi, fiziki-
kimyəvi xassələrini verir.
Torpaqəmələgətirən süxurları mənşəyinə, tərkibinə, quruluşuna və xassələrinə görə fərqləndirirlər. Yerin
bərk qabığı və ya litosfer maqmatik, metamorfik və çökmə süxurlardan ibarətdir.
Maqmatik və ya püskürülmüş süxurlar səthə çıxa bilməyərək yer qabığının altında (intrusiv süxurlar)
soyumuş ərinti silikatdan (maqmadan) və ya yer səthinə (effuziv süxurlar) axmış maqmadan əmələ gəlmişdir.
Bü süxurlar kristallik və örtülü kristallik quruluşa malikdirlər. Əsasən bərk olub, başqa - bərk kristallik süxurlar
( qranit, peqmatit, dunit və s.) adı ilə də tanınırlar. Maqmatik süxurlar litosferi təşkil edən süxurların 95 %-ni
təşkil edir.
Lakin onlar nadir hallarda, əsasən dağlıq ərazilərdə torpaqəmələgətirən süxurları təşkil edir.
Metamorfik süxurlar – törəmə bərk kristal süxurlar olub, yerin dərinliklərində yüksək temperatur və ya
təzyiq altında maqmatik və çökmə süxurlardan yaranmışdır. Onların da torpaqəmələgəlmədə rolu azdır. Yerin
səthinin çox hissəsi əsasən çökmə süxurlarla örtülüdür.
Çökmə süxurlar – bərk kristal süxurların və ya müxtəlif orqanizmlərin qalıqlarının aşınma məhsullarıdır.
Onlar üç qrupa bölünürlər:
qırıntı çöküntülər,
kimyəvi çöküntülər və
biogen çöküntülər. Kimyəvi və biogen
mənşəli çökmə süxurlar arasında karbonatlı çöküntülər - əhəng, mergel, dolomit, təbaşir torpaqəmələgəlmədə
əhəmiyyətli rol oynayır.
Dördüncü dövrdən əvvəl əmələ gəlmiş qədim çökmə süxurlar,
vaxt keçdikcə kövrəkliyini, məsaməliyini
itirmiş və bərk süxurlara çevrilmişdir. Qədim çökmə və bərk kristallik süxurları yaşına görə bir qrupda,
dördüncü dövrə qədərki və ya ana süxurlar adı altında birləşdirirlər. Cavan çökmə süxurlar dördüncü dövrdə ana
süxurların aşınması və onların su, külək və buz vasitəsilə parçalanmış məhsullarının çökməsi nəticəsində
formalaşmışdır. Onların yaranması indi də davam etməkdədir. Sıx ana süxurlardan fərqli olaraq onlar
torpaqəmələgəlmə üçün əlverişli xassələri, kövrək olmaları, məsaməliyi, sukeçiriciliyi, susaxlama və uduculuq
qabiliyyəti ilə səciyyələnir.
Torpaqəmələgətirən süxurların formalaşması dağ süxurlarının aşınması, aşınma məhsullarının daşınması və
çökdürülməsi prosesləri ilə əlaqədardır.
§ 7. Aşınma
Aşınma – dağ süxurları və onları təşkil edən mineralların
atmosfer, hidrosfer və biosfer amillərinin təsiri
altında kəmiyyət və keyfiyyətcə dəyişməsindən ibarət mürəkkəb və müxtəlif proseslərin məcmusudur.
Dağ süxurlarında aşınma proseslərinin baş verdiyi horizontlara
aşınma qabığı deyilir.
Aşınma qabığında iki
zona fərqləndirilir: birinci, səthi və ya müasir aşınma zonası, ikinci, iç və ya qədim aşınma zonası.
Torpaqəmələgəlmə prosesinin baş verdiyi müasir aşınma qabığının qalınlığı 1-2 sm-dən 2-10 m arasında
dəyişir. Aşınma prosesinin üç formasını fərqləndirirlər: fiziki, kimyəvi və bioloji.
Fiziki aşınma – kimyəvi tərkibini dəyişmədən dağ süxurlarının və mineralların mexaniki parçalanmasıdır.
Fiziki aşınma əvvəlcə səthdə başlayır. Burada sutkalıq və mövsümi temperaturun böyük qradiyenti yaranır.
Tədricən aşınma süxurun daha dərin qatlarını əhatə edir və sabit temperatur qurşağında sönür. Temperatur
tərəddüdünün böyük amplitudası şəraitində aşınmanın intensivliyi daha böyük olur; məsələn, isti səhralarda
süxurun səthi bəzən 60-70
0
C-yə kimi qızır, gecə temperatur 0
0
C-yə kimi aşağı düşür.
Suyun olması şəraitində fiziki aşınma sürətlənir. Su dağ süxurlarının çatlarına dolaraq orada böyük gücə
malik kapilyar təzyiq yaradır. Suyun daha böyük dağıdıcı qüvvəsi donma zamanı üzə çıxır: su donduqda öz
həcminin 1/10-i qədər genişlənir və dağ süxurları çatlarının divarlarına böyük təzyiq göstərir.
Arid iqlim vilayətlərində analoji
işi çatlara dolub, orada kristallaşan duzlar yerinə yetirir. Belə ki, anhidrid
(CaSO
4
) su ilə birləşərək, həcmini 33% artıraraq gipsə (CaSO
4
· 2H
2
O)
çevrilir.
Fiziki aşınma nəticəsində dağ süxuru suyu və havanı özündən buraxmaq və onların bir hissəsini özündə
42
saxlamaq qabiliyyətində olur. Fiziki aşınma dağ süxurlarını parçalamaq və yumşaltmaqla onların ümumi səthini
artırır. Bu da kimyəvi aşınma üçün əlverişli şərait yaradır.
Kimyəvi aşınma – dağ süxurlarının və mineralların yeni mineral və birləşmələrin yaranması ilə müşahidə
olunan kimyəvi dəyişməsi və parçalanmasıdır.
Bu prosesin vacib amilləri su, karbon qazı və oksigendir.
Su dağ süxurlarının və mineralların güclü
həlledicisidir.
Mineralların su vasitəsilə parçalanması temperaturun qalxması və karbon qazı ilə zənginləşməsi
hesabına sürətlənir.
Karbon qazı suyun turşuluğunu artırır ki, bu da onun mineralları dağıtma təsirini
gücləndirir.
Mineralların kimyəvi parçalanmasının gedişatına temperatur da təsir edir. Temperaturun hər 10
0
C
artması kimyəvi reaksiyanın sürətini 2-2,5 dəfə artırır.
Məhz bu səbəbdən kimyəvi aşınma ekvatorial
vilayətlərdə sürətlə,
qütb vilayətlərində isə əksinə, zəif formada təzahür edir.
Dağ süxurlarının tərkibində CO
2
və başqa maddələr olan su vasitəsilə həll olması təbiətdə geniş yayılmışdır.
Belə ki, 25
0
C temperaturda 1 litr
suda 0,0145 q kalsit həll olur, lakin suda CO
2
olması CaCO
3
bikarbonata keçməsi səbəbindən onun həll olmasını
kəskin şəkildə yüksəldir.
Ca CO
3
+ CO
2
+ H
2
O ←→ Ca (HCO
3
)
2
Tərkibində duzlar, xüsusən də xloridli duzlar olan suda mineralların həll olması yüksəlir.
Suyun maqmatik süxurların mineralları ilə əsas kimyəvi reaksiyası olan
hidroliz kristallik qəfəsin qələvi və
qələvi-torpaq elementlərinin kationlarını suyun dissosasiya olunmuş molekulunun hidrogen ionu ilə əvəz
etməsindən ibarətdir. Ortoklaz üçün bu reaksiyanı sxematik olaraq aşağıdakı kimi göstərmək olar:
KAlSi
3
O
8
+ H
2
O → H AlSi
3
O
8
+ KOH
Bu reaksiya nəticəsində əmələ gəlmiş qələvi (KOH) məhlulun qələvi reaksiyasını şərtləndirir. Bu qələvi
məhlulun təsiri altında ortoklazın kristallik qəfəsinin dağılması davam edir.
KOH qələvisi CO
2
-nın iştirakı ilə
karbonata çevrilir:
2
KOH + CO
2
= K
2
CO
3
+ H
2
O
Su hissəciyinin mineral hissəciyinə birləşməsi ilə müşahidə olunan kimyəvi reaksiya -
hidratasiya da
suyun iştirakı ilə baş verir, məsələn:
2Fe
2
O
3
+ 3H
2
O = 2 Fe
2
O
3
· 3H
2
O
Hidratasiya
tərkibinə görə mürəkkəb minerallarda – silikat və alümo- silikatlarda da müşahidə olunur.
Oksidləşmə - aşınma zonasında geniş yayılmış reaksiyadır. Oksidləşməyə tərkibində oksidləşmənin ən
aşağı dərəcəsində olan dəmir və başqa elementlər olan çoxsaylı minerallar məruz qalır.
Aşınma zamanı
oksidləşmə reaksiyasına nümunə kimi sulfidlərlə su mühitindəki molekulyar oksigenin qarşılıqlı təsirini
göstərmək olar. Belə ki, piritin oksidləşməsi zamanı sulfitlər və dəmir oksidinin hidratları ilə yanaşı yeni
mineralların yaranmasında iştirak edən sulfat turşusu da yaranır:
2FeS
2
+7O
2
+ 2H
2
O = 2FeSO
4
+ 2H
2
SO
4
;
12 FeSO
4
+ 6H
2
O + 3O
2
= 4 Fe
2
(SO
4
)
3
+4Fe (OH)
3
;
2 Fe
2
(SO
4
)
3
+ 9 H
2
O = 2 Fe
2
O
3
· 6 H
2
SO
4
.
Oksidləşmə prosesində dağ süxurlarının ilkin rəngi dəyişir, sarı, qonur, qırmızı çalarlar əmələ gəlir.
Oksidləşməyə daha çox məruz qalmış süxurlar (məsələn, ferralit aşınma qabığı ) torpağa məxsus məsaməlik
əldə edirlər.
Kimyəvi aşınma nəticəsində mineralların fiziki vəziyyəti də dəyişir və onların kristal qəfəsi dağılır. Süxur
yeni (törəmə) minerallarla zənginləşir və rabitəlilik, rütubət tutumu, uduculuq qabiliyyəti və başqa xassələr əldə
edir.
Bioloji aşınma – dağ süxurlarının və mineralların orqanizmlərin və onların həyat fəaliyyətlərinin təsiri
altında mexaniki parçalanması və kimyəvi dəyişməsidir.
Yerin üst qatlarındakı dağ süxurlarının
parçalanmasında canlı orqanizmlər fəal surətdə iştirak edir.
Biosferin indiki inkişaf mərhələsində təmiz abiotik
(cansız) mexaniki və kimyəvi aşınma prosesi yoxdur.
Bioloji aşınma zamanı orqanizmlər süxurdan öz
bədənlərini qurmaqdan ötrü mineral maddələri mənimsəyir və onları süxurların üst horizontlarında
akkumulyasiya edirlər. Bununla da torpaqların formalaşmasından ötrü şərait yaradırlar. Orqanizmlərin dağ
süxurlarında məskən salması ilə onun aşınması xeyli sürətlənir. Bitki kökləri və mikroorqanizmlər xarici mühitə
karbon qazı və müxtəlif turşular buraxırlar ki, onlar da minerallara dağıdıcı təsir göstərir. Nitrofikasiya
bakteriyaları azot turşusu, tion bakteriyaları isə kükürd turşusu ifraz edirlər. Bu turşular bir sıra mineralları həll