Qərib Məmmədov


IV FƏSİL. TORPAQƏMƏLƏGƏTİRƏN AMİLLƏR



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə22/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   190

 
41
IV FƏSİL. TORPAQƏMƏLƏGƏTİRƏN AMİLLƏR 
 
Torpaqəmələgətirən amillər haqqında təlimin  əsasları V.V.Dokuçayev tərəfindən qoyulmuşdur. 
V.V.Dokuçayev müəyyən etmişdir ki, xüsusi təbiət cismi kimi torpaq aşağıdakı amillərin – iqlim, bitki və 
heyvanat aləmi, torpaqəmələgətirən süxurlar, relyef və  ərazinin yaşı (zaman) amilinin sıx qarşılıqlı  təsiri 
nəticəsində formalaşır. Torpaqəmələgətirən hər bir amilin öyrənilməsi onun müəyyən parametrlər üzrə 
səciyyəsini və torpaqəmələgəlmədə rolunun qiymətləndirilməsini nəzərdə tutur. 
Müasir torpaqşünaslıqda yuxarıda göstərilən amillərlə yanaşı, insanın təsərrüfat fəaliyyəti də 
torpaqəmələgəlməyə və torpaq örtüyünə bilavasitə və dolayısı ilə təsir göstərən amillərə əlavə edilir.  
 
§ 6. Torpaqəmələgətirən süxurlar 
 
Torpağın formalaşdığı dağ süxurları torpaqəmələgətirən və ya ana süxurlar adlanır. 
Torpaqəmələgətirən süxur torpağın maddi əsası olub, ona öz qranulometrik, mineraloji, kimyəvi tərkibini, 
həmçinin torpaqəmələgəlmə proseslərinin təsiri altında tədricən müxtəlif dərəcədə dəyişən fiziki, kimyəvi, fiziki-
kimyəvi xassələrini verir. 
Torpaqəmələgətirən süxurları  mənşəyinə, tərkibinə, quruluşuna və xassələrinə görə  fərqləndirirlər. Yerin 
bərk qabığı və ya litosfer maqmatik, metamorfik və çökmə süxurlardan ibarətdir. 
Maqmatik  və ya püskürülmüş süxurlar səthə  çıxa bilməyərək yer qabığının altında (intrusiv süxurlar) 
soyumuş ərinti silikatdan (maqmadan) və ya yer səthinə (effuziv süxurlar) axmış maqmadan əmələ gəlmişdir.
 
Bü süxurlar kristallik və örtülü kristallik quruluşa malikdirlər. Əsasən bərk olub, başqa - bərk kristallik süxurlar  
( qranit, peqmatit, dunit və s.) adı ilə də tanınırlar. Maqmatik süxurlar litosferi təşkil edən süxurların 95 %-ni 
təşkil edir. Lakin onlar nadir hallarda, əsasən dağlıq ərazilərdə torpaqəmələgətirən süxurları təşkil edir. 
Metamorfik süxurlar – törəmə bərk kristal süxurlar olub, yerin dərinliklərində yüksək temperatur və ya 
təzyiq altında maqmatik və çökmə süxurlardan yaranmışdır. Onların da torpaqəmələgəlmədə rolu azdır. Yerin 
səthinin çox hissəsi əsasən çökmə süxurlarla örtülüdür. 
Çökmə süxurlar – bərk kristal süxurların və ya müxtəlif orqanizmlərin qalıqlarının aşınma məhsullarıdır. 
Onlar üç qrupa bölünürlər:  qırıntı çöküntülər,  kimyəvi çöküntülər  və  biogen çöküntülər. Kimyəvi və biogen 
mənşəli çökmə süxurlar arasında karbonatlı çöküntülər - əhəng, mergel, dolomit, təbaşir torpaqəmələgəlmədə 
əhəmiyyətli rol oynayır. 
Dördüncü dövrdən  əvvəl  əmələ  gəlmiş  qədim çökmə süxurlar, vaxt keçdikcə kövrəkliyini, məsaməliyini 
itirmiş  və  bərk süxurlara çevrilmişdir. Qədim çökmə  və  bərk kristallik süxurları yaşına görə bir qrupda, 
dördüncü dövrə qədərki və ya ana süxurlar adı altında birləşdirirlər. Cavan çökmə süxurlar dördüncü dövrdə ana 
süxurların aşınması  və onların su, külək və buz vasitəsilə parçalanmış  məhsullarının çökməsi nəticəsində 
formalaşmışdır. Onların yaranması indi də davam etməkdədir. Sıx ana süxurlardan fərqli olaraq onlar 
torpaqəmələgəlmə üçün əlverişli xassələri, kövrək olmaları, məsaməliyi, sukeçiriciliyi, susaxlama və uduculuq 
qabiliyyəti ilə səciyyələnir. 
Torpaqəmələgətirən süxurların formalaşması dağ süxurlarının aşınması,  aşınma məhsullarının daşınması və 
çökdürülməsi prosesləri ilə əlaqədardır. 
 
§ 7. Aşınma 
 
Aşınma – dağ süxurları və onları təşkil edən mineralların atmosfer, hidrosfer və biosfer amillərinin təsiri 
altında kəmiyyət və keyfiyyətcə dəyişməsindən ibarət mürəkkəb və müxtəlif proseslərin məcmusudur. 
Dağ süxurlarında aşınma proseslərinin baş verdiyi horizontlara aşınma qabığı deyilir.
 
Aşınma qabığında iki 
zona fərqləndirilir: birinci, səthi və ya müasir aşınma zonası, ikinci, iç və ya qədim aşınma zonası. 
Torpaqəmələgəlmə prosesinin baş verdiyi müasir aşınma qabığının qalınlığı 1-2 sm-dən 2-10 m arasında 
dəyişir. Aşınma prosesinin üç formasını fərqləndirirlər: fiziki, kimyəvi və bioloji. 
Fiziki aşınma – kimyəvi tərkibini dəyişmədən dağ süxurlarının və mineralların mexaniki parçalanmasıdır. 
Fiziki aşınma  əvvəlcə  səthdə başlayır. Burada sutkalıq və mövsümi temperaturun böyük qradiyenti yaranır. 
Tədricən aşınma süxurun daha dərin qatlarını  əhatə edir və sabit temperatur qurşağında sönür. Temperatur 
tərəddüdünün böyük amplitudası  şəraitində  aşınmanın intensivliyi daha böyük olur; məsələn, isti səhralarda 
süxurun səthi bəzən 60-70
0
C-yə kimi qızır, gecə temperatur 0
0
C-yə kimi aşağı düşür. 
Suyun olması  şəraitində fiziki aşınma sürətlənir. Su dağ süxurlarının çatlarına dolaraq orada böyük gücə 
malik kapilyar təzyiq yaradır. Suyun daha böyük dağıdıcı qüvvəsi donma zamanı üzə  çıxır: su donduqda öz 
həcminin 1/10-i qədər genişlənir və dağ süxurları çatlarının divarlarına böyük təzyiq göstərir. 
Arid iqlim vilayətlərində analoji işi çatlara dolub, orada kristallaşan duzlar yerinə yetirir. Belə ki, anhidrid 
(CaSO
4
) su ilə birləşərək, həcmini 33% artıraraq gipsə (CaSO

· 2H
2
O)
 
çevrilir.  
Fiziki aşınma nəticəsində dağ süxuru suyu və havanı özündən buraxmaq və onların bir hissəsini özündə 


 
42
saxlamaq qabiliyyətində olur. Fiziki aşınma dağ süxurlarını parçalamaq və yumşaltmaqla onların ümumi səthini 
artırır. Bu da kimyəvi aşınma üçün əlverişli şərait yaradır. 
Kimyəvi aşınma – dağ süxurlarının və mineralların yeni mineral və birləşmələrin yaranması ilə müşahidə 
olunan kimyəvi dəyişməsi və parçalanmasıdır. 
Bu prosesin vacib amilləri su, karbon qazı  və oksigendir.
 
Su dağ süxurlarının və mineralların güclü 
həlledicisidir.
 
Mineralların su vasitəsilə parçalanması temperaturun qalxması və karbon qazı ilə zənginləşməsi 
hesabına sürətlənir.
 
Karbon qazı suyun turşuluğunu artırır ki, bu da onun mineralları dağıtma təsirini 
gücləndirir.
 
Mineralların kimyəvi parçalanmasının gedişatına temperatur da təsir edir. Temperaturun hər 10
0

artması kimyəvi reaksiyanın sürətini 2-2,5 dəfə artırır.
 
Məhz bu səbəbdən kimyəvi aşınma ekvatorial 
vilayətlərdə sürətlə, qütb vilayətlərində isə əksinə, zəif formada təzahür edir.
 
Dağ süxurlarının tərkibində CO
2
 
və başqa maddələr olan su vasitəsilə  həll olması təbiətdə geniş yayılmışdır.
 
Belə ki, 25
0
C temperaturda 1 litr 
suda 0,0145 q kalsit həll olur, lakin suda CO

olması CaCO

bikarbonata keçməsi səbəbindən onun həll olmasını 
kəskin şəkildə yüksəldir. 
 
Ca CO
3
 + CO
2
 + H
2
O ←→ Ca (HCO
3
)
 2 
 
Tərkibində duzlar, xüsusən də xloridli duzlar olan suda mineralların həll olması yüksəlir. 
Suyun maqmatik süxurların mineralları ilə əsas kimyəvi reaksiyası olan hidroliz kristallik qəfəsin qələvi və 
qələvi-torpaq elementlərinin kationlarını suyun dissosasiya olunmuş molekulunun hidrogen ionu ilə  əvəz 
etməsindən ibarətdir. Ortoklaz üçün bu reaksiyanı sxematik olaraq aşağıdakı kimi göstərmək olar: 
 
KAlSi
3
O
8
 + H
2
O  → H AlSi
3
O

+ KOH 
 
Bu reaksiya nəticəsində  əmələ  gəlmiş  qələvi (KOH) məhlulun qələvi reaksiyasını  şərtləndirir. Bu qələvi 
məhlulun təsiri altında ortoklazın kristallik qəfəsinin dağılması davam edir. KOH qələvisi CO
2
-nın iştirakı ilə 
karbonata çevrilir: 
 
2 KOH + CO

= K
2
CO
3
 + H
2

 
 
Su hissəciyinin mineral hissəciyinə birləşməsi ilə müşahidə olunan kimyəvi reaksiya - hidratasiya  da 
suyun iştirakı ilə baş verir, məsələn: 
2Fe
2
O
3
 + 3H
2
O = 2 Fe
2
O

· 3H
2

 
 
 Hidratasiya 
tərkibinə görə mürəkkəb minerallarda – silikat və alümo- silikatlarda da müşahidə olunur. 
 
Oksidləşmə - aşınma zonasında geniş yayılmış reaksiyadır. Oksidləşməyə tərkibində oksidləşmənin ən 
aşağı  dərəcəsində olan dəmir və başqa elementlər olan çoxsaylı minerallar məruz qalır.
 
Aşınma zamanı 
oksidləşmə reaksiyasına nümunə kimi sulfidlərlə su mühitindəki molekulyar oksigenin qarşılıqlı  təsirini 
göstərmək olar. Belə ki, piritin oksidləşməsi zamanı sulfitlər və  dəmir oksidinin hidratları ilə    yanaşı yeni 
mineralların yaranmasında iştirak edən sulfat turşusu da yaranır: 
 
2FeS
2
 +7O
2
 + 2H
2
O = 2FeSO
4
 + 2H
2
SO
4

12 FeSO

+ 6H
2
O + 3O

= 4 Fe
2
 (SO
4
)
3
 +4Fe (OH)
3

2 Fe
2
 (SO
4
)
3
 + 9 H
2
O = 2 Fe
2
 O
3
 · 6 H
2
 SO
4

 
 
 
Oksidləşmə prosesində dağ süxurlarının ilkin rəngi dəyişir, sarı, qonur, qırmızı çalarlar əmələ  gəlir. 
Oksidləşməyə daha çox məruz qalmış süxurlar (məsələn, ferralit aşınma qabığı ) torpağa məxsus məsaməlik 
əldə edirlər. 
Kimyəvi aşınma nəticəsində mineralların fiziki vəziyyəti də dəyişir və onların kristal qəfəsi dağılır. Süxur 
yeni (törəmə) minerallarla zənginləşir və rabitəlilik,  rütubət tutumu, uduculuq qabiliyyəti və başqa xassələr əldə 
edir. 
Bioloji aşınma – dağ süxurlarının və mineralların orqanizmlərin və onların həyat fəaliyyətlərinin təsiri 
altında mexaniki parçalanması  və kimyəvi dəyişməsidir.
 
Yerin üst qatlarındakı dağ süxurlarının 
parçalanmasında canlı orqanizmlər fəal surətdə iştirak edir.
 
Biosferin indiki inkişaf mərhələsində təmiz abiotik 
(cansız) mexaniki və kimyəvi aşınma prosesi yoxdur.
 
Bioloji aşınma zamanı orqanizmlər süxurdan öz 
bədənlərini qurmaqdan ötrü  mineral maddələri mənimsəyir və onları süxurların üst horizontlarında 
akkumulyasiya edirlər. Bununla da torpaqların formalaşmasından ötrü şərait yaradırlar. Orqanizmlərin dağ 
süxurlarında məskən salması ilə onun aşınması xeyli sürətlənir. Bitki kökləri və mikroorqanizmlər xarici mühitə 
karbon qazı  və müxtəlif turşular buraxırlar ki, onlar da minerallara dağıdıcı  təsir göstərir. Nitrofikasiya 
bakteriyaları azot turşusu, tion bakteriyaları isə kükürd turşusu ifraz edirlər. Bu turşular bir sıra mineralları həll 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə