Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə23/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   190

 
43
edir və aşınma prosesini sürətləndirir. 
Sübut olunub ki, diatom yosunları silisium oksidindən öz qınını qurarkən alümosilikatları parçalamaq 
iqtidarındadırlar.
 
Silikat bakteriyaların
 
(Meghatherium) selikli ifrazatları çöl şpatını parçalayır.  Pensilillium 
cinsindən olan göbələklər ilkin mineralları parçalayan maddə ifraz edirlər. 
Dağ süxurlarının bioloji aşınmasında  şibyələrin  əhəmiyyətli yeri var. Bu canlılar karbon qazı  və spesifik 
turşular ifraz etməklə dağ süxurlarının parçalanmasını sürətləndirirlər.  Şibyənin lifləri çatlara daxil olaraq 
süxurları həm mexaniki, həm də kimyəvi dağılmaya məruz qoyur. 
Bitkilər kimi heyvanlar da dağ süxurlarını mexaniki parçalyır və öz ifrazatları ilə onları kimyəvi aşınmaya 
məruz qoyur. 
Aşınma zamanı parçalanmanın xarakteri mühit şəraitindən, süxurların mineraloji tərkibindən, o cümlədən 
SiO
2
 miqdarından asılıdır. Sonuncu aşınma məhsullarının tərkibində özünü göstərə bilər. Belə ki, turş süxurların 
aşınmasından qum və qumsallar, neytral süxurlardan gillicələr, qələvi süxurların aşınmasından isə gil və 
gillicələr törəyir. 
Müxtəlif süxur və mineralların aşınma prosesinə davamlılığı eyni deyil. Aşınma prosesinə daha davamlı 
metamorf süxurlar, zəif davamlı isə çökmə süxurlar hesab edilir. Aşınma prosesinə özünün yüksək məsaməliyi 
və minerallarının tərkibinə görə seçilən vulkanik kül (slyuda və s.) daha çox məruz qalmışdır. Minerallar 
içərisində  aşınmaya kvars daha çox davamlıdır. Ona görə  də o, aşınma qabığında toplanır. Tərkibində  dəmir 
oksidləri olan minerallar aşınmaya daha zəif davamlıdır.  
Aşınma zamanı ilkin mineralların parçalanmasına paralel törəmə minerallar da yaranır. Aşınma prosesinin 
inkişafında məhlulun duz tərkibi, mühitin reaksiyası (pH), oksidləşmə-reduksiya reaksiyası da əhəmiyyətli rol 
oynayır.
 
Aşınma prosesinin intensivliyi iqlim amillərindən, ilk növbədə temperaturdan və yağıntıların 
miqdarından asılıdır. Quru iqlim şəraitində aşınmanın həll olan məhsulları toplanır, rütubətli iqlim şəraitində isə 
yuyulub kənar olur. Ona görə  də yer kürəsində mineraloji tərkibinə görə bir-birindən fərqlənən müxtəlif tip 
aşınma qabığı əmələ gəlmişdir. 
Aşınma qabığının iki əsas tipini ayırırlar: birincisi, sialitli, mülayim rütubətli iqlim regionlarında 
yayılmışdır. Bu tip aşınma qabığı üçün əsasən montmorillonit qrupundan olan gilli mineralların, və 
hidroslyudanın yaranması, daha dayanaqlı ilkin mineralların saxlanması  səciyyəvidir.  İkincisi, rütubətli 
subtropik və tropik iqlim şəraitində formalaşan  allitli  aşınma qabığıdır ki, onun üçün dəmir və alüminiumun 
hidroksid qrupundan olan törəmə mineralların hakim olması, ilkin mineralların (kvarsdan başqa) tam 
parçalanması, əsasların və silisiumun yuyulması səciyyəvidir. Gilli minerallar daxilində kaolinit və ya qaluazit 
üstünlük təşkil edir. 
 
 
§ 8. Əsas torpaqəmələgətirən süxurlar 
 
Əsas torpaqəmələgətirən süxurlara yumşaq çökmə süxurlar aid edilir.
 
Onların üzərində hər yerdə torpaqlar 
inkişaf etmişdir.
 
Dördüncü dövrün çökmə süxurları genezisindən və formalaşma  şəraitindən asılı olaraq 
tərkibinin müxtəlifliyi, quruluşu, kiplik və digər xassələrinin müxtəlifliyi ilə  səciyyələnir ki, bu da 
formalaşmaqda olan torpaqların torpaqəmələgəlmə xüsusiyyətlərində
 
və münbitliyində  əhəmiyyətli dərəcədə 
əks olunur. 
Aşağıda dördüncü dövrün çökmə süxurlarının əsas genetik tiplərinin təsviri verilmişdir. 
Elüvial süxurlar və ya elüvi - ana süxurların aşınma məhsulları olub, yarandığı yerdə toplanırlar. Elüvi 
dağlıq vilayətlərdə və düzən sahələrdə formalaşır. İlkin süxurun xassələrindən, iqlim və relyef şəraitindən asılı 
olaraq elüvial süxurlar tərkibinə  və qalınlığına görə müxtəlif olur. Elüvial çöküntülər üçün ana süxurla sıx 
əlaqənin olması, yumşaq xırda dənəvər kütlənin tədricən bərk süxurlara keçməsi səciyyəvidir.   
Elüvial süxurların torpaqəmələgəlmədə  əhəmiyyəti onun xassələri ilə müəyyən edilir. Rusiyanın qeyri-
qaratorpaq zonasında karbonatlı süxurların elüvisində  məhsuldar çimli torpaqlar formalaşmışdır. Yuxa elüvi 
üzərində formalaşmış torpaqlar çınqıl tərkibi ilə seçilir. Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq 
ərazilərində, həmçiinin Murovdağ və Şahdağ silsilələrində kobud qırıntılardan ibarət şistli-qumlu tərkibli elüvial 
süxurlar yayılmışdır (M.Salayev, 1991). 
Delüvial süxurlar və ya delüvi –  yağış və ərinti suları vasitəsilə yamaclarda çökdürülmüş gətirmələrdir. 
Delüvi meylli şleyf  şəklində çökdürülür. Şleyfin yuxarı hissəsində çöküntülər çox vaxt kobud qırıntılardan, 
aşağı hissəsində isə tozvari və gilli materiallardan ibarət olur. Səthi yamac axınlarının zəiflədiyi yamacın 
dibində delüvial çöküntülər daha qalın olur.  
Delüvi üçün  çöküntülərin çeşidlənməsi və lay-lay düzülməsi daha səciyyəvidir. Çeşidlənməmiş və laysız 
süxurlar da təsadüf olunur. Tərkibinə görə delüvi müxtəlifdir. 
Delüvial süxurlar dağətəyi vilayətlərdə, xüsusən də Böyük Qafqazın cənub yamacında yayılaraq müxtəlif torpaqlar 
üçün ana süxur rolunda çıxış edir. 
Prolüvial süxurlar və ya prolüvi - dağlıq ərazilərdə, dağların ətəyində müvəqqəti, lakin güclü sel və su 


 
44
axınlarının fəaliyyəti nəticəsində yaranır. Prolüvi tərkibi çeşidlənməmiş  və  əsasən də iri daş-kəsək 
materiallarından ibarət olur. Delüvi və prolüvi çox vaxt qarışaraq delüvial-prolüvial çöküntülər əmələ gətirir. Bu 
cür çöküntülər sel axınlarının müşahidə olunduğu Böyük Qafqazın cənub yamacları və qismən Naxçıvan MR 
üçün səciyyəvidir. 
Allüvial süxurlar və ya alüvi - çay daşqınları zamanı çökdürülmuş çöküntülərdən (subasar və ya çaybasar 
alüvi) ibarətdir. Allüvial süxurlara çayların dib çöküntüləri də aid edilir. Dib çöküntüləri müxtəlif dənəvərliyə 
malik qumlardan ibarət olur. 
Subasar alüvi başlıca olaraq gillicəli və gillidir. Düzən çaylardan fərqli olaraq dağ çayları yalnız məcra 
alüvisini formalaşdırır. 
Allüvial süxurlar üzərində formalaşmış torpaqlar yüksək məhsuldarlığı ilə seçilir. Azərbaycan  ərazisində 
allüvial çöküntülərin  ən geniş yayıldığı  ərazi Kür-Araz ovalığı hesab olunur. Bununla belə, digər regionların 
(Böyük və Kiçik Qafqaz, Lənkəran) iri və orta böyüklüklü çayların (Katex, Qanıx, Lənkəran, Tərtər və s.) 
subasar hissələrində allüvial çöküntülər yayılmışdır. 
Göl çöküntüləri - qədim relyefin çökəkliklərini doldurur. Bu süxurlar gil tərkibi, lay-lay olması ilə 
fərqlənir. Göl çöküntülərində çox tez-tez üzvi qatın olması, CaCO
3
 və quru vilayətlərdə gips və asan həll olan 
duzların toplanması da müşahidə olunur. Asan həll olan duzların toplanması göl çöküntülərini  şoranlaşdırır. 
Duzlu göllər quruyaraq şoranlar əmələ gətirir. Abşeron və Kür-Araz ovalıqlarında bu cür göllərə tez-tez təsadüf 
etmək mümkündür. 
Buzlaq və ya moren çöküntüləri  - buzlaqlar tərəfindən müxtəlif süxurların yeri dəyişdirilmiş  və 
çökdürülmüş  aşınma məhsullarıdır. Bu süxurlar Rusiyanın Avropa hissəsinin  şimalında, Qərbi Sibirdə  və 
Kanadada geniş yayılmışdır. Azərbaycanda buzlaq çöküntülərinə Böyük və Kiçik Qafqazın yüksək dağlıq 
ərazilərində təsadüf olunur. Talış dağlarında buzlaq çöküntülərinin müşahidə olunmaması, bu ərazinin sonuncu 
buzlaşmaya məruz qalmaması ilə  əlaqədar olmuşdur. Morenlər üçün aşağıdakı xüsusiyyətlər səciyyəvidir: 
çeşidsizlik, qranulometrik
 
tərkibin müxtəlifliyi, tərkibində iri qaya parçalarının (valunların) olması, qum 
fraksiyalarının çoxluğu, qırmızı-qonur və nadir hallarda sarı-qonur və başqa rəngdə olması. 
Çöküntülərin rəngi buzlaqaltı süxurların xarakterindən, aşınma və torpaqəmələgəlmə    şəraitindən asılıdır. 
Qleyləşmə zamanı morenlərin rəngi boz-yaşılımtıl çalar alır. 
Qranulometrik tərkibinə görə morenlər müxtəlifdir. Lakin qumlu gillicələrlə daha geniş təmsil olunmuşdur. 
Kimyəvi tərkibinə görə  karbonatlı və karbonatsız morenlər bir-birindən fərqləndirilir. Karbonatlı morenlər lokal 
şəkildə, əsasən də Rusiyanın qeyri-qaratorpaq vilayətlərində (Novqorod, Voloqda və Pskov) yayılmışdır. Tərkib 
və xassələrinə görə karbonatlı morenlər bitkilərin inkişafı üçün əlverişlidir. Bu süxurlar üzərində torpaqların zəif 
və orta podzollu növləri, həmçinin münbit çimli-karbonatlı torpaqlar yayılmışdır. Karbonatsız moren 
çöküntüləri podzollaşma prosesinin yaranmasına yardım edir və bu süxurlar üzərində orta – və  şiddətli 
podzollaşmış torpaqlar inkişaf etmişdir. Süxurun tərkibində iri qaya parçalarının artması torpaqların xassələrini 
pisləşdirir. 
Flüvialqlasial və ya su-buzlaq çöküntülərinin yaranması güclü buzlaq axınlarının fəaliyyəti ilə bağlıdır. 
Bu axınlar moren çöküntülərini qarışdıraraq buzlaqların kənarlarında çökdürmüşdür. 
Flüvialqlasial süxurlar üçün çeşidlilik, lay-lay düzüm, tərkibində valunların olmaması, karbonatsızlıq, 
əsasən qumlu, qunlu-çınqıllı  tərkib səciyyəvidir. Bu süxurlar Rusiyanın Avropa hissəsinin tayqa – meşə 
zonasında geniş yayılmışdır. Flüvialqlasial süxurlar üzərində formalaşmış torpaqlar aşağı münbitliyi ilə seçilir. 
Bu torpaqlarda humus və qida maddələri məhduddur, az sututumludur. Çox vaxt flüvialqlasial gətirmələrin 
yuxarı qatı (50-60 sm -ə qədər) gillicə və gillərlə örtülü olur. Bu da  süxurla təmasda suyun durub qalmasına və 
qleyləşməyə səbəb olur. Qapalı çökəkliklərdə flüvialqlasial süxurların gil təbəqəsi ilə örtülməsi bataqlıqlaşmaya 
və bataqlıq-podzollu torpaqların yaranmasına gətirib çıxarır. 
Örtük gillicələri - buzlaq çöküntüləri zonasında yayılmışdır və onlara buzlaqlara yaxın  ərazilərdə dayaz 
ərinti sularının çökdürdüyü süxurlar kimi baxılır. Rusiyanın qeyri-qaratorpaq zonasının  mərkəzi vilayətlərində 
geniş yayılmışdır. Onlar adətən, morenlərin üstündə örtük əmələ  gətirirlər ki, buradan da onların adı 
yaranmışdır. 
Örtük gillicələri moren gillicələrindən fərqli olaraq sarı-qonur rəngi, yaxşı seçilən çeşidliyi, tərkibində toz 
fraksiyasının üstünlüyü və valunların olmaması ilə  səciyyələnir. Qranulometrik tərkibinə görə bu torpaqlar  
əksər hallarda ağır və orta gillicəlidir. Burada iri toz (0,05 0,01 mm) və lil (<0,001 mm) fraksiyaları üstünlük 
təşkil edir. Bununla əlaqədar örtük gillicələri nəm halında çox şişir, quru halında isə ayrı-ayrı,  qozvari və 
prizmaşəkilli hissəciklərə parçalanır, yüksək kipliyi, zəif sukeçiriciliyi və yüksək kapillyarlığı ilə seçilir. 
Kimyəvi tərkibinə görə  əsasən karbonatsızdır. Örtük gillicələri üzərində podzollu, çimli-podzollu, boz meşə 
torpaqları inkişaf etmişdir.  
Löss və lössabənzər gillicələr - müxtəlif genezisə malikdirlər. Onların ümumi cəhəti açıq sarı  və ya 
qonurvari – açıq sarı rəngdə olmaları, karbonatlılığı, iri toz fraksiyalarının (0,05-0,01 mm) üstünlük təşkil etdiyi 
tozvari-gillicəli qranulometrik tərkibi, məsaməliyi, yumşaqlığı, mikroaqreqatlığı, yaxşı sukeçiriciliyidir. 
Kimyəvi və su-fiziki xassələrinə görə bu süxurlar bitkilərin inkişafı üçün əlverişlidir.  Əlverişli iqlim 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə