Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə21/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   190

 
39
əlamətlərinə görə  və  əl ilə yoxlanılmaqla müəyyən edilir. Torpağın qranulometrik tərkibinin dəqiq müəyyən 
edilməsindən ötrü laboratoriya metodlarından istifadə edilir. 
Torpağın strukturu. Torpağın bölünə bildiyi hissələrə (aqreqatlara) torpağın strukturu deyilir. Onlar öz 
aralarında birləşmiş mexaniki elementlərdən ibarətdir. Struktur elementlərin forması, ölçüləri və keyfiyyət 
tərkibi müxtəlif torpaqlarda, həmçinin eyni torpağın müxtəlif horizontlarında eyni deyildir. 
Strukturun üç əsas tipi fərqləndirilir: kubşəkilliprizmaşəkilli və plitəşəkilli. Hər üç tip müxtəlif ölçülü daha 
kiçik vahidlərə ayrılır. 
Struktur aqreqatları ölçülərindən asılı olaraq aşağıdakı qruplara bölünürlər:  kəltənli – 10 mm-dən çox
makrostruktur – 10-0,25 mm; kobud mikrostruktur – 0,25- 0,1 mm; narın mikrostruktur – 0,01 mm-dən kiçik. 
Torpaq strukturlu və ya struktursuz ola bilər. Strukturlu torpaq və ya süxur kütləsi bu və ya digər forma və 
ölçülərə malik hissələrə bölünür. Struktursuz  torpağı  təşkil edən mexaniki elementlər ya ayrı-ayrılıqda, iri 
aqreqatlarda birləşməmiş  şəkildə olur və ya əksinə, sıx birləşərək başdan – başa sementləşmiş kütlə  əmələ 
gətirir. Struktursuz hala tipik nümunə olaraq – yumşaq qumu göstərmək olar. Strukturlu və struktursuz torpaqlar 
arasında strukturluğun zəif göründüyü keçid hallar da mövcuddur. 
İstənilən torpaq horizontunda struktur elementləri eyni ölçüdə  və formada olmurlar. Əksər hallarda 
horizontlarda struktur qarışıq şəkildə olur: topavari-dənəvər, topavari-tozvari, topavari-pərdəşəkilli-tozvari və s. 
Torpaqların müxtəlif genetik horizontları üçün strukturun müəyyən forması səciyyəvidir. Məsələn, topavari 
və dənəvər struktur çimli horizont üçün, pərdə-vərəqşəkilli struktur elüvial, qozvari struktur –illüvial horizont 
üçün səciyyəvidir. 
Torpaq strukturunun qiymətləndirilməsi zamanı onun morfoloji anlayışını aqronomik anlayışından 
fərqləndirmək lazımdır. Morfoloji baxımdan struktur aqreqatların formasını  nəzərdə tutur, məsələn, illüvial 
horizontun qozvari strukturu, humuslu horizontun dənəvər strukturu və s. Aqronomik baxımdan torpaq o zaman 
strukturlu hesab edilir ki, onu təşkil edən ölçüsü 10 - 0,25 mm arasında dəyişən suyadavamlı topavari-dənəvər 
aqreqatların miqdarı 55 %-dən çox olsun. 
Torpağın kipliyi – torpağın sıxlıq və məsaməliyinin xarici ifadəsidir. Sıxlığına  görə torpaqlar aşağıdakı 
kimi fərqləndirilir:  
çox sıx –  kəsimi bellə qazmaq mümkün deyil,  ling və ya külüngdən istifadə tələb olunur; 
sıx – kəsimi qazmaqdan ötrü xeyli səy tələb olunur, lakin lingsiz və külüngsüz də keçinmək mümkündür. 
Gillicəli və gilli torpaqların illüvial horizontları üçün səciyyəvidir; 
yumşaq – kəsimi qazmaq asandır, bellə atılmış torpaq asanlıqla xırda hissəciklərə bölünür. Bu cür kiplik 
topavari-dənəvər struktura malik gillicəli və gilli torpaqlarda, qumlu və qumsal torpaqların üst horizontlarında, 
həmçinin yaxşı şumlanmış torpaqların əkin qatında müşahidə edilir. 
səpələnən – bu kiplik qumlu və qumsal torpaqlar üçün səciyyəvidir, belə ki, bu torpaqlarda mexaniki 
elementlər, adətən, bir-birinə yapışmır və quru halda səpələnən kütlə yaradır. 
Məsaməlik struktur elementlərin daxilində  və onlar arasındakı  məsamələrin forma və ölçüləri ilə 
səciyyələnir. Ölçüsündən və struktur elementlərin daxilində yerləşməsindən asılı olaraq  onların aşağıdakı tipləri 
fərqləndirilir: 
Narın məsaməli – torpaq  profili bu zaman diametri 1 mm –dən kiçik məsamələrlə örtülmüş olur; 
Məsaməli – məsamələrin ölçüsü 1- 3 mm arasında dəyişir;  
İri məsaməli – torpaqda ölçüləri 3 – 5 mm arasında dəyişən boşluqlara rast gəlmək mümkündür
Xırda dəlikli – boşluqların ölçüsü 5 -10 mm arasında dəyişir. Bu boşluqlar boz torpaqlar üçün səciyyəvi 
olan  yereşənlərin fəaliyyəti nəticəsində də yarana bilər. Bu cür məsaməlik əhəngli tuflar üçün də səciyyəvidir; 
 Dəlikli   –  boşluqların ölçüsü 10 mm-dən böyükdür. Əsasən subtropik və tropik torpaqlarda müşahidə 
edilir; 
Boruya oxşar- yereşənlərin fəaliyyəti nəticəsində boruya (kanala) bənzər boşluqlar olur. 
Torpağın quru halında struktur elementlər arasında məsamələrin yerləşməsindən asılı olaraq torpaq 
kipliyinin üç tipini ayrırlar: narın çatlı – boşluqların eni 3 mm –dən azdır; çatlı - boşluqların eni 3 – 10 mm 
arasında dəyişir; çatlaq - boşluqların eni 10 mm-dən çoxdur. 
Torpağın kipliyi torpaqların aqronomik qiymətləndirilməsi zamanı çox əhəmiyyətli göstəricidir. 
Yeni törəmələr və mədxullar (möhtəviyyat). Yeni törəmələr torpağın horizontlarında yaranan və toplanan 
müxtəlif formalı və kimyəvi tərkibli maddələrdir. Yeni törəmələr kimyəvi və bioloji mənşəli olur. 
Kimyəvi mənşəli  yeni törəmələr - torpaqda təzahür edən kimyəvi proseslər nəticəsində yaranır. Onlar 
müxtəlif növ kimyəvi birləşmələrdən ibarətdir. Bu birləşmələr ya yarandığı yerdə çökə, ya da torpaq nəmliyi ilə 
birgə üfüqi və şaquli istiqamətdə yerini dəyişməklə yarandığı yerdən bir qədər aralı məsafədə çökə bilər. 
Kimyəvi mənşəli yeni törəmələr asan həll olan duzlar, gips, əhəng, dəmir, alüminium və manqan oksidləri 
və başqa maddələrlə təmsil olunmuşlar. 
Bioloji (heyvan və bitki) mənşəli yeni törəmələrə aşağıdakı formalarda təsadüf olunur: soxulcan yuvaları - 
əyri-üyrü yollar; yumaqşəkilli kaprolitlər – yağış qurdlarının ifrazatı; köstəbək izləri – torpaq altında yaşayan 
heyvanların (sünbülqıran, köstəbək və s.) yuvaları; kök yoxuşları – bitkilərin çürümüş iri kökləri və s. 


 
40
Yeni törəmələr  əsasında torpaqların genezisi və aqronomik xassələri haqqında da fikir söyləmək 
mümkündür. Belə ki, torpağın üst horizontlarında tünd göy və paslı-oxralı  ləkələr həmin torpağın bataqlaşma 
şəraitində formalaşdığını göstərir. 
Mədxullara (möhtəviyyata) yaranması torpaqəmələgəlmə prosesi ilə əlaqədar olmayan torpaqdakı üzvi və 
mineral mənşəli cisimlər aid edilir. Mədxullara daş parçaları, balıqqulağı, heyvan sümükləri, kərpic və  şüşə 
qırıqları, kömür və s. aidir. 
Torpaq profilinin mikromorfoloji əlamətləri. Makromorfoloji əlamətləri ilə yanaşı, torpaq profili 
mikromorfoloji əlamətləri ilə də səciyyələnir. Torpağın bu əlamətləri alman torpaqşünası V.Kubiyen tərəfindən 
işlənmiş və başqa torpaqşünaslar (Myukenhauzen, Yarilov, Parfyonova, Dobrovolski) tərəfindən detallaşdırlmış 
metodlar vasitəsilə  tədqiq edilmişdir. Bu metod quruluşu pozulmamış torpaq şliflərinin mikroskop altında 
öyrənilməsinə əsaslanır. Mikromorfoloji metod torpağın mikroquruluşunun – məsaməliyin xarakterini, torpağın 
ayrı-ayrı komponentlərinin xüsusiyyətlərini aşkar etməyə yardım edir. 
Şliflərdə torpağın  skelet  və  plazmasını ayırırlar. Skelet ölçüsü 2 mkm –dən böyük olan minerallardan 
ibarətdir. Skelet  əsasən torpağın müxtəlif ilkin minerallarından ibarət olur. Plazma isə ölçüsü 2 mkm-dən kiçik 
narın hissəciklərdən, gilli minerallardan, dəmir və alüminium törəmə silisiumsuz oksidlərindən və  humusdan   
ibarətdir. Tərkibindən asılı olaraq o, aşağıdakı birləşmələrə bölünür: gilli, humuslu-gilli, karbonatlı-gilli, 
dəmirli-gilli. Torpaq şliflərində məsamələrin, aqreqat və müxtəlif yeni törəmələrin xarakteri yaxşı görünür.  
 
 
 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə