Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə18/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   190

 
34
antiqravitasion istiqamətə malik olur.
 
Bu prosesin miqyası torpaqda fəal uducu köklərin və ölmüş bitki 
qalıqlarının lokallaşmasının xarakterindən asılıdır. Bu yerdəyişmə meşə ekosistemlərində daha yüksək dərəcədə 
özünü göstərir.  
Torpaqəmələgəlmənin ümumi sxemində torpaq proseslərinin inkişaf sürəti və torpaq əlamətlərinin zaman 
daxilində formalaşması ilə bağlı məsələlər əhəmiyyətli yer tutur.
 
Torpaqların inkişafının başlanğıc mərhələsində 
bioloji dövranın həcminin və torpaq proseslərinin təzahürünün genişlənməsi nəticəsində hər hansı bir əlamətin 
kəmiyyət səviyyəsi, məsələn, profilin müəyyən hissəsində humusun miqdarı,  əvvəlcə  əyri xətt üzrə  tədricən 
artacaq, sonra onun toplanmasının sürəti aşağı düşərək, daha sonra müəyyən səviyyədə, həmin  əlaməti 
formalaşdıran amillərin müvazinətinə uyğun olaraq sabitləşəcəkdir.
 
Əgər torpaq əsas  əlamətlərinə (humusun 
ayrı-ayrı horizontlarda miqdarına, horizontların qalınlığına və s.) görə müvazinət halına çatıbsa - tarazlaşıbsa, 
həmin torpaq öz həyatında növbəti mərhələyə - yetkinlik və ya klimaks mərhələsinə çatmışdır. Lakin nəzərə 
almaq lazımdır ki, torpaq profilinin müxtəlif  hissələrində müxtəlif əlamətlərin müvazinət əldə etməsi müxtəlif 
vaxtlarda baş verir (şəkil 3). 
Məsələn, torpağın 5-10 sm-lik qatında humusun tarazlaşmış miqdarı bir neçə onillik ərzində əldə edildiyi halda, profilin 
həmin hissəsində silikatların parçalanması və parçalanmış məhsulların toplanması yüz illər ərzində davam edə bilər.  
Torpağın formalaşma mərhələsi yüz, min və daha çox illər  ərzində baş verir.
 
Bu müddət  ərzində 
torpaqəmələgətirən amillər, məsələn, iqlim də  əhəmiyyətli dərəcədə  dəyişə bilər.
 
Belə halda ayrı-ayrı 
əlamətlərinə görə klimaks halına çatmış torpaq, bu əlamətlərə görə yenidən tarazsızlıq halına keçərək, şəraitin 
dəyişməsi səbəbindən yenidən inkişaf fazasına qədəm qoyacaqdır.
 
Bu zaman əvvəlki torpaqəmələgəlmə 
şəraitindən yeni şəraitə tamamilə uyğun gəlməyən bəzi  əlamətlər də qala bilər.
 
Buna torpağın  poligenetikliyi 
deyilir. Bütün əkin torpaqları poligenetikdir, belə ki, onların kənd təsərrüfatında mənimsənilməsi ilə  təbii 
torpaqəmləgəlmə şəraitindən tamamilə fərqli olan və torpağı əsaslı şəkildə dəyişdirən torpaqəmələgəlmənin yeni 
şəraiti fəaliyyətə başlayır. 
Beləliklə, torpağın uzun və mürəkkəb inkişaf mərhələsi praktiki olaraq sonsuz davam edir və yalnız Yerdə 
həyatın məhv olması ilə kəsilə bilər. Lakin torpaqəmələgətirən amillərin uzun sabitliyi şəraitində torpaqlar xarici 
amillərlə tarazlığa yaxın  vəziyyət  əldə edə bilərlər.
 
Bu da özünü torpağın xassə  və rejimlərinin nisbi 
sabitliyində göstərir. Bu halda elə hesab etmək olar ki, torpaq növbəti inkişaf fazasına – yetkinlik halında 
fəaliyyət mərhələsinə qədəm qoymuşdur. 
Yetkin torpaqlar (3-cü mərhələ) üçün təbii biogeosenozlarda hər tsikli özündən  əvvəlki tsikli təxminən 
təkrarlayan bioloji dövranın olması  səciyyəvidir. Bu zaman dövrana əvvəllər bioloji dövrandan keçmiş 
birləşmələr və elementlər cəlb olunur. Bu mərhələdə torpaqəmələgətirən süxurların minerallarından ayrılan 
elementlər bioloji dövrana cəlb olunursa da, bu, kiçik miqyasda baş verir. 
 
Şəkil 3. Formalaşma prosesində torpağın ayrı-ayrı əlamətləri üçün müvazinətin yaranma vaxtı: 1- a əlamət 
üçün klimaks halı 
1

t
, 2 – a əlamət üçün klimaks halı 
2

t
- zamınında çatır, 3 – halı üçün klimaks halı 
yaranmır. 
 
Qeyd etmək lazımdır ki, bioloji tsikllərin tam dönərliyi, qapalılığı mövcud deyildir. Hansısa elementin bir 
hissəsi bu və ya digər yollarla (məkan baxımından və ya transformasiya vasitəsilə) dövrandan  çıxa bilər.
 
Məsələn, meşə döşənəyindən elementlərin bir hissəsi geri qaytarılmadan səth axınları vasitəsilə senozlardan 
kənar olur.
 
Lakin bu itkilər mineralların tərkibindən defisit elementlərin bioloji dövrana cəlb edilməsi hesabına 
kompensasiya olunur.  
Torpaqların tarazlaşmış funksional fəaliyyəti mərhələsində  bütün qruplardan olan proseslər (mikro-, mezo 
1
2
3
1

 
2

 
  
Яламятин
 юзц
нц
 эюстя
рмя
 ся
-
виййяси


 
35
– və makroproseslər, bioloji, abiotik və s.) realizə olunur. Əvvəlki mərhələdə olduğu kimi onlar məkan və 
zaman daxilində uzlaşaraq, məcmu halda biogeokimyəvi dövranı  təşkil edirlər. Bu mərhələdə biogeokimyəvi 
dövran təbii ekosistemlərin və onların vacib komponenti olan torpağın xassələrinin təkrar istehsalına səbəb olur. 
Bu təkrar istehsal torpaqların tarazlaşmış funksional fəaliyyəti mərhələsində onların nisbi sabitliyini təmin edir. 
Torpaqlardan kənd təsərrüfatı istifadəsi şəraitində bu tarazlıq pozulur. Bu da onların dəyişkənliyinə gətirib 
çıxarır.
 
Torpaq örtüyündən torpaqəmələgəlmənin qanunlarını  və onların  konkret şəraitdə  təzahürünü nəzərə 
almaqla səriştəli istifadə, yüksək mədəni kənd təsərrüfatı istehsalı  şəraitində xüsusi torpaqyaxşılaşdırıcı 
tədbirlərin görülməsi torpaq münbitliyinin geniş təkrar istehsalına gətirib çıxarır.  
§ 3. Torpaqəmələgəlmənin energetikası 
 
Torpağa daxil olan enerjinin əsas və praktiki olaraq yeganə mənbəyi günəş radiasiyasıdır.
 
Bütün Yer səthi il 
ərzində Günəşdən, təqribi hesablamalara görə, 21·10
20
C istilik alır. Bu enerjinin əsas hissəsi quru səthindən və 
okeandan suyun buxarlanmasına və iqlimin formalaşmasına, okean cərəyanlarının hərəkətinə  sərf olunur. 
Fotosintez edən orqanizmlər (yaşıl bitkilər) günəş enerjisinin yalnız 0,5-5% hissəsini mənimsəyir. 
V.R.Volobuyevin nəzərincə, təbii  şəraitlərdə günəş enerjisinin torpaqəmələgəlməyə  sərfi  əsasən 
biogeosenozun radiasiya balansı, nisbi nəmlik (yağıntıların buxarlanmaya nisbəti) və bioloji fəallıqla müəyyən 
olunur. 
Aqrokultura  şəraitində bu göstəriciyə  həmçinin torpağın istilik tutumu, onun faktiki nəmliyi (xüsusən də 
suvarma şəraitində) və kənd təsərrüfatı əkinlərinin məhsuldarlığı  təsir edəcəkdir.
 
Beləliklə, torpağın energetik 
parametri ilə iqtisadi münbitliyin parametri arasında əlaqənin olması güman edilir.
 
Bu onunla müəyyən edilir ki, 
torpağın energetikası  təkcə günəş enerjisinin daxil olması, dəyişdirilməsi və verilməsi ilə  əlaqədar deyildir, o 
həmçinin maddələrin biokimyəvi akkumulyasiyası, miqrasiyası və enerji-kütlə mübadiləsinin başqa formaları ilə 
bağlıdır. 
Enerji-kütlə mübadiləsinə nümunələr gətirək. Canlı maddə  və kristal qəfəsə daxil olan  bir mol su 
(V.R.Volobuyev) özü ilə 1542 C daxili enerji gətirir.
 
Canlı maddədə akkumulyasiya olmuş enerjinin miqdarı 
zonal və yerli torpaq-iqlim şəraitindən asılıdır. Belə ki, bir hektar enliyarpaq meşədə biokütlənin orta illik artımı 
54,5 sentner karbon və ya 22·10
7
 kC/ha, uyğun olaraq 1 hektar çəmən-bozqırda 2,5 sent. və ya 10·10
6
 kC/ha 
təşkil edir. Qurunun biokütləsində enerji ehtiyatı 6,15·10
19
 kC/ha və yerin humus təbəqəsində 5,33·10
19
 kC/ha-
dır. 
Torpaqəmələgəlmə və aşınma zamanı torpağın mineral hissəsində də əhəmiyyətli dərəcədə dəyişikliklər baş 
verir. Bu, ilkin mineralların parçalanması, törəmə mineralların sintezi və ilkin dağ süxurlarının dispers 
dərəcəsinin artması ilə əlaqədardır. 
Torpaqda akkumulyasiya olan enerjinin ümumi ehtiyatı onun əsas komponentlərinin – üzvi və mineral 
maddələrin, torpaq məhlulunun, torpaq havasında və canlı orqanizmlərdə sintez olunmuş enerji ehtiyatlarının 
cəmlənməsi ilə tapılır.  İl  ərzində  nəmlik və havanın, həmçinin üzvi maddənin kütləsi  əhəmiyyətli dərəcədə 
dəyişdiyinə görə, torpağın energetik rejiminə fəsli tsikldə baxmaq lazımdır.
 
Bu,  bioloji dövranın intensivliyinin 
artması ilə səciyyələnən mədəni torpaqəmələgəlmənin energetikasının dərk edilməsində xüsusilə əhəmiyyətlidir.  
V.R.Volobuyev mülayim və subtropik qurşaqların bəzi xam torpaqlarının humus və üzvi maddələrində 
akkumulyasiya olmuş enerji ehtiyatına dair aşağıdakı cədvəldə nümunələr gətirmişdir (cədvəl  2).  
 
Cədvəl 2 
 
Humus və bitki maddəsində enerjinin ehtiyatı (kC/sm
2
) 
(V.R.Volobuyev) 
 
Landşaft zonası və torpaq tipləri 
Humus, sm 
Bitki 
maddəsi 
0-20 0-100 
Səhra, boz torpaqlar 
4920 
13940 
2870 
Quru bozqır, şabalıdı torpaqlar 
11890 
35260 
6150 
Bozqır, qaratorpaqlar 
29520 
94300 
10250 
Cənubi tayqa, çimli-podzollu torpaqlar 
15990 
22140 
58425 
Enliyarpaq meşələr, qonur torpaqlar 
22140 
48380 

Subtropik meşələr, sarı, qırmızı 
torpaqlar 
19270 39770  292125 
Kserofit subtropik meşələr, qəhvəyi 
torpaqlar 
26240 62730 

 
V.A.Kovdanın nəzərincə, humusla bağlı enerji torpaqdakı mineralların kristallik qəfəsindəki ümumi 
enerjinin cüzi hissəsini təşkil etsə də, son dərəcə böyük əhəmiyyət kəsb edir.
 
O yazırdı: “Biosferin komponenti 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə