Baki universitetiNİn xəBƏRLƏRİ №4 Təbiət elmləri seriyası 2009



Yüklə 45,52 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü45,52 Kb.
#39288


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

 

           Təbiət elmləri seriyası   2009 

 

 



 

 

CƏNUB-ŞƏRQİ QAFQAZIN CƏNUB YAMACININ MÜASİR LANDŞAFTLARININ 



REKREASİYA POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ 

 

A.A.MƏMMƏDOVA 

Bakı Dövlət Universiteti 

ayka731@rambler.ru 

 

Məqalədə kompleks amillər nəzərə alınmaqla müasir dağ geokomplekslərinin rekrea-



siya məqsədi ilə  mənimsənilməsinin potensial imkanları qiymətləndirilmişdir. Bu məqsədlə 

landşaft vahidləri dörd qiymətləndirmə  dərəcəsinə bölünmüş  və onların hər birinin ekspert 

dəyərləndirməsi verilmişdir.  

 

Turizm-rekreasiya sənayesinin bütün dünyada, eləcə də bizim regionda sürətli 

inkişafı, əlverişli və komfort şəraitə malik olan yeni ərazilərin tədqiqini tələb edir. Bu 

məqsədlə geniş təbii müxtəlifliyə malik olan dağ geokomplekslərinin səmərəli istifa-

dəsi daha böyük əhəmiyyət kəsb etməklə, müvafiq turizm təşkilatları tərəfindən hə-

min  ərazilərə marağın artmasına səbəb olur. Bütün dünyada təbii-ərazi kompleks-

lərinin turizmin inkişafı ücün mənimsənilməsi məqsədilə, ilkin mərhələdə onların po-

tensial imkanlarının ekspert qiymətləndirilməsi aparılır. Bu zaman göstərilən geo-

sistemlərin təbii imkanları ilə  bərabər, infrastruktur, ərazi və digər imkanları da 

nəzərə alınır.  

Son illərdə Azərbaycan höküməti tərəfindən qeyri-neft təsərrüfat sahələrinin 

inkişafı ücün bir sıra qərarların qəbul olunması Azərbaycanın bütün TƏK-də, xüsusilə 

də Böyük Qafqaz regionu daxilində turizm-rekreasiya infrastrukturunun geniş 

inkişafına səbəb olmuşdur. Bu sənaye sahəsinin sürətli inkişafı landşaftın, xüsusilə də 

xarici təsirlərə qarşı çox həssas olan dağ geosistemlərinin dayanıqlığını qiymətləndir-

mək, qorumaq və artırmaq üçün kompleks tədbirlərin işlənilməsini aktual problemə 

çevirmişdir. 

Azərbaycanda turizm-rekreasiya fəaliyyəti hələ  də yüksək inkişaf səviyyəsinə 

catmamışdır. Bu isə ölkənin elmi-texniki potensialına, zəngin təbii ehtiyatlarına, 

inkişaf etmiş infrastrukturuna uyğun deyil. Ona görə  də, respublikadan və qonşu 

regionlardan olan potensial turist axınının turist-rekreasiya xidmətləri artan tələbata 

çavab vermir. Bununla belə son illərdə Azərbaycanın dağlıq geosistemlərinin rekrea-

siya məqsədi ilə mənimsənilməsi kortəbii xarakter alır. 

Turizm sənayesinin inkişafını təmin edən perspektiv rayonlardan biri də Böyük 

Qafqazın cənub-şərq gömülmə sahəsidir. Turizmin inkişafı üçün bu regionun 

landşaft-rekreasiya potensialı  təbii ehtiyatların rəngarəngliyi və respublikanın sıx 

məskunlaşmış bölgəsinə (Bakı  şəhəri və Abşeron yarımadası) daha yaxın olması ilə 

müəyyən edilir. 

Mənimsənilməli  ərazilərin rekreasiya ehtiyatlarının qiymətləndirilməsi zamanı 

kompleks yanaşmanın  əsası kimi rekreasiyanın inkişafı üçün aparıcı rol oynayacaq 

 

161



landşaft amilinə üstünlük verilir. Qiymətləndirilmə aşağıdakı landşaft komponentlərinin 

əsas göstəriciləri əsasında aparılır: relyef, bitki, su obyektləri, iqlim, estetik zənginlik, 

landşaft müxtəlifliyi, nəqliyyat imkanları, təbii  ərazi komplekslərinin antropogen 

transformasiya dərəcəsi və s. Müxtəlif mənşəli landşaft komplekslərindən rekreasiya 

məqsədilə istifadə imkanının müəyyənləşdirilməsi üçün bu və ya digər landşaft 

kompleksinin rekreasiya dəyəri səviyyəsinin müəyyən edilməsi üçün biz aşağıdakı qiy-

mətləndirmə dərəcəsini qəbul etmişik (V.İ.Popov 1999, V.P.Vlodoverşenski 2006).  

 

Təbii komplekslərin landşaft-rekreasiya potensialının qiymətləndirilməsi 

 

 

 



Şərti işarələr: 

 

əlverişli-landşaftın rekreasiya məqsədi üçün istifadəsinin da-



ha yüksək dəyər səviyyəsi; 

 

nisbətən  əlverişli-rekreasiya istifadəsi ücün landşaft kom-



pleksinin potensial ehtiyat dəyərinin orta səviyyəsi; 

 

nisbətən az əlverişli-qiymətləndirilmə landşaft vahidinin rek-



reasiya istifadəsi ücün dəyərinin nisbətən aşağı səviyyəsi; 

 

əlverişsiz-landşaft rekreasiya məqsədi üçün yaramır. 



 

Əsas landşaft kompleksləri (X.İ.Ömərova və A.A.Mikayılova görə) 

1.

 



Subnival qayalıq-çəmən kompleksləri (3600-3000 m). 

2.

 



Yüksək dağlığın alp çəmən kompleksləri (3200-2600-2500 m). 

3.

 



Yüksək və orta dağlığın subalp çəmən kompleksləri (2700-2600-2000-1600 m). 

 

162




4.

 

Yüksək dağlığın çəmən-meşə kompleksləri (2300-2400-2000-1800 m). 



5.

 

Orta dağlığın meşə kompleksləri (2000-1800-1000-900 m). 



6.

 

Alçaq dağlığın meşə kompleksləri (1000-900-550-500 m). 



7.

 

Kolluq meşə-çöl kompleksləri (1800-1600-800-700 m). 



8.

 

Alçaq dağlığın çöl kompleksləri (700-500 m). 



9.

 

Alçaq dağlığın quru çöl kompleksləri (700-600-400-300 m). 



10.

 

Dağlıq kserofit kolluq kompleksləri (1800-1600-700-500 m). 



11.

 

Arid seyrək meşə və kolluq kompleksləri (700-600-200-100 m). 



12.

 

Yarımsəhra kompleksləri (500-400-100 m-dən). 



 

Ərazinin istifadəsini cətinləşdirən, rekreasiya mənimsənilməsini məhdudlaşdı-

ran amillər bunlardır; sürüşmələr, sıx yarğan-qobu  şəbəkəsi, intensiv parçalanmış 

dayanıqsız dik dağ yamaçları, təsərrüfat  əhəmiyyətli obyektlərin və  məskunlaşma 

məntəqələrinin sıx yerləşməsi, yəni landşafta həddən artıq antropogen təsir. 

Ümumiyyətlə, landşaft-rekreasiya mənimsənilməsi məqsədilə yuxarıda göstə-

rilən TƏK-nin ekspert qiymətləndirilməsinin kompleks prinsiplərini nəzərə alaraq, 

potensial imkanları  səviyyəsinə görə  cənub-şərqi Qafqazın cənub yamacı daxilində 

aşağıdakı landşaft-rekreasiya kompleksləri ayrılmışdır: 

1. Rekreasiya fəaliyyətinin bir cox novü ücün daha əlverişli olan Baş Qafqaz 

silsiləsinin cənub yamaçının, Niyaldağ, Qovdağ silsiləsinin, Göycay-Qozlu çayları 

arasının ortadağlıq və alcaqdağlıq meşə-landşaft kompleksləri. Bu qrupa, həmçinin 

kifayət qədər geniş yayılmış bütün il boyu kompleks turizmlə məşğul olmağa imkan 

verən hündür otlu subalp cəmənlikləri də aiddir. Bu güclü diferensasiyaya məruz 

qalmış dağ landşaft kompleksləri mülayim-isti və soyuq tipli iqlimlə, orta illik 

yağıntıların çox olması (600-900 mm) ilə  səciyyələnirlər. Ümumi Günəş radiasiyası 

ildə 135-140 kkal/sm

2

-ə catır. Havanın orta illik temperaturu dağ-meşə landşaft 



qurşağı daxilində +5-(+10

0

)C, subalp çəmənliklərində isə +2-(+6



0

) C qədər dəyişir 

(Ə.M.Şıxlinski,1968). Daha məhsuldar, rekreasiya potensialı çox yüksək olan orta 

dağlığın meşə massivləri fıstıq və  vələs-fıstıq ağaclarından və  həmçinin çaytikanı, 

zoğal, zirinc kollarından təşkil olunmuşdur. 

2. Rekreasiya fəaliyyəti ücün nisbətən əlverişli olan geokomplekslərə Tufan və 

Şahnəzərdağ zirvələri arasında yerləşən Baş Qafqaz silsiləsinin yüksəkdağlıq 

ərazilərinin alcaqotlu alp cəmənliklərini, ilin isti və qismən də qış aylarında turizmin 

inkişafı ücün əlverişli olan Niyaldağ silsiləsinin, Qızmeydan və Şamaxı yaylalarının, 

Qanıx-Əyriçay vadisinin şərq hissəsini  şimaldan  əhatə edən orta və alçaqdağlığın 

meşə-kol, meşə-çöl, humid dağ-çöl təbii-ərazi sistemləri aid edilir. Burada gəzinti–

sağlamlıq turizmini də inkişaf etdirmək mümkündür. 

Böyük Qafqazın cənub-şərq gömülmə zonasının cənub yamacının alp-çəmən 

qurşağının iqlimi soyuq, orta illik yağıntıları isə (600-900 mm) nisbətən çoxdur. İllik 

radiasiya cəmi 135 kkal/sm

2

, havanın orta illik temperaturu 0-(-2



) C, orta iyul +10-

15



C, orta yanvar -10



C-dir. 


Ərazidə dağ-meşə-kol landşaft-rekreasiya sistemləri 500-1400 m (1500) mütləq 

hündürlükdə yerləşməklə, Ağsu və Pirsaat çayları arasında, həmçinin Qozluçay və 

Cikilçayın yuxarı hissələrində parçalanmış areallarda inkişaf etmişlər. Bu landşaft 

kompleksi üçün quru yayı ilə mülayim – isti və quru qışı ilə mülayim-isti iqlim tipləri 

səciyyəvidir. Ağsuçay hövzəsinin aşağı hissəsindən cənub-şərq istiqamətində iqlim 

şəraitində aridləşmə artır. Bununla əlaqədar olaraq bitki örtüyünün xüsusiyyətləri də 

 

163



dəyişir. (X.İ.Ömərova, 1970; B.Ə.Budaqov, A.A.Mikayılov, 1985; S.M.Zeynalova, 

1997).  Şamaxı  şəhərindən  şərqə Gülümdostu-Dəmirçi-Şamaxı meridianı boyunca 

meşə-kol landşaft-ekosistemləri kserofit və yarımkserofit kol, quru-çöl və arid-seyrək 

meşə-kol landşaftları və onlara torpaq-bitki örtüyü ilə əvəz olunur. 

Alçaq dağlıgın dağ-cöl landşaft kompleksi müvafiq rəngarəng bitki qruplarının 

mövcudluğu ilə səçiyyələnir. Bu iqlim şəraitinin, ərazidə yayılmış süxurların litoloji 

tərkibinin özünəməxsusluğu və  ərazinin hipsometrik şəraiti ilə bağlıdır. Humid-çöl 

landşaft yarımtipi  Şıxzəirli və Çayqurbançı  kəndlərindən qərbə, alçaq dağlığın və 

xırda tirələrin yamaclarının hündür hissələrində  və suayrıcılarında inkişaf edərək, 

nisbətən böyük arealları  əhatə edir. Humid çöllər, həmçinin  Şamaxı  və Çuxuryurd 

düzəlmə səthlərində də geniş yayılmışdır. Burada qalın tünd-şabalıdı və qaratorpaqlar 

üzərində topalotu-daşdayan və s. kimi müxtəlif otlu cöllər inkişaf etmişdir. 

3. Rekreasiya fəaliyyəti üçün nisbətən az əlverişli olan dağ geokomplekslərinə 

Tufan və Şahnəzərdağ arasındakı yüksəkdağlıq ərazinin nival-qayalıq landşaft komp-

leksləri aid edilmişdir. Burada əsasən yay mövsümündə ekstremal rekreasiya növləri 

(alpinizm, dağ turizmi və s.) inkişaf edə bilər. Həmçinin yayın və payızın əvvəllərində 

Ləngəbiz silsiləsinin və Mərəzə yaylasının kəskin parçalanmış alçaqdağlıq, öndağlıq 

ərazilərinin quru-çöl landşaftları da rekreasiya-turizm fəaliyyəti üçün istifadə oluna 

bilər. Qeyd etmək lazımdır ki, bu landşaft komplekslərinin təbii ehtiyatları onlarda 

rekreasiyanın yalnız çox az növünü inkişaf etdirməyə imkan verir.  

Dağ quru-çöl landşaft-ekosistemləri əsasən Şamaxı-Qobustan alçaq və ön dağ-

lıq ərazisi daxilində 500-1500 m hündürlük diapazonunda inkişaf etmişdir. Ləngəbiz 

silsiləsinin cənub-qərb yamacında və  şimal-şərqi Qobustanda əsas landşaft  əmələ 

gətirən amillər arid-denudasiya prosesləridir. Buna görə  də, yarğan-qobu  şəbəkəsi, 

bedlendlər və gilli karst (Gilgilçay, Sumqayıtçay, Ceyrankeçməz çaylarının hövzələri) 

burada geniş yayılmışdır. Sonunçular əsasən sıra dağların cənub yamaclarında və 

Sumqayıtçay, Tudar, Ceyrankeçməz çaylarının subasarlarının qaş hissəsi və subasar 

terraslarında inkişaf etmişdir. Bu geoekoloji sistem göstərilən ərazilərdən rekreasiya 

məqsədilə istifadəni cətinləşdirir. Göstərilən landşaft kompleksi də quru yayı ilə 

mülayim-isti, qışı yarımsəhra və quru-çöl iqlim tipləri ilə səciyyələnir.  

4. Rekreasiya fəaliyyəti üçün əlverişsiz geokomplekslərə  Ləngəbiz-Ələt tirə-

lərinin və Qobustanın cənub-qərb hissəsinin yarğan-qobu  şəbəkəsinin, bedlendlərin 

geniş inkişaf etdiyi alçaqdağlıq və dağətəyi landşaft kompleksləri aid edilmişdir. 

Bu landşaft vahidləri yarımsəhra və quru-çöl iqlim şəraitində formalaşır. Hava-

nın orta illik temperaturu 10-14

C, mütləq maksimum t +40-43



C, mütləq minimum 

t-18-22



C-dir. Bu landşaft komplekslərinin özünəməxsus xüsusiyyətlərindən biri də, 



həmin ərazilərdə palçıq vulkanlarının inkişaf etməsidir. 

Tədqiq olunan ərazinin landşaft komplekslərinin təklif edilən qiymətləndirilmə 

prinsipləri onların gələcəkdə rekreasiya məqsədilə  mənimsənilməsi üçün ayrı-ayrı 

landşaft vahidləri daxilində kompleks tədbirlər planını hazırlamağa imkan verir. 

Cənub-şərqi Qafqazın cənub yamacında konkret turizm marşrutlarının yaradılması və 

turist obyektlərinin elmi əsaslarla yerləşdirilməsi və infrastruktur obyektlərinin ilkin 

yerləşdirilməsi xəritə-sxeminin tərtibi üçün dərin və dəqiq landşaft-rekreasiya tədqi-

qatlarının aparılması məqsədəuyğundur.  



 

 

 

164




ƏDƏBİYYAT 

1.

 



Благовещенский  В.П.,  Гуляева  Т.С.  Ландшафтно-экологический  метод  оценки  рек-

реационных  ресурсов  горных  территорий.  Материалы  ХI  международной  ланд-

шафтной конференции. М.: Наука, 2006, с.87-90. 

2.

 



Будагов Б.А., Микаилов А.А. Развитие и формирование ландшафтов Юго-Восточно-

го Кавказа в связи с новейшей тектоникой. Баку: Элм, 1985, c.56-61. 

3.

 

Попов  В.И.,  Глотов  С.Е.,  Гуляева  Т.С.  Методологические  вопросы  комплексной 



оценки горных территорий. Актуальные вопросы теории и практики туризма. Алма-

Ата: КазГУ,1999, с.33-38. 

4.

 

Омарова  Х.И.  Современные  ландшафтные  пояса  Юго-Восточного  Кавказа  и  их 



характеристика. Автореф.канд.дис, 1970, 22 с. 

5.

 



Шихлинский  Э.М.  Климатические  карты.  Атлас  Азербайджанской  ССР.  Баку-

Москва: 1963, с. 41-63.  

6.

 

Зейналова  С.М.Индикационное  дешифрирование  аридных  ландшафтов  южного 



склона Юго-Восточного Кавказа. Автореф.канд.дис. Баку: 1998, с.30. 

 

 



ОЦЕНКА РЕКРЕАЦИОННОГО ПОТЕНЦИАЛА СОВРЕМЕННЫХ 

ЛАНДШАФТОВ ЮЖНОГО СКЛОНА ЮГО-ВОСТОЧНОГО КАВКАЗА 

 

А.А.МАМЕДОВА  

 

РЕЗЮМЕ 

 

В  статье  на  основе  комплексных  данных  проведена  оценка  рекреационного  по-

тенциала ландшафтов исследуемого района. При этом ландшафты разделены на четыре 

группы и дана их экспертная оценка. 

 

 

ASSESSMENT OF RECREATIONAL POTENTIAL OF THE MODERN 



LANDSCAPE OF THE SOUTHERN SLOPE OF THE SOUTH-EAST CAUCASUS 

 

A.A.MAMMADOVA 

 

SUMMARY 

 

This article is based on the integrated data assessment of the recreational potential of 

the landscapes in the researched area. The researched landscapes were divided into four 

groups and expert assessment for each group was given. 

 

 

 



 

 

165



Yüklə 45,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə