№2 Təbiət elmləri seriyası



Yüklə 378,96 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix22.02.2023
ölçüsü378,96 Kb.
#101184
  1   2   3   4   5
144-152



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 
№2
 
Təbiət elmləri seriyası 
 
 
2015 
 
 
 
 
COĞRAFİYA 
 
 
UOT 631.44.4 
 
KOSMİK ŞƏKİLLƏRİN TƏHLİLİ İLƏ TALIŞ DAĞLARI 
LANDŞAFTLARININ DİNAMİKASINA MEŞƏ YANĞINLARININ 
TƏSİRİNİN ÖYRƏNİLMƏSİ
 
Y.Ə.QƏRİBOV, N.S.İSMAYILOVA, Ş.S.İSMAYILOV 
Bakı Dövlət Universiteti 
yaqub.qaribov@mail.ru 
nigar.ismayilova@mail.ru 
ismshahriyar@gmail.com 
Məqalədə Talış dağları landşaftlarının sürətli dinamikasına meşə yanğınının təsiri və 
kosmik şəkillərdən alınan məlumatlar əsasında təhlili verilmişdir. Əhalinin sürətli artımı, təbii 
resursların nizamsız istismarı və müntəzəm baş verən meşə yanğınlarının sayını artırmış, nə-
ticədə antropogen mənşəli təkrar-törəmə modifikasiyaların payı artmış, landşaftların antro-
pogen dinamikasını sürətləndirmişdir. 
 
Açar sözlər
: Landşaft, landşaftın dinamikası, Hirkan Milli parkı, Landsat, süni peyk
kosmik şəkil, peyk təsvirləri, məsafədən zondlama, meşə yanğını, antropogen transformasiya

Meşə yanğınları ümumbəşəri ekoloji problemlər kimi XXI əsrdə diqqət 
mərkəzində duran və bəşəriyyəti narahat edən mühüm məsələdir. Artıq Qərbi 
Avropanın inkişaf etmiş ölkələrində onun qarşısının alınması üçün ciddi elmi-
strateji tədbirlər hazırlanır. Azərbaycan Respublikasında da bu problemlərin 
həlli üçün ciddi tədbirlər görülməlidir.
Lokal problemlər Yer kürəsinin bir sıra yerlərində eyni xarakter daşı-
dıqda qlobal problemə çevrilir. Respublikamızın yüksək dərəcədə mənimsə-
nilmiş dağətəyi və alçaq dağlıq regionlarında, o cümlədən də Talış dağlarında 
təbii landşaftlarının antropogen modifikasiyasında mövcud olan xoşagəlməz-
liklər qlobal problemlərə yol verməkdədir. Meşə landşaftlarının günü-gündən 
deqradasiyasıyla yerini seyrək meşə və ya çılpaqlaşmış ərazilərlə əvəzləməsi, 
əhalinin sürətlə artması və seliteb komplekslərinin konturlarının genişlənməsi 
mövcud ərazidə əsas ciddi problemli dəyişkənliklərə səbəbdir.
Son yüzillikd
ə Azərbaycanda meşə landşaftlarının sahəsinin sürətlə 
144 


azalmasında Lənkəran vilayətinin də faiz göstəricisi az deyil. 1984-cü ildə 
Az
ərbaycanda meşələrin sahəsi 11,8% (1213700 ha) idisə indi bu rəqəm təq-
rib
ən 10% qiymətləndirilir ki, bu rəqəm də inandırıcı deyil, çünki hələ tam qaz 
il
ə təmin olunmayan kəndlərin enerjiyə olan tələbatı oduncaq ilə ödənilir. 
2010-
ci il hesabatında FAO dünya meşələrinin ümumi sahəsini 4 mlrd ha, 
adam başına düşən meşə sahəsini isə 0,6 ha dəyərləndirmişdir. Hesabatda 
Az
ərbaycan meşə ərazisi 936 min ha
sah
ə ilə dünya ölkələri sırasında 125-ci 
yerd
ə durur [4]. Hirkan meşələrinin əsas təhlükə mənbəyi kimi, meşələrin 
odun
caq olaraq qırılması gizli fakt deyil. 20-21 illik fasilədən sonra Lənkəran 
inzibati rayonunun G
ərmətük və Hirkan qəsəbələri, o cümlədən, Boladi, Şürük, 
Moğonojoba, Türkəkəran, Səpnəkəran, Bürcəli, Daşdaliqcar, Balaşürük, Tütə-
peştə; Astara inzibati rayonunun isə Siyatük, Şuvaş və Təngərüd kəndinin yeni 
yaşayış massivi ötən yaxın ildə təbii qaz ilə təmin olunmuşdur. 2009-2013-cü il 
üçün regionların iqtisadi-inkişafı planına əsasən ölkə ərazisinin 85%-i, Astara 
v
ə Lənkəran rayonlarının isə 100%-i qazlaşdırılacaqdı. Sual doğur. 21 ildir 
elektrik enerjisinin fasil
ələrlə verildiyi bu yaşayış yerlərində əhali enerjiyə olan 
t
ələbatlarını meşələri qırmaqla ödəyir, nəticədə seyrək meşələrin arealı artır [5; 
8]. 
Ölkədə müxtəlif növ tələbatın ödənilməsi məqsədi ilə qanunsuz olaraq 
qırılan meşələr üçün 2014-cü ildən yanğın hadisəsi kəskin problemə çevrildi. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuatla iş sektorunun cari ildə ölkə 
ərazisində baş verən meşə yanğınları barəsində yayımladığı xəbərlər, hətta 
sosial şəbəkələrdə də müzakirə mövzusuna çevriləcək qədər narahatçılıq 
doğurdu. Belə ki, 2014-cü ilin avqust ayında qeydə alınan yanğın hadisələrinin 
sayı 20-yə yaxın olmuşdur ki, bunun da 12-si Lənkəran vilayətində baş ver-
mişdir. Verilən rəqəmlərin təhlili göstərir ki, ümumilikdə ölkə ərazisində 76.6 
ha ərazidə yanğın hadisəsi baş vermişdir və bunun yalnız 21.8 ha sahəsi 
meşələrin payına düşmüşdür (cədvəl 1). Statistik rəqəmlərdə daim olan yanlış-
lıqlar sonda fəlakətlərlə nəticələnir. “Landsat 8” peykindən əldə olunmuş 
kosmik təsvirləri təhlil etdikdə nazirliyin verdiyi yanmış ərazilərin sahəsi infor-
masiyası özünü doğrultmur. Belə yanlış hesablamalar sonda təbii fəlakətlərin 
geniş vüsət almasına zəmin yaradır. Təkcə Hirkan Milli Parkının Piran kəndi 
yaxınlığındakı yanğın (200 ha) ölkə ərazisində cari ildə baş verən yanğınlar 
ümumi sahəsindən (76.6 ha) üç dəfəyə qədər çoxdur.
 
Meşə səhəsi günü-gündən 
azalan ölkə üçün bu rəqəmlər kifayət qədər böyükdür ki, artıq bu barədə ciddi 
addımlar atmağın vaxtıdır. Yanğınların çoxunun ilin isti fəslində baş verməsi 
yanğın səbəblərinin istirahətə gələn turistlərin ehtiyatsızlığı ucbatından baş 
verə bilməsi ehtimal olunsa da, eyni zamanda kustar üsuluyla qanunsuz kömür 
ticarəti məqsədi ilə də yandırılması faktı aşkar olunmuşdur. Hesablamalara 
görə, bu il baş verən yanğınların çox böyük əksəriyyəti ilkin olaraq bələdiyyə 
torpaqlarında, fermer təsərrüfatlarında və heyvandarların məskunlaşdığı otlaq 
sahələrində, bir sözlə insanların ehtiyatsızlığı nəticəsində baş verib, sonradan 
meşə ərazisinə və milli parklara keçib. 
145 



Yüklə 378,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə