№2 Təbiət elmləri seriyası



Yüklə 378,96 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix22.02.2023
ölçüsü378,96 Kb.
#101184
1   2   3   4   5
144-152

Şək. 1. 
Landşaft peyklərindən vaxtaşırı çəkilmiş kosmik şəkillərə əsasən 
landşaftın dinamikasının müqayisəli təhlili (Lerik-Lənkəran ərazisi) 
147 


Hazırda kosmik müşahidələri həyata ke-
çirən yüzlərlə süni peyklər Yer ətrafında dövr 
et
məkdədir. 
GeoEye-1, WorldView-1, 
WorldView-2, WorldView-3, Pleiades-1A, 
Pleiades-1B, QuickBird, IKONOS, SkySat-1, 
SkySat-2, SPOT-6, SPOT-7, RapidEye, 
LANDSAT 7 ETM+, LANDSAT 8 yüksək 
keyfiyyətli peyk şəkilləri üzrə ixtisaslaşmış 
hazırda yaxın orbitdə olan belə süni peyk-
lərdəndir. Komsik tədqiqatları həyata keçirmək 
üçün dünyanın bir sıra inkişaf etmiş ölkələri 
sıçrayışla nailiyyətlər əldə etmişlər. Təkcə ən 
son yenilik olaraq, Yer çəkilişi ilə ixtisaslaş-
mış, hamımızın yaxşı bildiyimiz GoogleEarth 
təsvirlərini çəkən ABŞ-ın “DigitalGlobe” kor-
po
rasiyasının 14 avqustda səmaya buraxdığı 
“WorldView-3” 
müşahidə peykinin multispek-
tral (rəngli təsvir - 1.24 m dəqiqlik) və pan-
xromatik (rəngsiz təsvir -0.31 m dəqiqlik) təs-
vir
ləri özünün dəqiqlik dərəcəsinə görə daha 
çox fərqlənir [10]. Kommersial xidmət olduğu 
üçün bir qədər elmi təqdiqatlar baha başa 
gəldiyindən alternativ olaraq ABŞ-ın Kosmik 
Tədqiqatlar İnstitutu (NASA) və Geoloji Araş-
dırmalar Mərkəzinin (USGS) müşahidə peyk-
lərindən əldə olunan təsvirlər elmi-tədqiqat iş-
lərində mühüm rol oynayır. USGS-nin 42 illik 
ənənəyə malik Landsat proqramı kənd təsərrü-
fatı, kartoqrafiya, geologiya, meşəçilik, regio-
nal planalma, gizli müşahidə və təhsil kimi 
ümdə məsələləri özündə cəmləşdirir. Landsaft 
missiyası bu günə qədər 19 mln kosmik çəkiliş 
ar
xivini istifadəçilərə təqdim etmişdir ki, bun-
lar: su resurslar, torpaq örtüyü və istifadəsi, 
bio
müxtəliflik, kənd təsərrüfatı proqnozları, 
meşəçilik və meşələrin idarəçiliyi, iqlim elm-
ləri və dəyişkənliyi, universitet və kolleclərdə 
təhsil, ekologiya, ekosistem elmləri və monito-
rinqi o cümlədən, proqram təminatlarının inki-
şafı mövzularında mühüm məlumat mənbəyinə 
çevrilmişdir. İlk “Landsat 1” müşahidə peyki 23 iyul 1972-ci ildə səmaya 
buraxılmışdır və 11 fevral 2013-cü il tarixdə “Landsat 8” peyki uğurlu Landsat 
proqramını davam etdirmək üçün səmaya buraxıldı. Multispektral dəqiqliyi 30 
148 


m, panxromatik dəqiqliyi isə 15 m olan “Landsat 8” kosmik təsvirləri Yer 
səthində baş verən dəyişiklikləri məsafədən zondlama 
(distansion tədqiqat - 
remote sensing) 
üsu
lu ilə müəyyən etməyə imkan verir. Müşahidə zamanı Yer 
səthindəki obyektlər özlərinin fiziki xüsusiyyətlərinə görə əks etdirdikləri 
elektromaqnit şüalar fərqli çalarlar yaradır. Hər obyektin parlaqlıq əmsalı onun 
deşifrə olunmasına imkan verir [1; 2; 7].
NASA-
nın vaxtaşırı çəkdiyi peyk təsvirlərinin xronologiyasıına nəzər 
yetirdikdə məlum olur ki, Piran ərazisində baş vermiş güclü yanğın 20 iyul 
tarixində başlamış və 23 iyul tarixinədək davam etmişdir (şəkil 2) [12]. Son bir 
neçə ay ərzində vaxtaşırı çəkilmiş Landsat peyk şəkillərinin müqayisəli təhlili 
isə onu göstərir ki, ərazidə yanğın ciddi fəsad törətmişdir. Təsvirlərdə 6 əsas 
yanğın mərkəzi görünməkdədir ki, bunun 4-ü kompakt xarakter daşıyır. Yanğın 
Hirkan Milli Parkının nüvə və yeni əlavə olunmuş şimal hissəsi, Masallı və Cə-
lilabad inzibati rayonlarının Alaşar-Burovar silsiləsi üzərindəki meşə mas-
sivlərində baş vermişdir. Təhlil, hesablamalar və müqayisə göstərir ki, həmin 
altı yanğın mərkəzləri də daxil olmaqla ümumi yanğın sahəsi nazirlik tərəfin-
dən ilkin hesablamalara görə 31.9 ha verilmişdir. Lakin “Landsat 8” kosmik 
şəklindən alınan məlumatda təkcə bu altı yanğın sahəsində 430 ha ərazi külə 
çevrilmişdir (cədvəl 2). Böyük qismini meşələr təşkil edən yanğının yarıya 
qədərini Piran meşəbəyliyinin yanan ərazisi təşkil edir. Burada yanmış ərazinin 
sahəsi 200 ha-dan artıqdır ki, bu Xanbulan su anbarından iki dəfə böyük sahə 
deməkdir. Kosmik şəkillərin verdiyi məlumatlarda məlum olur ki, yanğının 
sürətli olmasına səbəb güclü cənub və şərq küləkləri olmaqla yanaşı, həmin 
ərazilərin qanunsuz olaraq seyrəkləşdirilməsindən irəli gəlir və yanğın 
meşələrin sıx olduğu yerlərdə konturlarını dəyişir. Bir şeyi də qeyd etmək 
yerinə düşər ki, əksər qanunsuz meşə qırma prosesi dağların kənd yollarına 
baxan yamaclar
ın arxa-görünməyən hissəsini təşkil edir. Piran meşəbəyliyində 
baş verən yanğının sürətli olması ərazinin seyrək meşə və törəmə meşə-koldan 
ibarət olması da mühüm rol oynamışdır. Relyefin keçilməzliyi və külək də əsas 
maneələrdən biri olub. “Landsat 4” (1989) və “Landsat 8” (2014) kosmik şəkil-
lərinin müqayisəsi eyni zamanda meşəsizlşdirmə probleminin bu ərazidə 
sürətlə getdiyini göstərir (şəkil 1). Həmçinin əhali artımı ilə əlaqədar seliteb 
komplekslərinin konturlarının da sürətli artımı müşahidə olunur. Bu əsasən 
Lənkəran-Digah-Şiləvar seliteb komplekslərinin konturlarının birləşməsində 
özünü dolğun göstərir. Bundan əlavə müxtəlif fəsilləri əhatə edən çəkilişlər 
Xanbulançay su anbarının, həcminin mövsimi dinamikasını sezmək müm-
kündür. Lənkəran ovalığıında yaxın bir il ərzinda nəzərəçarpan ən böyük 
dəyişklik Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil 
yolu layihəsi çərçivəsində inşa olunan 27.5 m enlikdə birinci dərəcəli magistral 
yol zolağıdır [7; 11; 13; 14; 15]. 
149 


Cədvəl 2

Yüklə 378,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə