36
kimi torpaq örtüyü universal akkumulyator və təbiətdə maddələrin normal mübadiləsi və dövranı üçün
zəruri
olan və həyatın mövcudluğunu təmin edən, humusda toplanmış enerjinin qənaətcil paylaşdırıcısıdır”.
V.R.Volobuyevə görə,
torpaqəmələgəlmənin energetik balansı aşağıdakı kəmiyyətlərdən təşkil
olunmuşdur:
1) fiziki aşınmaya sərf olunan enerji; 2)
kimyəvi aşınma prosesində mineralların parçalanmasına
sərf olunan enerji (ildə 2-62 C/sm
2
);
3) biokütlənin illik hasilatına sərf olunan enerji (müxtəlif zonalarda ildə
103-8200 C/sm
2
), bu enerjinin yalnız cüzi bir hissəsi humusda
akkumulyasiya olunur; 4) cəm buxarlanmaya sərf
olunan enerji (12300 C/sm
2
–tundra zonasında, 246000 C/sm
2
rütubətli tropik meşələr zonasında); 5) torpaqdan
narın torpaq hissəciklərinin və duzların miqrasiyasına sərf olunan enerji; 6) torpaq-atmosfer sistemində istilik
mübadiləsi prosesinə sərf olunan enerji.
Beləliklə, təbii landşaftlarda torpağəmələgəlməyə cəm enerjinin ən az sərfi (8-20 C/sm
2
)
tundra və
səhralıqlarda, orta sərfi mülayim qurşağın humid və semihumid vilayətlərində (40-160 C/sm
2
), ən yüksək sərfi
isə tropiklərin humid vilayətlərində (246-287 C/sm
2
) müşahidə olunur. V.R.Volobuyevin hesablamalarına görə
istilik enerjisinin sərfinin torpaqəmələgəlmə zamanı cəm buxarlanmaya, tsiklik bioloji proseslərə və
mineralların dönməz parçalanmasında nisbi paylanması 100:1:0,01 nisbətdə baş verir. Mədəni
torpaqəmələgəlmənin müxtəlif formalarında bu nisbət aqrokultur şəraitlərdə bioloji proseslərin intensivliyindən
asılı olaraq, həmçinin su sərfinin tənzimlənməsi səbəbindən başqa cür ola bilər.
§ 4. Torpağın yaranması və təkamülü
Torpaqəmələgəlmə prosesinin yuxarıda təsvir edilən ümumi sxemi onun abstrakt modelidir.
Torpaqəmələgəlmənin konkret xüsusiyyətləri və sonradan torpağın təkamül və inkişafı məlum
təbii amillərdən,
müasir dövrdə isə antropogen amillərdən, onların zaman və məkan daxilində dəyişməsindən asılıdır.
Torpaqəmələgəlmə prosesi quru səthində həyatın əmələ gəlməsi və ibtidai orqanizmlərin dağ süxurları ilə
qarşılıqlı təsiri ilə başlamışdır. Torpaqəmələgəlmədə iştirak etmiş ilk orqanizmlər bakteriyalar və yosunlar
olmuşdur. Onların dağ süxurlarına təsiri ilə
ilkin torpaqəmələgəlmə prosesi başlamışdır.
Məhv olmuş bakteriya və yosunlar aşınmış dağ süxurlarını üzvi maddələrlə zənginləşdirir
və başqa qrup
orqanizmlərin inkişafı üçün zəruri şərait yaradırdılar.
Bakteriya və yosunların arxasınca psolofitlər, göbələklər,
qıjıkimilər, plaunlar, və nəhayət, örtülü toxumlu bitkilər ortaya çıxmışdır.
Güclü kök sistemi dağ süxurlarının dərin qatlarını əhatə edən ali bitkilərin yaranması ilə torpaqəmələgəlmə
prosesi sürətlənmişdir. Bitkilərlə yanaşı torpaqda heyvanlar da məskunlaşırdı.
Onlar da öz növbəsində
torpaqəmələgəlməyə təsir göstərirdilər.
Bitki və heyvanların həyat fəaliyyəti nəticəsində bitkilərin qidasını təşkil edən azot və küli elementlərin
konsentrasiya olunduğu üzvi qalıqların və humusun toplanması baş verirdi. Torpaqda üzvi maddələrin
toplanması ilə mineral hissənin su rejimi yaxşılaşır, o daha sabit xarakter alır, beləliklə, məhsul verməyən dağ
süxurundan münbit torpaq yaranırdı.
Keçmiş geoloji dövrlərin bitki aləminin və coğrafi şəraitinin öyrənilməsi (bununla paleobotanika və
paleocoğrafiya məşğul olur) torpaqəmələgəlmə prosesinin inkişafının
mümkün yollarını bu və ya digər
dərəcədə
bərpa etməyə imkan verir. Kembri və ordovik dövrlərində torpaqəmələgəlmə prosesi ilkin mərhələdə idi, belə
ki, həmin dövrlərdə yalnız ibtidai bitkilər – bakteriyalar və yosunlar mövcud idi. Silur, Devon, Daş kömür və
Perm dövrlərində yeni bitkilərin (psilofitlər, qatırquyruğukimilər və s.) yaranması və yayılması ilə əlaqədar
torpaqəmələgəlmə prosesinin sonrakı inkişafı və mürəkkəbləşməsi üçün şərait yarandı.
Təbaşir və üçüncü dövrdə quruda iynəyarpaq və enliyarpaq meşələr, çəmən və bozqırlar və onların altında
uyğun torpaqlar formalaşır. Həmin dövrdə yer kürəsində iqlim qurşaqları yaranır ki, bu da torpaq örtüyünün
daha çox differensiasiyasına və müxtəlifliyinə gətirib çıxarır.
Dördüncü dövrdə materik buzlaşması nəticəsində torpaqəmələgəlmə prosesi qurunun böyük hissəsində
(təqribən 50-60 %-də) kəsilir. Buzlaqların yayıldığı ərazilərdə torpaq örtüyü tamamilə məhv olur. Buzlaqlara
yaxın buzla örtülməyən ərazilərdə torpaq örtüyü axıb gələn buzlaq sularının təsiri altında eroziyaya uğramış,
sonra isə fülvioqlasial və allüvial çöküntülərlə örtülmüşdür. Buzlaşma hadisəsinin
baş vermədiyi subtropik və
tropik vilayətlərdə torpaq örtüyü böyük ərazilərdə qorunmuşdur.
Müasir geoloji dövrdə yer səthinə çıxmış dağ süxurlarında canlı orqanizmlərin məskən salma ardıcıllığı
Yerdə həyatın yaranması dövrünün başlanğıcında olduğu kimi deyildir. Konkret fiziki-coğrafi şəraitdən asılı
olaraq yumşaq torpaqəmələgətirən süxurlarda mikroorqanizmlər və heyvanlarla birgə bir dəfəyə ali ağac və ot
bitkiləri də məskən sala bilər.
Qeyd etmək lazımdır ki, yüksəkdağlıq və səhra (isti və ya soyuq) ərazilərdə müasir geoloji dövrdə də dağ
süxurları, xüsusən də qayalar üzərində yalnız pioner litofil bitkilərin, mikroorqanizmlərin, şibyə və mamırların
inkişaf etdiyini görmək mümkündür. Ali bitkilər əlverişsiz şərait səbəbindən
burada inkişaf etmirlər və
torpaqəmələgəlmə prosesi özünün ilkin mərhələsindədir. Bioloji fəaliyyətin zəif təzahür etdiyi yerlərdə
torpaqəmələgəlmə prosesi də zəif gedir və torpağın münbitliyi formalaşmır.
Beləliklə, təbii-tarixi cisim kimi torpaq həm onun nisbi sabit şəraitlərdə təbii inkişafı ilə, həm də