Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə15/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   190

 
30
radioaktivlik xassəsinə malik olan kimyəvi elementlər ( K
40
, Rb
87
, Sm
147
, Ca
48
, və s.),  üçüncü qrup – kosmik 
şüaların təsiri ilə  əmələ  gələn radioaktiv izotoplar ( H
3
, Be
7
, C
14
 ). Süni radioaktivlik atom və istilik nüvə 
partlayışları, həmçinin atom sənayesinin təsirilə  əmələ  gəlir. Bu partlayışlar zamanı  ağır nüvənin 
parçalanmasından külli miqdarda süni izotoplar (U
238 
, U
235
, Pu
235 
) yaranır. Bunlar tədricən atmosferdən yerə 
çökərək lokal şəkildə torpaqda radioaktiv mənbələr yaradır.  
Atomar struktur səviyyənin  əsas cəhəti ondan ibarətdir ki, torpaqda qeyd edilən kimyəvi elementlərin 
izotopları elementar hissəcikləri  və ya atom nüvələrini azad etməklə başqa  elementlərin izotoplarına çevrilir. 
Məlumdur ki, torpaq qatında maddə və enerjinin çevrilməsi ilə müşahidə edilən proseslər torpaqəmələgəlmədə 
əhəmiyyətli dərəcədə rol oynayır. Lakin radioaktiv elementlərin parçalanması  və çevrilməsi  mürəkkəb poses 
olub, xarici amillərə bağlı deyildir və torpaqəmələgəlmə amillərindən asılı olmadan bir istiqamətdə inkişaf edir. 
Bununla yanaşı torpağın radioaktivliyi həm torpağın enerji balansında, həm də torpaqdakı  mineralların 
aşınmasında və bioloji proseslərdə əhəmiyyətli rol oynayır. 
Torpağın təşkilinin ikinci struktur səviyyəsi kristal-molekulyar səviyyədir. Bu səviyyə atomar səviyyədən 
kəskin şəkildə fərqlənir. O, torpaqda əsas
 
maddələrin çevrildiyi və kimyəvi reaksiyaların baş verdiyi səviyyədir. 
Bu səviyyə üçün səciyyəvi olan torpaqdakı üzvi və mineral komponentlərin molekulyar və kristal – molekulyar 
qarşılıqlı əlaqəsi  torpaqşünaslıq elmində xüsusi sahə olan torpaq kimyası və mineralogiyasının predmetidir. 
Torpaqdakı kristallar və molekullar ayrı-ayrılıqda mövcud deyildir. Onlar aqreqatlarda, əvvəlcə müxtəlif 
bərklikli mikroaqreqatlarda, sonra struktur hissələrdən ibarət makroaqreqatlarda  birləşir. Torpaq aqreqatlarını 
torpağın “hüceyrələri” də adlandırsaq səhv etmərik. Bu aqreqatlar birləşib horizontları, “toxumaları” törədir. 
Torpağın aqreqat halı torpağın təşkilinin növbəti struktur səviyyəsidir.  
Yaxşı məlumdur ki, torpaq aqreqatlarının daxili hissəsi onun xüsusi plyonka ilə örtülmüş səth hissəsindən 
fərqlənir. Hazırda torpaq aqreqatları daxildə, aqreqatların səthində və aqreqatlararası fəzada baş verən proseslər 
haqqında elmdə demək olar ki, məlumat yoxdur. Güman etmək olar ki, torpaqəmələgəlmənin vacib hissəsi olan 
maddələrin çevrilməsi,  əksər biokimyəvi və kimyəvi proseslər aqreqatdaxili mühitdə baş verir. Bunu əksər 
kökcüklərin aqreqatların səthində  və aqreqatlararası  fəzada deyil, aqreqatların daxilində yerləşməsindən də 
görmək mümkündür. 
Torpağın təşkilinin dördüncü struktur səviyyəsi torpaq horizontudur. Torpağın üç ölçülü xüsusi qatı kimi 
“torpaq horizontu” anlayışı elmə V.V.Dokuçayev və onun şagirdlərinin tədqiqatları nəticəsində daxil edilmişdir. 
Torpaqəmələgəlmə nəticəsində ana süxurun genetik baxımdan müxtəlif keyfiyyətli qatlara differensiasiyası və 
torpaq horizontlarının  əmələ  gəlməsi genetik torpaqşünaslıqda xüsusi tədqiqatın predmetidir. Nəzərə almaq 
lazımdır ki, torpaq horizontu hüdudunda bu və ya digər horizontu əmələ  gətirən və formalaşdıran maddə  və 
enerjinin axını prosesi təkcə şaquli deyil, üfüqi (laterial) istiqamətdə də baş verir. Ona görə də hər bir torpaq 
horizontu müəyyən mərhələdə onun morfologiyası, tərkibi, genezisi baxımından torpaq profilinə bağlanılmadan 
müstəqil sistem kimi tədqiq oluna bilər. Bu metodiki baxımdan da özünü
 
doğruldur, belə ki, hər bir maddi 
sistemin təşkilinin istənilən struktur səviyyəsi həm müstəqil formada, həm də öz kompleks metodları vasitəsilə 
öyrənilə bilər.  
Ayrı-ayrı torpaq horizontlarının qanunauyğun şəkildə birləşməsi və ya əlaqələnməsi torpaq profilini və ya 
“torpaq”  adlanan təbiətin xüsusi maddi sistemini yaradır. Nəticədə biz torpaq təşkilinin növbəti struktur 
səviyyəsini  əldə edirik. Şərti olaraq onu beşinci struktur səviyyə  də adlandıra bilərik. Bu struktur səviyyədə 
sistemin əsas aparıcı komponenti kimi torpağın özünün çıxış etməsi təbiidir. Çünki daha yüksək təbii struktur 
səviyyələrlə müqayisədə torpaq bu sistemlərin (torpaq örtüyü, biosfer) komponenti kimi çıxış edir. 
Torpaq -  üç ölçülü təbiət cismi və ya maddi sistemdir. Bütün təbiət cisimləri kimi onun da məkanda 
tutduğu yeri, həcmi və sərhədləri vardır. 
Torpağın aşağı  sərhədi, torpağın torpaqəmələgəlmə prosesi nəticəsində onun dağ süxurundan təbiətin 
xüsusi varlığına (biokos sistemə) çevrildiyi dərinlikdə yerləşmişdir (P.S.Kossoviç). Lakin tarixi 
torpaqşünaslıqda torpağın aşağı sərhədi ilə bağlı vahid fikir olmamışdır; V.V.Dokuçayev torpağın aşağı sərhədi 
kimi humuslu qatların – A və B horizontlarının aşağı sərhədini, P.A.Kostıçev yalnız bitki köklərinin yayıldığı 
dərinliyi (rezosferi), Q.N.Vısotskiy isə atmosfer sularının filtrasiya nəticəsində nəmləşdirdiyi torpaq qatını aşağı 
sərhəd kimi götürməyi təklif etmişdir. 
Müasir torpaqşünaslıqda Dokuçayev-Kossoviç prinsipinə uyğun olaraq torpağın  O, A, B horizontları 
torpaq,  C, D, R horizontları isə torpaqaltı horizontlar kimi qəbul olunmuşdur. Torpağın  yuxarı  sərhədi kimi, 
torpağı atmosfer qatından ayıran hissəsi, yəni yerin səthi götürülür. Torpaq bətninin yan sərhədlərinə gəldikdə 
isə onu naturada ayırmaq çox çətindir. Çünki torpaqların bir-birinə keçidi tədrici olub, nəzərəçarpmaz, yəni 
diffuziya şəklindədir. Lakin bu o demək deyildir ki, torpaqlar arasında sərhəd yoxdur. Hazırda torpaqşünaslıq 
elmində torpaqların yan sərhədi kimi torpaq individiumları arasındakı  sərhədlər götürülür. Torpaq 
individiumlarının sərhədləri ilə hüdudlanmış torpaq ərazisi elementar torpaq arealı adlanır. Elementar torpaq 
arealı kimi, adətən, torpağın  ən aşağı taksonomik vahidi götürülür. Beləliklə  də, torpağın təşkilinin  beşinci 
struktur səviyyəsini elementar torpaq arealı da adlandırmaq mümkündür. 
Təbiətdə müxtəlif torpaq individiumları müxtəlif birləşmələr və ya komplekslər yaratmaqla, torpaq 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə