Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə13/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   190

 
26
torpaqəmələgəlmə prosesində rolu və biotik amillərin qiymətləndirilməsi üzrə  tədqiqatlar aparılmışdır 
(P.Səmədov, L.Bababəyova). 
XXI  əsrin  əvvəllərində  bəşəriyyət qlobal, o cümlədən ekoloji problemlərin görünməmiş miqyasda 
kəskinləşməsi ilə üzləşmişdir. Bütün dünyada olduğu kimi, respublikamız da «ekoloji böhran dövrünü» 
yaşamaqdadır. Təbiəti mühafizə tədbirlərini həyata keçirmək və ekoloji qanunları gözləməklə təbii ehtiyatlardan 
ağılla və  səmərəli  şəkildə istifadə bütün bəşəriyyət və  həmçinin respublikamız qarşısında duran ən vacib 
məsələlərdən biridir.  
Ekoloji problemlərə ekoetik yanaşma «cəmiyyət-təbiət» münasibətlərində etik əsasların pozulması 
nəticəsində yaranmışdır. Q.Ş.Məmmədov tərəfindən irəli sürülmüş «Azərbaycanın ekoetik problemləri» 
konsepsiyasında həm bu problemlər, həm də onların həlli yolları müxtəlif bloklarda qruplaşdırılmışdır.  
Birinci qrupa Azərbaycanın bilavasitə ekoloji problemləri və onların həlli yolları daxildir. Bunlar 
aşağıdakılardan ibarətdir: meşələrin mühafizəsi və onların bərpası problemləri; torpaqların eroziyası  və ona 
qarşı mübarizənin təşkili problemləri; təbii yem sahələrinin deqradasiyası  və onlardan düzgün istifadə 
problemləri; texniki pozulmuş torpaqlar və onların rekultivasiyası problemləri; torpaqların radionuklidlərlə 
çirklənməsinə qarşı mübarizə problemləri; mineral gübrələrdən və pestisidlərdən istifadənin problemləri;  
İkinci qrupa ekoloji problemlərin həllinə yardım edə biləcək təşkilati, elmi və elmi-tətbiqi xarakterli işlər 
daxildir: hövzədaxili bölgələrdə torpaq üzərində ekoloji monitorinqin təşkili; torpaqların ekoloji münbitlik 
pasportlarının tərtibi;  
Üçüncü qrupa ekoloji problemlərin həllinə və yaxud bu problemlərin həlli yollarının tapılmasına dolayısı ilə 
təsiri olan və ya köməklik göstərən ekoloji mədəniyyət, ekoloji hüquq, təhsil və digər məsələlərlə bağlı 
problemlər daxildir. Bunlar aşağıdakılardan ibarətdir: cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması; 
ekoloji hüquq və ekoloji cinayət məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı problemlər; ekoloji yardım və pensiya 
fondunun yaradılması; ekoloji informasiya bankının yaradılması; ekoloji koordinasiya mərkəzinin təsis 
edilməsi.  
Torpaqşünaslıq elminin Azərbaycanda inkişafının qısa tarixindən belə  nəticəyə  gəlmək olur ki, bütün 
dövrlərdə olduğu kimi, müasir dövrdə də bu elm dövrün tələblərinə operativ cavab vermək potensialına malik 
olub, dünya torpaqşünaslıq elminin qabaqcıl sıralarında addımlamaqdadır.        
 
 
 
 
 
 


 
27
İKİNCİ HİSSƏ 
 
TORPAQƏMƏLƏGƏLMƏ PROSESİNİN 
MAHİYYƏTİ 
 
III FƏSİL. TORPAQƏMƏLƏGƏLMƏ PROSESİNİN  
ÜMUMİ SXEMİ 
 
Torpaqəmələgəlmə prosesi haqqında ümumi nəzəri təsəvvürlərin  əsasları bir sıra görkəmli xarici və yerli 
tədqiqatçıların – V.V.Dokuçayev, P.A.Kostıçyev, N.M.Sibirtsev, V.R.Vilyams, P.S.Kossoviç, K.D.Qlinka, 
Q.İyenni, F.Dyuşofur və başqalarının elmi yaradıcılığı nəticəsində formalaşmışdır. Torpaqəmələgəlmə prosesi  
nəzəriyyəsi haqqında müasir baxışların inkişafında  İ.P.Gerasimov, V.A.Kovda, B.B.Polınov,  İ.V.Tyurin, 
A.A.Rode,  V.R.Volobuyev, H.Ə.Əliyev, M.E.Salayevin tədqiqatları böyük rol oynamışdır. 
Torpaqəmələgəlmə prosesi biofiziki-kimyəvi proseslər kateqoriyasına aid edilir. A.A.Rodenin tərifinə görə, 
torpaqəmələgəlmə prosesi torpaq təbəqəsində maddə  və enerjinin çevrilməsi və  hərəkəti ilə bağlı baş verən 
hadisələrin məcmusuna deyilir. Torpaqəmələgəlmənin törədiciləri canlı orqanizmlər və onların  həyat 
fəaliyyətinin məhsulları, havadakı oksigen və karbon qazıdır. Torpaqəmələgəlmə prosesinin  ən  əhəmiyyətli 
tərkib hissələri aşağıdakılardır: 1) torpağın  əmələ  gəldiyi dağ süxurları (sonradan torpağın özünün) 
minerallarının çevrilməsi (transformasiyası); 2) torpaqda üzvi qalıqların toplanması  və onların tədrici 
transformasiyası; 3) mineral və üzvi maddələrin qarşılıqlı  təsiri nəticəsində üzvi-mineral birləşmələrin 
mürəkkəb sisteminin yaranması; 4) torpağın üst hissəsində bir sıra biofil elementlərin, ilk növbədə qida 
elementlərinin toplanması (akkumulyasiyası); 5) torpaqəməlgəlmə məhsullarının su axınları vasitəsilə formalaş-
maqda olan torpağın profili boyu hərəkəti. 
Maddələrin bioloji dövranı, üzvi maddələrin sintezi və parçalanması  nəticəsində    torpaqəmələgətirən 
süxurlar bitki və heyvanlarla, onların həyat fəaliyyətinin məhsulları, həmçinin üzvi qalıqların parçalanmış 
məhsulları ilə fasiləsiz qarşılıqlı  təsirdə olur. Bu proseslər məcmu halda torpağın tədricən formalaşmasına 
gətirib çıxarır və torpaqəmələgəlmə prosesinin mahiyyətini təşkil edir. 
Torpaqəmələgəlmə prosesinin ümumi sxemini nəzərdən keçirməmişdən öncə, torpağın xüsusi təbii cisim 
kimi əsas xüsusiyyətlərini nəzərdən keçirək, çünki bu cür analiz torpaq əmələgəlmənin nəzəri konsepsiyasının 
qurulmasının əsasını təşkil edir.  
 
§ 1. Təbii törəmə kimi torpağın ümumi xüsusiyyətləri 
 
1. Torpağın bizim planetimizdə xüsusi yeri vardır. O, yer qabığının qalın olmayan səth horizontudur 
(V.İ.Vernadskiyə görə “Yerin nəcib pas örtüyüdür”).
 
Torpağın məkan baxımından bu cür ciddi şəkildə 
hüdudlanması onunla müəyyən olunur ki, yer qabığının bu hissəsində biosfer komponentlərinin – atmosfer, 
litosfer, bitki və heyvan orqanizmlərinin sıx və daha fəal qarşılıqlı  təsiri üçün şərait yaranır, yəni 
torpaqəmələgəlmənin məlum amillərinin birgə fəaliyyətinin mümkünlüyü reallaşır. Buradan nəticə çıxır ki, həm 
məkan, həm də öz mənşəyinə, həyatına, təkamülünə görə torpaq daha mürəkkəb təbii sistemlərin – 
biogeosenozların, ekosistemlərin və bütövlükdə biosferin komponentidir. Biogeosenoz – yer səthinin 
mikroiqlim, geoloji quruluş, relyef, torpaq və su rejiminə görə  səciyyəvi xüsusiyyətlərinə malik müvafiq 
sahəsində bitki, heyvan və mikroorqanizmlərin birliyidir. Bu təyinat “yerüstü ekosistem” anlayışına daha 
yaxındır. Ekosistem – canlı orqanizmlər və onların yaşadığı mühitin birgə yaratdığı vahid təbii kompleksdir. 
2. Torpaq – Yerdə  həyatın yaranması  və  təkamülünün və  səthə  çıxmış dağ süxurlarının biotla müxtəlif 
qarşılıqlı  təsirlərinin daha iri miqyaslı qlobal nəticəsidir. Dağ süxurlarının çöküntüləri ilə müqayisədə qalın 
olmayan quru səthinin bu münbit qatı, biosferdə  cərəyan edən və  ekosistemlərin fəaliyyəti və canlı 
orqanizmlərdə maddələr mübadiləsi ilə bağlı olan maddələrin transformasiyası və  miqrasiyasının bütün müasir 
proseslərində iştirak edir.
 
Planetimizdəki yaşıl bitkilərin əsas hissəsi torpaqda inkişaf edir. Onlar
 
planetimizin 
qalan canlıları üçün əsas ilkin qida və bioenergetik material rolunda çıxış edir. Yaşıl bitkilər atmosferdə 
oksigenin normal səviyyədə saxlanmasını təmin edir.
 
Yerdəki yerüstü yaşıl bitkilərin illik enerji məhsuldarlığı 
planetimizin qazıntı halında çıxarılan yanacaqla işləyən sənaye energetikasının illik həcmindən təqribən 10 dəfə 
çoxdur.
 
Torpaqda külli miqdarda ölüb getmiş biokütlə transformasiyaya uğrayır və qaz şəklinə düşənə kimi 
oksidləşir və bununla da atmosferin təbii tərkibinin, həmçinin torpağın münbitliyinin sabitliyi və ya torpağın 
təbii təkamülünün dayanaqlığı  təmin edilir.
 
Torpaq təkcə quruda deyil, okeanda yaşayan canlıları da qida ilə 
təmin edir. Dəniz mikroorqanizmlərinin, bitki və heyvanların tərkibinə daxil olan mineral qidalanmanın biofil 
elementləri (karbon, azot, fosfor, kalium, kalsium, dəmir və s.) səth (torpaq) suları  və çay axınları vasitəsilə 
okeana daxil olur. Okeana daxil olmamışdan  əvvəl bu elemetlərin böyük hissəsi dəfələrlə quru bitkilərinin 
torpaq qidalanmasında iştirak edir. Bu, torpaq vasitəsilə biosferi təşkil edən müxtəlif strukturlar arasında əlaqəni 
yaradan və biosferin normal fəaliyyətini təmin edən çoxsaylı miqrasiya axınlarından biridir. 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə